"Son zəng"də “oğru aləmi”nə aid mahnı oxuyan direktor işdən qovuldu .....                        3 polisi qətlə yetirən Rövşənlə bağlı şok detallar üzə çıxdı - VİDEO .....                        3 polisi qətlə yetirən Rövşənlə bağlı şok detallar üzə çıxdı - VİDEO .....                        Abituriyentlər fənlər üzrə təhsil proqramının yalnız 27-56 faizini mənimsəyir - RƏSMİ .....                        Kür çayında bir nəfər batıb .....                        Sertifikasiya müəllimlərlə bağlı gözləntiləri doğrultdu? .....                        Prezident jurnalisti təltif etdi - Sərəncam .....                        Almaniya XİN başçısı İsrailə səfər edib - Fələstinə də gedəcək .....                        Ceyhun Bayramov yeni səfiri qəbul edib .....                       
26-04-2024, 22:16
Spiker həmkarı ilə parlamentlər arasında əlaqələri müzakirə etdi


Spiker həmkarı ilə parlamentlər arasında əlaqələri müzakirə etdi

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Görüşdən sonra Sahibə Qafarova xatirə kitabını imzalayıb.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş davam edib.
Andrija Mandiç bu səfərin ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə ölkələrimizin dost və etibarlı tərəfdaş olduqları, bir çox məsələlərdə ortaq dəyərləri və fikirləri bölüşdükləri qeyd edilib.
A.Mandiç ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolunu qeyd edib.
Görüşdə ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, bu istiqamətdə də əlaqələri daha da dərinləşdirmək baxımından qarşılıqlı səfərlər və dialoqu davam etdirmək çox vacibdir.
Söhbət zamanı dostluq qruplarının birgə fəaliyyətinin önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, dostluq qrupları müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynayır. Tərəflər parlament komitələri arasında da əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.
S.Qafarova görüşdə regionda mövcud olan vəziyyət barədə də geniş məlumat verib, həmçinin bəzi dövlətlərin, ilk növbədə, Fransanın regionumuzda gərginliyi artırmaq üçün addımlar atdığını bildirib.
O, həmçinin Avropa Parlamentinin son qətnaməsinə toxunaraq bunu ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirib.
Monteneqro parlamentinin sədri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini qeyd edib. O, imzalanacaq sülh sazişinin regionda sülh və əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Görüşdən sonra iki ölkənin parlament sədrləri Monteneqro parlamentində yaradılan "Barbara Prammer Demokratiya Emalatxanası"nda da iştirak ediblər.
26-04-2024, 22:08
Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib


Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədri Bahar Muradova Miqrasiya Əməkdaşlıq Platformasının (MƏP) rəhbəri Azər Allahverənov və bu koalision təsisatın digər təsisçilər ilə görüşüb.
Qonaqları salamlayan Komitə sədri Bahar Muradova, görüş təşəbbüsünə görə təşəkkürünü bildirib. MƏP nümayəndələrinin Dövlət Miqrasiya Xidməti yanında ictimai şurada təmsil olunduğu dövrdə də fəallığına diqqət çəkən sədr, platformanın yaradılmasının müsbət bir təcrübə olduğunu qeyd edib. Əlavə edib ki, belə təşkilatların cəmiyyəti narahat edən müxtəlif sahələrə töhfə verəcəyinə, o cümlədən bu proseslə məşğul olan ictimai şuraların da sonradan belə platformalar yaratmasına təkan olacağına inanır.
Ölkəmizdə çox sayda vətəndaş cəmiyyəti institutunun fəaliyyət göstərdiyini vurğulayan B.Muradova qeyd edib ki, qeyri-hökumət təşkilatları konkret istiqamətlər üzrə peşəkarlaşmalı, müvafiq sahənin işinə töhfə verməli və belə əməkdaşlıq platformalarının yaradılmasında yaxından iştirak etməlidir.
Tarixi Zəfərin ölkəmizdə hər bir sahədə daha sürətli inkişafa təkan verdiyini vurğulayan sədr, dövlət orqanlarının fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı əməkdaşlıq etdiyinə diqqət çəkib. O, çıxışının sonunda müvafiq sahələr üzrə birgə layihələrin, tədbirlərin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib və İctimai Birliyin gələcəkdə Komitənin fəaliyyət istiqamətləri ilə bağlı məsələlərə daha geniş yer ayıracağına ümidini ifadə edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov, təşkilatın yaradılması tarixindən və qısa müddətdə həyata keçirdiyi layihələrdən danışıb. Miqrasiya sahəsinin çoxşaxəli və maraqlı bir sahə olduğunu deyən sədr, Azərbaycanda miqrasiya proseslərinin aktiv olduğunu qeyd edib. Təşkilatın reallaşdırdığı layihələrin nəticələrindən söz açan A.Allahverənov, bir sıra statistik göstəriciləri diqqətə çatdırıb, gələcəkdə fəaliyyət istiqamətlərinin daha da genişlənəcəyini bildirib. O, Azərbaycanda bu sahədə yeganə təşkilat olan MƏP-in Komitə ilə əməkdaşlığa önəm verdiyini, hər zaman dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Görüşün davamında Komitənin yenilənmiş Uşaq Məlumat Bankı, gender bərabərliyinin təmin olunması, erkən uşaqlıq dövründə inkişaf, vətəndaşların ailə üzvlərinin repatriasiya və readmissiyası istiqamətində fəaliyyəti, Azərbaycan hökuməti adından beynəlxalq təşkilatlar qarşısında təqdim etdiyi hesabatlarla bağlı məlumat verilib və müvafiq sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

26-04-2024, 21:10
İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTO


İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri aprelin 26-da başa çatıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.




26-04-2024, 20:15
Cüdoçumuz Avropa çempionu oldu


Cüdoçumuz Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.
Yarımfinalda Adil Osmanovu (Moldova) məğlub edən üçqat Avropa çempionu həlledici görüşdən də qələbə ilə ayrılıb.
H.Heydərov bu dəfə Danil Lavrentyevi (AIN) üstələyib. Millinin lideri bununla da Azərbaycan cüdosunun tarixinə 4 qat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.
Bu gün digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) uğursuz çıxış ediblər.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.
26-04-2024, 19:51
İlham Əliyev ərəb nazirlə nələri müzakirə etdi...


İlham Əliyev ərəb
nazirlə nələri müzakirə etdi...


Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşü keçirilib.
Sultan Əhməd Əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə təşəkkürünü bildirdi, onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş etdi.
Sultan Əhməd Əl-Cabir BƏƏ-nin COP28-in sədri və ev sahibi olaraq Azərbaycanla yaxından işləməkdən məmnunluğunu bildirərək, COP29 ilə bağlı BƏƏ-nin Azərbaycana dəstəyini əsirgəmədiyini diqqətə çatdırdı, bu istiqamətdə birgə işləməyə və əməkdaşlığa hazır olduqlarını vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanla BƏƏ arasında birgə fəaliyyətin əhəmiyyətini və COP28-də “üçlük” mexanizminin yaradılmasının vacibliyini qeyd etdi.
Söhbət zamanı Azərbaycanla BƏƏ arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu, ölkəmizin yaşıl enerji sahəsinə BƏƏ tərəfindən yatırılan investisiyalar nəticəsində bərpaolunan enerji ixracı imkanlarının yaranması və bu istiqamətdə potensialın artması məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu.
26-04-2024, 19:16
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşdü


İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
26-04-2024, 18:50
Sülhməramlılar bu tarixdə Qarabağdan tam çıxacaq


Sülhməramlılar bu tarixdə Qarabağdan tam çıxacaq

Rusiyanın sülhməramlı kontingentinin demək olar ki, hamısı artıq Qarabağı tərk edib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindəki mənbə "Reuters" agentliyinə məlumat verib.
Məlumata görə, yerdə qalanlar sülhməramlılar mayın sonuna kimi yola düşməlidir.
Bildirilir ki, rusların bütün zirehli texnikası, o cümlədən 90 zirehli transportyor (BTR82A) və 380 texnika artıq Azərbaycan ərazisini tərk edib.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.
26-04-2024, 18:17
Hava hücumuna görə Kiyev xəstəxanaları təxliyə edilir


Hava hücumuna görə Kiyev xəstəxanaları təxliyə edilir

Kiyevin Boqatırskaya küçəsində yerləşən iki xəstəxana təcili olaraq təxliyə edilir. Onlardan biri uşaq xəstəxanasıdır.
Bu barədə Kiyev şəhər Dövlət Administrasiyası Telegram kanalında məlumat yayıb. Administrasiyanın məlumatına görə, təxliyə Rusiyanın internet mediasında faktiki olaraq həmin tibb müəssisələrinə hücum elan edildiyi ilə bağlı videonun geniş yayılması səbəbindən başlayıb. Bu xəstəxanalarda guya hərbçilərin olduğu deyilir.
“Bu, tamamilə yalandır və paytaxtın sosial infrastrukturuna hücum üçün istifadə olunan düşmən təxribatıdır. Hazırda Kiyev rəhbərliyi xəstə uşaqları, onların valideynlərini və tibb işçilərini qorumaq üçün əlindən gələni edir. Xəstələr və həkimlər paytaxtdakı digər tibb müəssisələrinə daşınır”, - deyə məlumatda qeyd olunur.
26-04-2024, 18:12
Ermənistanla sərhəddə işlərin 35 faizi tamamlanıb - RƏSMİ


Ermənistanla sərhəddə işlərin 35 faizi tamamlanıb - RƏSMİ

Geodeziya ölçmələri əsasında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində 26 aprel 2024-cü il tarixinə planlaşdırılan işlərin təxminən 35 faizi yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb.
Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.
Bildirilib ki, iki dövlətin ekspert qruplarının işi davam edir.
26-04-2024, 18:01
Qazaxda sərhədin demarkasiyası texniki cəhətdən başa çatdı


Qazaxda sərhədin demarkasiyası texniki cəhətdən başa çatdı

“Ermənistan-Azərbaycan sərhədinin Tavuş vilayəti ilə Qazax rayonu ərazisindəki hissəsində delimitasiya prosesi texniki nöqteyi-nəzərdən başa çatıb".
Bu barədə Ermənistan Parlamenti Müdafiə Komitəsinin sədri Armen Xaçatryan açıqlayıb.
"Texniki cəhətdən tamamlanıb, bu o deməkdir ki, Almatı bəyannaməsinə əsasən Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissə qeydə alınıb və bir daha təsdiqlənib. Başqa sözlə, bu sütunlar Sovet Ermənistanı və Sovet Azərbaycanının sərhəd-keçid məntəqələrində quraşdırılıb", - Xaçatryan qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!