Qalx ayağa Azərbaycan! .....                        “İçərişəhər” stansiyasında problem: qatarın qapıları bağlanmadı .....                        Telli Borçalının adından dələduzluq .....                        Qalx ayağa Azərbaycan! .....                        Ermənilərin növbəti Gəncə terroru - 4 il... .....                        Ölkəmizdə “Ağıllı su” sistemləri yaradılacaq .....                        Sumqayıtda yanğın .....                        “Birgə Atəşkəs Çağırışı”na 127 ölkə qoşulub .....                        Rəhmon Azərbaycan parlamentinin sədrini qəbul edib .....                       
Tarix : 19-07-2016, 18:34
Hərbi Jurnalistlər Birliyi mətbuat gününü qeyd etdi

“Bütöv Azərbaycan” qəzetinin redaksiyasında "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyi (Hərbi Jurnalistlər Birliyi) nümayəndələrinin jurnalistlərlə görüşü olub.
Görüş Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Dezinformasiyalar Milli təhlükəsizliyimizə təhdiddir" layihəsinin icra vəziyyətinin yekunlarına və Milli Mətbuat gününə həsr olunub.
Hərbi Jurnalistlər Birliyi mətbuat gününü qeyd etdi
Tədbiri giriş sözü ilə açan “Bütöv Azərbaycan” qəzetinin redaktoru, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli jurnalist həmkarlarını görüşün mahiyyəti barədə məlumatlandırdıqdan sonra sözü layihə rəhbəri-Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğluna verdi.
T.Ziyəddinoğlu jurnalist həmkarlarını qarşıdan gələn Milli Mətbuat günü münasibəti ilə təbrik edib yaradıcılıq uğurları arzuladıqdan sonra layihənin icra vəziyyəti barədə mətbuat nümayəndələrinə məlumat verdi: "İlk layihəmiz olan "Dezinformasiyalar milli təhlükəsizliyimizə təhdiddir" layihəsi çərçivəsində keçirilən tədbirlərimizi QHT Şurası maliyyələşdirsə də, ictimaiyyətdən bu qədər həssaslıqla mənəvi dəstək, KİV tərəfindən olduqca operativ informasiya dəstəyi göstəriləcəyini təsəvvür etmirdik. Bakı Qızlar Universitetinin rektoru, professor Ağarəhim Rəhimov “Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır” adlı konfransımızı keçirmək üçün 40 nəfərlik yer istəyimizə 250 nəfərlik auditoriya ayırdı. Professor- müəllim heyəti, tələbələr mövzu ətrafında geniş müzakirələr açdılar. Zala sığmayan tələbə kontingentinə "Buklet"lər payladıq. Eləcə də Sumqayıt Dövlət Universitetində. Fürsətdən istifadə edib mətbuat vasitəsilə BQU-nun rektoru, professor Ağarəhim Rəhimova və Sumqayıt Dövlət Universitetinin prorektoru Nizami Namazova layihəmizin təşkilati məsələlərinə verdikləri dəstəyə görə, İdarə Heyətimiz adından minnətdarlığımı bildirirəm". Hərbi Jurnalistlər Birliyinin sədri KİV-nin onlara verdiyi informasiya dəstəyini xüsusi vurğuladı: " AZƏRTAC, "Xalq qəzeti", "İki sahil", "525-ci qəzet", "Respublika" qəzeti, "Bakı xəbər", "Təzadlar", "Şərq", "Ədalət", "Qarabağa aparan yol", "Bütöv Azərbaycan" qəzetləri, Azərbaycan Radiosu, İctimai Televiziya, Sumqayıtdan yayımlanan DTV kanalı və bir çox saytlar “Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır" adlı konfranslarımızın materiallarını geniş yayımlamaqla əsl vətəndaşlıq nümunəsi göstərdilər. Odur ki, layihəmizə informasiya dəstəyi verən bütün KİV rəhbərlərinə və həmin KİV-ni tədbirlərimizdə təmsil edən əməkdaşlara minnətdarlığımızı bıldiririk!"
Hərbi Jurnalistlər Birliyi mətbuat gününü qeyd etdi
Layihə rəhbəri Tamxil Ziyəddinoğlu bir daha xatırlatdı ki, bu layıhəni həyata keçirməkdə məqsədimiz tələbə gənclərimizin, sosial media istifadəçilərinin fəal köməyilə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu və milli təhlükəsizliyi əleyhinə qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşı mübarizədə dövlət orqanlarına informasiya dəstəyi verməkdir. Jurnalistlərimizə, əsasən də sosial şəbəkə fəallarına, erməni qoşunları ilə təmas xəttində yaşayanlara vətəndaşlıq mövqeyi aşılamaq, onları ölkəmizin mənafeyini qorumağa, informasiya siyasətini müdafiə etməyə, cəbhə xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatların yayılmasının qarşısını almaq istiqamətində maarifləndirməkdir. Vətənimiz naminə bu yolda hamınıza uğurlar arzulayıram.
Hərbi Jurnalistlər Birliyi mətbuat gününü qeyd etdi
Tədbirdə çıxış edən yazıçı Miraslan Bəkirli qarşıdan gələn Milli mətbuat günü münasibəti ilə jurnalistləri təbrik edərək, Hərbi Jurnalistlər Birliyinin həyata keçirdiyi layihəni yüksək qiymətləndirdi.
Hərbi Jurnalistlər Birliyi mətbuat gününü qeyd etdi
Qarabağ qazisi, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu tədbirin əhəmiyyətindən danışaraq müasair dövrümüzdə informasiya təhlükəsizliyilə bağlı fikirlərini bölüşdü: "Ölkə rəhbərinin iradəsi ilə Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə QHT-lərin fəaliyyət imkanları xeyli genişləndi. Dövlətin atdığı bu addım vətəndaş cəmiyyəti sektorunda xeyli canlanma yaratdı. Hazırda millət vəkili Azay Quliyevin rəhbərliyi altında şura çox müsbət işlər görür və "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin layihəsinə göstərilən dəstək də bu qayğının nümunələrindən biridir".
Hərbi Jurnalistlər Birliyi mətbuat gününü qeyd etdi
"Kənd Həyatı" qəzetinin baş redaktoru Sabir Hüseynov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Hərbi Jurnalistlər Birliyinin keçirdiyi tədbirlərdə, gənclərin maarifləndirilməsinin və bu mövzuya aid yaddaş bukletlərinin onlara paylanmasının böyük əhəmiyyəti olduğunu qeyd etdi.
Jurnalist Vəfalı Qasımov bildirdi ki, sosial şəbəkənin geniş yayıldığı bir zamanda informasiya yayıcılarının üzərinə ciddi məsuliyyət düşür. Orduyla bağlı informasiyaların yayılması daha həssas məqamdır. “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin keçirdiyi bütün tədbirlərdə iştirak etmişəm və hesab edirəm ki, bu layihəyə dəstək olanlar da, onu həyata keçirənlər də dövlətimiz və millətimiz adına çox böyük işlər görürlər. Həmçinin təklif edirəm ki, belə bir layihəyə dəstək olduğu üçün tədbirdə iştirak edən jurnalistlər adından Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə belə layihələri dəstəklədiyi üçün təşəkkür məktubu ünvanlayaq".
Hərbi Jurnalistlər Birliyi mətbuat gününü qeyd etdi
Tədbirdə iştirak edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Vüsalə Süleymanova Jurnalistləri mətbuat günü münasibəti ilə təbrik etdi. “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin həyata keçirdiyi layihəni yüksək qiymətləndirən V. Süleymanova dedi: "İndiyə qədər bir çox layihələrə kuratorluq etmişəm. Deyə bilərəm ki, Hərbi Jurnalistlər Birliyi, hərbçilərə məxsus nizam- intizamla bütün tədbirləri yüksək səviyyədə keçirdib və lazım olan informasiyaları vaxtlı- vaxtında bizim şuraya çatdırıb. İnanıram ki, bu yüksək nizam- intizam bundan sonra da davam edəcək, Hərbi Jurnalistlər Birliyi daha iri layihələr həyata keçirəcək".
Hərbi Jurnalistlər Birliyi mətbuat gününü qeyd etdi
Sonda Azərbaycan Radiosunun müxbiri Gülnarə Nemətova "Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Dezinformasiyalar milli təhlükəsizliyimizə təhdiddir" layihəsi çərçivəsində keçirilən tədbirlərin mahiyyətini dinləyicilərə operativ və əhatəli çatdırdığına görə, Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin Fəxri Diplomu ilə təltif olundu. Media nümayəndələri "Bütöv Azərbaycan" qəzeti redaksiyasında xatirə şəkli çəkdirdilər.
Hərbi Jurnalistlər Birliyi mətbuat gününü qeyd etdi
Hərbi Jurnalistlər Birliyi mətbuat gününü qeyd etdi
Hərbi Jurnalistlər Birliyi mətbuat gününü qeyd etdi
Tədbir çay süfrəsi arxasında, jurnalist həmkarların səmimi söhbətləri ilə davam etdirildi.
Hərbi Jurnalistlər Birliyinin
Mətbuat xidməti


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!