Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub .....                        İranla ABŞ qarşılıqlı güzəştə getdi .....                        Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı .....                        “Bu, bizim üçün dəhşətli itki olacaq" - Zelenski .....                        VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri .....                        Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı .....                        Xaricdən bir telefon gətirsəniz də, bu halda rüsum ödəyəcəksiniz .....                        Tramp yenidən Xameneini hədələdi .....                        "Oğlumu bıçaqlayıb dərəyə atıblar": Meyiti tapılan şəxsin anasından şok iddia .....                       
Tarix : 29-08-2013, 12:36
Camal Mustafayevin ziyarətində


Elbəyi Cəlaloğlu

Bu gün özümə böyük ustad və mürşid hesab etdiyim filosof Camal Mustafayevin ziyarətinə getmişdim. Onu təxminən iki saat dinlədim. Bir övliyanı ziyarət edirmişəm kimi daxilən saflaşdım, paklaşdım. Camal müəllim Zərdüştdən Heraklitdən, Pifaqordan tutmuş Nitsşeyə qədər bir çox dünya filosoflarından, eləcə də Nizami Gəncəvidən Səməd Vurğuna qədər bir sıra Azərbaycan dahilərindən söhbət açdı. Onun söhbətindən nə gözüm doydu, nə də könlüm.
Dədə Camalın Səməd Vurğunla bağlı özünün və başqa məşhurlardan söylədiyi sitatları dostlarla da bölüşmək qərarına gəldim.
Rəsul Rza: “S. Vurğun milli pasportumuzdur”.
Rəsul Həmzətov: “Nə qədər məclislərdə olmuşuq, bir çoxlarını dinləmişik, çıxışlar etmişik, lakin S. Vurğun danışanda özümüzü itiririk”.
Camal Mustafayev: “S. Vurğun sağlığında əfsanələşmiş şair idi. O, həqiqətən Azərbaycan varlığının böyük poeziyasını yaratdı. Biz bu poeziyada bütün tərəflərdən – istər coğrafi, istər tarixi, istərsə də milli tərəfdən böyük Azərbaycan dünyasını kəşf edirik”.
Yusif Səmədoğlu: “Mifi xalq yaradır, əgər Səməd Vurğun mifləşibsə, onu da xalq yaradıb”.


Paylaş



Bölmə: Borçalı / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!