Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 27-06-2025, 18:29
“Azərbaycanfilm”də əvvəl də partlayış olubmuş


“Azərbaycanfilm”də əvvəl də partlayış olubmuş

"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir.
Bunu C.Cabbarlı adına “Azərbaycanfilm" kinostudiyasının keçmiş direktoru, xalq artisti, kinorejissor Xamis Muradov deyib.
O hesab edir ki, hadisə insan müdaxiləsi ilə baş verməyib:
“Bu, təbiət hadisəsi kimi bir vəziyyətdir. Kino və konsert çəkilişlərində istifadə etdiyimiz qara, qırmızı, ağ tüstü effektləri var. O anbarda da həmin maddələr saxlanılırdı. Ola bilər, nəsə işə düşüb, maddələr alışaraq partlayıb. Bu maddələr partlayanda güclü səs çıxarır, söndürmək də çətin olur. Dəqiq deyə bilmərəm, anbarda bəlkə 20, bəlkə 30 kiloqram barıt ola bilərdi”.



Xamis Muradov 1970-ci illərdə çəkiliş zamanı baş vermiş faciəni xatırladıb:
"Onda “Mən ki gözəl deyildim” filminin çəkilişi zamanı belə hadisə baş vermişdi. Lənkəranda müharibə səhnəsi çəkilirdi. Suyun altında pirotexniki maddələr yerləşdirilmişdi. Rejissor “motor” dedikdən sonra partlayışlar başladı. Birinci dubldan sonra ehtiyat üçün gətirilən maddələr partladı. Nəticədə 7 nəfər həyatını itirdi. Rejissor, assistent də vəfat etdi. Filmin operatoru Rasim Ocaqov idi".
O, əlavə edib ki, kinostudiya yaranandan bəri orada pirotexnik anbar olub:
“Bu tip anbarlar studiyanın fəaliyyəti üçün vacibdir. Bizdə hətta silah anbarı da var. Tikilinin əsası 1951-ci ildə qoyulub. O vaxt bu ərazi şəhərin kənarı idi, ətrafda mal-qara otarılırdı. İndi şəhər böyüyüb, yaşayış binaları ilə əhatələnib. Məncə, bu yer köçürülməlidir. O vaxt nazirlik tərəfindən hər il yoxlamalar aparılırdı. Mənim gənclik illərimdə kinostudiyada 1450 nəfər çalışırdı. Əgər bu hadisə o dövrdə və iş vaxtında baş versəydi, daha qorxulu vəziyyət yaranardı”.
Xatırladaq ki, iyunun 26-da saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, kinostudiya ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb, kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!