Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 23-04-2025, 12:56
Azərbaycan-Çin: Ticarətdən texnologiyaya uzanan STRATEJİ YOL


Azərbaycan-Çin: Ticarətdən texnologiyaya uzanan STRATEJİ YOL

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasından 30 ildən artıq müddət keçir. Çin 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyıb, 1992-ci ilin aprelində isə tərəflər arasında rəsmi diplomatik münasibətlər təsis edilib. 1992-ci ildə Çinin Bakıda, 1993-cü ildə isə Azərbaycanın Pekində səfirlikləri açılıb.
Çin dünya iqtisadiyyatının əsas aparıcı qüvvələrindən biridir. İldə 19 trilyon dollardan çox məhsul istehsal edən Çin bu göstəriciyə görə yalnız ABŞ-dan geri qalır. Əhalisinin sayı 1,5 milyard olan Çində adambaşına ÜDM 13 min dollardlır. Ölkədə illik iqtisadi artım stabil olaraq 5-6 faiz təşkil edir. Ölkədıə illik inflyasiya 2-3 faiz təşkil edir.
Çin inkişaf etməkdə olan ölkələr arasında ən böyük iqtisadi gücə malikdir. Bu ölkə dünyanın ən böyük ixracatçısı olmaqla yanaşı, əhəmiyyətli bir idxalçıdır. Çin hər il təxminən 2.5 trilyon dollar dəyərində mal ixrac edir. Elektronika, maşın avadanlıqları, geyim və tekstil Çin ixracatının əsas sahələridir. Ölkənin illik idxalı təxminən 2 trilyon dollardır. İdxalın əsasını xam materiallar, texnologiya və enerji təşkil edir.
Çin, həm daxili, həm də xarici sərmayə yatırımlarında böyük bir oyunçudur. İnvestisiyalar əsasən infrastruktur, texnologiya və sənaye sahələrinə yönəlir. Bu ölkə dünyada texnoloji inkişaf sahəsində böyük addımlar atmaqdadır. Huawei, Alibaba, Tencent kimi böyük şirkətlər qlobal bazarda önəmli yer tutur. Çin bərpa olunan enerji sektoruna böyük sərmayələr qoyaraq, dünyanın ən böyük günəş enerjisi istehsalçısıdır. Bu ölkə 5G şəbəkəsini genişləndirməkdə və süni intellekt sahəsində lider olmaqda iddialıdır.
Çin istehsal sahəsində çox güclüdür və qlobal istehsalın böyük hissəsinə nəzarət edir. Ucuz işçü qüvvəsi və geniş resurslara malik olması, ölkəni qlobal istehsalın mərkəzi halına gətirmişdir. Elektronika, avtomobil və geyim istehsalı kimi sahələrdə Çin dünya bazarının lideridir.
Çin, həmçinin dünyanın ən böyük xarici investisiya qoyan ölkəsidir. Çinin dövlət və özəl sektoru inkişaf etməkdə olan ölkələrdə və xüsusilə Afrikada mühüm sərmayələr edir.
Çin, həmçinin Birləşmiş Millətlər Təşkilatında (BMT) və digər beynəlxalq təşkilatlarda mühüm rol oynayır. Çinin güclü beynəlxalq təsiri, onun dünya iqtisadiyyatına təsirini daha da artırır. Çinin aparıcı qüvvə olduğu Asiya İnkişaf Bankı (ADB) və digər regional iqtisadi təşkilatlar da Çinin qlobal iqtisadi siyasətindəki rolunu gücləndirir.
Azərbaycan–Çin iqtisadi əlaqələri son illərdə sürətli dinamika ilə inkişaf edib. 2018-ci ildə 1,3 milyard dollar olan ticarət dövriyyəsi 2023-cü ildə 3,2 milyard dollar yüksəlib.
Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.
Azərbaycanın Çinə əsas ixrac məhsulları neft koksu, kimya sənayesi məhsulları və polimerlərdən ibarətdir. Çin isə Azərbaycana əsasən elektronika, avtomobillər, geyim, yüksək texnologiyalı avadanlıqlar, telekommunikasiya məhsulları və s. ixrac edir. Bu struktur asimmetrik olsa da, Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətli potensial formalaşdırır.
İki ölkə arasında investisiya sahəsində əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. 2024-cü ilin əvvəlinə qədər Çin Azərbaycana 920 milyon dollara yaxın birbaşa sərmayə yatırıb. Azərbaycan isə Çinə təxminən 1,8 milyard dollar həcmində investisiya qoymuşdur. Hazırda Azərbaycanda Çin kapitalı ilə fəaliyyət göstərən 375 şirkətdən 298-i aktiv fəaliyyətdədir. Bu şirkətlər arasında “Huawei” kimi texnologiya nəhəngləri, işğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrində iştirak edir.
Azərbaycanın Çindəki iqtisadi təbliğat platformaları – Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatszedə yerləşən 7 Ticarət və Şərab Evi – Azərbaycan məhsullarının Çin bazarına çıxışına dəstək verir. Həmçinin, bu məhsullar Çinin məşhur “JD” onlayn ticarət platformasında da satışa çıxarılıb.
Azərbaycan və Çin arasında qeyri-neft sahəsində əməkdaşlıq genişlənməkdədir. Xüsusilə yaşıl enerji, yüksək texnologiyalar, innovasiyalar və startap ekosistemləri istiqamətində əməkdaşlıq intensivləşir. Bu kontekstdə “Ələt Azad İqtisadi Zonası” Çin müəssisələri üçün mühüm iqtisadi və logistika qovşağı kimi çıxış edir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və infrastruktur imkanları Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin Orta Dəhliz marşrutunda mühüm rol oynamasına səbəb olmuşdur. Bakı–Tbilisi–Qars dəmir yolu, Şimal-Cənub və Transxəzər nəqliyyat dəhlizləri vasitəsilə yüklərin Çindən Avropaya daşınma müddəti 12 günə endirilib. Zəngəzur dəhlizinin gələcəkdə istifadəyə verilməsi bu logistik imkanları daha da gücləndirəcək.
2024-cü ildə BTQ dəmir yolu xəttində başa çatdırılmış yenidənqurma işləri ilə daşıma gücü artırılıb. 2024-cü ildə Orta Dəhliz vasitəsilə Çindən Azərbaycana göndərilən yük qatarlarının sayı 287-yə çatıb, tranzit yüklərin həcmi isə 378 min ton olub ki, bu da ötən illə müqayisədə 86 faiz artıb.
Orta dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə vasitəsilə Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan Orta Dəhlizin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyəti xüsusi qeyd edilməlidir.
Ümumiyyətlə, Orta dəhliz 2021-ci ilə nisbətən 2030-cu ilə qədər daşınan yükləri üç dəfə artıra, eyni zamanda daşınma müddətlərini iki dəfə azalda bilər. Dəhliz etibarlı marşrut kimi Mərkəzi Asiya və Cənubi Qafqazın ticarət və inkişaf potensialının açılmasına töhfə verərək, limanlara çıxış yolu ilə Çinə, Avropaya və dünyaya inteqrasiyaya imkan yaradacaq ki, bu da Azərbaycan-Çin münasibətlərinin inkişafına daha bir təkan olacaq.
Azərbaycan–Çin iqtisadi münasibətləri strateji tərəfdaşlıqdan qlobal əməkdaşlıq mərhələsinə qədəm qoymuşdur. Gələcək perspektivlər enerji, rəqəmsallaşma, elm, nəqliyyat və alternativ enerji sahələrində birgə layihələrin həyata keçirilməsi ilə daha da genişlənəcək. Azərbaycanla Çin arasında əməkdaşlığın daha da dərinləşməsi regionda sabitlik və inkişaf üçün strateji zəmin yaratmaqla yanaşı, qlobal ticarət və nəqliyyat sisteminin formalaşmasında da mühüm rol oynayacaq.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!