Faşizm üzərində qələbənin 79-cu ilidir .....                        Putin Paşinyanla görüşdə nələri müzakirə etdi? .....                        Keşlə bazarı sökülür? - AÇIQLAMA .....                        Torpağın səsinə hay verdik .....                        Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu .....                        Köməksiz qalan iki azyaşlı belə xilas edildi - VİDEO .....                        Şəhid anası: “Oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO .....                        Sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan .....                        Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı .....                       
30-04-2024, 23:49
“Şərq və müasir dünya xalqlarının ənənəvi dəyərləri”


Tacikistanda “Şərq və müasir dünya xalqlarının ənənəvi dəyərləri” mövzusunda forum keçirilib

Bu günlərdə Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərindəki Rusiya-Tacikistan (Slavyan) Universitetində (RTDU) “Şərq və Müasir Dünya Xalqlarının Ənənəvi Dəyərləri” mövzusunda iki günlük Beynəlxalq Mədəni və Sivilizasiya Forumu keçirilmişdir. Tədbirdə BDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu Allahverdiyeva da iştirak etmişdir.

Əməkdaşımız Arzu xanımla görüşüb ondan forum barədə təəssüratlarını danışmasını xahiş etmişdir. A.Allahverdiyeva demişdir:
-Tədbir Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti, Rusiya-Tacikistan (Slavyan) Universiteti, Tacikistan Respublikası Milli Elmlər Akademiyası və İstanbul Rumeli Universiteti yanında Balkan Ölkələrinin Tətbiqi Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunmuşdu.
Forumun açılış mərasimində RTDU-nun rektoru, professor Məşrab Fayzullo, Rusiyanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Semyon Qriqoryev, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin professoru, Tacikistan Elmlər Akademiyasının həqiqi əcnəbi üzvü, Azərbaycan xalqının böyük dostu Ramazan Abdulatipov, Tacikistan Respublikası Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi üzrə İdarəsinin rəhbəri Əhməd Saidmurodzoda, Tacikistanın Ali Müftisi Səidmukarram Abdulkodirzoda, Türkiyənin Namik Kamal Universitetinin tarix kafedrasının professoru Halit Eren, Tacikistan Milli Elmlər Akademiyasının prezidenti Kobiljon Xuşvaxtzoda, bir sıra xarici dövlətlərin diplomatik idarələrinin, Rusiya, Tacikistan, Özbəkistan, Türkiyə, Azərbaycan və Misirin elmi təşkilatlarının nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçılarını salamlama nitqi zamanı cəmiyyətdə sabitlik və harmoniya üçün əsas olan ənənəvi dəyərlərin qorunub saxlanmasının vacibliyi dəfələrlə vurğulandı, bu xüsusda Şərq ölkələri, o cümlədən Tacikistan Respublikası nümunə kimi göstərildi. Çıxış edənlər bu dəyərlərin sürətli texnoloji və sosial-mədəni inkişaf şəraitində üzləşdiyi problemlər, ənənələrin qorunub saxlanılması və davamlılığının təşviqi yolları, mədəniyyətlərarası dialoq və əməkdaşlığın təşviqi təşəbbüsləri barədə danışdılar. Həmçinin bəşəriyyətin mədəni sərvətinin qorunub saxlanmasına və artırılmasına töhfə verən təhsil və digər müvafiq aspektlərdən də bəhs olundu.
Plenar iclasda əsasən aşağıdakı mövzularda məruzələr dinlənildi: “Rusiya və Şərq: xalqların ənənəvi dəyərləri sivilizasiyanın inkişafı və qarşılıqlı fəaliyyəti üçün bələdçi kimi”, “Şərq xalqlarının ənənəvi dəyərləri və müxtəlif mədəniyyətlərin birgəyaşayışı, sivilizasiyalar”, “Rusiya və Tacikistan xalqlarının ənənəvi mənəvi-əxlaqi dəyərləri uzunmüddətli tərəfdaşlığın möhkəm əsası kimi”, “Rus Pravoslav Kilsəsinin Rusiyada və xaricdə dinlərarası və millətlərarası sülhün möhkəmləndirilməsi istiqamətində fəaliyyəti” və s.
“Rusiyada, Tacikistanda və Türkiyədə xalqların ənənəvi mədəniyyətinə və dəyərlərinə xüsusi diqqət yetirilir. Çox böyük iş görülüb və bu iş davam etdirilməlidir, bizim forum bu missiyanı davam etdirir. Mən Tacikistanın hörmətli prezidentinə, bütün tacik dostlarımıza, RTSU-ya minnətdaram ki, bu istiqamətdə birlikdə işləyirik”, - deyə Rusiya hökuməti yanında Maliyyə Universitetinin professoru, Dağıstanın keçmiş rəhbəri, Rusiya prezidentinin İslam Əməkdaşlıq Təşkilatındakı keçmiş daimi nümayəndəsi Ramazan Abdulatipov çıxışı zamanı bildirib.
Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin isə çıxışında vurğuladı:
“Biz əminik ki, bu forum Şərq sivilizasiyalarının mədəniyyətlərarası dialoqunun genişləndirilməsinin yeni formalarının axtarışına öz töhfəsini verəcək”.
Forum iştirakçıları müzakirə panelləri formatında Şərq xalqlarının ənənəvi dəyərləri və onların müasir dünya ilə əlaqələri mövzusunu davam etdirdilər. Müasir cəmiyyətdə hansı dəyərlərin aktual qalması, hansının dəyişdirilə və ya itirilməsi ilə bağlı müzakirələr aparıldı. Ənənələrin müasirliyin çağırışlarına cavab verə biləcəyi ailə, din, təhsil, incəsənət və həyatın bir çox digər aspektləri də müzakirə olundu.
Çıxışlar zamanı dəfələrlə vurğulandı ki, ənənəvi dəyərlərin qorunub saxlanılması və ötürülməsi mədəni irsin mühafizəsində və cəmiyyətin ahəngdar inkişafının təmin edilməsində mühüm rol oynayır.
Plenar iclasın sonunda Tarix və Beynəlxalq Münasibətlər fakültəsində görkəmli diplomat Yevgeni Primakovun irsini davam etdirmək və müasir dünyada diplomatiyanın inkişafını təşviq etmək üçün nəzərdə tutulmuş Yevgeni Maksimoviç Primakov adına Rusiya Diplomatiyası Mərkəzinin açılışı oldu. Mərkəzin vəzifələrinə dünya siyasətinin təhlili, diplomatik xidmət üçün kadrların hazırlanması, qarşılıqlı anlaşma və hörmət əsasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinə köməklik kimi fəaliyyət istiqamətləri daxildir.
Forum zamanı Sverdlovsk vilayəti Müsəlmanları Ruhani İdarəsi (Mərkəzi Müftilik) təşkilatının Rəyasət Heyətinin Qərarı əsasında Rusiya Xalqları Assambleyası Ümumrusiya təşkilatının sədri Ramazan Abdulatipov əməksevərliyə, dinlərarası və millətlərarası tolerantlığın möhkəmləndirilməsinə, əsl mənəvi dəyərlərin bərqərar olmasına mühüm töhfəsinə görə “Bürünc Aypara” medalı ilə təltif edildi.
Bundan əlavə, Tacikistan Milli Elmlər Akademiyası, RTSU, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti və İstanbul Rumeli Universitetində Balkan Ölkələrinin Tətbiqi Araşdırmalar Mərkəzi arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı.
Forumun sonunda iştirakçıların müzakirə etdiyi əsas tezisləri və qlobal problemləri əks etdirən bəyannamə qəbul edildi. Foruma yekun vurularkən iştirakçılar belə tədbirlərin keçirilməsinin faydalı və zəruriliyinə əminliklərini dönə-dönə ifadə etdlər.
Yeri gəlmişkən söyləyim ki, tədbir üçün hazırladığım “Mədəniyyətlə tərəqqi: Şərq qadınlarının Azərbaycanda müasir həyata təsiri” mövzusunda çıxışım forumun materialları ilə birlikdə toplanılaraq klitab halında nəşr olunacaq.
Onu da bildirmək istərdim ki, ikigünlük tədbir müddətində çoxlu dostlar qazandıq, Düşənbənin gəzməli-görməli yerlərinə səyahətə çıxdıq, xatirə şəkilləri çəkdirdik. Bir sözlə, qardaş Tacikistandan Vətənə xoş və zəngin təəssüratlara döndüm.
Söhbəti yazdı:
Sevda ƏLİBƏYLİ,
"Söz" jurnalının baş redaktoru









30-04-2024, 23:27
Ukrayna Bakı və İrəvana çağırış etdi


Ukrayna Bakı və İrəvana çağırış etdi

Ukrayna Xarici İşlər Nazirliyi 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaları alqışlayır.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
“Azərbaycan və Ermənistan arasında dövlət suverenliyinə hörmət, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması, ziddiyyətlərin sülh yolu ilə həlli, güc tətbiq etməkdən və ya güc təhdidindən imtina etmək əsasında sərhədin delimitasiyası ölkələr arasında münasibətlərin normallaşması və regionda sabitlik və təhlükəsizliyin təmin edilməsinin zəruri şərtidir”, – sənəddə diqqətə çatdırılıb.
Bəyanata görə, “Rusiyanın təcavüzkar siyasəti və Rusiyanın Baltikyanı ölkələrə, Qara dəniz regionuna, Cənubi Qafqaza və Mərkəzi Asiyaya davamlı təhdidləri şəraitində Azərbaycan və Ermənistan arasında dövlətlərarası sərhədin delimitasiyası üzrə razılığın əldə edilməsi sabitliyin mühüm amilidir”:
“Biz tərəflərin əldə etdiyi razılaşmaların praktiki olaraq uğurla həyata keçirilməsinə ümid edirik”.
30-04-2024, 22:31
ABŞ-da tələbə etirazları - 100-dən çox həbs edilən var


ABŞ-da tələbə etirazları - 100-dən çox həbs edilən var

ABŞ-da Texas Universitetində tələbələrin etiraz aksiyası zamanı 79 nəfər həbs olunub.
ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətinə və universitetlərin İsrail şirkətləri ilə əməkdaşlığına etiraz edən tələbələrin aksiyaları ölkə boyu davam edir. Nümayişlərin mərkəzi hesab olunan Kolumbiya Universitetində tələbələrin uzaqlaşdırılmasına başlanılıb. Buna etiraz edən tələbələr “Hammilton Hall” adlandırılan korpusu zəbt ediblər. Onlar aksiyalara qoşulmuş tələbələrin bağışlanmasını tələb edirlər.
Aprelin 30-u səhər saatlarında, həmçinin Şimali Karolina Universitetində onlarla nümayişçi həbs olunub.
Kaliforniya Politexnik Universitetində isə 35 nəfər həbs olunub. Nizam-intizamın bərpası məqsədilə universitetin mayın 10-na kimi bağlanacağı bəyan edilib.
30-04-2024, 22:12
General minaya düşən hərbçimizə baş çəkdi - VİDEO


General minaya düşən hərbçimizə baş çəkdi - VİDEO

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir.
DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib.
Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətinin yaxşı olduğunu bildirib.
Daha ətraflı süjetdə:

30-04-2024, 21:53
Ukrayna deputatları Şəhidlər Xiyabanında


Ukrayna deputatları Şəhidlər Xiyabanında

Ukrayna Ali Radasının nümayəndələri Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.
Bu barədə Ukrayna səfiri sosial şəbəkə hesabında məlumat verib.
"Ukrayna Ali Radasının Vitse-spikeri Olena Kondratyuk, onun müşaviri, Ukraynanın Azərbaycandakı keçmiş səfiri Oleksandr Mişenko ilə birlikdə Şəhidlər Xiyabanına ziyarət edərək, 20 Yanvar 1990-cı il hadisələri zamanı Azərbaycanın müstəqilliyinin bərpası uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad etdik.
Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin rəhbərliyi ilə də görüşdük, ölkə parlamentində, Milli Məclisdə, hökumətdə yüksək səviyyəli görüşlərə hazırlaşırıq. Sabah Bakıda Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi adından iştirak edəcəyim VI Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Prezident Volodimir Zelenskinin Sülh Formulasından və bütün səviyyələrdə Ukraynaya gələcək dəstəkdən danışacağıq", - səfir paylaşımında qeyd edib.
30-04-2024, 20:53
Ukrayna deputatları ANAMA-da


Ukrayna deputatları ANAMA-da

Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
B.Məmmədov qonaqları salamlayaraq, Agentliyin yaradılması, fəaliyyət istiqamətləri, ölkəmizin üzləşdiyi mina probleminin miqyası, mina qurbanları, minaların işğaldan azad edilmiş ərazilərdə icra edilən bərpa-quruculuq işlərinə yaratdığı çətinliklər, habelə mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə məlumat verib, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin “Böyük Qayıdış” proqramının əsas prioritetlərindən biri olduğunu qeyd edib.
Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk təqdim edilən məlumata görə təşəkkür edərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması istiqamətində görülən fəaliyyətin təqdirəlayiq olduğunu bildirib. Ukrayna ərazilərinin minalarla yüksək səviyyədə çirkləndiyini nəzərə alaraq, Agentliklə humanitar minatəmizləmə sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunub.
Görüş zamanı, sahə üzrə qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
30-04-2024, 20:32
XTQ-nin 25-ci ili - VİDEO


XTQ-nin 25-ci ili - VİDEO

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 25 il ötür.
Butov.az bu münasibətlə Müdafiə Nazirliyinin hazırladığı videonu təqdim edir:

30-04-2024, 19:51
Sahibə Qafarova Çin nümayəndələri ilə görüşdü


Sahibə Qafarova Çin nümayəndələri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Çin arasında münasibətlərin yüksək inkişaf dinamikası ilə səciyyələndiyi və çox yüksək səviyyədə olduğu qeyd olunub. Xüsusilə son zamanlar münasibətlərimizin inkişafında böyük intensivliyin müşahidə olunduğu vurğulanıb.
Azərbaycan ilə Çin arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən Milli Məclisin sədri ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiklərini qeyd edib. Bildirilib ki, ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan hər zaman birmənalı olaraq “vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.
Söhbət zamanı iki ölkə arasında münasibətlərin dərinləşməsində parlamentlərin də vacib rolu qeyd edilib. Vurğulanıb ki, parlamentlərimizdə fəaliyyət göstərən dostluq qrupları əlaqələrimizdə körpü rolunu oynayır. Həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində parlamentlərarası əlaqələrin genişləndirilməsi imkanları mövcuddur.
Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin öz növbəsində qeyd edib ki, ölkələrimiz arasında əlaqələr dövlət başçılarımızın rəhbərliyi ilə sabit inkişaf yolu keçib. Ölkə rəhbərləri arasında mövcud olan şəxsi dostluq əlaqələrinin münasibətlərimizə təkan verdiyi qeyd olunub.
Parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edən qonaq Çin Xalq Assosiasiyasının xarici ölkə parlamentləri ilə əlaqələrin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Deyib ki, Assosiasiya bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Parlamentin üzvü kimi dostluq qruplarında təmsil olunduğunu bildirən Yan Vanmin bu sahədə işə böyük əhəmiyyət verdiyini, Azərbaycan parlamenti ilə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduğunu qeyd edib.
Görüşdə humanitar və mədəni sahələrdə əməkdaşlıq əlaqələrinin dərinləşməsinin xalqlarımız arasında əlaqələrin daha da inkişafına xidmət etdiyi, elm, mədəniyyət, gənclər siyasəti sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib. Diqqətə çatdırılıb ki, mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi Heydər Əliyev Fondu və Çin Xalq Assosiasiyası arasında münasibətlərdir. Onların birgə həyata keçirdiyi layihələr xalqlarımızın yaxınlaşmasına, əlaqələrin güclənməsinə töhfə verir.
Yan Vanmin rəhbərlik etdiyi Assosiasiyanın 150 ölkədən 500-dən çox qurumla əməkdaşlıq etdiyini bildirərək vurğulayıb ki, Heydər Əliyev Fondu bu regionda Assosiasiyanın ən yaxın tərəfdaşıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
30-04-2024, 18:54
Həcc ziyarəti bu tarixdə başlayır


Həcc ziyarəti bu tarixdə başlayır

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır.
QMİ rəsmisi həmçinin deyib ki, Azərbaycandan Həcc ziyarətinə ayrılan 1500 nəfərlik kvotanın dolmasına az qalıb.
Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Xatırladaq ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.
30-04-2024, 17:50
Prezident ABŞ nümayəndə heyətini qəbul edib


Prezident ABŞ nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Amerika Birləşmiş Ştatlarının Mormon Kilsəsinin rəhbər heyəti, “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednarı, Mormon Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerardı, Stirlinq Fondunun prezidenti Mayls Hanseni və Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rounu qəbul edib.
Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə toxunularaq, bu tədbirin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Forumda müxtəlif ölkələrdən çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə dünyada göstərilən marağın nümunəsi kimi dəyərləndirildi.
Söhbət zamanı Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfə barədə danışıldı, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin vahid bir ailə kimi dinc və sülh şəraitində yaşadıqları məmnunluqla vurğulandı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!