Sabah paytaxtda bu yollar bağlanacaq - SİYAHI .....                        Ermənistan İrana yeni səfir göndərdi .....                        İran Milli Təhlükəsizlik Şurasından kritik qərar: İsrailə hərbi cavab verilsin! .....                        Rusiya qoşunları Ukraynada daha iki şəhəri ələ keçirib .....                        Xamenei ABŞ və İsraili hədələdi: “Mütləq sərt cavab alacaqlar!” .....                        Gürcüstanda müxalifətdən olan yeganə mer öldü .....                        ABŞ Rusiya ilə o sazişi imzalasaydı, Ukraynada müharibə başlamayacaqdı - Medvedev .....                        Bakıda 31 avtobus marşrutunun istiqaməti dəyişir - SİYAHI .....                        Sabahın hava proqnozu açıqlandı .....                       
Tarix : 22-08-2013, 15:05
“Zəngəzur” Cəmiyyətləri birliyi Xalq qəhramanı Sultan Bəyin anadan olmasının 140 illiyi ilə bağlı elan etdiyi müsabiqəyə yekun vurulub. Birliyin sədri Hacı Nərimanoğlunun verdiyi məlumata görə, təqdim olunmuş materiallar arasında tarix elmləri doktoru, professor Ziyadxan Nəbibəylinin “ Bütöv Azərbaycan ”, “Təzadlar” və digər qəzetlərdə gedən silsilə məqalələri Sultan bəyin ömür yoluna həsr olunmuş ən uğurlu yazılar hesab edilərək, müəllifə elmi- tarixi əhatə dairəsin genişləndirməklə kitab şəklində hazırlamaq tövsiyyə olunub.
Nəticədə 176 səhifəli “ Sultan bəy və Xosrov bəy qardaşları” kitabı “ Nurlar” Nəşiriyyat – Poliqrafiya Mərkəzində işıq üzü görüb. Nəşrin redaktor və rəyçiləri “ Zəngəzur ” Cəmiyyətləri Birliyinin sədr müavini, “ Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru Tamxil Ziyyədinoğlu və İdarə Heyyətinin üzvü “ Bütöv Azərbaycan” qəzetinin redaktoru , filalogiya üzrə fəlsəfə doktoru İlham Məmmədlidir. Kitaba istedadlı şair Zahir Abbas “ Ön Söz ” yazmışdır.
Kitabda Azərbaycanın qədim torpaqlarından olan Zəngəzurda hər 3 nəfərdən birini xüsusi qəddarlıqla məhv edərək özünü “ Zəngəzur qubernatoru” elan etmiş Andronikin qoşunlarına Sultan bəyin tutduğu divan, qardaşı- Azərbaycan Xalq Cümhüriyyətinin ilk Hərbi naziri, Gəncə və Qarabağın general – qubernatoru Xosrov bəyin erməni daşnaklarına qarşı mücadiləsi əsas yer tutur. Kitabda həmçinin Sultanov qardaşlarının təmsil olunduğu Qarabağ- Zəngəzurun və onun Laçın bölgəsinin etno- mənəvi dəyərlər tarixindən ətraflı bəhs edilir.
Kitabdakı 100 – dən çox rəngli foto- şəkil qəhrənmanların yurd yerləri haqqında da zəngin təssürat yaradır.
Tanınmış tarixçi alim, “ Zəngəzur ” Cəmiyyətləri Birliyi Ağsaqqallar şurasının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Ziyadxan Nəbibəylinin “ Sultan bəy və Xosrov bəy qardaşları” kitabının işıq üzü görməsinə Laçın torpağının dəyərli ziyalılrından olan Tapdıq Abbasovun ailəsi maddi dəstək verib.


Paylaş



Bölmə: Zəngəzur / Köşə / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!