Ermənistan Hindistandan qırıcı almaq istəyirErmənistan Hindistandan Su-30MKI qırıcılarını almağı düşünür.
Bu barədə "Jetline Marvel" nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, İrəvan Hindistan istehsalı olan Su-30MKI qırıcılarının alınması ilə bağlı yüksək səviyyəli danışıqlara başlamaqla tərəfdaşlığı dərinləşdirməyə çalışır.
Qeyd edək ki, sözügedən qırıcılar bütün hava şəraitində uçuş və havadan havaya və havadan yerə hücumlar üçün nəzərdə tutulub.