“Şərq və müasir dünya xalqlarının ənənəvi dəyərləri” .....                        Erməni prezident sərhədlərin delimitasiyasından danışdı: “Vaxt yetişib” .....                        Ermənistan hələ də KTMT-nin üzvüdür - Mirzoyan .....                        Prezident “Tələbə-məzun” portalı ilə bağlı fərman imzaladı .....                        Müəllimlərin vakansiya seçimi başa çatdı .....                        Abituriyentlər üçün son 1 həftə! - Ən çox qeydiyyat I qrupdadır .....                        Onlar imtahanda maksimum bal topladı .....                        Spiker Çin Xalq Assosiasiyasının sədri ilə görüşüb .....                        Mərkəzi Seçki Komissiyasına yeni sədr seçildi .....                       
3-04-2024, 21:21
Blinkenin təyyarəsi Fransada qəzalı vəziyyətə düşdü


Blinkenin təyyarəsi Fransada qəzalı vəziyyətə düşdü

ABŞ dövlət katibi Antoni Blinkenin "Boeing 737" təyyarəsi Fransada qəzalı vəziyyətə düşüb.
Bu barədə Bloomberg məlumat yayıb.
"Dövlət Departamentinin sözçüsü təyyarədə texniki nasazlıqlar olduğunu bildirib", - məlumatda deyilir.
Qeyd edilib ki, Amerika nümayəndə heyəti Parisdən avtomobillə NATO-nun Brüsseldəki mənzil-qərargahına yola düşüb.
Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken sabah - 4 apreldə isə Belçika paytaxtında NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin görüşünə qatılacaq.
Həmin toplantıdan bir gün sonra - aprelin 5-də Brüseldə ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmilərinin görüşü keçiriləcək.
3-04-2024, 20:57
Ankarada güclü yanğın baş verdi


Ankarada güclü yanğın baş verdi

Ankaranın Yenimahalle rayonunda avtomobil şinləri və tullantıların yerləşdiyi sənaye sahəsində güclü yanğın baş verib.
Günorta saatlarında naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə qısa müddətdə böyüyərək geniş əraziyə yayılıb. Bölgəyə müxtəlif rayonlardan çox sayda yanğınsöndürmə briqadaları cəlb olunub.
Şəhərin müxtəlif yerlərindən görünən yanğın nəticəsində səmada sıx tüstü təbəqəsi əmələ gəlib.
Hadisə zamanı iki avtomobilin yandığı bildirilir.
3-04-2024, 20:35
İlham Əliyev: “Fransa xarici işlər naziri yalan danışır”


İlham Əliyev: “Fransa xarici işlər naziri yalan danışır”

“Fransa xarici işlər naziri yalan danışır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.
Dövlət başçısı aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib.
Həmçinin Prezident Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb.
3-04-2024, 18:16
İranın Azərbaycan üzərindən yükdaşımalarının sayı artıb


İranın Azərbaycan üzərindən yükdaşımalarının sayı artıb

Ötən il (İran ili) İran Azərbaycan ərazisindən tranzit olaraq 2 milyon 307 min ton yük göndərib ki, bu da əvvəlki illə müqayisədə 57 faiz artım deməkdir.
Bu barədə İranın Baş Gömrük İdarəsi məlumat yayıb.
Bəhs olunan dövr ərzində Astara gömrük-keçid məntəqəsindən 549 min ton, Biləsuvar gömrük-keçid məntəqəsindən 674 min ton, Culfa gömrük-keçid məntəqəsindən isə 542 min ton tranzit yük daşınıb.
Bundan başqa, qeyd olunan dövrdə İrandan Türkiyəyə Bazarqan gömrük-keçid məntəqəsindən 1 milyon 188 min ton, Sərxs məntəqəsindən isə 723 min ton tranzit yük nəql edilib. Tranzit daşımaların artması İranın qonşu dövlətlər ilə ticarət dövriyyəsinin də artdığını göstərir.
Ötən il İrandan tranzit yükdaşımaları 88 faiz artıb.
3-04-2024, 17:46
Müğənni həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxundu


Müğənni həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxundu

Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, təqsirləndirilən Anar Həşimov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən il oktyabrın 16-da baş verib.
1984-cü il təvəllüdlü Anar Həşimovun Nizami rayonu, Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Yaqut Həşimova müğənni olub, Yaqut Nəriman kimi tanınıb.
3-04-2024, 17:33
Şimali Koreya ballistik raketini sınaqdan keçirdi


Şimali Koreya ballistik
raketini sınaqdan keçirdi


Şimali Koreya bərk yanacaqla işləyən orta mənzilli “Hwasongpo-16B” ballistik raketini sınaqdan keçirib.
Sınaq uğurlu alınıb.
Raket 1000 km uçub və Yapon dənizindəki hədəfi vurub.
"Hwasongpo-16B" hipersəs sürüşmə döyüş başlığı ilə təchiz edilib.
3-04-2024, 17:25
Penitensiar Xidmətin sabiq rəisinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb


Penitensiar Xidmətin sabiq rəisinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən Tofiq Həsənov 10 il müddətinə azadlıqdan məhrum olunub.
Həmçinin, təqsirləndirilən şəxsin “ədliyyə general-mayoru” rütbəsindən və “Vətən uğrunda medalından” mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndərilməsi istənilib.
Prokuror Tofiq Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsrili bilinməklə 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.
Qeyd edək ki, barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə keçmiş Xidmət rəisi Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.
3-04-2024, 17:20
Zurabişvili hakim partiyanı kəskin tənqid etdi


Zurabişvili hakim partiyanı kəskin tənqid etdi

Gürcüstan prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun layihəsinin yenidən müzakirəyə çıxarıldığını elan edən hakim partiyanı kəskin tənqid edib.
Salome Zurabişvili “Gürcü arzusu”nun ölkənin Avropa yolunu sabotaj etdiyini bəyan edib.
O, qanun layihəsini “rus layihəsi” adlandırıb. Zurabişvili deyib ki, Gürcüstan Aİ-yə üzv olmaq üçün namizəd statusunu əvvəlcədən alıb, lakin onun sözlərinə görə, indi hakim partiya üzvlük danışıqlarının başlanmasına mane olur:
"İndi hər şey aydındır: Partiya bütün cəbhələrdə Avropaya yox deməklə öz seçimini etdi".
Bundan əlavə, Zurabişvili parlament seçkilərinə “vahid Avropa bayrağı altında” getməyin zəruriliyini vurğulayıb.
3-04-2024, 17:07
Azərbaycanda rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib.     Modern.az xəbər verir ki, Prezident Deni Sassu-Nqesso Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəd


Konqo Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib.
Prezident Deni Sassu-Nqesso Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
3-04-2024, 17:03
İsrailin Azərbaycandakı səfirliyi iş rejimində dəyişiklik etməyib - RƏSMİ


İsrailin Azərbaycandakı səfirliyi iş rejimində dəyişiklik etməyib - RƏSMİ

İsrailin Azərbaycandakı səfirliyi öz iş rejimində heç bir dəyişiklik etməyib.
Bu barədə İsrailin Bakıdakı səfirliyindən bildirilib.
"Səfirlik təhlükəsizlik məsələlərinə münasibət bildirmir və dəyişməz olaraq fəaliyyətini davam etdirir",- məlumatda vurğulanıb.
Qeyd edək ki, bəzi media subyektlərində İranın Dəməşqdəki konsulluğuna endirilən hava hücumuna mümkün cavab reaksiyası fonunda İsrailin Bakı və Əbu-Dabidəki səfirliklərini təxliyə etdiyinə dair məlumatlar yayılıb.
Xatırladaq ki, ötən gün İran parlamentinin deputatı Cəlal Rəşidi Kuçi İsrailin Azərbaycandakı səfirliyinin binasını vurmağı təklif edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!