Kadırovdan Puqaçovanın sözlərinə sərt reaksiya .....                        İl ərzində bir həkimin hazırlığına 8 min manat ayrılır .....                        “Benfika” ilə oyuna istədiyimiz kimi hazırlaşa bilməmişik - Qurban Qurbanov .....                        Polşada hökumət binaları üzərində uçan dron vuruldu .....                        Prezident həmin ev barədə tapşırıq verdi .....                        Prezident həmin ev barədə tapşırıq verdi .....                        Qəbul prosesini daha da çətinləşdirməyi düşünürük - Emin Əmrullayev .....                        Bakıda sərnişin avtobus sürücüsünü döydü .....                        Tramp Britaniyaya getdi .....                       
Tarix : 22-01-2014, 13:48


ADAŞIMA SƏMİMİ TƏBRİK...



Zalimxan Mammadli

Adaşım, körkəmli xalq şairi Zəlimxan Yaqubun doğum günüdür. Hamı təbrik edir. Mən də ona, öncə Allahdan şəfa diləyirəm. "Borçalı"ya xeyir dua verənlərdəndir. Çox məsələlər müzakirə etmişik.
Həm də bir-birimizi çox istəyirik. Hətta bəzi böyük məclislərdə-Borçalının iki Zəlimxanı var. Biri şeriyyətin, biri isə siyasətin öncülü. Hər ikisi bu millətin öyünə biləcəyi şəxsiyyətlərdir" səmimi zarafatını da bir neçə dəfə ürəkdən söyləməkdən çəkinməmişdi. Baxmayaraq ki, siyasi şərtlər çox ağır olan zamanlar idi. Dostluğumuz, şəxsiyyətinə ehtiramım hər zaman olacaqdır.

2010-cu il 60 illiyi idi... Şeriyyəti sevən hər kəs onu təbrik edir, ayrı-ayrı kollektivlərdə yubiley törənləri qurulurdu. "Borçalı" Cəmiyyəti olaraq 2010-cu ili -ZƏLİMXAN YAQUB 60- törəni ilə başlamaq istəyində idik. Çoxları təbii olaraq bunu bizdən gözləyirdilər. O ana qədər şairi bütün tədbirlərimizə dəvət etmişdim. Hər dəfə işinin çoxluğu ilə əlaqədar gələ bilməyəcəyini deyir və təbii ki, mən də bunu səmimi qəbul edir, məndən soruşanlarla bölüşürdüm.. 60 illiyi ərəfəsində təşkilat olaraq urvatlı açıqca hazırlatdıq, xalı toxutdurduq. Hamı ZƏLİMXAN gözləyirdi..
Bu ərəfələrdə niyyətimizi bildirdim, təşkil etdiyimiz tədbirə dəvət etdim... 60-cı zəngim idi. Cavab məni xeyli sarsıtdı- -Mən ora gəlməyəcəm! Və beləliklə hazırladığımız hədiyyələr və saf niyyətimiz daşlaşdı-elimizin birlik və bərabərliyi üçün tarixi bir məqam əldən verildi.... Hələ də o anlar "Borçalı"da xoş xatirə olaraq anılmır. Təssüflər ki, həqiqət budur.
...Amma get gəlimiz dayanmadı... Nə zamansa bunu açmalı idim. Bunu bölüşməli idim. Şairin bu səmimi duyğularıma görə məni əfv edəcəyinə inanıram. Yenə sənətini sevirəm, yenə şəxsiyyətinə sayğılıyam, yenə, yorulmadan SAĞLIQ DUALARI EDİRƏM, VƏ EDƏCƏM. Gərək belə olmayaydı. Gərək düşmənləri, birlik və bərabərliyimizi istəməyənləri sevindirməyəydik. Keçmiş olsun, ŞAİR... Sizin nə zamansa gələcəyinizə inanırıq...Dəyərli dostum, qardaşım, Birlik və brabərlik üçün yolumuzu yorulmadan davam etdirəcəyik...Allah şəfa versin.
Ən böyük arzum - 70 illiyini keçirmək, həm də mənəvi haqq olaraq mənə və "Borçalı" cəmiyyətinə nəsib olsun. Allah bu yükü üzərimizdən götürməkdə bizlərə yardımçı olsun. AMİN.
PS. - bu təbrik, açıqlamamı ağıllı insanların səmimi qəbul edəcəyi istəyi ilə...


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!