Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı .....                        Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək .....                        COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir - Prezident .....                        COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                       
Tarix : 10-09-2015, 13:50
CABİR UMUD YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏRİM...

Yusif Huseyn

UNUTSAQ, UNUDULARIQ.....Xatirələrim silsiləsindən...

Bəzən bir xalq nə qədər böyük olsa da ya bir nəfər mütəfəkkiri və yaxud bir nəfər şairi ilə fəxr edir. Amma mən deyərdim ki, Azərbaycan poeziyasının XI əsrdən üzü bəri Nizami Gəncəvidən, XV əsr Fizulidən Aşıq Ələsgərə, Tufarqanlı Abbasdan yönü bizə, Dədə Şəmşirə qədər nə qədər klassiklərimiz tarixin yaddaşına qızıl həriflərlə yazılıb. Fəxrlə deyə bilərəm ki, təkcə Kəlbəcər ədəbi mühiti bu zənginliyi daha da gözəlləşdirir. Bəhmən Vətənoğıu, Məmməd Aslan, Ənvər Rza, Sücaət, Adil Cəmil, Ayrım Əhməd və neçə-neçə adnı çəkə bilmədiyim şairlər. Eləcə təxmini hesablamama görə Kəlbəcərli şairlərimizin sayı iki yüz nəfərdən çoxdur və hamısıda yeri düşdükcə məclislərdə poeziyası ilə yad edilir. Bu yaxınlarda poeziyamıza ağır bir itki də üz verdi. Bu öz təbi, öz yaradıcılığı ilə yadda qalan Cabir Umud idi. Allah rəhmət eləsin. Sənəti həkim olmasına baxmayaraq könlünü saza-sözə bağlamışdı. Şairlə hələ gənclik illərindən dostluq etdiyimə görə onun yaradıcılığının çoxuna bələd idim. Gözəl saz ifaçılığı var idi. Arada vaxt tapanda görüşərdik. Nə yazıq ki, amansız ölüm onu aramızdan vaxtsız apardı. Ruhu şad olsun. Amma həmişə belə olub, lazımlı sənətkarları, şairləri öləndən sonra axtarmağa başlayırıq. Yox, əslində mən bu yazımı bir neçə il əvvəl qələmə almışdım. Çün ki, bizim görüşüb, dərdləşmək imkanımız var idi. Həm də eyni bir dərdin, yurd-yuva nisgilinin daşıyıcısı idik. Şair kimi də bir birimizə ruhən yaxın idik. 2004 cü ildə görüşəndə yenicə nəşr olunmuş “Qəm dəyirmanı” kitabını mənə bağışladı. Bu yazımı da o vaxtlar bir hissəsini qələmə almışdı. Cabir itkisindən sonra yazını yenidən işləmək qərarına gəldim:
CABİR UMUD YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏRİM...

Könlüm bir qəm dəyirmanı, Üyütdüyü nələr,..nələr.. Şahidi yox, şahadı çox, Özü alar, özü bölər.

Könlüm bir qəm dəyirmanı, Daşı dişənmək istəyir. Damı qar, yağış saxlamır, Yoxsa döşənmək istəyir?! Nə dişənməz, nə döşənməz, Özü yaxşı duyur məni. Mən əkinçi olan gündən, Könlüm bir qəm dəyirmanı.

Bəli, yurd-yuva həsrətli şairin qəlbi həmişə qəm dəyirmanı kimi dərd üyüdürdü. Onun hansı bir şerini oxusan, hansı bir yazısına nəzər salsan oradan yurd nisgili göyərdiyinin şahidi olarsan. Hansı dərdimiz, hansı ağrımız qalıb ki, Cabir Umud onu poetik dillə ağlamasın:

Bu müddətə qonaq olmaz, Bu ölçüdə qınaq olmaz. Qeyrət, namus sınaq olmaz, Sındırılmış balupərim, Kəlbəcərim!

Bir daş olub atılmışam, Mən nə ucuz tutulmuşam?! Talanmışam, satılmışam, İtirdiyim şah əsərim- Kəlbəcərim!

Köçkünlük həyatının ağrı-acısı hamımıza məlumdu. Bu elə bir dərddi ki, kim nə qədər bacarır, gücü çatdığı qədər bu dərdi daşıyır. Gücü çatmayanda isə.... Dünyasından küsüb, hətda doğmaları ilə sağollaşmadan öz əbədi dünyasına üz tutur, dərdini də özüylə aparır. Cabir Umud da beləcə ayrılıdı bizlərdən. Amma mən deyərdim ki, qədərincə yazdı- yaratdı. “Qəm dəyirmanı”, “Bu daş, bu tərəzi”, “Dərdin varsa, tək deyilsən”, “Bayatı yağmuru”, “Süngülənmiş bələk” və “Sazın dastanı” poemaları, şairin yaradıcılığı haqda oxucuda geniş təsəvvür yaradır. Hamısı da dolğun, mənalı, möhtəşəm sənətkar qələminin məhsulu. Bayatıları Sarı aşıq qüdrətində, özü də nə az, nə çox , iki min beyt, cinac bayatılar. Elə tarixin yaddaşında qalmaq üçün bu bayatılar bəs edər: ....Oxu tər, Oxu, bülbül, oxu tər. Ox atma sinəm üstə, Qəm tünlükdür, ox itər...

......Yardı, getdi, O gedən yardı, getdi. Suçum belə çoxdumu, Sinəmi yardı, getdi?!

....Oxu, gör də. Cabiri oxu, gör də. Cinas- varım, xəzinəm, Əl atma, oxu gör də!

Cabir Umudun şerlərindən, bayatılarından öz nəfəsi ilə süzülüb gələn ağrılı-acılı köçkün qayğılarını görürsən, oxuyursan və baxırsan ki, elə sənin dərdini qələmə alıb. Axı köçkünkük dərdinin də bircə rəngi var. Şair nə mövzu, nə də sanballı söz sarıdan korluq çəkmir. İstədiyini oxucusuna qədərincə çatdıra bilir:

Ömür ötdü, bəhər nədi?! Dadan bilər-zəhər nədi. Qəm şələsi, qəhər nədi, Yarımcan sağlardan soruş.

Cabir Umud şer-sənət aləminə təsadüfən gələn şairlərdən deyil. Atası Bağban Umud el arasında tanınmış, sözləri məclislərdə oxunan bir el ağsaqqalı idi. Deməli

onda da şairlik irsən gəlib. Xəyalına elsiz-obasız yurd yerləri düşdükcə qələmə sarılıb dərdlərini vərəqlərə pıçıldayan şair hər bir mövzusunu dolğun, mənalı yazmaqla oxucu rəğbəti qazanmışdır Elə “Səbrin nə çox imiş, ay ev yeyəsi” şeri də, özlüyündə yurda çağırış kimi səslənir:-

Daşdan yaranmısan, daş da əridi, Səbrin nə çox imiş, ay ev yeyəsi?! Bir günün üstünə illər yeridi, Səbrin nə çox imiş, ay ev yeyəsi?!....

...Bir hsərət boylanar hey, səni görməz, Bir istək meylini kimsəyə verməz. Nə atın kişnəməz, nə itin hürməz, Səbrin nə çox imiş, ay ev yeyəsi?!

“ Burda bir kənd vardı” poemasında məlum Ağdaban faciəsini ağrılı-acılı, ağlar bir dillə söyləyən şair, Qarabaq dəhşətlərini, erməni vandalizminin iç üzünü olduğu kimi vəsf eyləyə bilmişdir. Onun qələmə aldığı “Sazın dastanı” poemasında, aşıq kimi özünü təsvir edən Cabir Umud 72 saz havasını elə bir gözəlliklə poetik vurğularla vəsf etmişdir ki, mən inanmıram ki, bu poemanın qarşısına bu mövzuda ikinci şair nəsə yazmaq istəsin. Hər şey göz qabağındadır. Yaxşı ki, mən həmin dastanı şairin öz ifasında, öz səsiylə eşidə bildim. Hətda bir neçə vidio parçalar da yazdıra bilmişəm.. Amma heyiflər olsun ki, “Sazın dastanı” poemasını yazdırmaq ağlıma gəlmədi. Axı nə biləsən ki, sabah nə olacaq?! Cabir Umud gözəl həkim olmaqla yanaşı, gözəl ailə başçısı, gözəl ata, gözəl dost idi. Ruhu şad olsun. Ailəsinə, balalarına, dostlarına səbir arzulayaraq yenə də şairin bir gəraylısını da oxuculara yenidən xatırlatmaq istəyərdim:

Sönən ocaq bir də yanmaz, Kül altında qoru yoxsa. Çəmənlər çətin süslənə, Zirvələrin qarı yoxsa. Vətən tordakı ahudu, Görən, kimin günahıdı? Bu dərd dərdlərin şahıdı: Şan üstündə arı yoxsa. El basıldı, yurd alındı Ocaq yanğısı yalındı. Kim desə sevir, yalandı Vətən adlı yarı yoxsa. Çiynimdədi yad ayağı, Gülünc etdi yada yağı. Ya sərkərdə, ya da yağı – Kirdarı yox, karı yoxsa. Bu zülmün adı qisasdır, İstər doğrat, istər asdır Cabiri qibləsiz basdır, Kəlbəcərdə goru yoxsa.

Yurddan nigaran, sabahdan bədgüman getdi, şair qardşımız Cabir Umud. Amma ha desək də ki, getmək vədəsi deyildi axı, alın yazısından çıxmaqmı olar? Bu gündən Mehdiabad qəbirstanlığında bir yurd həsrətli şairin də qəbri döst-tanışın qəlbinə ağrılar dolduracaq. Yerin behişt olsun, qardaşım. Bilirəm ki, artıq ruhun doğma yurd yerlərində ulularımıza öz dərdini söyləyir. Sonda isə dəfn zamanı qəbrinin başında dediyim şerimi son borcumdan biri kimi oxucularıma çatdırıram. -Bilirəm, qardaş, bilirəm! Dünyadan küsüb gedirsən! Dədə-baba yurdlarından, Əlini üzüb gedirsən!..

Nəğmələrin dildə gəzər!! Söz-söhbətin eldə gəzər! Cabir könüllərdə gəzər! Dərdini düzüb gedirsən!!

Çoxynu qandırıb getdin! Dostları sındırıb getdin!! Yusifi yandırıb getdin! Talehdən bezib gedirsən!! Yusif Hüseyn. Son qəmimiz olsun! Ruhu şad olsun! Hörmətlə: şair-publisist, “Qızıl qələm” mükafatı laureatı Yusif Hüseyn. 20-08-2015.
Yazı "Bütöv Azərbaycan" qəzetinin bu günkü sayında dərc olunub.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!