Füzulidə yanğın - Tüstüdən zəhərlənən var .....                        Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı .....                        “Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək? .....                        Xınalığa dolu düşüb - VİDEO .....                        Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı .....                        Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi .....                        Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi .....                        İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib .....                        Gələn ay ardıcıl 5 gün iş olmayacaq .....                       
18-04-2024, 23:36
İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO


İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - VİDEO

İsmayıllının Kürdmaşı kəndində kanalın ətrafındakı torpaq qatı uçub. Nəticədə evlər üçün təhlüklə yaranıb.
Ərazidəki təsərrüfat təyinatlı gölün suyu artdığı zaman kanal vasitəsi ilə boşaldılır.
Kəndin ortasından keçən kanalda suyun axını zamanı kənardakı torpaq qatı yuyulur. Bu da ətrafdakı evlərə təhlükə yaradıb.
Sakinlərin sözlərinə görə, belə vəziyyət bir neçə ildir ki, baş versə də, son 10 gündə torpaq axını sürətlənib.
Problem daha çox kəndin aşağı hissədə yaşanır.
Məsələ ilə əlaqədar aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda kanala buraxılan su məhdudlaşdırılıb. Torpaq uçqununun qarşısını almaq üçün tədbirlər görülür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

18-04-2024, 22:48
Gürcüstanın XİN Lui Bonoyla görüşdü


Gürcüstanın XİN Lui Bonoyla görüşdü

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə regional təhlükəsizlik, humanitar məsələlər və ABŞ-nin Rusiya-Gürcüstan münasibətlərinin nizamlanmasındakı rolu müzakirə edilib.
Darçiaşvili ABŞ-nin strateji tərəfdaş kimi Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi baxımından göstərdiyi mühüm səylərə görə Lui Bonoya təşəkkür edib.
18-04-2024, 22:34
Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək


Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək

Avropa İttifaqının dövlət və hökumət başçıları Brüsseldə keçirilən qeyri-rəsmi sammitdə İrana qarşı sanksiyaları genişləndirmək qərarına gəliblər.
Bu, 27 dövlət və hökumət başçısının Avropa Parlamentinə seçkilər ərəfəsində son görüşüdür. Görüşdə Avropa İttifaqına seçkilərin müzakirə olunacağı gözlənilirdi. Lakin İranın İsrailə hücumu planı dəyişdi.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vurğulayıb ki, Aİ İrana qarşı mövqeyində yekdildir. “Biz bu hücumu pisləyirik. Biz sanksiyalar tətbiq edəcəyik və regionda mülki əhalini müdafiə etmək üçün əlimizdən gələni etmək niyyətindəyik”, - deyən diplomat yeni sanksiyaların pilotsuz təyyarə və raket istehsal edən İran şirkətlərini hədəfə aldığını əlavə edib.
18-04-2024, 22:23
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO


ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO

Aprelin 18-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və səfirliyin nümayəndələri Ağdamın işğaldan azad edilmiş ərazilərində səfərdə olub, rayonda fəaliyyət göstərən minaaxtaranları ziyarət ediblər.
Səfər zamanı səfir Mark Libbi ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən ANAMA, Minalar üzrə Məsləhət Qrupu (MAG) və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birgə tərəfdaşlıqla həyata keçirilən “Məcburi köçkünlərin müharibədən zərər çəkmiş bölgələrə təhlükəsiz qayıdışına dəstək məqsədilə Azərbaycanın humanitar mina aksiyaları tədbirlərinə dəstək” layihəsinin heyəti, onların fəaliyyətləri və iş prosesləri ilə yaxından tanış olub. M. Libbi çıxışında mina qurbanlarının yaxınlarına, ailə üzvlərinə başsağlığı verib, mina hadisəsi zamanı xəsarət alanlara ilşəfa arzulayıb.
ABŞ səfiri Azərbaycanda qadın və kişilərdən ibarət ilk qarışıq minatəmizləmə qrupları ilə görüşü zamanı onların gördüyü işlərin əhəmiyyətindən danışıb. O deyib: “Çox sevinirəm ki, belə bir vacib işdə Azərbaycan qadınları da iştirak edirlər. Azərbaycanda mina ilə çirklənmiş ərazilərin tez bir zamanda təmizlənməsini arzu edirəm. ABŞ hökuməti də dünyada minaların təmizlənməsi prosesində yaxından iştirak edir. Dövlətimiz bu məqsədlər üçün böyük vəsait xərcləyib. 1999-cu ildən bəri ABŞ Azərbaycana minalarla mübarizə humanitar proqramlarını dəstəkləmək üçün təxminən 38 milyon dollar ayırıb. Bundan sonra da Azərbaycanda mina təmizlənməsi işində ABŞ dövləti niyyətinə sadiq qalacaq və Qarabağın işğaldan azad edilmiş ərazilərindin minalatdan təmizlənməsi işinə yaxından dəstək olacaq".
Sonra Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov ölkəmizin mina problemindən, minaların insanlara və təbiətə mənfi təsirindən danışıb. O, ölkənin ən vacib məsələlərindən olan mina probleminin həlli istiqamətində ANAMA-ın gördüyü işləri, qurumun QHT-lərin və beynəlxalq təşkilatların fəaliyyətinə dəstəyini və uğurlu nəticələri qonaqların diqqətinə çatdırıb. O, həmçinin BAMF-ın mina aksiyası çərçivəsində indiyədək həyata keçirdiyi önəmli layihələri, təhlükəsiz və sağlam mühitin yaradılmasına töhfəsini və QHT kimi xüsusi rolunu vurğulayıb.
BAMF-ın prezidenti Umud Mirzəyev çıxışında ABŞ səfirinə və dövlətinə Azərbaycanda mina aksiyasına verdikləri dəstəyə görə təşəkkürünü bildirib.
“Azərbaycan bu gün çox ciddi bir problemlə üz-üzədir. Qarabağ başdan-başa minalarla çirkləndirilib, Azərbaycan xalqı hər an mina və partlayıcı sursatların təhlükəsi ilə yaşayır”, - deyə o əlavə edib.
Umud Mirzəyev, eyni zamanda, BAMF-ın tarixi, təşkilatın çoxillik fəaliyyəti və ABŞ dövlətinin dəstəyi ilə fondun həyata keçirdiyi layihələr haqqında məlumat verib.
Minalar üzra Məsləhət Qrupunun (MAG) ölkə direktoru Cenet Dikstra MAG, BAMF və APOPO əməkdaşlığından, təşkilatın fəaliyyətindən söz açıb.
Sonra səfir Mark Libbinin, ANAMA-nın İdarə heyəti sədrinin müavini Samir Poladovun, BAMF prezidenti Umud Mirzəyevin, MAG-ın ölkə direktoru Cenet Dikstra və Texniki Sahə Meneceri Bobbi be Dirin iştirakı ilə qadın minaaxtaranlara sertifikatları təqdim olunub.
Qonaqlara minaaxtaran itlərlə və siçovullarla apardığı mina təmizləmə fəaliyyəti ilə seçilən APOPO təşkilatının fəaliyyəti haqqında da məlumat verilib. Səfir heyvanların minatəmizləmə fəaliyyətini izləyib və onların nəticələri ilə tanış olub.
Sonda ABŞ səfiri bu cür səfərlərin davamlı olacağını qeyd edib.



18-04-2024, 21:37
Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı


Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı

Keniyada hərbi helikopter qəzaya uğrayıb.
Qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Məlumata görə, helikopter havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.
Ölənlərdən biri Keniya Müdafiə Qüvvələrinin Baş komandanı Frensis Oqolladır.
18-04-2024, 20:35
Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı


Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı

Gürcüstanın qərbində, Zuqdudi-Djavari-Mestia-Lasdili avtomobil yolunda torpaq sürüşməsi baş verib. Nəticədə avtomagistral tam bağlanıb.
Bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb. Bildirilir ki, hazırda yolun təmizlənməsi və avtomobillərin hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.
Torpaq sürüşməsinin daha hansı fəsadlar törətməsi barədə məlumat verilmir.
18-04-2024, 19:52
ABŞ müşaviri Gürcüstanda səfərdədir


ABŞ müşaviri Gürcüstanda səfərdədir

ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanda səfərdədir.
Məlumatı Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvledianinin Ofisi yayıb.
Bildirilib ki, gürcü nazir Lui Bononu Gürcüstanda həyata keçirilən sosial-iqtisadi təşəbbüslər və barışıq siyasəti barəsində məlumatlandırıb.
Nazir Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə ABŞ-yə təşəkkür edib.
“Tərəflər yaxından əməkdaşlığı davam etdirməkdə razılaşıblar”, – məlumatda bildirilib.
18-04-2024, 19:25
Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu


Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu

Türkiyənin Tokat vilayətində zəlzələ baş verib.
Zəlzələ 5,6 bal gücündə olub.
Sulusaray bölgəsində baş verən zəlzələ 5,99 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ bir çox vilayətlərdə hiss olunub.
Türkiyənin daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabında ərazidə araşdırmalar başladığını bildirib.
"Allah ölkəmizi və millətimizi bəlalardan qorusun”, - o qeyd edib.
18-04-2024, 18:13
Respublika Pediatriya Mərkəzi yaradıldı


Respublika Pediatriya Mərkəzi yaradıldı

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə görülən işlər çərçivəsində TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılmasıdır.
TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yaradılan Respublika Pediatriya Mərkəzinə direktor təyinatı olub.
Belə ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Respublika Pediatriya Mərkəzinə Azər Əhmədov direktor təyin edilib.
İcraçı direktor Vüqar Qurbanov 18 aprel 2024-cü il tarixində yeni təyin olunmuş Azər Əhmədovu kollektivə təqdim edib.
Məlumat üçün bildirək ki, Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyədə Qazi Universitetində təhsilini davam etdirərək uzmanlıq dərəcəsi alıb.
O, 2005-2007-ci illərdə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında feldşer, 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında intern, 2008-2011-ci illərdə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatr, 2012-2015-ci illərdə Ankarada özəl tibb müəssisələrində Acil şöbə müdiri kimi çalışıb. 2020-ci ildə Bakı Sağlamlıq Mərkəzinin Pediatriya Mərkəzinin rəhbəri, 2020-2023-cü illərdə isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsini icra edib. 2023-cü ilin mart ayından indiyədək isə Ege Hospitalda pediatr kimi çalışıb.
18-04-2024, 17:34
Hacıqabulda qatar qadını vurdu


Hacıqabulda qatar qadını vurdu

Bu gün saat 16:45 radələrində Azərbaycan Dəmir
Yollarına (ADY) məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.
Bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!