"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
25-05-2024, 22:36
Azərbaycan Mətbuat Şurasının yaranması

Azərbaycan Mətbuat Şurasının yaranması

Azərbaycan jurnalistləri 1990-ci illərin sonlarından KİV-in özünütənzimləmə mexanizminə nail olmaq uğrunda mübarizə aparmışdır. Bu mübarizə onunla nəticələnmişdir ki, 2003-cü ildə ölkədə jurnalistlər bir araya gələrək qurultay keçirmiş, cəmiyyət, dövlət orqanları və kütləvi informasiya vasitələri arasında münasibətlərin ictimai tənzimlənməsi mexanizmi kimi Mətbuat Şurasını yaratmışlar. Yeni Nəsil Azərbaycan Jurnalistlər birliyinin sədri Arif Əliyev qeyd edir ki, hələ 1993-cü il martın 17-də üç qəzet redaktoru yığışıb Mətbuat Şurasının yaradılması ideyasını müzakirə edirdik. Üstündən düz 10 il keçdikdən sonra bu ideyanı gerçəkləşdirmək ərəfəsindəyik. [Hamının qarşısında bəyan edirik. Mətbuatın özünütənzimləmə mexanizmi. Bakı, 2003]
Azərbaycan Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.
Mətbuat Şurasının 10 illiyi münasibətilə təşkil olunmuş təqdimat mərasimində qeyd olunur: “Mətbuat Şurası ayrı-ayrı qəzetlərin, ömrünü gününü peşəsinə sərf etmiş jurnalistlərin yubileylərinin təşkilində də fəal iştirak edir. Ümumən Azərbaycan mediasının cəmiyyətin dinamik institutu kimi özünü təsdiqləməsi baxımından beynəlxalq əməkdaşlığı vacib şərt kimi nəzərə alan Mətbuat Şurası dünyanın aparıcı media qurumları, eləcə də nüfuzlu beynəlxalq təşkilatların media ilə məsul təbliğini əhatə edir. Şura jurnalistlərin dövlət təltifləri və fəxri adlara layiq görülməsi ilə əlaqədar ənənəni bərpa edib. İlk dəfə olaraq milli mətbuatımızın 130 illik yubileyində jurnalistlər “əməkdar jurnalist” fəxri adına layiq görülüblər. Mətbuat Şurasının birbaşa təşəbbüsü ilə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin dünyasını dəyişdiyi 28 noyabr tarixi Zərdabinin anım günü kimi qeyd olunmağa başladı.
Mətbuat Şurası təsis olunduğu ilk gündən media mühitimizdəki neqativ halların aradan qaldırılmasına yönələn fəaliyyətə üstünlük verib. Müxtəlif vətəndaş qruplarının ayrı-ayrı media vasitələrindən narazılığı fonunda ümumən jurnalistikamıza yönələn mənfi baxışları aradan qaldırmaq istiqamətində məqsədyönlü tədbirlər gerçəkləşdirilib. Bu tədbirlər istər tematik yığıncaqları, istər əhalinin maarifləndirici təşəbbüsləri, istərsə də media təmsilçiləri arasında peşə dəyərlərinin özəkləri ilə əlaqələr yaratdı. ATƏT, Avropa Şurası, BMT, Beynəlxalq Mətbuat İnstitutu və digər nüfuzlu təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq prioritetləri müəyyənləşdirildi və inkişaf etdirildi.
Mətbuat Şurasının təşəbbüsü ilə Bakıda Türkdilli ölkələrin və toplumların II Media Forumu kimi önəmli hadisə gerçəkləşdi.
Mətbuat Şurasının önəmli fəaliyyət istiqamətlərindən biri də qanunvericilk təşəbbüsləridir. Bu təşəbbüslər medianın işinə maneçilik törədən əngəllərin aradan qaldırılmasından tutmuş jurnalistlərin sosial məişət qayğılarının azaldılmasınadək olan vəzifələrin həyata keçirilməsini nəzərdə tutur. Şura Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının hazırlanmasında, onun layihə mətninin işlənməsində yaxından iştirak etmişdir.
Nəzrin MƏŞƏDİYEVA
25-05-2024, 20:30
"Mançester Yunayted” qalib oldu


"Mançester Yunayted” qalib oldu

Futbol üzrə İngiltərə Federasiya Kubokunun qalibi bəlli olub.
Finalda “Mançester Siti” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib. Görüş "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 30-cu dəqiqədə Alexandro Qarnaço açıb. Kobi Maino 39-cu dəqiqədə fərqi iki topa çıxarıb. Matçın yekun nəticəsini 87-ci dəqiqədə Ceremi Doku müəyyənləşdirib.
Bununla da "Mançester Yunayted" tarixində 13-cü dəfə Federasiya Kubokunun qalibi olub.
25-05-2024, 19:46
"KamAZ" sürücünün üstünə aşdı


"KamAZ" sürücünün üstünə aşdı

Lənkəranda bədbəxt hadisə nəticəsində sürücü xəsarət alıb.
Hadisə rayonun Qurumba kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov “KamAZ” markalı yük maşınının təkərini dəyişmək istəyib.
Bu zaman qaldırıcı boşalıb və yük maşını sürücünün üzərinə aşıb. S.Həsənov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyublar.
Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
25-05-2024, 18:40
İlham Əliyev mühüm qanunu təsdiqlədi


İlham Əliyev mühüm qanunu təsdiqlədi

Prezident İlham Əliyev “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Qanuna aşağıdakı bənd əlavə olunub:
Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir.
Bununla yanaşı, qanunda 37.7-ci maddənin ikinci, "Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir" cümləsi çıxarılıb.
25-05-2024, 18:10
Əfv sərəncamı 154 nəfərə şamil edilib


Əfv sərəncamı 154 nəfərə şamil edilib

Prezident İlham Əliyevin imzaladığı «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» sərəncamla ümumilikdə 154 nəfər əfv edilib.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilsin.
Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.
25-05-2024, 17:59
Rusiyadan bu ölkəyə gedən miqrantlar geri göndəriləcək


Rusiyadan bu ölkəyə gedən miqrantlar geri göndəriləcək

Finlandiya hökumətinin təqdim etdiyi “Ekstradisiya haqqında” yeni Qanuna görə, RF sərhədindən keçərək bu ölkəyə gələn miqrantlar hətta Rusiyanın onları qəbul etmək istəmədiyi halda belə geri göndəriləcək.
Bu barədə Finlandiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Mövqeyimiz ondan ibarətdir ki, bu qanun qüvvəyə minəndən sonra istənilən halda Rusiya Federasiyası ilə sərhəddən Finlandiyaya gələn insanlar qarşı tərəfə qaytarılacaq. Sərhəd xidmətinin operativ vəzifəsi bunu təmin etməkdir", - məlumatda qeyd olunub.
Qeyd edilir ki, Finlandiyanın Nazirlər Kabineti tərəfindən parlamentin müzakirəsinə çıxarılan “Ekstradisiya haqqında” Qanun layihəsi əvvəlcə qanunvericilik məclisinin konstitusiya komitəsində təsdiq edilməlidir. Bu, instrumental miqrasiya adlanan (qaçqınlardan müəyyən məqsədlərə nail olmaq üçün istifadə edildiyi iddia edilən zaman) mübarizə üzrə müvəqqəti tədbirlərin bir hissəsidir. Qanun layihəsinə əsasən, hökumətin ümumi iclası ölkənin suverenliyini və təhlükəsizliyini təmin etmək məqsədilə Finlandiya sərhədinin onun bilavasitə yaxınlığındakı müəyyən hissəsində beynəlxalq mühafizə üçün müraciətlərin qəbulunu məhdudlaşdıra biləcək.
25-05-2024, 17:53
Bayden Azərbaycanın Ukraynaya yardımını yüksək qiymətləndirdi


Bayden Azərbaycanın Ukraynaya yardımını yüksək qiymətləndirdi

Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinə dəyər verir.
Bu barədə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə təbrik məktubunda deyilir.
“Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk”, - Bayden qeyd edib.
25-05-2024, 17:35
Şuşada 18 memarlıq abidəsi bərpa edilib


Şuşada 18 memarlıq abidəsi bərpa edilib

Şuşada “Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri" mövzusunda Şuşada plenum keçirilib.
Plemumda Şuşadakı xüsusi nümayəndə Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, nümayəndəlik və rəsmi qoruqlar iştirak edib.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və tədbir iştirakçıları ilə görüşüblər. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərin memarlıq abidələrinin bərpası istiqamətində bu səpkili plenumlar müstəsna rol oynayır.
Görüş zamanı diqqətə çatdırılıb ki, işğaldan əvvəlki dönəmə qədər Şuşada 200-ə yaxın tarixi memarlıq abidəsi mövcud olub, lakin 30 il ərzində onların demək olar ki, hamısı yararsız hala salınıb, hətta bəziləri tamamilə məhv edilib. Bu gün aparılmaqda olan bərpa prosesində yerli mütəxəssislərin çox böyük rol oynadığı vurğulanıb və ötən dönəm ərzində 18 memarlıq abidəsinin bərpa edildiyi bildirilib. Bununla yanaşı, Şuşanın beynəlxalq müstəvidə tanıdılması və təcrübə mübadiləsinin aparılması istiqamətində ötən il Türk dünyası memarlarının “Şuşa simpoziumu”nun keçirildiyi, bu il isə İslam dünyası memarlarının bir araya gətilməsinin nəzərdə tutulduğu bildirilib.
25-05-2024, 17:22
"Əsgəran" yarımstansiyasının tikintisinə başlanılır


"Əsgəran" yarımstansiyasının tikintisinə başlanılır

Xocalı rayonunda yerləşən Əsgəran yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq "Əsgəran" yarımstansiyasının tikintisinə başlanılacaq.
Bununla bağlı “Azərişıq” ASC hazırlıqlara başlayıb.
Məlumata görə, tikinti işləri yekunlaşdıqdan sonra yarımstansiya şəbəkə ilə əlaqələndiriləcək. İşlərin ümumi dəyəri 4,864 milyon manat həcmində qiymətləndirilir.
25-05-2024, 17:04
Naxçıvana dolu düşüb


Naxçıvana dolu düşüb

Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi zonalarında qeyri-sabit hava şəraiti hökm sürür.
Günorta saatlarında muxtar respublikanın bəzi rayonlarına və Naxçıvan şəhərinə güclü yağış yağıb, dolu düşüb.
Hazırda yağışlı hava şəraiti davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!