40 gündür Səni axtarırıq .....                        Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir .....                        Gürcüstandan Almaniyaya etiraz .....                        Millimiz Estoniyada məğlub oldu .....                        Daha bir hərbi komissar saxlanıldı - RƏSMİ .....                        Zelenski Şoltsla bir arada .....                        Pre-COP29 konfransına yekun vuruldu .....                        Ordumuz raket və artilleriyanı işə saldı - VİDEO .....                        Milli Məclisdə AŞPA nümayəndə heyəti yaradılmadı - ÖZƏL .....                       
13-04-2023, 12:00
Ömürlük məhkum kamera yoldaşını qətlə yetirdi


Ömürlük məhkum kamera yoldaşını qətlə yetirdi

Ömürlük məhkum Zahidi Kəhriz Abbasov kamera yoldaşını qətlə yetirib. Hadisə mübahisə zəminində baş verib. 29 ildir məhkum həyatı yaşayan Zahidi Kəhriz Abbasov mübahisə zəminində eyni kamerada saxlanıldığı Oleq Surxayeviç Abişevə ağır bədən xəsarətləri yetirib. Oleq Abişev bir neçə gün sonra müalicə müəssisəsində vəfat edib. Zahidi Kəhriz Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılır. Qeyd edək ki, Zahidi Kəhriz Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb.
1-04-2023, 14:41
Ankarada azərbaycanlı gənc qətlə yetirildi


Ankarada azərbaycanlı gənc qətlə yetirildi

Türkiyədə azərbaycanlı qətlə yetirilib. Hadisə paytaxt Ankarada, Yeniməhəllə qəsəbəsində qeydə alınıb. Tütün məmulatları satan 30 yaşlı Şamil Xalidlə şəriki Ahmet Dikbaş arasında mübahisə yaranıb. Mübahisə zamanı A.Dikbaş Şamilin qasıq nahiyəsinə tapança ilə atəş açıb. Yaralanan Şamil qaçaraq, meyvə-tərəvəz dükanında gizlənsə də, şəriki orada bu dəfə onun ürəyinə 3 dəfə atəş açaraq, həyatına son qoyub. İlkin məlumata görə, hadisəyə səbəb şəriklərin pul bölgüsü olub.
29-03-2023, 13:53
Terror aktı Azərbaycana mesaj göndərmək cəhdidir.


Millət vəkilimiz Fazil Mustafaya qarşı törədilən terror aktı Azərbaycana mesaj göndərmək cəhdidir. Bu sui-qəsdi sifariş edənlər Azərbaycanda narahatlıq, çaxnaşma yaratmağa çalışırlar. Bu hadisə yalnız DTX-nın yarandığı günə yox, İsraildə Azərbaycan səfirliyinin açıldığı günə də təsadüf edir. Artıq bu hadisəni törədənləri həmən anlayırsan ki, kimlərdir.
Bu sözləri açıqlamasında Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri, Qlobal Sülh Səfiri Şahin Əliyev bildirib.
O sözlərinə belə davam edib:
“Azərbaycan xalqı qorxmaz, mübariz xalqdır. Bu təxribatlar bizi nə təşvişə salar, nə də haqlı yolumuzdan yayındırar. Əminəm ki, bundan əvvəlki terror hadisələrində olduğu kimi yenə də Azərbaycan hüquq-mühafizə orqanları millət vəkilimizə qarşı sui-qəsd edən şəxsi tez bir zamanda de-şifrə edəcəkdir.
Cənab Prezidentimiz İlham Əliyevin ətrafında maksimum birləşib birlik nümayiş etdirərək xarici agentura şəbəkəsini sındıra, onu yox edə biləcəyik. Dövlətimizin təhlükəsizliyinə və milli maraqlarına qarşı hərəkət edən, Vətəninə xainlik edən şəxslər ən qatı tədbirlərlə həbs olunacaq. Azərbaycan xalqının əzmini bütün dünya Qarabağ müharibəsində gördü, bu birliyi və qorxmazlığı indi də dövlətimizin və xalqımızın maraqlarına qarşı çıxan şəxslərə göstərməliyik. Heç kimə güzəştdən söz gedə bilməz. Azərbaycanda yaşayıb, başqa ölkələrə işləyir, onların maraqlarına xidmət edirsə onlara heç bir güzəşt edilə bilməz. İçimizdəki casuslar tez bir zamanda ifşa olunacaqlar”,- deyə o qeyd edib.
28-02-2023, 07:14
Rəqəmsal dövrün avara-sərgərdanları...


Rəqəmsal dövrün avara-sərgərdanları...

İnternet dələduzluğunun aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?
Alış-verişdən təhsilə, ünsiyyətdən əyləncəyə, iqtisadiyyatdan iş həyatına qədər internetdən istifadə edərək, həyatımızı asanlaşdırırıq. Bununla belə internet yalnız yaxşı və müsbət məqsədlər üçün istifadə edilmir. Şəxsi təhlükəsizliyimizi təhdid edən internet dələduzları bir çox insanın həm maddi, həm də mənəvi zərər çəkməsinə səbəb olurlar.
İnternet dələduzluğu nədir?
Müxtəlif tətbiq və üsullarla onlayn xidmətlərdən istifadə edən insanlardan maddi və mənəvi fayda əldə etməyi hədəfləyən bütün cəhdlərə internet dələduzluğu deyilir. İnternet dələduzluğu müxtəlif formalarda ola bilər. Ən geniş yayılmış növləri bunlardır: şəxsi məlumatların oğurlanması və sui-istifadəsi, korporativ şəxsiyyət təqlidi, kredit kartı fırıldaqçılığı və s.

Bəs internet dələduzluğuna qarşı nə etməli, hansı tədbirlər görülməlidir?
Rəqəmsalda təhlükəsiz əməliyyatlar aparmaq və bütün bu dələduzluğun səbəb ola biləcəyi neqativ hallardan özünüzü qorumaq üçün müxtəlif tədbirlər görə bilərsiniz. İnternet dələduzluğunun qarşısını almaq üçün aşağıdakı ehtiyat tədbirlərinə nəzər sala bilərsiniz:
- Şəxsi məlumatlarınızı, cihaz parollarınızı və onlayn hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın.
- Onlayn əməliyyatlar üçün güclü parollar təyin edin.
- Yeni cihaz aldığınız zaman köhnə cihazınızda olan bütün məlumatları silin və köhnə cihazınızdakı zavod parametrlərini bərpa edin.
- İnternet bağlantınızın təhlükəsiz olduğundan əmin olun və güclü parol təyin edin.
- Wi-fi şəbəkənizə qoşulan cihazları vaxtaşırı yoxlayın, xarici cihaz gördükdə parolunuzu dəyişdirin.
- Təhlükəsizlik və ya antivirus proqramından dəstək alın, cihazlarınızı güncəl saxlamağa diqqət edin.
- Onlayn alış-verişinizi tanınmış, böyük brend saytlardan edin. İlk dəfə eşitdiyiniz və ya təhlükəsizlik sertifikatları olmayan alış-veriş saytlarından istifadə etməyin.
- Ödəniş səhifələrində vebsayt ünvanlarının “HTTPS” ilə başladığına əmin olun.
- Tanımadığınız insanların e-poçt və ya sms-lərindəki linklərə klikləməyin. Bu mesajlardakı formaları doldurmayın.
- Onlayn bank parollarınızı heç kimlə, o cümlədən bank rəsmiləri ilə paylaşmayın.
- Kredit kartı bəyanatlarınızı diqqətlə yoxlayın. Açıqlamada etmədiyiniz bir alış varsa, dərhal bankınızla əlaqə saxlayın.
Bütün bu tədbirlər haqqında məlumatlı olmanız kifayət deyil. Xüsusilə uşaqları və yaşlıları internet dələduzluğu haqqında məlumatlandırın. İnternet dələduzluğuna qarşı alınacaq tədbirlər haqqında məlumatlandıraraq, internet üzərindən bütün əməliyyatlarınızı daha təhlükəsiz edə, internetdən rahatlıqla istifadə edə bilərsiniz.

Xatun Heydərzadə,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
14-02-2023, 22:46
Oğuzda cinayət - Özünü və həyat yoldaşını doğradı


Oğuzda cinayət - Özünü və həyat yoldaşını doğradı

Oğuzda kişi arvadına və özünə ağır xəsarətlər yetirib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, bu gün saat 17 radələrində 1962-ci il təvəllüdlü Oğuz şəhər sakini Nazim Rəhimov əvvəlcə kəsici alətlə arvadı, 1966-ci il təvəllüdlü Sevinc Rəhimovaya, daha sonra isə özünə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
10-02-2023, 19:28
İranda azyaşlı qızlar məcburi nikaha cəlb edilir

Sosial şəbəkədə yayımlanmış bu məlumat təəccüb doğurur

Sosial şəbəkədə yayımlanmış bu məlumat təəccüb doğurur: “Son 5 il ərzində İranda 131 min 15-dən az yaşı olan qız uşağı evləndirilib, ötən il (2021) isə daha 7500 azyaşlı qız uşağı məcburi nikaha cəlb edilib...” Budurmu qonşu dövlətdə qızlara və qadınlara verilən dəyər?
“Cənnət ananın ayaqları altındadır” kəlamı ilə qadını ucaldan İslam dininə sitayiş edən İran möminlərinin bu cür düşüncə tərzini “cəhalətin əlaməti” kimi qələmə verənlərlə razıyam. Amma qismən... Çünki azyaşlı qızlara bu cür münasibət nadanlıq və cəhalətdən çox, vəhşiliyin əlamətidir. Məgər 13 yaşın evlilik üçün ən münasib yaş olduğunu iddia edərək erkən nikahın dövlət səviyyəsində təbliğ edilməsi vəhşilik deyil? Allah bəndəsinin ən şirin və qayğısız uşaqlıq çağını Allahın verdiyi ömür payından bilərəkdən və məcburən qoparıb istismar eləmək – cəzası ölçülməz cinayətdir. Hər hansı bir fərdin (deyək ki, şüursuz valideynin) bu cür cinayətə əl atması heç bir halda bağışlana biməz.
Bəs bu cinayət bütöv bir cəmiyyət tərəfindən törədilərsə, nə etməli?
Bəli, cənnət anaların ayaqları altındadır. “Bəs cəhənnəm haradadır?” sualına yəqin ki, bir cavab ola bilər - azyaşlı qız övladlarını erkən nikaha sövq edənlərin xislətində, əqidəsində və əməlində. Qızlarının uşaqlıq çağını oğurlayan övlad sahiblərinə lənət, bu cinayəti təbliğ edən söz sahiblərinə ar olsun!
Ruhiyyə Məmmədova
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri
2-02-2023, 23:50
İRAN  ASALA  TERRORUNUN EV  SAHİBİDİR


İRAN ASALA TERRORUNUN EV SAHİBİDİR

27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İranın paytaxtı Tehran şəhərində fəaliyyət göstərən səfirliyimizə xain hücumu diplomatik korpuslarımızın təhlükəsizliyi fonunda vaxtilə qardaş türk diplomatlarına və digər ölkələrin diplomatlarına qarşı davamlı olaraq terror həyata keçirmiş ASALA və digər bu cür təşkilatların fəaliyyətinin araşdırılması öz aktuallığını qorumaqdadır. Təsadüfi deyil ki, Tehranda səfirliyimizə edilən xain basqın da məhz türk diplomatlarına qarşı həyata keçirilmiş ilk terror hadisəsinin 50 illik yubileyi günü edildi. Bu günkü yazımızda ASALA terror təşkilatının məhz İranda həyata keçirdiyi terror aktları haqqında məlumat verəcəyik.
ASALA 1975-1988-ci illərdə intensiv olaraq terror aktları həyata keçirib. Bu on üç il ərzində 205 terror gerçəkləşdirmişdir. 205 teror aktının 83-də Türkiyə hədəfə alınmışdır. 83 terrorun 14-ü Türkiyədə icra edilmişdir. Türkləri hədəf alan bu terrorun 15-i Fransa da gerçəkləşmişdir. Bu məqsədlə ASALA terrorunun ən çox gerçəkləşdiyi ölkə Fransa olmuşdur.
Erməni terrorizminin nəticəsində qətlə yetirilmiş türk diplomatlarının və ailə üzvlərinin sayı 31 nəfərdir. Türkiyədəki terror nəticəsində 24 mülki əhalinin öldürülməsi nəticəsində bu say 55 yüksləlmişdir.
ASALA-nın terror fəaliyyəti nəticəsində Türkiyə dövlətinin gördüyü tədbirlər 1973-1994 illər arasında Türkiyə səfirliklərinin olduğu ölkələrdə öz mühafizəsini təmin etmək üçün Daxili İşlər Nazirliyindən əməkdaşlar göndərərərk həmin ölkələrdə öz mühafizəslərini təmin etməyə çalışmışlar.
27 yanvar 1973-cü il tarixində ABŞ-ın Los Angeles şəhərində yerləşən Türkiyə Baş Konsulluğuna qarşı edilmiş sui-qəsd Türkiyə Xarici İşlər Nazirliyinin bu sahəyə diqqəti artırmasına və gərəkli tədbirləri görməsinə səbəb oldu. 28 yanvar 1973-cü il tarixində Türkiyənin Xarici İşlər naziri Ümit Haluk Bayülken xaricdə fəaliyyət göstərərn diplomatik korpuslara göndərdiyi telefonaqramda deyilirdi:
a. “Xaricdə faəliyyət göstərən təmsilçilərimiz daimi diqqətli və ayıq-sayıq olmağı təkrar diqqətinizə çatdırır və digər təhülkəsizlik tədbirlərinin dərhal görülməsini zəruri hesab edirik.
b. Xaricdə faəliyyət göstərən təmsilçilərimizin qorunması baxımından yerli hökümət qüvvələri ilə müntəzəm əlaqə saxlamağı təhlükəsizlik tədbirlərinin lazımı qaydada həyata keçirilməsinin mümkün olmadığı təqdirdə təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi və bu barədə Xarici İşlər Nazirliyinin məlumatlandırılması zərurətini bildiririk. (Şimşir, 2015, s101-105).
TÜRKİYƏ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİ GÜCLƏNDİRİR

24 oktaybr 1975-ci il tarixində Fransada İsmail Erez və Talip Yenerə qarşı törədilən sui-qəsdən sonra Xarici İşlər Nazirliyindən göndərilən teleqrafda bütün diplomatik korpuslara və nümayəndəliklərə onların qorunması və ailə üzvlərinin kənara çıxmaması ilə bağlı məlumat verilmişdir. Dönəmin Baş Naziri Süleyman Dəmirəl Xarici İşlər Naziri İhsan Sabri Çağlayangilə “Türkiyənin xaricində fəaliyyət göstərən təmsilçilərimizin mühafizəsi ilə bağlı hansı yeni tədbirlər görülmüşdür?” deyə sorğu verilmişdir.
Sorğuya cavab olaraq;
a) Mərkəzdən polis göndərilməkdədir.
b) Mövcud xarici əməkdaşlar tədricən Türk əməkdaşları ilə dəyişdirilməkdədir.
c) Həyəcan siqnalı təsisatı quraşdırılmaqdadır.
d) Silah göndərilməkdədir.
e) Hər növ təhlükə ehtimalına qarşı xarici diplomatik korpusdakı əməkdaşlarımızın necə hərəkət edəcəyi ilə bağlı təlimatlar verilmişdir. (Şimşir, 2015, s.167-168,181)

Təəssüf ki, Türkiyə dövlətinin xarici diplomatik korpuslarda fəaliyyət göstərən diplomatlarını qorumaq cəhdləri bir tərəfli olduğu üçün heç bir nəticə vermədi terror aktları daha da geniş vüsət almağa başladı. Hətta bir çox ölkələr terrora açıq dəstək verdilər.
FRANSA PREZİDENTLƏRİ TERRORA DƏSTƏK VERİR

27 may 1974-cü il tarixdən 21 may 1981-ci il tarixədək Fransanın Prezidenti olmuş milliyətçi Valéry Giscard d'Estaing Fransa da ermənilərin türk diplomatlarına qarşı terrorunun intensivləşdiyi 1975-ci ildə terrora münasibət bildirərkən belə söyləmşdir: “Fransa ermənilərin tarixi haqlarını tələb etmək və onlara qarşı edilmişlərin əvəzini çıxmaq cəhdlərinə qarşı çıxmayacaq”.
Bir ölkənin prezidentinin dilində terrora açıq dəstək vermək analoqsuz hüquqi nihilizmin ən bariz nümunəsidir. 44 günlük zəfər müharibəsində Fransa Prezidenti E.Makronun hərəkətləri məhz tarixi ənənənin davamıdır. Terroru barındıran Fransa sonradan bunun acı nəticələri ilə qarşılaşdı. 1983-cü ilin iyul oktaybr aylarında İrandakı Fransa səfirliyinə erməni terrorçuları tərəfindən 6 dəfə silahlı basqın edildi. Bunun adı isə İLAHİ ƏDALƏT-dən başqa bir şey deyil.
Erməni terroruna dəstək verən Fransanın keçmiş Prezidenti Valéry Giscard d'Estaingın aqibəti də ibrətamiz oldu. Əvvəlcə 2020-ci ilin may ayında Fransız prokurorları tərəfindən eks prezidentə qarşı Alman bir jurnalist xanıma əli ilə təcavüz cəhdləri etməsi iddiaları irəli sürüldü. O, bu iddiaları rədd etdi. 2 dekabr 2020-ci il tarixində Fransanın eks Prezidenti Valery Giscard d'Estaing, Covid-19 diaqnozu ilə 94 yaşında öldü. Pandemiya səbəbindən heç bir rəsmi törən olmadan gömüldü.
Təsadüfi deyil ki, ASALA terroruna ev sahibliyi etmiş ikinci ölkə məhz İrandır. ASALA və digər erməni terror təşkilatları İranda 12 terror aktı həyata keçiriblər.
İRANDA DİPLOMATİK KORPUSLARA QARŞI TERROR AKTLARI
12 mart 1981-ci il. Bir qrup erməni terrorçusu Tehrandakı Türkiyə səfirliyinə hucum edir, nəticədə iki təhlükəsizlik xidməti əməkdaşı öldürülür. Terrorçulardan ikisi İran polisi tərəfindən həbs olunur və edam edilir.
19 iyun 1981-ci il. Tehranda "Svis Eyr" aviaşirkətinin ofisində partlayış baş verir, partlayışa görə məsuliyyəti ASALA-nın "9 iyun təşkilatı" adlı terrorçu dəstəsi öz üzərinə götürür.
15 sentyabr 1981-ci il. Partlayış nəticəsində Tehrandakı İsveçrə səfirliyinin binasına ziyan dəyir. Partlayışa görə məsuliyyəti ASALA-nın terrorçu qrupu olan "9 iyun təşkilatı" öz üzərinə götürür.
22 iyul 1983-ci il. Fransanın Tehrandakı səfirliyində və "Eyr Frans"ın ofisində partlayışlar baş verir. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür.
29 iyul 1983- ci il. Erməni terrorçuları Fransa səfirliyini raketlərlə atəşə tutacaqları barədə məlumat yayır, onların tələbi Fransada həbsdə olan 21 erməni terrorçusunun azadlığa buraxılması idi.
10 avqust 1983-ci il. Tehranda içərisində partlayıcı maddə qoyulmuş avtomobil Fransa səfirliyinin qarşısında partladılır.
17 avqust 1983-cu il İran Tehran "Eyr Fransın" Tehrandakı nümayəndəsi öz maşınında avtomatik silahla atəşə tutulur.
9 sentyabr 1983-cü il. Tehranda Fransa səfirliyinə məxsus iki avtomobil partladılır. Partlayışlar nəticəsinddə səfirliyin iki əməkdaşı yaralanır.
6 oktyabr 1983-cü il Fransa səfirliyinin avtomobili partladılır, iki nəfər fransız diplomatı yaralanır. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür.
28 mart 1983-cü il. Tehranda çalışan bir sıra türk diplomatlarına hucumlar təşkil olunur. Türkiyə səfirinin katibi Həsən Servet Ötgəm evindən çıxarkən terrorçular ona hücum edir, diplomatı yaralayırlar. İki erməni terrorçusu baş çavuş İsmayıl Pamukçuya atəş açıb onu ağır yaralayır. Səfirliyin inzibati məsələlər üzrə ataşesi, polisə onun evinin qarşısında duran iki nəfər şübhəli şəxs barədə məlumat verir. Polis erməni terrorçularını həbs edir. Gündüz saat ikidə polis daha üç erməni terrorçusunu Türkiyə səfirliyinin qarşısında həbs edir. Suren Qriqoryan adlı erməni terrorçu türk diplomatının maşınına quraşdırmaq istədiyi partlayıcı qurğunun vaxtından əvvəl işə düşməsi nəticəsində həlak olur. Səfirliyin müşaviri İşıl Ünel zərər çəkmir.

28 aprel 1984-cü il. Tehranda İşık Öndər tərəfindən idarə olunan avtomobil motosikldə olan iki erməni terrorçu tərəfindən atəşə tutulur. Səfirlikdə çalışan həyat yoldaşı Sədiyyə Öndəri işə aparan İşık Öndər hücum nəticəsində həlak olur.

1984-cü ilin sentaybrı. İranda çalışan bir neçə türk şirkəti ASALA-dan hədələyici məktublar alır, türk tikinti şirkətlərindən birinin ofisinə qumbara atılır, bir nəfər Türkiyə vətəndaşı yaralanır.
ASALA-nın "ORLİ TƏŞKİLATI" VƏ "9 İYUN TƏŞKİLATI"
ASALA-nın həyata keçirdiyi ən irihəcmli terror aktlarından biri məhz 15 iyul 1983-cü il tarixində Türk Hava Yollarının Paris Orly Hava limanındakı mülki vətəndaşların olduğu əraziyə bombalı basqındır. Hadisədə nəticəsində ikisi türk, dördü fransız, biri amerikalı, biri isveçli olmaqla 8 nəfər qətlə yetirilmiş, 28 türk olmaqla 55 nəfər isə yaralanmışdır. Sonradan həyata keçirirlən terror aktlarının bir neçəsini məhz özünü ASALA-nın "ORLİ TƏŞKİLATI" adlandıran qrup öz üzərinə götürmüşdür.
ASALA-nın "9 İYUN TƏŞKİLATI" adlı terrorçu dəstəsi dedikdə hansı qrup nəzərdə tutulur? ASALA-nın Avropanın mərkəzində türk diplomatlarına qarşı silahlı basqınlarının intensiv şəkil aldığı dönəmlərdə həyata keçrilən bir aktın tarixindən götürülüb. 9 iyun 1981-ci il tarixində ASALA tərəfindən Cenevrədə şəhid edilən Türkiyənin başkonsulluğunun əməkdaşı Mehmet Savaş Yergüzü adlı diplomatın qətlini icra edən qrup nəzərdə tutulur. Göründüyü kimi terror təşkilatları üçün sinmovllar, günlər, tarixlər təsadüfi seçilmir.
Səməd Vəkilov
22-01-2023, 23:50
Əvvəl həyat yoldaşını öldürdü, sonra öz həyatına son qoydu


Əvvəl həyat yoldaşını öldürdü, sonra öz həyatına son qoydu

Yanvarın 22-si saat 20 radələrində paytaxtın Binəqədi rayon sakinləri Pərvanə İsmayılovanın xəsarət alması və Atəş Cuvarovun isə birgə yaşadıqları evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Binəqədi rayon prokurorluğundan bildirilib. Qeyd olunub ki, dərhal prokurorluq əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb. İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Atəş Cuvarovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə 1983-cü il təvəllüdlü arvadı Pərvanə İsmayılovaya xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə, daha sonra isə həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələrilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
6-01-2023, 16:44
Nişanlısın bıçaqlayaraq öldürmək istədi


Nişanlısını bıçaqlayaraq öldürmək istədi

Astarada nişanlısını bıçaqlayan 22 yaşlı oğlan saxlanılıb. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Mirisaq Mirvaleh oğlu Mirtalibov saxlanılıb, faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, hadisə dünən Astaranın Şiyəkəran kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü Mirisaq Mirvaleh oğlu Mirtalibov nişanlısı Səbinə Nicat qızı Qənbərovanı aralarında yaranan mübahisə nəticəsində döyüb, sonra onun bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurub. Ağır xəsarət alan qız təcili Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.
30-12-2022, 15:39
Öncə həyat yoldaşının, sonra özünün həyatına son qoydu


Öncə həyat yoldaşının, sonra özünün həyatına son qoydu

Dekabrın 29-u saat 21 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Elxan Ələsgərov və 1977-ci il təvəllüdlü Mahidə Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib. Məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb. İlkin araşdırma nəticəsində Elxan Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə arvadı Mahidə Əsədovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!