Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
12-05-2024, 23:38
Bakıda 9-cu sinif şagirdini bıçaqladılar


Bakıda 9-cu sinif şagirdini bıçaqladılar

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə Əhmədli qəsəbəsində baş verib.
Belə ki, 17 nömrəli məktəbin qarşısında 2007-ci il təvəllüdlü Rəsul Anar oğlu Hüseynov tanışı ilə mübahisə zamanı bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Yaxınlarının verdiyi məlumata görə, R.Hüseynov 17-nömrəli məktəbin 9-cu sinif şagirdidir.
12-05-2024, 23:21
Rusiyanın yeni müdafiə naziri kimdir


Rusiyanın yeni müdafiə naziri kimdir

2024-cü il mayın 12-də Rusiya prezidenti Vladimir Putin müdafiə naziri vəzifəsinə Andrey Belousovun namizədliyini irəli sürüb. O, bu vəzifədə Sergey Şoyqunu əvəz edəcək.
1959-cu ildə Moskvada anadan olan Belousov Rusiyanın əvvəlki hökumətində baş nazirin birinci müavini vəzifəsində çalışıb.
Onun atası Rem Belousov Sovet İttifaqının tanınmış iqtisadçısı olub və 1960-cı illərin iqtisadi islahatlarının inkişafında yaxından iştirak edib.
Andrey Belousov 1981-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. İqtisad elmləri doktorudur.
1981-2006-cı illərdə əvvəl SSRİ, sonra Rusiya Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışıb.
2000-2006-cı illərdə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru və eyni zamanda Rusiya hökuməti sədrlərinin ştatdankənar məsləhətçisi olub, 2010-cu ilə qədər Rusiyanın inkişaf proqramının hazırlanmasında Strateji Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edib.
O, 2006-2008-ci illərdə Rusiya Federasiyasının İqtisadi İnkişaf və Ticarət nazirinin müavini, 2008-2012-ci illərdə Rusiya Federasiyası Hökumətinin İqtisadiyyat və Maliyyə Departamentinin direktoru olub.
2012-ci ildən 24 iyun 2013-cü ilə qədər Rusiya Federasiyasının iqtisadi inkişaf naziri.ə vəzifəsində çalışıb. O, Avropa Yenidənqurma və İnkişaf Bankında Rusiyadan menecer və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankında menecer müavini olub. 2013-2020-ci illərdə isə Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.
2015- 2018-ci illərdə "Rosneft" neft şirkətinin Direktorlar Şurasının sədri olub.
O, 2020-ci il yanvarın 21-dən Rusiya Federasiyası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb və 2020-ci il aprelin 30-dan mayın 19-dək hökumət başçısı vəzifəsini icra edib.
Dmitri Peskov Putinin Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə mülki məmur təyin etməsini yeniliklərin tətbiqi zərurəti ilə izah edib.
“Bu gün döyüş meydanında yeniliyə daha çox açıq olan, ən sürətli tətbiqə daha açıq olan qalib gəlir, - o deyib.
Peskov vurğulayıb ki, Andrey Belousov təkcə mülki məmur deyil, həm də Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə çox uğurla rəhbərlik etmiş, uzun müddət prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olmuş, Rusiya hökumət sədrinin birinci müavini olmuş şəxsdir.
Kreml nümayəndəsi qeyd edib ki, Müdafiə Nazirliyi innovasiyalara, bütün qabaqcıl ideyaların tətbiqinə tamamilə açıq olmalıdır, iqtisadi rəqabət üçün şərait yaratmalıdır: "Prezident buna görə də Andrey Removiç Belousovun namizədliyinin üzərində dayanıb”.
12-05-2024, 22:53
Fransadan Bayramov-Mirzoyan görüşünə reaksiya


Fransadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Fransa mayın 10 və 11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında keçirilən danışıqları alqışlayıb.
Bu barədə Nazirliyin saytında məlumat yerləşdirilib.
Rəsmi Paris 19 aprel 2024-cü il tarixli bəyannamədə razılaşdırılmış prinsiplər əsasında və yerlərdə aparılan ilk demarkasiya işlərinin davamı olaraq sərhədin demarkasiyasını davam etdirməyə, iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə çağırır.
"Biz Qazaxıstan hakimiyyətinin bu danışıqların aparılmasına yardım etmək təşəbbüsünü alqışlayırıq.
Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması üçün öz tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək", - açıqlamada bildirilir.
10-11 may 2024-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.
Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər.
Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.
12-05-2024, 22:44
Putin Şoyquya yüksək vəzifə verdi


Putin Şoyquya yüksək vəzifə verdi

Rusiya prezidenti Vladimir Putin sabiq müdafiə naziri Sergey Şoyqunu Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edib.
Şoyqu bu vəzifədə Nikolay Patruşevi əvəz edəcək.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Şoyqu eyni vaxtda Rusiya Federasiyasının Hərbi-Sənaye Komissiyasında Putinin müavini olacaq.
O xatırladıb ki, icra hakimiyyətinin yeni strukturunda sözügedən komissiya Müdafiə Nazirliyinin tabeliyindən birbaşa Rusiya Federasiyası Prezidentinin tabeliyinə verilib. “Onun işinə də Sergey Şoyqu rəhbərlik edəcək və ona nəzarət edəcək”, - Peskov vurğulayıb.
Kreml nümayəndəsi əlavə edib ki, Patruşevin hara təyin ediləcəyi barədə yaxın günlərdə məlumat veriləcək.
Xatırladaq ki, Rusiya baş nazirinin birinci müavini Andrey Belousov ölkənin müdafiə naziri təyin edilib.
12-05-2024, 22:32
“Qalatasaray” və “Fənərbağça” qələbə qazandı


“Qalatasaray” və “Fənərbağça” qələbə qazandı

Mayın 12-də futbol üzrə Türkiyə Superliqasında 36-cı turun oyunları keçirilib.
Çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” və “Fənərbağça” turu itkisiz başa vurublar.
“Qalatasaray” səfərdə “Karagümrük”ü 3:2, “Fənərbağça” isə öz meydanında “Kayserispor”u 3:0 hesabları ilə məğlub ediblər.
Bu qələbələrdən sonra “Qalatasaray” 99 xalla turnir cədvəlinin lideridir. Ondan 6 xal geri qalan “Fənərbağça” ikinci pillədə qərarlaşıb. Üçüncü yerdə olan “Trabzonspor”un hesabında isə 61 xal var.
12-05-2024, 21:26
Qalmaqallı qanun bu tarixdə qəbul ediləcək


Qalmaqallı qanun bu tarixdə qəbul ediləcək

Gürcüstan parlamenti ölkədə geniş mübahisələrə səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini mayın 14-də qəbul edəcək.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın 12-də keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, qanun layihəsi mayın 14-də parlamentin müvafiq komitəsində yenidən nəzərdən keçiriləcək və üçüncü oxunuşda qəbul olunacaq.
O diqqətə çatdırıb ki, Gürcüstan parlamentində qərarlar siyasi azlığın tələbi ilə deyil, xalqın əksəriyyətinin mənafeyinə uyğun olaraq qəbul edilir.
Baş nazir deyib: “Sosioloji araşdırmalara görə, Gürcüstan əhalisinin 80 faizindən çoxu qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığı, 60 faizdən çoxu isə "Xarici təsirin şəffaflığı haqqında" qanunu birbaşa dəstəkləyir. Bir neçə gündən sonra parlament gürcü ictimaiyyətinin qeyri-hökumət təşkilatlarının və müvafiq mediaların gəlirlərini təmin etmək, xərcləri ictimailəşdirmək, bununla da ölkədə uzunmüddətli sülhü, əmin-amanlığı və sabitliyi təmin etmək üçün daha güclü təminatlar yaratmaq iradəsini həyata keçirəcək”.
12-05-2024, 20:49
Zurabişvili müxalifətçilərə xəbərdarlıq etdi


Zurabişvili müxalifətçilərə xəbərdarlıq etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə müxalifətinə müraciət edib. O, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarlarını, yəni, müxalifəti “son dərəcə diqqətli” olmağa çağırıb.
Bu barədə Prezident mayın 12-də keçirdiyi brifinqdə bəyanatla çıxış edib.
O deyib: "Mitinq iştirakçılarına müraciət etmək istəyirəm ki, diqqətli olsunlar. Bəzilərinin sizi - müxalifəti təxribata çəkmək planları var. Buna görə də istəyirəm ki, siz çox diqqətli olasınız. Bu, qorxu deyil, ehtiyatlı olmaqdır".
12-05-2024, 18:27
“Kultura” - mədəniyyət deməkdirmi?



“Kultura” – “Mədəniyyət” deməkdirmi?

Bu gün biz beynəlxalq söz kimi işlənən “kultura” sözünü “mədəniyyət” sözü kimi başa düşürük və onun işlənməsini sinonim kimi qəbul edirik. Demək olar ki, kultura sözü ilə mədəniyyət sözü danışıqda yarıbayarı işlənir. Həqiqətənmi “kultura” sözü dilimizə ərəb dilindən keçmiş “mədəniyyət” sözüdürmü?

Bütün dünya dillərində Ulu dilə aid az saylı sözlərdən biri də “kult” sözüdür. Bu söz başlanğıcını tanrıçılıqdan almışdır. Dilçilik tarixinə nəzər salsaq görərik ki, ən ulu dilə aid ilkin söz “ka”dır (Prof.Qəzənfər Kazımov). O, bütün tanrıçılıqda “tanrı” mənasında işlənmişdir. Qədim Oğuzlarda “qor, qut”, qərb mənşəli dillərdə “kor, kr, kur, kir, qot, qod.”, qədim Misirdə “gi – qibti” və s. Əslində latın dilində “cult” sözü “cur, cor” sözündəndir. Yəni tanrı sözündəndir. Sözdə mümkün r-l samitinin fonetik dəyişikliyi baş vermişdir. Cur- cul.

Ən qədim insanlar tanrının təsviri kimi qəbul olunan inanclara, tanrının məkanı hesab etdikləri uca dağlara, ağac kultlarına və s. səcdə edərək inam gətirmiş və onların qarşısında dini ayinlər, bayram təntənələri, məhsul bayramları, təbiət bayramları və s. toplu şəkildə yığıncaqlar keçirmişlər. Qədim Oğuzların Novruz bayramı da bizim qədim mədəniyyətimiz hesab edilir. Eyni zamanda digər xalqların mədəniyyətinə xas milli bayramlar, rəngarəng adət-ənənələr mövcuddur. “Kult” sözü bütün dillərdə bir neçə mənada işlənilir. Kənd təsərrüfatında torpağa qulluq (kultivatsiya), bədənə qulluq (bədən tərbiyəsi-fizkultura), geyim və bəzək əşyalarının istifadəsi, qədim mədəni irsin nümayiş etdirilməsi və s. bu kimi tədbirlər bütövlükdə mədəniyyət-kültür hesab olunur.

Latın dilində olan “cultura” sözünü izah edək. Maraqlı burasıdır ki, “kultura” sözü günümüzə haradan gəlmişdir? Əvvəldə qeyd edildiyi kimi qədim insanlar tanrı inancları, tanrı məkanları hesab etdikləri, tanrının təsvir olunduğu bütlər və s. qarşısında dini ayinlər və dualar edib ona səcdə edirdilər. Sözün 1-ci hecası latın dilində olan “cult” sözü “cur” sözündən olub, ulu dildə “tanrı” deməkdir. 2-ci heca “ur”, bu günkü “or” sözünün əski formasıdır. ”Hor” –“adam” sözündən şəkilçi halına düşən “or” sözü peşə sahibliyini bildirir. Sözün 3-cü hecası “Ra” günəş tanrısının adındandır. Cultura sözündə “r” samitinin biri eliziyaya uğrayaraq düşmüşdür. “Cultura - kultura” sözü bütövlükdə “Günəş tanrısına ibadət edənlər” mənasına gəlir. Sovet dövründə işlənən (Stalin haqqında), bu gün Şimali Koreyada mövcud olan “şəxsiyyətə pərəstiş” sözü də bu mənadan yaranmadır.

Qədim türk dillərində olan “qulluq etmək, qul işi” sözləri də ulu dildən gəlmədir. Rus dilində də “раб, работа” (Ra tanrısının adından), ingilis dilində “work, worker” sözləri Fironun tanrı titulundan gəlmədir. "For" sözünün latın variantıdır. Dilimizdə işlənən “abid” sözü də qərb mənşəlidir. İngilis dilində “abbey” sözü “monastr, kilsə” mənasını bildirir Orada ibadət edənlər isə “abbat” – “rahib” adlanırlar. ”Ra” sözünün özü “tanrı” mənasındadır. Abidlər təkyəçilər (zahidlər) kimi də başa düşülür. Onlar monastr həyatı keçirirlər. Yəni tərkidünyalıq edirlər. Ola bilsin ki, ingilis dilində “Abbat” sözü “abandon” – “tərk etmək, qapılmaq, əl çəkmək, uymaq” sözündən alınmadır. Dilimizdəki ”təkyə, təkyədə oturan, təkyədə sakin olan (təkyənişin)” sözlərinin mənasına gəlir.

P.S. Dilimizdə olan sözlər çox vaxt şablon kimi işlənir. Lakin hər bir sözün nüvəsində sözün mənası vardır. İstər öz sözümüz olsun, istərsə də digər dillərdən keçən sözlər. Dilçilik elmi sözdən başlayırsa, sözün mənşəyi həmin dildə öyrənməlidir və bu mümkündür. Bu səbəbdən də dilçi alim 5-6 dilə bələd olmalı, sözləri sözduyumu, paralelliklə, müqayisəli şəkildə axtarıb, onun yuvasını tapmalıdır.
Dilçilik elmində reformaya böyük ehtiyac duyulur. Qədim sözlərin fonetik qaydada öyrənilməsi praktikası nəzəri cəhətdən elmi surətdə işlənib hazırlanmamışdır. Bu gün bütün elmlər kimi, dilçilik elmi də müasir tələblərə cavab verməlidir.

Həsən Əliyev
12-05-2024, 15:44
25 minə yaxın şagird və abituriyent imtahan verib


25 minə yaxın şagird və abituriyent imtahan verib

Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.
İmtahan, ümumilikdə 21 şəhər və rayonda, 112 binada təşkil olunub. İmtahanda 30 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird (abituriyent) də iştirak edib. Bu şəxslərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
İmtahanın idarə olunması üçün 112 ümumi imtahan rəhbəri, 294 imtahan rəhbəri, 2341 nəzarətçi ayrılıb, 346 buraxılış rejimi əməkdaşı (mühafizə), 112 bina nümayəndəsi ayrılıb.
Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Sabahdan etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
Qeyd edək ki, Azərbaycan dili imtahanının ikinci cəhdi iyunun 30-da keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyat 5 - 10 iyun tarixlərində olacaq.

12-05-2024, 15:32
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır


Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zəngəzur vilayətindəki postlarını bağlamağa başlayıblar.
Onlar 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında vilayətin Gorusla Qafan rayonları arasında yerləşən Çakaten kəndində məskunlaşıblar.
Bundan əvvəl Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Konjorian Rusiya sərhədçilərinin Qeqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən çıxarıldığını bəyan edib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması iki ölkə liderlərinin Moskvada keçirilən görüşündə razılaşdırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!