Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 23-10-2013, 17:36



"Borçalı" İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin müraciəti

Gürcüstan Prezidenti Mixail Saakaşvili cənablarına,
Gürcüstanın Baş naziri Bdzina İvanişvili cənablarına.

Gürcüstanın çox hörmətli Dövlət və Hökumət başçıları!

Hər ikinizi “Borçalı” Cəmiyyəti üzvləri və şəxsən öz adımdan salamlayır və qarşıdan gələn prezident seçkilərinin sizə uğurlar arzu edir, seçkilərin tam demokratik keçirilməsi üçün səylərinizi səfərbər etməyinizi arzulayıram. Seçkidə iştirak edən digər namizədlərin hər birinə də eyni arzumuzu ifadə edirəm.
Sizlərə xüsusi müraciət etməyim təsadüfi deyil. Hər ikiniz məşhur qızılgül inqilabının nəticəsi olaraq siyasətdəsiniz və Gürcüstanı idarə edirsiniz. Sizin davranışlarınızın nəinki Gürcüstanın, bütövlükdə Güney Qafqazın və demokratiya uğrunda ağır şərtlər altında mübarizə aparan postsovet ölkələrinin gələcək taleyində mühüm rol oynayacağı qənaətindəyəm. Gürcüstanın timsalında demokratiyanın daha üstün dəyər olduğu əyani şəkildə öz təsdiqini tapmaqdadır. Bu prosesin davamlılığı qonşu ölkələrə təsirsiz ötüşməyəcəkdir. Çox istərdik ki, bu təsir pozitiv olaraq Azadlıq yolunun daha da möhkəmlənməsinə yardımçı olsun. Bu baxımdan Sizlərdən prezident seçkilərinin tam demokratik keçirilməsini təmin etməyinizi istəmək haqqım çatır. Siz bununla Qafqazın tarixində demokratiya yönündə müstəsna xidmət etməklə tarixə düşmüş olarsınız.

Hər iki dövlətin Kreml tərəfindən himayə olunan etnik separatçılıqdan əziyyət çəkdiyini də unutmamalıyıq. Gürcüstanda məskunlaşan bir neçə yüz min soydaşımız olan Borçalı türkləri bütün təxribat və məkrli planlara uymayaraq hər zaman Gürcüstan Dövlətçiliyi mövqeyində dayanmış, klassik dostluq, qardaşlıq nümunəsi göstərmişlər. Bu gün onlar Gürcüstanın daha da güclənməsi üçün ciddi dayaqlardan biridir. Həmçinin onlar hər iki dövlətin daha qarantlı sabaha getməsi üçün Türkiyə-Gürcüstan-Azərbaycan arasında sarsılmaz mənəvi körpü rolunu oynamaqdadırlar. Düşünürəm ki, bu çox həssas bir məqamdır.

Sizin hər ikiniz zaman-zaman soydaşlarımıza ehtiramınızı ifadə etmiş, onların xüsusi məzmun və mahiyyət daşıyan problemlərinin həll olunmasına yardımçı olacağınıza söz vermisiniz. Təəssüflər olsun ki, bu problemlərin, xüsusilə 1991-92-ci illərdə əsassız olaraq Bolnisi rayonunda dəyişdirilmiş kənd adlarının bərpası istiqamətində real addım atmadınız. Eyni zamanda əhalinin məlumatsızlığı ucbatından onların müxtəlif “hüquqi” yollarla əllərindən alınmış torpaqlarının onlara qaytarılması istiqamətində şifahi söz verməkdən uzağa gedə bilmədiniz. Acınacaqlı hal odur ki, bu azmış kimi son vaxtlar Segareco və Qardabani rayonlarında soydaşlarımıza məxsus olmalı bir neçə min hektar torpaq sahəsi müxtəlif vasitələrlə işbazlara verilmişdir. Haqlı olaraq soydaşlarımız bunu Gürcüstan mərkəzi hakimiyyətinin soydaşlarımıza qarşı ayrıseçkilik siyasəti kimi dəyərləndirirlər. Odur ki, sizlərdən və bütün prezidentliyə namizədlərdən soydaşlarımızın bu tip həssas problemlərinə diqqətli olmağı, onların halal haqlarının özlərinə qaytarılmasına cəsarətlə yardımçı olmağınızı, təxirə salmadan bu problemlərin həllinə qol qoymağınızı xahiş edirik. Bu demokratiyanın daha üstün dəyər olduğunu sübut edən cəsarətli addıım olmaqla, soydaşlarımızın Gürcüstana daha sıx bağlanmalarına, bölgədə barış və sülhə əvəzsiz fayda verər, Azərbaycan və Gürcüstan arası müttəfiqlik münasibətlərinin daha da möhkəmələnməsinə əlavə güc verərdi. Bu həm də hər iki dövləti təhdid edən məkrli güclərə vahid milli cəbhədə dirəniş göstərməyimizə, Vahid Qafqaz Evinin formalaşmasına ciddi təkan verərdi.

Bir daha gürcü xalqına xoş rifah, demokratiya, bütövlük yolunda mübarizlik arzu edirəm. Ulu Tanrı yardımçınız olsun. Allah birlik və bərabərliyimizi qorusun!

Hörmətlə,
Sədr Zəlimxan Məmmədlu
22/10/2013


Paylaş



Bölmə: Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!