Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 11-07-2025, 17:32
Zelenski Rusiya ilə gələcək danışıqların şərtlərini açıqlayıb


Zelenski Rusiya ilə gələcək danışıqların şərtlərini açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə gələcək danışıqların şərtlərini açıqlayıb.
Ukraynanın müharibədən sonra reabilitasiyası üzrə 4-cü Beynəlxalq Konfransın keçirildiyi Romadakı mətbuat konfransında Zelenski deyib: “Biz tərəflərin ikinci görüşdə - İstanbulda razılaşdırdığı mübadilələri tamamlamalıyıq”.
İyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında birbaşa danışıqların ikinci raundu keçirilib. Tərəflər müharibədə həlak olan 6 min hərbçinin cəsədinin bir-birinə verilməsi ilə yanaşı, ağır yaralıların, habelə yaşı 25-dən aşağı olan hərbi əsirlərin mübadiləsi barədə razılığa gəliblər.
Bunun ardınca iyunun 9, 10, 12, 19 və 20-də bir sıra hərbi əsirlərin mübadiləsi baş tutub. Eyni zamanda, ölənlərin cəsədlərinin mübadiləsi aparılıb.
Zelenskinin sözlərinə görə, mübadilələr yaxın vaxtlarda başa çatacaq.
"Yalnız bundan sonra komandalar effektiv variantın müzakirəsinə - liderlər səviyyəsində görüşün hazırlanmasına keçə biləcəklər", - o deyib.
Zelenskinin sözlərinə görə, onun üçün ən arzu olunan format dövlət başçıları səviyyəsində keçiriləcək Ukrayna-Rusiya-ABŞ formatıdır.
Ukrayna liderinin sözlərinə görə, masa arxasında təkcə sözlər deyil, həm də “konkret təminatlar” səsləndirilməlidir. Eyni zamanda, Zelenski xatırladıb ki, Vatikan, Avstriya, İsveçrə və Türkiyə artıq dialoq üçün platformalar təklif ediblər.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!