SOCAR-la Suriya Hökuməti arasında Memorandum imzalandı .....                        Kim Çen In Lavrovu qəbul edib .....                        İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - FOTO .....                        Qafqazdan barış mesajı: Bakı Yaxın Şərqdə sülhə necə töhfə verir… .....                        Suriya Prezidenti Bakıya gəldi - FOTO .....                        “41 illik çirkin oyunu pozub alt-üst etdik” - Ərdoğan .....                        "Sputnik Azərbaycan” Rusiya FTX-nin filialı olub - Bəyanat .....                        Rusiya Ukraynaya hücum etdi: 2 ölü, 20 yaralı .....                        Sabahın hava proqnozu .....                       
30-06-2025, 14:57
Peskovdan Azərbaycan XİN-in etirazına reaksiya


Peskovdan Azərbaycan XİN-in etirazına reaksiya

Hüquq-mühafizə orqanlarının hərəkətləri diplomatik demarşlar üçün əsas ola bilməz.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan Xarici İşlər Nazirliyinin Yekaterinburqda azərbaycanlıların saxlanması ilə bağlı araşdırma aparılmasını tələb edən bəyanatını şərh edərkən deyib.
“Biz bu cür qərarlara görə ürəkdən təəssüflənirik”, - Peskov bildirib. Onun sözlərinə görə, "Azərbaycan tərəfinin fikrincə, bu cür demarşlara səbəb olmuş hadisələrin səbəblərini və mahiyyətini izah etmək üçün" işi davam etdirmək vacibdir.
Peskovdan Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında danışığın planlaşdırılıb-planlaşdırılmaması da soruşulub. Cavabında o, məsələnin hələ gündəmdə olmadığını deyib. “Lakin digər tərəfdən, tələb olunarsa, təbii ki, bu, ən qısa zamanda baş tutacaq”, - Peskov qeyd edib.
Peskov əlavə edib ki, Rusiya “Azərbaycanla yaxşı münasibətləri” daha da inkişaf etdirməkdə maraqlıdır.
İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
29-06-2025, 18:58
Pakistanda güclü yağışlar - 38 nəfər öldü


Pakistanda güclü yağışlar - 38 nəfər öldü

Pakistanın Milli Fəlakətlərin İdarə Olunması Agentliyi güclü yağışların təsiri ilə bağlı açıqlama yayıb.
Son 3 gün ərzində güclü yağışlar ölkə üzrə ilkin məlumatlara əsasən 38 nəfərin həyatını itirməsinə, 63 nəfərin isə xəsarət almasına səbəb olub.
Ən çox insan tələfatının 19 nəfərlə Xayber Paxtunxva əyalətində qeydə alındığı, Pəncab əyalətində isə 12 nəfərin həyatını itirdiyi bildirilib.
Sind və Bəlucistan əyalətlərində də 7 nəfərin güclü yağışlar səbəbilə həyatını itirdiyi qeyd olunub.
Açıqlamada güclü yağışların davam edəcəyi proqnozlaşdırılır və ölkənin şimalındakı bəzi bölgələr üçün sel xəbərdarlığı verilib.
29-06-2025, 17:06
Paşinyanla Makron telefonla danışdılar


Paşinyanla Makron telefonla danışdılar

Fransa prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bununla bağlı Emmanuel Makron özünün "X" hesabında paylaşım edib.
“Mənim Ermənistanın Baş naziri ilə çox yaxşı telefon danışığım oldu. Demokratiyanın zədələnməsi üçün göstərilən cəhdlər müqabilində Fransanın Ermənistanla həmrəy olduğunu ifadə etdim. O cümlədən, Paşinyanın Azərbaycanla sülh və Türkiyə ilə normallaşma üçün göstərdiyi cəsarətli səyləri dəstəklədiyimizi də vurğuladım. Sülh və açıq sərhədlər bütün region üçün önəmli bir hadisədir və regiondan kənar ölkələr üçün də bir nümunədir”- Fransa prezidenti paylaşımında qeyd edib.
29-06-2025, 14:35
Belqradda etirazlar - 48 polis yaralandı


Belqradda etirazlar - 48 polis yaralandı[/color]

Belqradda baş verən iğtişaşlar nəticəsində 48 polis əməkdaşı xəsarət alıb, 77 nəfər, o cümlədən bir yeniyetmə saxlanılıb.
Bu barədə Serbiya Polisi direktorunun köməkçisi Deyan Lukoviç TV Prva telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, polis 35 cinayət işi və 22 inzibati xətayla bağlı vəsatət qaldırmağı planlaşdırır. “Biz bütün halları araşdırmağa, faktiki mənzərəni müəyyənləşdirməyə və digər şəxslərin, təşkilatçıların identifikasiyasını aparmağa davam edirik. Aidiyyəti prokurorluqlar və təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq çərçivəsində bu işi sona çatdıracağıq”, – deyə o bildirib.
Lukoviç qeyd edib ki, xəsarət alanlardan biri – jandarm xidmətinin əməkdaşı – ağır bədən xəsarətləri alıb, lakin həyatı üçün təhlükə yoxdur, vəziyyəti stabildir. Digər xəsarətlər yüngül olaraq qiymətləndirilib.
“Polis əvvəlcə maksimum səbir və təmkin göstərdi, lakin vəziyyətin kəskinləşməsindən sonra minimal məcburetmə tədbirlərinə əl atıldı”, – deyə Lukoviç əlavə edib.
28-06-2025, 19:43
Ermənistan Hindistandan qırıcı almaq istəyir


Ermənistan Hindistandan qırıcı almaq istəyir

Ermənistan Hindistandan Su-30MKI qırıcılarını almağı düşünür.
Bu barədə "Jetline Marvel" nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, İrəvan Hindistan istehsalı olan Su-30MKI qırıcılarının alınması ilə bağlı yüksək səviyyəli danışıqlara başlamaqla tərəfdaşlığı dərinləşdirməyə çalışır.
Qeyd edək ki, sözügedən qırıcılar bütün hava şəraitində uçuş və havadan havaya və havadan yerə hücumlar üçün nəzərdə tutulub.
28-06-2025, 18:50
Zaxarovadan azərbaycanlıların öldürülməsinə reaksiya


Zaxarovadan azərbaycanlıların öldürülməsinə reaksiya

Xəbər verdiyimiz kimi, iyunun 28-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd edilib ki, Rusiya tərəfinə 27 iyun 2025-ci il tarixində həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib.
Zaxarova bildirib ki, əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb.
"İyunun 28-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunan Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Pyotr Volkovıx tərəfindən Azərbaycan tərəfinə lazımi izahat verilib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğuna əminlik ifadə olunub. Qeyd olunan cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir", - Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova əlavə edib ki, daha ətraflı məlumat əldə olunan kimi İstintaq Komitəsi tərəfindən ictimaiyyətə açıqlanacaq.
28-06-2025, 18:34
Paşinyan söyüşləri dayandırır


Paşinyan söyüşləri dayandırır

Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi rəqiblərinə 1-5 iyul tarixləri arasında qarşılıqlı təhqirlərə son qoymağı təklif edib.
Bu barədə o, özünün teleqram kanalında məlumat yayıb.
O, bu beş gün ərzində özü də təhqiramiz ifadələrdən çəkinəcəyinə söz verib.
“İctimai-siyasi sahədə söyüş və hibrid hücumların dayandırılması üçün ümummilli konsensusa nail olmaq istəyirəm. Bunun əvəzinə yalnız yoxlanılmış faktlara əsaslanan mədəni və hörmətli debatlar aparmaq lazımdır”.
Paşinyan həmçinin bildirib ki, iyulun 1-i bu təşəbbüs üçün başlanğıc tarix ola bilər və həmin gündən etibarən “qeyri-rəsmi, söyüşə yaxın leksikanın” istifadəsinə öz çıxışlarında qadağa qoyur.
28-06-2025, 13:50
Polşa prezidentindən Ukraynaya gözlənilməz səfər


Polşa prezidentindən Ukraynaya gözlənilməz səfər

Polşa prezidenti Anjey Duda Ukraynaya gözlənilməz səfər edib.
Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
"Polşa prezidenti Anjey Duda Kiyevə gəlib. O, Vladimir Zelenski ilə görüş planlaşdırdığını bildirib", - məlumatda deyilir.
Qeyd edək ki, Polşa Dövlət Seçki Komissiyasının məlumatına görə, iyunun 1-də keçirilən prezident seçkilərinin ikinci turunda müxalifət təmsilçisi Navroçki 50,89 faiz səs toplayıb və 49,11 faiz dəstək alan hakim koalisiyanın nümayəndəsi Rafal Tşaskovsiyə qalib gəlib. Polşanın yeni prezidenti Karol Navrotskinin andiçmə mərasimi avqustun 6-na təyin edilib.
28-06-2025, 13:28
Pakistanda partlayış - 13 nəfər həlak oldu


Pakistanda partlayış - 13 nəfər həlak oldu

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Bu barədə “Аgence France-Presse” məlumat yayıb.
"Terrorçu-kamikadze partlayıcı maddələrlə dolu avtomobillə əsgərlərin kolonasına girib", - dövlət nümayəndəsi agentliyə bildirib.
27-06-2025, 19:50
Rusiyadan Ermənistana XƏBƏRDARLIQ


Rusiyadan Ermənistana XƏBƏRDARLIQ

Rusiya Ermənistana məktub hazırlayır, məktubda ölkənin Avropa İttifaqı ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları arasında ziddiyyətlər olduğunu qeyd edir.
Bunu Rusiya baş nazirin müavini Aleksey Overçuk TASS-a deyib.
“Mən həmkarım Mqer Qerbertoviçə (Ermənistanın baş nazirinin müavini Qriqoryan-red) ünvanlanmış məktubu imzalamağa hazırlaşıram ki, bizim fikrimizcə, bu hərəkətlər (Aİ ilə yaxınlaşma normaları-red) Avrasiya İqtisadi İttifaqının normalarına ziddir. Buna uyğun olaraq, biz müvafiq tədbirlərin görülməsi məsələsinə baxacağıq", - Rusiya baş nazirinin müavini xəbərdarlıq edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!