Sabah paytaxtda bu yollar bağlanacaq - SİYAHI .....                        Ermənistan İrana yeni səfir göndərdi .....                        İran Milli Təhlükəsizlik Şurasından kritik qərar: İsrailə hərbi cavab verilsin! .....                        Rusiya qoşunları Ukraynada daha iki şəhəri ələ keçirib .....                        Xamenei ABŞ və İsraili hədələdi: “Mütləq sərt cavab alacaqlar!” .....                        Gürcüstanda müxalifətdən olan yeganə mer öldü .....                        ABŞ Rusiya ilə o sazişi imzalasaydı, Ukraynada müharibə başlamayacaqdı - Medvedev .....                        Bakıda 31 avtobus marşrutunun istiqaməti dəyişir - SİYAHI .....                        Sabahın hava proqnozu açıqlandı .....                       
Tarix : 26-01-2016, 07:30
Bu gün Ruhani doğum günümdür


İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü


Bu gün Işıqlı Atalının Ruhani doğum günüdür. Onun ürəyindən keçib, qələmindən süzülənləri oxucularımıza təqdim etməklə bu yenilməz ruh adamını, əqidə sahibini, Vətənsevəri biz də təbrik edirik. Ocağa gəlişin mübarək!

Asif Atayla ilk tanışlığım 13-cü ilin başlanğıcında olub (miladi günsıra ilə 1991-ci ilin aprelində). Həmin vaxt mən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun 3-cü kursunda oxuyurdum. Atanın “Bilik” Cəmiyyətində ardıcıl olaraq Fikir Evi fəaliyyət göstərirdi. Onda ilk dönə Atanın dilindən Azərbaycanla bağlı harayı eşitdim. Vuruldum Yurduma! “Azərbaycana adi gözlə baxanda o, sənə balaca görünə bilər. Azərbaycana Daxili, Ruhani gözlə bax ki, onun Böyüklüyünü görə, duya biləsən!” Zal ağzınacan dolu olurdu. Soydaşlarımız Ata düçüncələrini sözsüz ki, birdən-birə sinirə bilməzdilər. Ata həmişə: “Biz kimsəni aldatmırıq. Yolumuz uzun, sonsuz və çətindir. Biz İnsanlaşma-İnsanlaşdırma işi ilə məşğuluq” - deyirdi. “Fikir Evi” bir ildən çox çəkdi. Atayla üz-üzə görüşmək istəyənlər çoxalmağa başladı. Ata elə görüşdəcə telefon nömrəsini deyirdi: 95-59-48. Görüşlərin birində gənclərdən neçəsi Ata Evinə gəlmək üçün ondan icazə istədi. Ata vaxt təyin etdi. Həyəcan içində: ”Ata, mən də gəlimmi?” - deyə soruşdum. Ata bu zaman baxışlarını üzümə yönəldərək: “Sən də gəl!” - dedi. *** Yağışlı bir gün idi. Mənə verilən ünvanı tapa bilmədim. Atanın Evinə zəng vurdum. Telefonu özü götürdü və ünvanı dedi: “Səməd Vurğun küçəsi 116, 6-cı blok, 2-ci mərtəbə, 44-cü ev, Tibb İnstitutu ilə üzbəüz". Məndən başqa bir neçə gənc də görüşə gəlmişdi. Ata bütün suallarıma cavab verdi. Sonra “Mütləqilik" kitabından bəzi hissələri oxudu: “Evladlarıma!
Bu gün Ruhani doğum günümdür

Mütləq Mahiyyətlisiniz! Gerçək imkanları ötmək imkanına maliksiniz! Mütləq İdraka sahib olmaq imkanına maliksiniz! Mütləq Mənəviyyata sahib olmaq imkanına maliksiniz! Mütləq İradəyə sahib olmaq imkanına maliksiniz! ...Daxilinizdəki Mütləq Sizə yar olsun!" *** Düşündüm - daşındım. Ataya zəng etdim. Ata: “Çox yaxşı. Elə isə ayın (Qar-yanvarın- İ.-A.) 25-i saat 2-də səni gözləyirəm” - dedi. 13-cü il Qar ayının (1991, yanvar) 25-i saat 14-da Atanın Evində oldum. Ata mənim üçün yazdığı Ruhani Sənədi oxudu:

“EVLADIM İŞIQLIYA

İşıqsızdır Dünya – çünki İnamsızdır.
İşıqlıyıq – çünki İnamlıyıq.
İşıqsızdır Dünya – çünki İdraksızdır.
İşıqlıyıq – çünki İdraklıyıq.
İşıqsızdır Dünya – çünki Mənəviyyatsızdır.
İşıqlıyıq – çünki Mənəviyyatlıyıq.
İşıqsızdır Dünya – çünki İradəsizdir.
İşıqlıyıq – çünki İradəliyik.

İşıqlı adını sənə halal eləyirəm.

Adına layiq ol! Qaranlıqlar Yarılsın! Daxilindəki Mütləq sənə Yar olsun! 25 Murad günü, Qar Ayı, 13-cü il. Bakı (25.01.1991) Həyatımda ən çox sevindiyim gün idi Qar (yanvar) ayının 25-i. Ona görə ki, bu, mənim Ruhani doğum (ruhən doğulduğum) günüm idi.


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!