Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
4-05-2024, 10:21
Azərbaycan neftinin qiyməti 85 dollara düşüb


Azərbaycan neftinin qiyməti 85 dollara düşüb

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 85 dollara düşüb.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,69 ABŞ dolları, yaxud 0,80 % azalaraq 85,27 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
27-04-2024, 17:19
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək


Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək

Azərbaycan neft ixrac edən ölkələr sırasında lider mövqeyindədir və Qırğızıstana neft məhsulları ixrac etməyə hazırdır.
Bu barədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayev deyib.
O bildirib ki, yaxın zamanda Qırğızıstanda illik 1 milyon tondan çox yanacaq istehsal etmək gücü olan “Cunda” neft emalı zavodu fəaliyyətə başlayacaq. Bununla əlaqədar SOCAR rəhbərliyi ilə Qırğızıstana neft tədarük edilməsi məsələləri müzakirə olunub. SOCAR Qırğızıstan ilə əməkdaşlıq etməyə hazırdır. Hazırda biz logistika məsələsini həll etməyə çalışırıq”, - deyə nazir bildirib.
25-04-2024, 15:21
İlham Əliyev Avropa İttifaqına irad tutdu: əlavə qaz istəyir, zəmanət vermir


İlham Əliyev Avropa İttifaqına irad tutdu: əlavə qaz istəyir, zəmanət vermir

“Bakı dünyanın ən çirklənmiş şəhərlərinin birinə çevrilmişdi. Bizdə neft gölləri, neft sızıntıları var idi. Biz ekoloji fəlakət olan bu dəhşətli mirası təmizləmək üçün yüz milyonlarla, hətta milyardlarla dollar xərcləmək məcburiyyətində qalmışdıq. İndi Bakıda gördüklərinizin 10 il, 20 il bundan əvvəl hansı vəziyyətdə olduğunu heç təsəvvürünüzə belə gətirə bilməzsiniz”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda İsveçrənin Cenevrə Universitetində Qlobal Ətraf Mühit Siyasəti Proqramının direktoru Aleksandr Hecazinin sualını cavablandırarkən deyib.
İlham Əliyev deyib ki, bu gün Azərbaycan sabit neft və artan qaz hasilatına malik olmaqla yanaşı, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdirir:
“Bununla əlaqədar bir vacib məsələ Avropada qazıntı yanacağı ilə bağlı qoyulmuş məhdudiyyətlərdir. Biz burada bir ziddiyyət görürük və biz bu məsələni artıq avropalı tərəfdaşlarımız qarşısında qaldırmışıq.
Bir tərəfdən Avropa, Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyir - bu məqsədlə təqribən iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə bəyannamə imzalanmışdır. Bu sənədə əsasən bizim Avropaya qaz təchizatımız 2021-ci ildə 8 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Bu, bir öhdəlik deyil, bu, bir hədəfdir. Biz bu hədəfə doğru gedirik. Bu il Avropaya qaz təchizatımız təqribən 12 milyard kubmetr olacaq. Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur. Beləliklə, biz daha çox investisiya qoymalı idik, daha çox qaz hasil etməli idik, lakin qazıntı yanacağı layihələrini maliyyələşdirmək üçün maliyyə institutları ilə bağlı məhdudiyyət var. Məsələn, Avropa İnvestisiya Bankı bu məsələni tamamilə portfelindən çıxarmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankı qazıntı yanacağı layihələri üçün kiçik bir vəsait ayırıb. Beləliklə, Avropa Azərbaycandan necə əlavə qaz əldə etmək istəyir ki, heç maliyyələşməni də təmin etmir. Çünki belə bir layihə üçün neft və ya qaz boru kəmərlərinin olub-olmamasından asılı olmayaraq, bizim icra etdiyimiz bütün layihələrdə korporativ maliyyələşmə 30 faiz səviyyəsindədir. Qalan hissə borca götürülmüş vəsaitdir”.
Prezident deyib ki, Avropa Azərbaycandan daha çox hasil etməyi və daha çox təchiz etməyi istəyir, amma zəmanət vermir.
“Yeri gəlmişkən, Avropa, Avropada interkonnektorların tikintisi layihələrini də icra edir. Lakin, eyni zamanda, bizə heç bir zəmanət vermir ki, bizim qazımıza uzun müddət ərzində tələbat olacaq. Beləliklə, biz yalnız 5-10 il üçün milyardlarla investisiya yatırıb sonra xərclərimizi geri qaytarmaya bilmərik. Cənub Qaz Dəhlizi və “Şahdəniz” layihəsinin 2-ci mərhələsinə yatırılmış investisiyalar bu gün hələ də sıfır balansına çatmayıb. Biz hələ də borcu geri ödəyirik. Qaz satışından əldə etdiyimiz vəsaiti borcun ödənilməsinə sərf edirik. Beləliklə, bunlar Avropa ilə Azərbaycan arasında qaz əməkdaşlığına dair bizim həll etməli olduğumuz iki ən önəmli məsələdir”.
22-04-2024, 18:02
Mərkəzi Bankın sədri ABŞ-a işgüzar səfərə çıxdı


Mərkəzi Bankın sədri ABŞ-a işgüzar səfərə çıxdı

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərliyi altında ölkənin bankçılıq missiyasının ABŞ-yə ilk geniş tərkibdə işgüzar səfəri başlayır.
Məlumata görə, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutan bu səfərdə ölkənin aparıcı maliyyə institutlarının rəhbərləri iştirak edir.
Səfər çərçivəsində bankçılıq missiyasının Vaşinqton və Nyu-York şəhərlərində ABŞ-nin aidiyyəti dövlət və hökumət qurumları, eləcə də maliyyə sektorunun nümayəndələri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur. Həmçinin ölkələr arasında bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədi ilə təqdimatların və dəyirmi masa formatlı görüşlərin təşkil olunacağı da gözlənilir.
Aprelin 25-dək davam edəcək missiyanın əsas məqsədi hər iki ölkənin maliyyə sektoru üzrə tənzimləyici qurumları və kommersiya bankları arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə dəstək göstərməkdir.
16-04-2024, 13:41
“Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb” - İlham Əliyev


“Qazlaşdırmanın
səviyyəsi 96 faizə çatıb” - İlham Əliyev


Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.
Dövlətimizin başçısı bildirib: “Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur”.
16-04-2024, 13:30
10 rayon Şirvan, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq


10 rayon Şirvan, 9
rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq


Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaqdır.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib.
“Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk”, - deyən dövlətimizin başçısı gələn il Qarabağ kanalının inşasına başlanılacağını vurğulayıb. “Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq”, - deyə Prezident İlham Əliyev qeyd edib.
9-04-2024, 16:16
Azərbaycan elektrik mühərrikli avtobusların istehsalına başlayır


Azərbaycan elektrik mühərrikli avtobusların istehsalına başlayır

Azərbaycan hökuməti ölkәnin avtobus parkının yenilənməsini yerli istehsal hesabına tәmin edilmәsi mәqsәdilә Çinin “BYD Company Limited” (BYD) şirkәti ilә әmәkdaşlığa başlayır.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, BYD təkliflər əsasında Çin, Rusiya və Macarıstanın bu sahə üzrə ixtisaslaşmış 9 şirkəti arasından seçilib.
Elektrik avtobuslarının istehsalı layihәsindә nazirliyə məxsus “Azәrbaycan İnvestisiya Şirkәti” ASC payçı kimi iştirak edәcәk. Layihә üzrә BYD şirkәtinin yerli tәrәfdaşı “SARDA Group” şirkәtlәrinә mәxsus “Electrify Azerbaijan” MMC-dir. BYD Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 milyon ABŞ dolları investisiya qoymaq istəyir. Daxili tәlәbat vә ixrac imkanları nәzәrә alınmaqla illik istehsal hәcminin 500 әdәd olması nәzәrdә tutulur. Layihә çәrçivәsindә 800 yeni iş yerinin yaradılması planlaşdırılır.
İstehsalın 3-cü ilindәn şirkәt tәrәfindәn istehsal edilәcәk elektrik mühәrrikli avtobusların ehtiyat hissәlәrinin istehsalının lokallaşdırılması nәzәrdә tutulub vә bu, 2030-cu ilә qədər avtobusların ümumi maya dәyәrinin 40 %-ni tәşkil edәcәk. Artıq bununla bağlı yerli potensialın reallaşdırılması imkanlarının araşdırılmasına başlanılıb.
Avtobusların yerli istehsalına 2025-ci ildә başlanılacaq. Bundan әlavә, bu ilin noyabr ayında Azәrbaycanda keçirilәcәk COP29 tәdbiri çәrçivәsindә BYD şirkәtinin elektrik mühәrrikli avtobuslarının ölkәmizә gәtirilmәklә istismara verilmәsi nәzәrdә tutulur.
Gәlәcәkdә BYD şirkәti ilә әmәkdaşlıq üzrә aşağı tonnajlı yük elektrik avtomobillәrinin, kommunal tәsәrrüfat üçün elektrik mühәrrikli avtonәqliyyat vasitәlәrinin, elektrik mühәrrikli minik avtomobilinin istehsalı vә elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahәlәrdә әmәkdaşlıq planlaşdırılır. Bu layihәlәrә şirkәt tәrәfindәn tәqribәn 60 milyon ABŞ dolları mәblәğindә әlavә investisiyanın yatırılması planlaşdırılır.
1995-ci ildә yaranmış BYD şirkәti 2023-cü ildә 3 milyon yeni enerji avtomobilinin rekord satışını hәyata keçirmәklә dünya birincisi olub. Şirkәt dünyada avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bәrpa olunan enerji vә dәmir yolu nәqliyyatı sahәlәrindә son yeniliklәri tәtbiq edәn aparıcı texnologiya şirkәtlәrindәn biri hesab olunur.
9-04-2024, 16:00
Qəbələdə avtomobil yolunun açılışı oldu - FOTO


Qəbələdə avtomobil yolunun açılışı oldu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci il 17 may və 2022-ci il 2 fevral tarixli sərəncamları ilə Qəbələ rayonunda 17 minə yaxın əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb. Tikinti işləri 2022-ci ilin sentyabrında başa çatdırılıb.
Məlumat verildi ki, dördüncü texniki dərəcəyə uyğun salınan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 41 kilometrdir. Texnoloji ardıcıllığa uyğun olaraq lazımi hündürlükdə optimal qum-çınqıl qarışığından yol yatağının tikintisi, yola iki laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. İnşaat işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, nişanlanma xətləri çəkilib. Yol üzərində bir körpü salınıb, 18 avtodayanacaq yaradılıb.
Bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.

8-04-2024, 15:25
Zığ-Hava limanı avtomobil yolunda təmir-bərpa işləri aparılır - FOTO


Zığ-Hava limanı avtomobil yolunda təmir-bərpa işləri aparılır - FOTO

Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində təmir-bərpa işlərinə start verilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, təmir-bərpa işləri hazırda avtomobil yolunun 14-15-ci km-də aparılır.
Uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun müəyyən hissələrində monolit-beton örtükdə çatlar və dağılmış hissələr yaranıb.
Təmir-bərpa işləri çərçivəsində yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yol yatağı xüsusi material tökülərək yenidən kipləşdirilir, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılır.
Bu işlər yekunlaşdıqdan sonra yola lazımi qalınlığında monolit-beton tökülərək örtük bərpa olunur.
Sonda təmir-bərpa işləri yekunlaşan hissə üzrə yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetiriləcək.
Sözügedən yol ilə nəqliyyat axının intensivliyi nəzərə alınaraq hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından işlərin aparıldığı hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.




3-04-2024, 18:16
İranın Azərbaycan üzərindən yükdaşımalarının sayı artıb


İranın Azərbaycan üzərindən yükdaşımalarının sayı artıb

Ötən il (İran ili) İran Azərbaycan ərazisindən tranzit olaraq 2 milyon 307 min ton yük göndərib ki, bu da əvvəlki illə müqayisədə 57 faiz artım deməkdir.
Bu barədə İranın Baş Gömrük İdarəsi məlumat yayıb.
Bəhs olunan dövr ərzində Astara gömrük-keçid məntəqəsindən 549 min ton, Biləsuvar gömrük-keçid məntəqəsindən 674 min ton, Culfa gömrük-keçid məntəqəsindən isə 542 min ton tranzit yük daşınıb.
Bundan başqa, qeyd olunan dövrdə İrandan Türkiyəyə Bazarqan gömrük-keçid məntəqəsindən 1 milyon 188 min ton, Sərxs məntəqəsindən isə 723 min ton tranzit yük nəql edilib. Tranzit daşımaların artması İranın qonşu dövlətlər ilə ticarət dövriyyəsinin də artdığını göstərir.
Ötən il İrandan tranzit yükdaşımaları 88 faiz artıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!