Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 15-09-2020, 20:30
Yusif Dirilinin 60 yaşına
Ürəyinizdə Günəş olsun!

Dostum, Azərbaycan aydını Yusif Dirilini 30 ilə yaxındır tanıyıram.
Xaraktercə sakit, cəmiyyətdən ayrıca iddiası olmayan, minimal dolanışıqla yetərlənən, Yurd duyğusuyla yaşayan, doğulduğu Yurdu qutsallaşdırmağı bacaran, Bütöv Azərbaycan sevdalı Yusif Dirili...
İşıqlı Atalı yazır: Ürəyinizdə Günəş olsun!

Onun şairliyi dərd çağırır, dərdiylə baş-başa qalmağı bacarır, dərdə yenilmir, dərdindən güc alır – dərdini yenmək üçün.
Yazı dili aydın olduğu dərəcədə şeir dili də aydındır.
Yurd itkisini sözlə çatdırmaq alınmayanda sazla deyir. Sazı – bayatılarıdır.
***
Publisistikasında İnsan, Yurd, Doğa (təbiət) gözəlliklərini ardıcıl qabartmasını gördüm.
Pisi görməyə nə var ki? Yaxşını görüb yazmaq insandan ərdəmlik istəyir.
Yusif Dirili doğma müşahidəçiliyini aydın dillə ona görə çatdıra bilir ki, insanlara inanır.
Əlbəttə, onun da inanıb yanıldıqları az olmayıb.
Belədə insana ruhsallıq ərdəmliyi köməyə gəlir.
İnam Ata (Asif Ata) demişkən, İnsanda yanılıb İnsanlığa inanırsan, inamında ard edirsən...
***
Yusif Dirilinin minimalla yetərlənməyindən danışdım.
İllərdir hər həftə Qobustan rayonunun Dərəkəndinə gedir orta məktəb şagirdlərinə dərs demək üçün.
Usanmır, yorulmur həm də.
İçində öyrətmənlik sevgisi olmasaydı, illəri yormazdı o yollarda.
***
Yusif Dirili həm də fitri ailəçidir.
Anadangəlmə halallığa, ulusal qeyrətə köklənmiş bir türk kişisinin bu yöndə fədakarlığını doğal sayıram.
***
Onun ayrıca olaraq İnam Atayla (Asif Atayla) ruhsal təmaslarını (müsahibələrini), ümumən bu yöndəki yazılarını yüksək dəyərləndirirəm.
Azərbaycanda yaranan Ulusal-Bəşəri İnamın – Mütləqə İnamın soraqlarının yayılması üçün çaba göstərəsən, bunu ulusal-mənəvi borc sayasan, nəfəs ölçüsündə gərəkliyini əsaslandırasan; bu cür mətanətli xarakterin yiyəsidir Yusif Dirili.
***
Əzizim Yusif qardaş!
Bitməyən, sınırsız İnsanlıq Dünyanızda daha da ruhlu, ümidli olmağınızı diləyirəm.
İnsançı, gözəl əməllərimizlə dünyamızı ölməz, ümid qaynağı etmək imkanımz var – mənəvi borcumuz olaraq.
Bu yaşa əliboş gəlməmisiniz.
60 yaşınız qutlu olsun!


Paylaş



Bölmə: Sosial şəbəkələr / Bütöv Azərbaycançılar / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!