ABŞ-də güclü ZƏLZƏLƏ: Sunami xəbərdarlığı edildi .....                        Təcavüz edilən yeniyetmə oğlan özünü öldürüb - Tükürpədən CİNAYƏT .....                        Nazir həmkarı ilə görüşdü .....                        İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yekunlaşıb .....                        Minsk Qrupu ləğv edilməlidir! - Nazirdən ÇAĞIRIŞ .....                        Azərbaycan və Özbəkistan QHT-ləri memorandum imzaladılar .....                        Mirzoyan Fidanla bir arada .....                        Makron hökuməti istefaya göndərdi .....                        "Beşiktaş" - Fənərbaxça" oyununu bu hakim idarə edəcək .....                       
Tarix : 20-10-2013, 22:47

    GORUS RAYONU- Qədim türk məskənləri

GORUS RAYONU- Qədim türk məskənləri

Azərbaycan Rusiyaya birləşdirildikdən sonra o dövrün ərazi inzibati bölgüsünə görə yaradılmış Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi Gorus şəhəri olmuşdur. Zəngəzur Ermənistana verildikdən sonra isə Ermənistan SSR-in tərkibində 1930-cu il sentyabrın 9-da Gorus rayonu yaradılmışdır.
Rayonun ərazisi 752 km2, mərkəzi Gorus şəhəridir.


    GORUS RAYONU- Qədim türk məskənləri
Təbiəti
Gorus rayonu kəskin parçalanmış vulkanik dağlar, dağətəyi düzənliklər, sıldırım qayalar və dərin dərələr diyarıdır. Rayonun Şimalında bazalt süxurlardan ibarət İşıqlı dağ silsiləsi uzanır (3548 m). Üçtəpə yaylası (1500-2300 m) Gorus və Sisyan rayonlarının hüdudlarında yerləşən gözəl subalp çəmənliyidir. Üçtəpədən başlayaraq dağlar tədricən aşağı meyillənir, Bazarçay dağ aşırımına (600-800 m) keçərək, Bazarçay üzərindəki yerli camaat arasında "Şeytan körpüsü" deyilən təbii daş tuneli yaradır. Bu rayonun landşaftının özəlliklərindən biri də "Gorus piramidaları"dır. Bunlar Gorus şəhərinin Şərq və cənub-qərbində qərar tutan, küləklərin təsiri altında torpağın qum qatının aşınması nəticəsində yaranmış konusvari daş sütunlardır. Vulkanik mənşəli piramidaların hündürlüyü 10-20 m, bəzən daha çoxdur. Xinzirək və Xnazax, Bayandur çaylarının hövzələrində də belə piramidalara rast gəlinir. Gorus, Zoraşen, Xnzoresk, Ağsu, Dığ, Xoznavar, Xnazax çayları Gorus rayonunun əsas su hövzələridir.
Gorus çayının orta axarı boyunca yerləşən seyrək meşəliklər qaratikan, zoğal, böyürtkən kolları və cəviz ağacları ilə örtülmüşdür. Meşələrin sıx yerində vələs, palıd, ağcaqayın, cır gilas və s. ağaclar üstünlük təşkil edir. Su axarları əsasən Bazar çayı hövzəsinə məxsus olan kiçik dağ çaylarından ibarətdir. Yetmişinci illərdən başlayaraq, Bazar çayın üzərində tikilmiş SES-lər, suvarma sistemləri Gorusun iqtisadiyyatına böyük təsir göstərmişdir.
Mineral sulardan "Turş su", (Tatev, Karaşen, Gorus) daha məşhur və qədim zamanlardan təbabətdə (türkəçarə) istifadə olunan Şeytan körpüsünün yaxınlığında yerləşən mineral suların adını çəkmək olar. Zəngəzurun ən gözəl və ən böyük Su hövzəsi sayılan Qara gölün böyük bir hissəsi Gorus rayonunun ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, Qara gölün Laçın ərazisinə düşən hissəsi də 1968-ci ildə Azərbaycandan alınaraq Ermənistan SSR-ə verilmişdir.
Gorusda qış Sisyan və Meğriyə nisbətən sərt və uzun olur. Havanın orta temperaturu yanvar ayında -2°C (aşağı zona) -10°C arasında (İşıqlı dağ) olur. İyul ayında temperatur müvafiq surətdə +22°C-dən +10°C-dək dəyişir. Yağıntının illik miqdarı 500-800 mm-ə çatır. May-iyun aylarında demək olar ki, günaşırı yağış yağır.

    GORUS RAYONU- Qədim türk məskənləri

Tarixi oçerk
Gorus Qafqazda ən qədim yaşayış məskənlərindən biridir. Moisey Kalankatuklunun "Alban tarixi" əsərində (3-cü kitab 16-cı fəsil) bu yaşayış məntəqəsinin adı Qoroz qalası kimi çəkilir. Gorus toponimi Gürcüstanda Xorosdaq, Qoroz-Xaraba, Stavropol vilayətində Geros, Şimali Qafqazda Qroznı toponimləri ilə mənşəcə eyni olub, türk mənşəli Qorus tayfasının adı ilə bağlıdır (46 213).Gorus toponimini tədqiq edən əslən Gorusun Şurnuxu kəndindən olan Əzəmət Rüstəmli Naxçıvandakı Xurs kəndinin, Qazax rayonundakı Xoros dağının, Qarabağdakı Kirs dağının, Türkiyədəki Qars şəhərinin adlarının Gorus toponimi ilə eyni mənşəli olduğunu qeyd edir (53 səh 90). Gorus toponimini Qor sözü ilə əlaqələndirən fikir də maraqlıdır. "Alban tarixi" əsərində göstərilir:
"Babiki müşaiyət edən Qor və Qazan adlı iki doğma qardaş öz dinlərini atıb xaçpərəst oldular. Babik püşk atdı və Qorun bəxtinə Hot kəndi, Qazanın bəxtinə isə Şalat kəndi çıxdı". Hot və Şalat kəndlərinin Sisyan və Gorus rayonlarının ərazisində olması bu gümanı daha da qüvvətləndirir.Gorus toponiminin Həmədan Şəhəri yaxınlığındakı Gorus mahalından olan tayfaların adı ilə bağlılığını göstərən Məhəmmədhəsən Baharlı bu tayfanın, eləcə də Azərbaycanın Cavad, Şamaxı və Göyçay qəzalarında məskunlaşdığını da qeyd edir (83, 54). Lakin Məhəmməd Həsən Baharlının gorusluları kürdtayfaları kimi göstərməsi fikri ilə razılaşmaq mümkün deyildir. Bu tayfa türk mənşəli olmaqla, XV-XVI əsrlərdə Qızılbaşların tərkibində Səfəvilərin hakimiyyətə gəlməsində mühüm rol oynamış və çox güman ki, XVI əsrin əvvəllərində Şah İsmayıl Xətainin Zəngəzura yürüşü zamanı bu ərazilərə gələrək yeni yurdda məskunlaşmışlar.
Son Dövrlərdə erməni tədqiqatçıları Gorus (Qoris) sözünü rus dilindəki "qora" - "dağ" sözü ilə əlaqələndirirlər ki, bu da etimoloji cəhətdən tam mənasız bir şeydir. Ən azı ona görə ki, ruslar Zəngəzura XIX əsrdə gəlmşlər, Gorus adı isə bundan ən azı 400 il öncə mövcud olmuşdur.Gorusun bərəkətli torpağı, çay boyu vadiləri, sıldırım qayaları, mağara və kahaları qədim minilliklərdə adamlar üçün sığınacaq olmuşdur. Orta əsrlərdə Qədim İpək yolunun bir hissəsi sayılan, Naxçıvandan Xəzəryanı Şəhərlərə, Qarabağa və başqa yerlərə duz daşıyan karvanların yolu Gorusdan keçib gedərmiş. Orta əsr Şərq-müsəlman memarlığının ən gözəl nümunələrindən biri olan Sınıq Karvansaranın da Gorus rayonu ərazisində olması deyilənlərə sübutdur. Qayaların qoynundakı mağara və karvansaralar son illərə qədər qalmaqda idi. Bu ekzotik evlər uzun illər Qarabağ xanlarının istirahət və əyləncə yeri olmuşdur.Onu da qeyd etmək yerinə düşər ki, Qarabağ xanları Gorus ermənilərinə qarşı həmişə xoş münasibət bəsləmişlər. Pənahəli xan Qarabağ məliyi Şahnəzərin təqdimatı ilə Gorus ermənisi Ohana məlik rütbəsi vermiş və bu bölgənin idarəçiliyini ona tapşırmışdır. Qarabağ xanının icazəsi və dəstəyi ilə 1765-ci ildə Gorus kilsəsi tikilmişdir.Gorus bölgəsini 200 ilə yaxın bir müddətdə (XVII-XVIII əsrlərdə) Məlik Hüseynlilər tayfası idarə etmiş və bu nəslin Qarabağ xanlığı ilə yaxın əlaqələri olmuşdur. 1805-ci ildə Qarabağa daxil olan rus qoşunları Gorus şəhərini Rusiyanın hərbi qərargahına çevirmişdir. 1826-cı ilin iyul ayında Rusiya-İran müharibəsi Zəngəzurda şiddətlənir və Q.Nazimkanın komandanlığı altında rus ordusu 42-ci polkunun üç alayı (2 topu) Gorusda yerləşdirilir (132). Köhnə Gorus qəsəbəsi 1868-ci ildən Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi olmuşdur. Lakin qəsəbənin yerləşdiyi dərənin məhdud sahəsi onun genişlənməsinə imkan vermədiyinə görə Məlik Hüseynin məsləhəti ilə 1870-ci ildə köhnə Gorusdan bir qədər qərbdə, kəndin qarşısındakı düzənlikdə, çayın sağ sahilində Gorus şəhərinin əsası qoyulmuşdur. Bu şəhər 1868-1918-ci illərdə Yelizavetpol quberniyası Zəngəzur qəzasının mərkəzi, 1921-30-cu illərdə Ermənistan SSR Zəngəzur qəzasının, daha sonra isə Gorus rayonunun mərkəzi olmuşdur. Gorusda 1823-cü ildə 119 ailə (azərbaycanlı və erməni) yaşayırdı. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra 1829-31-ci illərdə İrandan və Türkiyədən xeyli sayda erməni köçürülərək Zəngəzura, o cümlədən, Gorus rayonunun ərazisində yerləşdirilmiş, gəlmə ermənilərin hesabına şəhərin əhalisi artmışdır. Gorus şəhəri Zəngəzurun qəza mərkəzinə çevrildikdən sonra ardıcıl aparılan erməniləşdirmə siyasəti nəticəsində buradan azərbaycanlılar tədriclə sıxışdırılıb çıxarılmışlar.

    GORUS RAYONU- Qədim türk məskənləri

S. Zelinskinin 1886-ci il tədqiqatında Gorus şəhəri erməni yaşayış məntəqəsi kimi göstərilir. Yalnız burada bir neçə azərbaycanlı ailəsinin yaşadığı qeyd edilir. Gorus erməniləri istər xarakterinə, istərsə də ləhcələrinə görə Zəngəzurun digər ermənilərindən kəskin şəkildə fərqlənirdilər. Erməni dilçilik elmində "Gorus ləhcəsi" deyilən bir sahənin olması da təsadüfi deyildir.Müxtəlif zamanlarda dünyanın müxtəlif ölkələrindən indiki Ermənistan ərazisinə köçürülən ermənilər müxtəlif ləhcələrlə danışırlar. Bu yığma xalqın hər rayonda, hətta ayrı-ayrı kəndlərdə belə özlərinə məxsus ləhcələri mövcuddur. Belə ki, Zəngəzurun Meğri rayonundakı ermənilər bir ləhcə ilə danışdıqları halda, qonşu Qafanda başqa ləhcə ilə danışırlar. İrəvan ermənilərinin öz ləhcəsi, Leninakanın öz ləhcəsi var. Bir sözlə, Ermənistanda 40-a qədər ləhcə var. Ancaq Gorus ləhcəsi bunların heç birinə bənzəmir. Bu ləhcə ilə Gorus rayonunda, Sisyanın və Qafanın bəzi erməni kəndlərində danışırlar. Gorus ləhcəsinin Qarabağ ləhcəsinə yaxın olması faktı da Zəngəzur və Arsağın qədim Albaniya dövlətinin qonşu vilayətləri olmasını təsdiq edən dəlillərdən biri kimi əhəmiyyətlidir. Son əsrdə Gorus erməniləri öz kobudluqları, qəddarlıqları və azərbaycanlı əhaliyə qarşı daha sərt
münasibətləri ilə seçilmişlər. Fikrimizcə bu, həm Gorusda güclü dayaqlara malik olan "Daşnaksütyun" partiyasının antitürk təbliğatı, həm də IX əsrin sonlarında Zəngəzurda Alban xristianlarının qriqorianlaşdırılmasında xüsusi rol oynamış Tatev kilsəsinin təsiri ilə əlaqədar idi. Sonrakı dövrdə də Gorus rayonu Zəngəzurun erməni daşnak mərkəzi kimi tanınmışdır. 1905 və 1918-ci il Zəngəzurdakı erməni-müsəlman davaları zamanı Gorus erməniləri xüsusilə qəddarlıq göstərmişlər. 1918-ci ildə Andronikin Zəngəzurdakı azərbaycanlı kəndlərini talan edərək Gorusa gəlməsi və Gorusda öz dövlətini elan etməsi, Dro və Nijdehin daşnak dəstələrinin uzun müddət Gorusda və Tatevdə at oynatması, Zəngəzurda Sovet hakimiyyəti qurulduqdan sonra belə, iki ilə yaxın bir müddətdə Gorus ərazisində "Sünik respublikası" deyilən oyuncaq qurumun qalması Gorusda separatçı antitürk daşnak ruhunun yüksək olduğunu sübut edən faktlardır. 1918-ci ilə qədər Gorus rayonunda 45 azərbaycanlı kəndi olmuşdur. Sovet hakimiyyəti illərində Gorus rayonundakı 8 azərbaycanlı kəndinin adı erməniləşdirilmiş, 6 kənd isə ləğv edilmişdir. 1988-ci ildə bu rayonda cəmisi 5 azərbaycanlı kəndi qalmışdır ki, onların da əhalisi ilin sonunda deportasiya edilmişdilər.


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!