Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
24-07-2024, 15:51
Mişar daşının qiyməti bahalaşdı


Mişar daşının qiyməti bahalaşdı

Azərbaycanda mişar daşının pərakəndə satış qiyməti 10-15 % artıb.
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov bildirib.
"Mişar daşının bahalaşması barədə yayılmış xəbər doğrudur, ancaq burada müəyyən təfsilata ehtiyac var. Çünki mişard aşının qiymətinin artmasına bir yox, bir neçə amil təsir edir. Əvvəla, hər yay mövsümündə tikinti materialları bazarında bu və yaxud buna bənzər hallar gündəmə gəlir. Bundan başqa, yük avtomobillərinin tutumuna texniki nəzarətin gücləndirilməsi, yanacaq qiymətləri, sərbəst ticarət amili mişar daşı qiymətlərinə təsir edə bilər", - deyə o qeyd edib.
24-07-2024, 15:22
Azərbaycanda siqaret və elektron siqaretlər bahalaşır


Azərbaycanda siqaret və elektron siqaretlər bahalaşır

Azərbaycana gətirilən elektron siqaret və tütün məhsullarının aksiz markası vergisi artırılıb. Belə ki, aksiz dərəcəsi ölkəyə gətirilən tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillalar üçün 1000 ədəd üçün 43 manatdan 45,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların aksiz dərəcəsi 1000 ədəd üçün 14 manatdan 16 manata qaldırılıb.
Baş nazirin imzaladığı bu qərarla bağlı danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, siqaretlərin aksiz markalarının artırılması məhsulu alan şəxslərin xərcini artacaq.
"Hökumət də daha çox vergi toplamış olacaq. Məsələn aksiz vergisi 2 manat artıbsa, elektron siqaretin də qiyməti eyni miqdarda artacaq. Vətəndaş cibindən 2 manat artıq pul ödəmiş olacaq. Dövlət büdcəsinin aksiz vergisindən gələn gəlirləri artmış olacaq. Başqa ciddi dəyişiklik olmayacaq”.
Ekspertin sözlərinə görə, aksiz vergisi hər il davamlı olaraq artır:
“Xaricə satılan neft və qaz resurslarının qiymətində ucuzlaşma var, neft hasilatı azalır. Hökumət də bu halları kompensasiya etmək üçün yəqin ki, vergiləri artırır. Burada da cəmiyyətin mənfi reaksiya göstərməyəcəyi sahələr spirtli içkilər və tütün məhsullarının aksiz vergilərinin artırılmasıdır. Bunu da onunla əsaslandırırlar ki, bu zərərli istehlakdır. Bundan əlavə ilin əvvəlində qüvvəyə minən qanuna görə yerli tütün istehsalına lisenziya verilmə şərtləri, istehsalda yerli xammaldan istifadə kimi məhdudlaşdırıcı addımlar da atılıb. Bunların hamısı düşünürəm ki, siqaretlərin qiymətini daha da artıracaq. Bu cür məhdudlaşdırıcı addımlar sonda istehlakçıların ziyanına işləyən məqamdır”.
15-07-2024, 18:09
Azərbaycan İsraillə iqtisadi əlaqələrini gücləndirir


Azərbaycan İsraillə iqtisadi əlaqələrini gücləndirir

Azərbaycan İsraillə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanlarını müzakirə edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İsrailin regional əməkdaşlıq naziri David Amsalem ilə görüşdə xarici sərmayədarlar üçün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və özəl sektorun nümayəndələri arasında əməkdaşlığın inkişafı barədə fikirlərimizi bölüşdük", - M.Cabbarov qeyd edib.
10-07-2024, 17:34
Laçında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi dəyişdirildi


Laçında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi dəyişdirildi

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxs olacaq.
Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.
Bundan əvvəl Xidmətin fəaliyyət sahəsi Kəlbəcər rayonunu da əhatə edirdi.
6-07-2024, 14:02
Azərbaycan TDT-nin hesabına 2 milyon ABŞ dolları köçürüb


Azərbaycan TDT-nin hesabına 2 milyon ABŞ dolları köçürüb

“Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil”.
Bunu uyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı Azərbaycanın TDT katibliyinin hesabına yardım etdiyini bildirib:
“Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür.”, - Prezident qeyd edib.
3-07-2024, 16:17
Astanada Azərbaycan ilə Qazaxıstan arasında sənəd mübadiləsi olub


Astanada Azərbaycan ilə Qazaxıstan arasında sənəd mübadiləsi olub

İyulun 3-də Astanada imzalanmış “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk-Kazına” Milli Rifah Fondu” Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi”nin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə mübadiləsi mərasimi olub.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
2-07-2024, 21:45
Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsüdür


Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsüdür

Azərbaycan 2024-cü ilin aprel ayında Türkiyəyə təbii qazın ixracını əhəmiyyətli dərəcədə artırıb. Artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,02 faiz təşkil edib.
Bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatında deyilir. Məlumatlara əsasən, ixrac 2023-cü ilin aprel ayındakı 893,36 milyon kubmetrlə müqayisədə 1,001 milyard kubmetrə çatıb.
Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyənin ən böyük qaz tədarükçüsü olub.
İkinci yerdə 544 milyon kubmetrə yaxın qaz ixracı ilə İran yer alıb. Bu göstərici 2023-cü ilin aprel ayı ilə müqayisədə 37,25 faiz azalıb.
Türkiyəyə təbii qazın ixracının həcminə görə üçüncü ölkə Rusiyadır. Hesabat dövrü ərzində Rusiya Türkiyəyə 413,24 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 76,01 faiz azdır (1,524 milyard kubmetr).
1-07-2024, 16:27
Prezident əmək pensiyaları ilə bağlı qanunu təsdiqlədi


Prezident əmək pensiyaları ilə bağlı qanunu təsdiqlədi

Əmək pensiyalarının ödənilməsi xərcləri 25 milyon manat artırılıb.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qanuna əsasən, əhaliyə ödənişlər üzrə xərclər 6 681 580 000,0 manatdan 6 706 580 000,0 manata qaldırılıb. Bu çərçivədə əmək pensiyalarının ödənilməsi xərcləri 6 500 000 000,0 manatdan 6 525 000 000,0 manata çatıb.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri 78 500 000,0 manatdan 78 530 000,0 manata, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin saxlanılması xərcləri 130 110 000,0 manatdan 135 080 000,0 manata qaldırılıb.
25-06-2024, 21:56
SOCAR bu şirkətlə anlaşma memorandumu imzalandı


SOCAR bu şirkətlə anlaşma memorandumu imzalandı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə VNG şirkəti arasında təbii qaz və bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə SOCAR-dan məlumat verilib.
Məlumata görə, Almaniyanın aparıcı enerji şirkətlərindən biri olan VNG ilə imzalanan Anlaşma Memorandumu dayanıqlı enerji həllərinin inkişafına və beynəlxalq əməkdaşlığın təşviqinə töhfə verəcək.
Sənəd təbii qazın təchizatı imkanlarının araşdırılması və qaz infrastrukturundan istifadə üzrə təcrübə mübadiləsini nəzərdə tutur. Memoranduma əsasən, tərəflər həmçinin bərpa olunan enerji və karbonsuzlaşdırılmış qazlara keçidi nəzərdə tutan layihələr üzrə əməkdaşlıq imkanlarını araşdıracaqlar.
22-06-2024, 10:20
Neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik - Prezidentin “Euronews”a müsahibəsi


Neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik - Prezidentin “Euronews”a müsahibəsi

İyunun 21-də “Euronews” televiziyası Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlayıb.
Həmin reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb. Həmin müsahibənin tam variantını təqdim edirik.

Müxbir: Cənab Prezident, hər zaman Sizi burada görmək olduqca xoşdur. Bu gün Siz “Masdar” və Zati-aliləri Sultan Əhməd Əl-Cabir ilə çox mühüm xəbər verdiniz. Xahiş edirik, planlarınız barədə daha çox məlumat verərdiniz.

Prezident İlham Əliyev: Bəli, həqiqətən əla tədbirdir və o, əslində, bizim yaşıl gündəliyimizi nümayiş etdirir və eləcə də göstərir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.

Müxbir: Ənənəvi enerji sektorunun olması ilə yanaşı, yeni yaşıl bərpaolunan enerjiyə keçidə gəldikdə, çətinliklər hansılardır?

Prezident İlham Əliyev: Bilirsiniz, əslində, hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim böyük tərəfdaşlarımız var. Artıq qeyd etdim, “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik.

Müxbir: Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox iştirakçının olması digər şirkətlərin bu işə sadiqliyini və bu konfransın nəyə görə enerji sektorunda qlobal liderliyi əks etdirdiyini göstərir. Elə deyilmi?

Prezident İlham Əliyev: Mən də belə düşünürəm. Tədbir artıq 30 ildir keçirilir. Birincisi, o, hələ 1994-cü ildə təşkil olunmuşdur. İkincisi, ölkələrin coğrafiyasına və şirkətlərin sayına baxsanız görərsiniz ki, iştirakçıların sayı artır. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Düşünürəm ki, bütün bu amillər həmin tədbiri müxtəlif məsələləri həll edən, inkişaf yolunu göstərən, çox inkişaf etmiş və inklüziv platformaya çevirir. Birincisi, Xəzər Neft və Qaz Sərgisi oldu. Sonra biz qaz hasilatına başladıq. Tədbir artıq Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Siz qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz.

Müxbir: Yeri gəlmişkən, Siz xüsusi Sərəncamla bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiniz. Elə deyilmi?

Prezident İlham Əliyev: Bəli, ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

Müxbir: Cənab Prezident, hər zaman Sizi görməkdən məmnunuq.

Prezident İlham Əliyev: Çox sağ olun.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!