Cəlilabadda itkin düşən gənc Bakıda tapıldı .....                        İrana quru əməliyyatı? - Trampdan cavab .....                        Azərbaycanda axund 16 yaşlı qızı qaçırıb .....                        Ərdoğanla Paşinyan arasında görüş başladı .....                        İsrail İran ordusunu vurdu .....                        Burun əməliyyatından sonra ölən Nəzrinlə bağlı yeni DETALLAR .....                        Bakıda küçədən əl qumbarası və avtomat darağı tapıldı - FHN məlumat yaydı .....                        Ceyhun Bayramov İstanbula yola düşdü .....                        Qobustan sakinləri tibbi xidmət üçün digər rayonlara üz tutmayacaq .....                       
Tarix : 7-12-2016, 19:22
Jurnalistikaya xələl gətirən “qəzet” və “sayt” rəhbərləri cəzalandırılmalıdır


Dövlət Təhlükəsizliyi Xidməti ölkəmizdə “reket” jurnalist fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı mübarizə tədbirləri həyata keçirir. İnsanların intim videogörüntülərini yaymaqla şantaj edilməsinə, hədə-qorxu ilə onlardan pul tələb olunmasına görə bir neçə nəfər artıq həbs edilib.

Butov.az xəbər verir ki, bunu “İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının “reket” jurnalistikaya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Kimliyindən, cəmiyyətdəki statusundan asılı olmayaraq, jurnalistikaya xələl gətirən, insanlara, cəmiyyətə qarşı mənəvi terror həyata keçirən, bu müqəddəs peşəyə ləkə olan “qəzet” və “sayt” rəhbərlərinin hüquqi çərçivədə cəzalandırılmasının vacibliyini vurğulayan V.Rəhimzadə deyib: “Bu gün Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədə təmin edilir. İnsanlar ictimaiyyət üçün nəzərdə tutulan xəbərləri, məlumatları rahat şəkildə əldə edə və yaya bilirlər. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs sərbəst və açıq şəkildə öz fikirlərini ifadə edir. Təbii ki, bu, qanun çərçivəsində olmalıdır. Lakin bəzən yaradılmış şəraitdən sui-istifadə edənlər də peyda olur. Belələri jurnalist adına ləkə gətirməklə yanaşı, qanunazidd əməllər törədirlər. Onları təhqir edir, böhtan atır, şəxsi və ailə həyatına müdaxilə edirlər. Bu, jurnalistikanın prinsiplərinə ziddir və cəmiyyətə qarşı mənəvi terror həyata keçirmək deməkdir. Belə hallara qətiyyən yol vermək olmaz. Qanunu pozan hər kəs öz əməlinə görə cavab verməli, cəzasını almalıdır”.

Dövlət Təhlükəsizliyi Xidmətinin “reket” jurnalist fəaliyyəti ilə məşğul olanlara qarşı keçirdiyi əməliyyatları ictimai mühitin və eyni zamanda, jurnalistikanın sağlamlaşdırılması istiqamətində uğurlu addım kimi qiymətləndirən komissiya sədri qeyd edib: “Mətbuat Şurası fəaliyyətinin bütün dövrlərində “reket” jurnalistlərə qarşı mübarizə aparıb. Təəssüf ki, həmin şəxslərin adları Mətbuat Şurasının “qara siyahı”sına salınsa da, bu cür fəaliyyətlə məşğul olan media orqanlarına dəfələrlə xəbərdarlıq edilsə də, onlar öz çirkin əməllərindən əl çəkməyiblər. Əvəzində yeni qəzet və saytlar yaradaraq, qanunazidd fəaliyyətlərini davam etdiriblər. Bu mənada Dövlət Təhlükəsizliyi Xidmətinin “reket” jurnalistlərə qarşı keçirdiyi əməliyyatları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, cəmiyyət bu cür ünsürlərdən təmizlənməlidir”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, hazırda Mətbuat Şurasının “qara siyahısı”nda yüzə yaxın kütləvi informasiya vasitəsinin adı var. Mətbuat Şurası “reket” jurnalist fəaliyyəti ilə məşğul olanlara qarşı mübarizəni bundan sonra da davam etdirəcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!