İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                        Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı .....                        “Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı .....                        Fərəh Pəhləvi İranda ölənlərdən danışdı .....                       
Tarix : 5-04-2016, 16:54
“Medianın bu dəfəki fəaliyyəti yüksək qiymətləndirilməlidir”


“Mediamızın fəaliyyətində, hərbi mövzularla bağlı peşəkarlığın artmasında xeyli irəliləyiş var. Bu məsələyə geniş yer ayırmazdan əvvəl qeyd etməliyəm ki, Azərbaycan Mətbuat Şurasının bəyanatı yerinə düşdü. Çünki sosial mediada, xüsusən, təcrübəsi az olan Facebook istifadəçisi gənclərimiz bəzən sevincək olaraq dəqiqləşdirilməmiş məlumatları yayırlar, bəzən də erməni tərəfinin yaydığı dezinformasiyaları bilmədən tirajlayırlar.”.

Bunu Moderator.az saytına açıqlamasında Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu bildirib.Onun fikrincə, ümumilikdə medianın, ayrı-ayrı qələm adamlarının, QHT nümayəndələrinin bu dəfəki fəaliyyəti yüksək qiymətləndirilməlir:

Mətbuaat Şurasının vaxtında verilmiş bəyanatı bu baxımdan çox faydalı oldu. Diqqətə çatdırıldı ki, pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr ümumən Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri də dövriyyəyə buraxırlar. Bütün bunlara görə Azərbaycan Mətbuat Şurası bir daha ölkəmizin bütün kütləvi informasiya vasitələrini, ayrı-ayrı jurnalistləri cəbhə xəttində baş verənlərlə bağlı məlumatların təqdimatına həssas yanaşmağa, ciddi şəkildə dəqiqləşdirmələr aparmağa çağırır. Qurum eyni zamanda əlaqədar dövlət qurumlarına hazırkı vəziyyətlə bağlı daha çevik fəaliyyət göstərməyi, cəmiyyətin informasiya tələbatını vaxtında ödəmək üçün bütün mümkün vasitələri dəyərləndirməyi tövsiyə edir. Ümumilikdə mediamızın, ayrı-ayrı qələm adamlarının, QHT nümayəndələrinin bu dəfəki fəaliyyəti yüksək qiymətləndirilməlidir. Tək-tək hallar istisna olmaqla hiss edilir ki, hər kəs vətəndaşlıq mövqeyindən çıxış edir. Bunun nəticəsində də xalqda ruh yüksəkliyi daha da artır. Müdafiə Nazirliyi mətbuat xidmətinin fəaliyyətini də təqdir etmək lazımdır. Çünki gün ərzində cəbhə xəbərlərini bir neçə dəfə yeniləyərək yanlış məlumatların yayılması üçün boşluq buraxmır. İzləyirsinizsə, bu dəfə xarici KİV-lər və digər qurumlar da Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarına istinad edirlər. Əminəm ki, bu məlumatlar dəqiq və operativ olmasa, düşmən ölkələrin kəşfiyyat xidmətləri dərhal hay-küy qopararlar. Sevindirici hallardan biri də odur ki, bu həssas məqamlarda kimsə, yanlışlıq edəndə dərhal ictimai məzəmmətlə qarşılaşır ki, bu da ümumi işimizin xeyirinədir. Bir sözlə istər operativlik baxımdan, istərsə də vətəndaşlıq mövqeyi baxımdan jurnalistlərimizi alqışlamaq olar. Son olaraq Silahlı qüvvələrimizə də, qələm dostlarımıza da uğurlar diləyirəm. Azərbaycan əsgərinin ayaq səsi, həniri üçün darıxmış torpaqlarımızda dalğalandırılan bayrağımız jurnalistlərimizi də qürurlandırır”.

Elmin Nuri


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!