İlk səfərini Türkiyəyə edəcək .....                        Taleh Yüzbəyovun xanımı qəzaya düşdü .....                        Samuxda ağır qəza: Ölən var .....                        Samuxda ağır qəza: Ölən var .....                        Aşıq Əlixanın adı ehtiramla xatırlanır .....                        Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                       
Tarix : 26-05-2016, 18:15
Hərbi Jurnalistlərin Sumqayıt Dövlət Universitetində möhtəşəm tədbiri keçirilib


Dezinformasiyalar Milli təhlükəsizliyimizə təhdiddir-Layihə

Azərbaycan uzun illərdir ki, məcburən cəlb edildiyi münaqaişə səbəbindən müharibə şəraitində yaşayır. Milli təhlükəsizliyin və ordu quruculuğunun reallaşmasında dövlətin informasiya təhlükəsizliyi vacib şərtdir. Bu baxımdan mediada və sosial şəbəkədə orduyla bağlı dezinformasiyaların yayılmasında diqqətli olmaq hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur.
Hərbi Jurnalistlərin Sumqayıt Dövlət Universitetində möhtəşəm tədbiri keçirilib
Hərbi Jurnalistlərin Sumqayıt Dövlət Universitetində möhtəşəm tədbiri keçirilib

Sumqayıt Dövlət Universitetində professor -müəllim heyətinin, tələbə-gənclərin, mətbuat nümayəndələrinin iştirakı ilə “Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır” adlı konfransda da əsas müzakirə mövzusu informasiya təhlükəsizliyi ilə bağlı oldu. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Dezinformasiyalar Milli təhlükəsizliyimizə təhdiddir" layihəsi çərçivəsində keçirilən tədbirin təçkilatçısı "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyi (Hərbi Jurnalistlər Birliyi), təşkilati dəstəkçisi "Bütöv Azərbaycan" qəzeti redaksiyası idi.
Sumqayıt Dövlət Universitetinin prorektoru Nizami Namazov tədbirin məqsəd və məramı barədə məlumat verdikdən sonra bildirdi ki, belə tədbirlərin keçirilməsi olduqca gərəklidir. Sosial şəbəkənin geniş sferanı əhatə etdiyi bir zamanda informasiya yayıcılarının üzərinə ciddi məsuliyyət düşür.
Hərbi Jurnalistlərin Sumqayıt Dövlət Universitetində möhtəşəm tədbiri keçirilib
Hərbi Jurnalistlərin Sumqayıt Dövlət Universitetində möhtəşəm tədbiri keçirilib

Orduyla bağlı informasiyaların yayılması daha həssas məqamdır. “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin belə bir tədbiri bizim universitetimizdə keçirmək istəyi kollektivimizdə məmnuniyyət hissilə qarşılandı. Müasir gəncliyin dövlətçilik ruhunda böyüməsi və dövlət təhlükəsizliyinin həssas məqamları ilə bağlı bilgili olmaları ciddi şərtdir. İnanıram ki, bu günkü müzakirələr işgüzar şəraitdə keçəcək və müəllim-tələbə kollektivi də bu müzakirələrdə fəal iştirak edəcək. Konfransın işinə uğur diləyirəm və məruzə üçün sözü Hərbi Jurnalistlər Birliyinin sədri - layihə rəhbəri Tamxil Ziyəddinoğluna verirəm: Məruzəçi qeyd etdi ki, Azərbaycan Konstitusiyası hər kəsə istədiyi məlumatı əldə etmək və yaymaq azadlığı verib. 1998-ci ildə senzura ləğv edilib. Dövlətimiz mətbuat üzərində nəzarətdən imtina edib. Media layihələrinin maliyyələşdirilməsinə 20 milyon manatdan artıq vəsait ayırıb. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 100-ə yaxın jurnal, 52 televiziya və radio kanalı, 30-a yaxın informasiya agentliyi, 300-dən artıq internet portalı fəaliyyət göstərir. "KİV haqqında", "Rabitə haqqında”, "İnformasiya əldə etmək haqqında" qanunların qəbul edilməsi şəffaflıq yaratmaqla bərabər sərhədləri aşan informasiyaların ayaq açmasına da geniş meydan verib. Belə ki 9,6 milyon əhalisi olan ölkədə 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. "Az" domenində 20 min internet saytı qeydiyyatdan keçib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti söz, məlumat və fikir azadlığının təmin edilməsində onlayn media və sosial şəbəkələrin yaradılmasında maraqlıdır.
Hərbi Jurnalistlərin Sumqayıt Dövlət Universitetində möhtəşəm tədbiri keçirilib

Təəssüf ki, bütün bunlar siyasi proseslərin yönləndirilməsinə cəhd edən qüvvələrə də münbit şərait yaradır. Transmilli informasiya siyasəti sərhədlərimizi aşaraq milli təhlükəsizliyimizə ciddi təsir göstərir.
Hərbi Jurnalistlərin Sumqayıt Dövlət Universitetində möhtəşəm tədbiri keçirilib

Bu layıhəni həyata keçirməkdə məqsədimiz sizlərin- tələbə gənclərimizin, sosial media istifadəçilərinin fəal köməyilə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu və milli təhlükəsizliyi əleyhinə qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşı mübarizədə dövlət orqanlarına informasiya dəstəyi verməkdir. Jurnalistlərimizə, əsasən də sosial şəbəkə fəallarına, erməni qoşunları ilə təmas xəttində yaşayanlara vətəndaşlıq mövqeyi aşılamaq, onları ölkəmizin mənafeyini qorumağa, informasiya siyasətini müdafiə etməyə, cəbhə xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatların yayılmasının qarşısını almaq istiqamətində maarifləndirməkdir.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış bukletlərdə sosial media istifadəçilərinə aid tövsiyyələr var. Hər birinizdən xahiş olunur ki, onları paylaşın. Çünki milli təhlükəsizliyimiz hər birimizin nümayiş etdirdiyi vətəndaşlıq mövqeyindən çox asılıdır.
Hərbi Jurnalistlərin Sumqayıt Dövlət Universitetində möhtəşəm tədbiri keçirilib[/center]

Məruzəçi öz çıxışında şahidi olduğu hadisələrdən nümunələr çəkdi. 1988-ci ilin dekabrında Spitakda baş vermiş zəlzələdən zərər çəkənlərə yardıma gedən Azərbaycan nümayəndələrinin təyyarəsinin vurulmasından, Azərbaycanın bir qrup döv lət xadiminin Qarakənd səmasında erməni terrorçuları tərəfindən partladılmasından tutmuş Xocalı soyqırımına qədər bütün informasiyaların yanlış yayımasından, burada da erməni dezinformasiyalarının öz işini gördüyündən danışdı və belə halların təkrarlanmasının dövlətçiliyimizə təhlükə yaratdığını vurğuladı, gəncləri informasiya yayarkən ayıq -sayıq olmağa çağırdı.
Hərbi Jurnalistlərin Sumqayıt Dövlət Universitetində möhtəşəm tədbiri keçirilib

Hərbi politoloq Ramil Məmmədli, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, professor Şirxan Səlimov, SDU kafedra müdiri, dosent Əmirxan İsayev və digər çıxış edənlər dövlətimizin müstəqilliyinin bərpasından sonra dezinformasiyaların cəmiyyətdə yaratdığı çaşqınlıq və törətdiyi ciddi fəsadlar barədə bilgilərini bölüşdülər. Universitetin müəllimləri informasiya təhlükəsizliyilə bağlı fikirlərini çatdıraraq, belə tədbirlərin ali təhsil müəssisələrində, gənclərimizin çoxluq təşkil etdiyi sahələrdə keçirilməsini təklif etdilər. Fəal müzakirələrdə müxtəlif fikir və mülahizələr, maraqlı təkliflər səsləndirildi.
Sosial media istifadəçiləri üçün yaddaş bukleti paylandıqdan sonra tələbələr jurnalistlər və digər qonaqlarla xatirə şəkli çəkdirdilər.
Hərbi Jurnalistlərin Sumqayıt Dövlət Universitetində möhtəşəm tədbiri keçirilib


Hərbi Jurnalistlər Birliyinin mətbuat xidməti





Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!