Rubinyandan sərt cavab: Solovyov itdir! .....                        İranda saxlanılan etirazçı edam ediləcək .....                        Deputat öz yerinə onu təyin etdi .....                        Ermənistan Solovyova görə Rusiyaya nota verdi .....                        Xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqləndi .....                        İrandakı bu etirazçılar çərşənbə günü EDAM EDİLƏCƏK .....                        Yeni gömrük yığımları tətbiq ediləcək .....                        Xaricdə təhsil üçün universitetlərin siyahısı AÇIQLANDI .....                        Kuba lideri Trampa cavab verdi .....                       
Tarix : 11-07-2025, 15:31
PKK silahlarını yandırır: "Azad iradəmizlə edirik" - FOTO


PKK silahlarını yandırır: "Azad iradəmizlə edirik" - FOTO

PKK terror təşkilatı həbsdəki lideri Abdullah Öcalanın etdiyi çağırışa müvafiq olaraq bu gündən silahları yerə qoymağa başlayıb. İlk simvolik mərasim İraqın şimalındakı Süleymaniyyə şəhərində keçirilib. PKK-ya yaxın olan xəbər agentliklərinin verdiyi məlumata görə, mərasimə 15 qadın və 15 kişi olmaqla ümumilikdə 30 təşkilat üzvü qatılıb.
Silahı yerə qoyan Barış və Demokratik Cəmiyyət Qrupunun açıqlamasında deyilir: “Bundan sonra azadlıq, demokratiya və sosializm uğrunda mübarizəmizi demokratik siyasət və hüquq yolu ilə davam etdirmək məqsədilə və demokratik inteqrasiya qanunlarının qəbul edilməsi əsasında silahlarımızı azad iradəmizlə məhv edirik".
Bu gün keçirilən simvolik mərasimdən sonra silahı buraxma prosesinin bir neçə ay ərzində tamamlanması hədəflənir. Ankara, Ərbil və Bağdad idarələrinin koordinasiyası ilə silahların təhvil veriləcəyi nöqtələrin yaradılması və təşkilatın bu ərazilərdə silahlarını təhvil verməsi nəzərdə tutulur.
Mərasimdən əvvəl PKK lideri Abdullah Öcalanın 9 iyulda ictimaiyyətə mesajı açıqlanmışdı. Öcalan PKK-nın milli dövlətçilik məqsədindən imtina etdiyini və sülh və demokratik cəmiyyət məqsədinə çatmağın “pozitiv inteqrasiyaçı perspektivlə” mümkün olduğunu deyib.
DEM Partiyasının sözçüsü Ayşəgül Doğan 9 iyulda verdiyi açıqlamasında millət vəkilləri və DEM Partiyasının heyəti olaraq PKK-nın silah qoyma mərasiminə şahidlik etmək üçün orada olacaqlarını bildirib. Mərasimə partiyanın həmsədriləri, bəzi millət vəkilləri və Mərkəzi İcraiyyə Komitəsinin (MYK) üzvləri, sol-sosialist partiyaların rəhbərlərinin də yer aldığı heyətin getdiyi deyilir.










Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!