Cəlilabadda itkin düşən gənc Bakıda tapıldı .....                        İrana quru əməliyyatı? - Trampdan cavab .....                        Azərbaycanda axund 16 yaşlı qızı qaçırıb .....                        Tramp İrana dair xüsusi iclas keçirdi .....                        Paşinyan Ərdoğanla görüşündən yazdı .....                        İranda güclü zəlzələ .....                        Hidayət Heydərov komissiyaya üzv seçildi .....                        Ermənistanın işğalçılıq siyasəti ifşa edildi .....                        Ərdoğanla Paşinyanın görüşü başa çatdı - Nələr müzakirə edildi? .....                       
5-05-2025, 15:22
Sosial şəbəkədə 51 min manat ələ keçirənlər saxlanıldı


Sosial şəbəkədə 51 min manat ələ keçirənlər saxlanıldı

Sosial şəbəkələrdə gəlir qazanmaq vədi ilə dələduzluq edən 2 nəfər saxlanılıb.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 17 yaşlı İ.Məmmədov və 33 yaşlı V.Bağırov saxlanılıb.
Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər sosial şəbəkələrdə gəlir qazanmaq adı altında yalan vədlər verərək zərərçəkənlərin ümumilikdə 51 743 manat pulunu ələ keçiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

DİN-dən çağırış

"Bir daha vətəndaşlara tövsiyə olunur ki, internet resurslarındakı saxta cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olsunlar, tanımadıqları və ya etibar etmədikləri şəxslərə onlayn ödəniş etməsinlər", DİN-dən bildirilib.
5-05-2025, 12:38
İki qardaş narkotikə görə tutuldu


İki qardaş narkotikə görə tutuldu

Ağdamda narkotikə qarşı əməliyyat keçirilib.
Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti tədbir zamanı əvvəllər məhkum olunmuş Tahir və Mahir Məmmədov qardaşları saxlanılıblar. Onlardan satış məqsədi əldə etdikləri 1 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
3-05-2025, 21:08
Bakıda 8 bıçaq yarası alan kişi öldü - Şübhəli oğludur


Bakıda 8 bıçaq yarası alan kişi öldü - Şübhəli oğludur

Bakıda qətl hadisəsi baş verib.
Hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20 ünvanında qeydə alınıb.
İddiaya görə, 1992-ci il təvəllüdlü Murad Əmirov atası Nizami Əmirovla mübahisə etdikdən sonra ona səkkiz bıçaq zərbəsi endirib.
N.Əmirov aldığı zərbələrdən həyatını itirib.
M.Əmirov isə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
2-05-2025, 16:18
İlqar Mustafayevin həbs müddəti uzadıldı


İlqar Mustafayevin həbs müddəti uzadıldı

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 8 aylıq ilkin araşdırma müddəti yetərli olmayıb.
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimat verib.
Təqdimatda əlavə sübutların toplanması üçün istintaq orqanına kifayət qədər vaxt verilməsi, təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması xahiş edilib.
Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib. Qərara əsasən, İ.Mustafayevin həbsdə saxlama müddəti 5 ay artırılıb.
Bu müddət ərzində prokurorluq istintaqı yekunlaşdırmalıdır. Əks halda əlavə vaxt üçün baş prokuror və ya birinci müavini məhkəməyə müraciət etməlidir.
Qeyd edək ki, İlqar Mustafayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2 milyondan çox mənimsəmədə ittiham edilir.
1-05-2025, 20:47
Sosial yardım adı altında dələduzluq


Sosial yardım adı altında dələduzluq

“Feysbuk sosial şəbəkəsində “Azərbaycan Sosial Yardım 2025” adlı saxta profil altında guya 3399 manat ünvanlı sosial yardım almağa kömək göstərən, əslində isə dələduzluq yolu ilə insanları aldadaraq vəsaitlərini ələ keçirmək məqsədi daşıyan səhifə təqdim edilir”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, daha sonra istifadəçiyə sosial yardım əldə etmək üçün ərizə ilə qeydiyyatdan keçmək təklif olunur:
“Vətəndaşları diqqətli olmağa və həmin saxta profilli səhifəyə inanmamağa, yalan, şirnikləndirici vədlərə aldanaraq fərdi məlumatları barədə dələduzlara məlumat verməməyə çağırırıq.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, aztəminatlı ailələrə ünvanlı yardım həmin ailələrin təmsilçiləri tərəfindən elektron qaydada edilmiş müraciət əsasında təyin olunur. Kiminsə müdaxiləsi və ya hər hansı bir sosial şəbəkə səhifəsinin köməyi ilə də təyinat aparılmır”.
1-05-2025, 15:16
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxslər hakim qarşısında


Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxslər hakim qarşısında

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sabiq sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin sabiq üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Gündüz Mirzəyev daha əvvəl Səbail Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin, onun hökmü 3 il sınaq müddəti seçilməklə şərti hesab edilib.
Digər təqsirləndirilən Zaur Əsgərov isə təhsilsizdir və o, oxuyub yaza bilmir.
Vəkil Nemət Kərimli məhkəməyə iki vəsatət verib. O, müvəkkilinin şüşə arxasında deyil, yanında oturmasını və haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsini xahiş edib.
Digər vəkil Əsgəran Muradov vəsatət verərək müvəkkilinin haqqında seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.
Dövlət ittihamçısı Rauf Malışov vəsatətlərin təmin edilməməsini təklif edib.
Qətimkan tədbiri ilə bağlı vəsatətlər təmin edilməyib.
Təqsirləndirilən şəxslərin müdafiəçilərinin yanında oturması ilə bağlı vəsatətlər təmin edilib.
Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.
Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. İstinaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.
30-04-2025, 17:22
Polis Qaradağda əməliyyat keçirdi


Polis Qaradağda əməliyyat keçirdi

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həbiyev saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onun üzərindən və yaşadığı evdən 27 bükümdə satış üçün qablaşdırılan külli miqdarda tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. O, ifadəsində maddi qazanc əldə etmək üçün narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Qaradağ rayonunda odlu silah-sursatla bağlı aparılan profilaktik tədbirlər də müsbət nəticə verməkdədir. Belə ki, vətəndaşlar tərəfindən son 2 gündə 8 ədəd avtomat silahı və tapança könüllü olaraq polisə təhvil verilib.
Qeyd edilib ki, Qaradağ rayonunda qeyd edilən istiqamətdə tədbirlər davam etdirilir.
30-04-2025, 16:01
Məhkəmə DSX mayoruna hücum edən idmanı ilə bağlı qərar verdi


Məhkəmə DSX mayoruna hücum edən idmanı ilə bağlı qərar verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.
Bu gün Xətai rayon Məhkəməsində keçirilən prosesdə Elnur Həmidovun prosesi keçirilib.
Məhkəmə Elnur Həmidovun həbs-qətimkan tədbirinin müddətini 5 iyunadək uzadıb.
Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.
İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.
Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.
Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
30-04-2025, 15:33
Avtomobildə 8 kq narkotik vasitə daşıyanlar saxlanıldı


Avtomobildə 8 kq narkotik vasitə daşıyanlar saxlanıldı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı B.Ağayev və 30 yaşlı A.Əliyev saxlanılıb. Onların avtomobilindən 8 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanıb.
Araşdırma aparılır.
30-04-2025, 15:08
Təbiətə 108 min manat ziyan vuruldu - Araşdırma aparılır


Təbiətə 108 min manat ziyan vuruldu - Araşdırma aparılır

Ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 3 rayonu və 2 şəhərində qanunsuz ağackəsmə faktı ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı Qusar rayonu Gilahoba kəndində, Astara rayonu Kijəbə qəsəbəsində, Lerik rayonu Davradibi kəndində, Gəncə şəhəri Gəncə-Şəmkir yolunun sağ tərəfində, Mingəçevir şəhərində yerləşən Göygöl Milli Parkının idarəetməsində olan Varvara Ovçuluq Təsərrüfatının ikinci mühafizə ərazisinin “Karyer” deyilən sahəsində meşə fonduna daxil olmayan 264 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 108 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 259.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!