ADNA terrorundan 15 il keçir .....                        Türkiyədən Fransanın təxribatçı qərarına reaksiya .....                        Rusiya Odessanı bombaladı - 4 ölü, 28 yaralı .....                        Ukraynaya “Patriot” verilməsi prioritet məsələdir - Stoltenberq .....                        Avropa Parlamentinin üzvündən Azərbaycana dəstək .....                        CHP sədri ilə Ərdoğanın görüş tarixi bəlli oldu .....                        Ərdoğan Bahçelinin evinə getdi - FOTO .....                        Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub - Ermənistan Ədliyyə Nazirliyi .....                        Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi .....                       
14-04-2024, 22:56
ÖLKƏ REAL TALEYÜKLÜ TƏHLÜKƏ QARŞISINDADIR!


ÖLKƏ REAL TALEYÜKLÜ TƏHLÜKƏ QARŞISINDADIR!

Azərbaycan dövlətçiliyi və ümumilikdə türk milli mövcudluğu bu gün çox real, qlobal miqyaslı təhlükə ilə üzbəüzdədir. Bu təhlükənin ən qorxulu cəhəti bu günə mövcud olan türk dövlətlərinin həm daxili vəziyyətindən, həm də onları əhatə edən irili-xırdalı türk düşmənlərinin məqsəd və maraqlarının üst-üstə düşməsidir. Təbii ki, ilk olaraq ortaya, – «Bəs, mövcud vəziyyətdən çıxmaq mümkündürmü?» – sualı çıxır. Əlbəttə ki, bu suala mütləq və birmənalı cavab vermək çox çətindir. Belə ki, bu təhlükəni yaradan ölkədaxili və ölkəxarici səbəblər o qədər çoxşaxəli, ziddiyyətli proses və səbəblərlə bağlıdır ki, vəziyyət bu proseslərin inkişafında hər hansı mərhələdə, hər hansısa əvvəlcədən nəzərə alınması mümkün olmayan bir amilin qəfil ortaya çıxması nəticəsində öz axarını kəskin dəyişə bilər. Bununla belə vəziyyətdən çıxış yolunu axtarmayaraq kor-koranə baş verən hadisələrin ardınca getmək də milləti və onun dövlətçiliyini labüd məhvə aparmış olar. İstər ölkədaxili, istərsə də xarici təhlükənin səbəblərini dəqiq müəyyən etmək üçün ilkin və əsas şərt isə he bu təhlükələrin yaranmasının qaynaqlandığı nüvəsini ilk növbədə nəzəri cəhətdən dəqiq müəyyən edərək, onları obyektiv şərh etməkdir.
Mövcud reallıq bundan ibarətdir ki, şəxsi maraqları mövcud quruluşun məzmun və mahiyyətinə bağlı olan, uyğun gələn insanlar quruluşun və hakimiyyətin pis, nöqsanlı cəhətləri haqqında daim susur. Onun ən xırda, əhəmiyyətsiz müsbət cəhətini, müvəffəqiyyətini şişirdərək tərifləyir. Bəzən də mənfi cəhətini heç bir məntiqi, faktiki əsas gətirmədən məsələni tərsinə yozurlar. Cəmiyyətin dövlət piramidasında qərarlaşan məmurları tərəfindən və quruluşun naqisliyindən doğan amillərin nəticəsi olaraq əzilən, ədalətsizliyə məruz qoyulan kütlənin nümayəndələri, quruluşun müəyyən situasiyalarda, cəmiyyətdə gedən prosseslərdə az da olsa müsbət çalar daşıyan cəhətlərini də bir kənara ataraq bütün məmurların fəaliyyətini tənqid edib, yamanlayırlar. Hər iki tərəfin məsələyə belə qeyri-obyektiv yanaşması əsas və həlledici məsələni, cəmiyyətin inkişafını ləngidən, hakimiyyət-vətəndaş münasibətlərindəki ziddiyyətləri antoqonizm, barışmazlıq səviyyəsinə çatdıraraq, cəmiyyəti hər iki tərəf üçün fəlakətli toqquşmalara sürükləyən səbəblər arxa planda, «gözdən uzaqda, könüldən iraqda» naməlum qalaraq, heç bir maneəsiz sosial partlayışı hazırlayır. Heç bir maneəyə rast gəlməyən hakimiyyət vəziyyətin daim belə olacağını düşünüb, hakimiyyət-vətəndaş arasındakı antoqonizmi həll etməyin, həm də cəmiyyətin başqa ölkələrə nisbətdə daha intensiv inkişaf yoluna çıxarmağın, zəruriliyi barədə düşünmür. Bu səbəbdən mövcud rejimin əsirinə çevrilərək ətalət qüvvəsi ilə fəlakətli sosial partlayışa doğru getməkdə davam edir. Partlayış baş verdikdə isə bütün hallarda hakimiyyət sahiblərinin, həm də xalq üçün faciəli sonluq ilə bitməsi isə aksioma olub, tarix boyu istənilən qədər faktlarla öz təsdiqini tapır.
Prosesin ikinci tərəfi isə vətəndaş kütləsidir. Vətəndaş kütləsi yekrəng deyil. Onun əsas hissəsini daim, ən çox iqtisadi, inzibati, hüquqi və s. sosial ədalətsizliyə məruz qoyulmaqla dövlət mexanizmi tərəfindən əzilən qismi təşkil edir. Bu kateqoriyalı vətəndaşların mütləq çoxluğu nəinki cəmiyyətin iqtisadi-ictimai anatomiyasından xəbərsiz olan, hətta ətraflarında baş verən proseslərin mahiyyətinə vara bilməyib, özünün, yaxınlarının məruz qaldıqları ədalətsizliklərə uyğun olaraq onlarda kor-koranə mövcud hakimiyyətə mənfi, düşmən münasibəti formalaşır.
Dövlət piramidasının ədalətsizliyə məruz qoyduğu vətəndaşların ikinci böyük qrupu isə müəyyən savad və şüur səviyyəsinə malik olan insanlardır. Bu kateqoriyadan olan insanların əksəriyyəti onların ağır vəziyyətdə yaşamalarının günahı dövlətdə olmasını dərk etsələr də, vəziyyətdən çıxmağın yolunu bilmədiklərindən, onların «müqaviməti» qiybət və ayrı-ayrı məmurları tənqid etmək, günahlandırmaqdan o tərəfə getmir. Bu qrup vətəndaşların «qəhrəmanlarının» bir hissəsi ölkə daxilində dövlət piramidasında yüksək mövqelər tutan məmurların onlara, həm də çox zaman cəmiyyət üzvlərinin çoxuna məlum olan iqtisdai, kriminal cinayətlərini müxtəlif vasitələrlə ictimailəşdirdikdən sonra uydurma əsaslarla böyük müddətlərə azadlıqdan məhrum edilərək işgəncələrə məruz qoyulur. Onların bir hissəsi xarici ölkələrə qaçaraq, getdiyi ölkənin məqsəd və mənafeyinə uyğun Azərbaycandakı quruluşu tənqid edib, qərb demokratiyasını tərifləməklə məşğul olur. Bunu da edə bilməyən kiçik bir qismi isə hakim ailənin üzvlərini və bilavasitə onlara düşmənçilik etmiş yüksək çinli məmurları küçə söyüşləri ilə söyməklə qarınlarının köpünü alırlar.
Bütün bunların heç birinin də ölkə daxilində gedən proseslərə, baş verən mənfi, cəmiyyətin normal inkişaf yoluna düşməsinə mane olan məsələlərə heç bir müsbət təsiri olmur. Bunların hamısı xalqı ayağa qalxmağa, mövcud hakim ailəni taxtdan salmağa çağırır. Lakin onların heç biri bundan sonra nə olacağını, bağıraraq elan etdikləri azad seçkilərin, demokratiyanın məzmununun nədən ibarət olduğunu, cəmiyyətdə demokratik quruluşun qurulması üçün zəruri olan, iqtisdai, hüquqi, inzibati və s. mexanizmlərin nədən ibarət olmalı olduğunu bilmirlər də. Ölkədəki əsas problem hakim ailənin taxtdan salınması deyil. Əsas məsələ bundan sonra kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ölkədə hansı iqtisadi-ictimai quruluşun qurulmasıdır. Bundan da öndə duran təhlükəli məsələ Azərbaycanın ölkəni öz əsarəti altına almaq istəyən dövlətlərin hansının əsarətinə düşəcəyidir.
Bu gün biz rus imperiyasının bilavasitə tərkibindən çıxsaq da, hələ də Rusiyanın girovluğundan tam azad ola bilməmişik. Bu girovluqdan tam azad olmağımız Türk Dövlətləri Təşkilatının üzvlərinin millət və dövlət olaraq hansı dərəcədə bütövləşib güclənərək, hansı mövqedə qərarlaşacağından çox asılıdır. Rusiya-Qərb qarşıdurmasında Rusiya bir tərəfdən iqtisadi, hərbi cəhətdən öz əlini gücləndirmək, eyni zamanda Qərb alyansını hərbi cəhətdən əhəmiyyətli dərəcədə zəiflətmək məqsədilə, Türkiyəni NATO-dan ayırmağa, Türkiyə ilə iqtisadi, hərbi əlaqələrini genişləndirməyə çalışır. Digər tərəfdən SSRİ-dən ayrılmış türk respublikalarını öz nüfuz dairəsində saxlamaq üçün, bütün mümkün təsir vasitələrindən istifadə edir. Rus imperiyasının 1954-cü ildə «Xam torpaqların mənimsənilməsi» şüarı ilə Qazaxstanda yaratdığı böyük rus icmasının hüquqlarının pozulması adı ilə daim Qazaxstana, 33 ildən bəri Qarabağ ermənilərinin hüquqları şüarı ilə Azərbaycana yenidən təcavüz imkanı və ehtimalını gündəmdə saxlayır.
«Həmas»-İsrail toqquşmasında da Rusiya-İran cütlüyü Türkiyənin həm qərb, həm də ərəb dünyası ilə münasibətlərinin pozulması üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Belə ki, əgər Türkiyə bu münaqişəyə bilavasitə qoşularsa, iqtisadi-hərbi cəhətdən zəifləyəcək, çünki, bu halda Türkiyənin NATO-dan çıxması da labüd olacaq. Belə olduqda regionda Rusiyanın şəriksiz hegemonluğu imkanı artmaqla bərabər, SSRİ-dən ayrılmış türk dövlətlərinin yenidən Rusiyanın əsarətinə düşməsi üçün real şərait yaranmış olacaq.
İndiki dövrdə Azərbaycanın Rusiya ilə açıq konfliktə getməsi də Azərbaycana yaxşı heç nə vəd etmir. Təkcə Azərbaycan deyil, bütün türk dövlətləri, nəhənglərin qarşıdurmasında son dərəcədə mümkün olan neytrallığı saxlamaqla bərabər, hər iki tərəf ilə özlərinə sərfəli olan iqtisadi, texniki əlaqələri hətta genişləndirməyə cəhd etməlidir. Çünki, bu türk dövlətlərinin Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyasının dərinləşdirilməsinə zəruri olan vaxt, zaman baxımından çox böyük əhəmiyyət daşıyır. Son günlər Rusiya hakimiyyətinin bir sıra nümayəndələrinin Ermənistana qarşı sərgilədikləri hədə, şantaj ritorikasını kənara ataraq rus-erməni qardaşlığından, hətta ermənilərin ruslara qardaşdan artıq olması, ermənilərin Rusiyaya sədaqət sərgiləyəcəyi halda, erməniləri Qarabağa qaytarmağa hazır olduqlarını bəyan etməklə, Rusiya Azərbaycanın torpaqlarının, onun suverenliyinin öz məqsədlərinin reallaşdırılması prosesində alver vasitəsi, peşkəş materialı olduğunu açıq elan edir. Digər tərəfdən Qərbin ermənilərin bu günkü rəhbərliyinə son dərəcə isti münasibət sərgiləməsi, guya Ermənistan iqtisadiyyatına böyük yatırımlar edəcəyi xəbərləri dünya mətbuatında tirajlansa da, real mənzərələr həm Rusiya, həm də Qərbin Azərbaycan üçün təhlükəli oyunlara hazırlaşdıqlarından xəbər verir.
Son vaxtlarda Rusiya, Fransa, Hindistan, İranın Ermənistanı silahlandırması, Ermənistan rəhbərliyinin sülh müqaviləsinin imzalamasından daim müxtəlif bəhanələrlə imtina etməsi, 05.04.2024-cü il Brüssel görüşünün nəticələri, ABŞ dövlət katibi Antoni Blinkenin İlham Əliyevlə telefon danışığının məzmunu Qərbin də elə Azərbaycan torpaqlarını, Azərbaycanın suverenliyini eynilə Rusiya kimi öz məqsədlərinin reallaşdırılması prosesində alver vasitəsi, peşkəş materialı olaraq gördüyünü sübut edir. Azərbaycan-Ermənistan münasibətləri müstəvisində ilk baxışda hər ikisi bizə qarşı mənfi münasibət bəsləyən bu iki super gücün bəs hansının Cənubi Qafqazda olması, bizə daha az təhlükəlidir?
Məsələyə bu baxımdan yanaşdıqda bu güclərin təkcə ayrıca götürülmüş Azərbaycana deyil, onların Turkiyə Azərbaycan duetinə hansı münasibət sərgiləyə biləcəyinə diqqət yetirmək lazımdır. Çünki onların hər ikisi yaxşı bilir ki, Azərbaycana qarşı atılan hər hansı bir düşmənçilik addımına Türkiyə biganə qalmayacaq. Digər bir məsələ onların hansı ölkəxarici və ölkədaxili məsələni bəhanə edərək bizə siyasi, iqtisadi təzyiq və ya hərbi müdaxilə edə bilməsidir. Əlbəttə ki, əsasən cəngəllik qanunları ilə idarə olunan planetimizdə güclü olanlar daim hər hansı təzyiq, hərbi müdaxilə üçün «quzu, suyu niyə bulandırdın» və ya erməni, fars «tarixi» kimi bəhanələri həmişə tapa, quraşdıra bilirlər.
Rusiyanın keçmiş sovet türk respublikalarına, o cümlədən Azərbaycana hərbi müdaxilə imkanı və ehtimalı, onun bu gün Qərb ilə toqquşmasının, xüsusilə Ukrayna cəbhəsində qalib və ya məğlub ayrılacağından, Türkiyə və digər türk respublikaları ilə qarşılıqlı iqtisadi, siyasi əlaqələrinin məzmunundan, həm də bu ölkələrdə mövcud olan quruluşun mahiyyətindən asılıdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dövlətlərinin əhəmiyyətli səviyyədə iqtisadi, hərbi, siyasi, hüquqi və s. inteqrasiyası və Rusiyanın Ukraynada tam məğlub olması şəraitində, onun türk respublikalarına hərbi təcavüz ehtimalı real görünmür. Rusiya keçmiş sovet türk respublikalarında bu gün dövlət quldarlığının müxtəlif, lakin, biri digərindən çox da fərqlənməyən quruluşu şəraitində yüz ildən bəri yerləşdirdiyi kadrlar, şəbəkələr vasitəsilə sabitsizlik yaratmaqla, vaxtilə Əfqanıstana etdiyi kimi, «По просьбе группа товарищей» (Bir qrup yoldaşların xahişi ilə), eləcə də bu respublikaların dövlət başçılarının yerli əhaliyə və dövlətçiliyinə qarşı törətdikləri böyük cinayətləri barədə zəngin kompromatlara malik olduğuna görə Qazaxstanda olduğu kimi elə bu dövlət başçılarının rəsmi xahişi ilə hərbi təcavüz edə bilər.
Rusiyadan ola biləcək hərbi təcavüzün qarşısını almağın yeganə yolu, Türk Dövlətləri Təşkilatının vahid Turan dövləti halına gətirilməsi proseslərini mümkün qədər sürətləndirməklə yüksək səviyyəyə çatdırmaq, Qazaxstan variantını neytrallaşdırmaq üçün isə bu respublikalarda mövcud olan quldarlıq quruluşlarını Qərbin bütün dünyaya demokratiya, azadlıq adı ilə sırıdıqları, əslində isə insanları daha incə üsullarla daha ədalətsiz istismara məruz qoymaqla yanaşı, hər bir vətəndaşın şəxsi və ictimai mənafeinə uyğun, hakimiyyət-vətəndaş arasında real həmrəylik əsasında ölkədə dayanıqlı sabitlik və inkişafı təmin edə biləcək quruluşu qurmaqdır. Rusiya Ukraynada məğlub olduğu halda onun Cənubi Qafqazdan Qərb birliyi tərəfindən qovulması da labüddür. Bu halda da yuxarıda sadaladığım şərtlər yerində qalmaqla, dəyişən ancaq Rusiyanın Qərb birliyi ilə yerini dəyişməsi, eləcə də «По просьбе группы товарищей», bəhanəsinin «insan haqlarının pozulması» şüarı ilə dəyişməsi olacaq. Yəni, hər iki halda türk respublikalarında bu günə mövcud olan quldurluq üsulları ilə idarə edilən quldarlıq quruluşları, yuxarıda qeyd etdiyim xüsusiyyətlərə malik olub, QULDURLUQLA deyil, ADAM kimi idarə edilən iqtisadi-ictimai quruluşla əvəz edilməlidir.
Bu günə mövcud olan keçmiş sovet türk respublikalarında mövcud olan dövlət quruluşlarının məzmununda kiçik məzmun fərqləri olsa da, mahiyyət etibarilə eyni olan bu quruluşların hansı dövlət quruluşu ilə əvəz edilməsinin konkret modelini, bu türk dövlətlərinin hər hansı birinin hakimiyyətinin konkret tələblərini bildikdən sonra 7-10 gün müddətində, onun və vətəndaşların mütləq məmnuniyyətlə qəbul edəcəyi konkret dövlət modeli təqdim edə bilərəm. Dövlətin dəstəyi olduğu halda isə bu dövlət modelinin həmin ölkədə qurulması üçün zəruri olan iqtisadi, hüquqi, inzibati və s. sahələrdəki islahatların təfərrüatları ilə birlikdə planını dövlət başçısına təqdim edə bilərəm. O cümlədən, Azərbycan Respublikası rəhbərliyinə də.

Şapur Qasimi
06.04.2024
+99455 522-36-15
14-04-2024, 21:19
"Sabah" doğma meydanda "Qarabağ"ı məğlub etdi


"Sabah" doğma meydanda "Qarabağ"ı məğlub etdi

Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub.
Günün son oyununda "Sabah" və "Qarabağ" üz-üzə gəlib. "Bank Respublika Arena"da oynanılan görüş "tələbələr"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Sabah" beşinci pilləyə yüksəlib. Daha əvvəl çempionluğunu rəsmiləşdirən "Qarabağ" isə 72 xalda qalıb.
Günün digər oyununda "Səbail" doğma meydanda "Kəpəz"lə heç-heçə edib - 3:3.
Qeyd edək ki, turun daha əvvəl reallaşan qarşılaşmalarında "Turan Tovuz" "Qəbələ"yə 2:1, "Neftçi" "Araz-Naxçıvan"a 3:0 hesabı ilə qalib gəlib. "Sumqayıt" - "Zirə" görüşü isə qolsuz heç-heçə ilə başa çatıb.
14-04-2024, 20:25
G7 ölkələri İran və İsrailə çağırış etdi


G7 ölkələri İran və İsrailə çağırış etdi

G7 ölkələrinin liderləri Yaxın Şərqdə tərəfləri gərginliyə səbəb olan hərəkətlərdən çəkinməyə çağırıb.
Bu barədə İtaliya baş nazirinin mətbuat xidməti bildirib.
“Yeddilik Qrupu daha da gərginləşmənin qarşısının alınmasının vacibliyini vurğulayaraq, tərəfləri regionda gərginliyi artırmağa yönəlmiş hərəkətlərdən çəkinməyə çağırır”, - açıqlamada qeyd olunub.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də G7-nin iclasının yekunlarına dair açıqlama verib.
“G7 ölkələrinin liderləri ilə birlikdə biz yekdilliklə İranın İsrailə misli görünməmiş hücumunu pislədik. Bütün tərəflər təmkinli davranmalıdır”, – Mişel sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, G7 gərginliyi azaltmaq üçün bütün səyləri davam etdirəcək.
“Qəzza zolağında böhrana mümkün qədər tez son qoyulması – xüsusən də dərhal atəşkəs yolu ilə – fərq yaradacaq”, – Mişel vurğulayıb.
Qeyd edək ki, İran ötən gecə İsrail ərazisinə pilotsuz uçuş aparatları və raketlərlə hücum edib.
14-04-2024, 19:49
Pərvanə Zəngəzurlunu təbrik edirik:

Pərvanə Zəngəzurlunu təbrik edirik:

Bu gün Pərvanə xanımın doğum günüdür. Onu demək olar ki, cəmiyyətimizdə əksəriyyət tanıyır. Ədəbi mühitdə isə tanımayan yoxdur. Amma yenə də Butov.az-ın oxucularına təqdim edirik:
Pərvanə Hüsü qızı Mustafayeva (Zəngəzurlu) Zəngəzur mahalının Qafan rayonunun Acıbac kəndində doğulub. Sabir adına Bakı Pedaqoji Texnikumunu (indiki adı: Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirib. Təyinatla 25 il Fatmai kənd orta məkdəbində müəllim işləyibr. Yaradıcılığa gənc yaşlarından başlayıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2002-ci ildən Aşıq Pəri Məclisinin, 2003-cü ildən "Məhsəti" məclisinin üzvüdür. 2011-ci ildən Aşıq Pəri Məclisinin rəhbəridir. Pərvanə Zəngəzurlunun sözlərinə yazılmış, aşıq və müğənnilər tərəfindən sevilərək oxunan mahnılardan ibarət 6 audio diski işıq üzü görüb.
2013-cü ildə AYB-nin təltif etdiyi prezident təqaüdünə layiq görülüb.
Ailəlidir, 2 övladı var.

Pərvanə Zəngəzurlu "Qayıt gəl", "Maarif" nəşriyyatı, Bakı: 2000, "Dağlar yuxuma girir", "Maarif" nəşriyyatı, Bakı: 2002, "Zəngəzur həsrəti", "Maarif" nəşriyyatı, Bakı: 2003, "Tanrım, məni başdan yarat", "Maarif" nəşriyyatı, Bakı: 2005, "Lal haraylar", "Nurlan" nəşriyyatı, Bakı: 2005, "Vətən qürbətdə qaldı", "Nurlan" nəşriyyatı, Bakı: 2006, "Çoxala-çoxala azalan ömrüm", "Şirvan" nəşriyyatı, Bakı: 2009.,"Yarı yolda qoyma məni", "Şirvan" nəşriyyatı, Bakı: 2013,"İslam inciləri", "Şirvan" nəşriyyatı, Bakı: 2013, "Həsrət ilə Zəngəzura baxıram" kitablarının müəllifidir.
Pərvanə Zəngəzurlu "Xan qızı Natavan", "Qızıl qələm" media mükafatı və "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunub.
Bizimlə mütəmadi əməkdaşlıq edən Pərvanə Zəngəzurlunu "Bütöv Azərbaycan" qəzetinin kollektivi adından təbrik edir, sağlam-uzun ömür və yaradıcılıq uğurları arzulayırıq. Pərvanə yaradıcılığına sevgi və sayğılarla: Tamxil ZİYƏDDİNOĞLU
14-04-2024, 19:40
İran yenidən hücuma məruz qalsa, daha sərt cavab verəcək


İran yenidən hücuma məruz qalsa, daha sərt cavab verəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb.
Fidan dünən gecə İranın İsrailə qarşı reaksiyasından sonra bölgədə daha da gərginliyin yaşanmasını istəmədiyini və gərginliyi artıracaq addımların sona çatmasını arzuladığını bildirib.
İranın xarici işlər naziri də İsrailə qarşı cavab əməliyyatının başa çatdığını və ölkəsinə hücum edilmədikcə yeni əməliyyata başlamayacağını bildirib.
Abdullahian qeyd edib ki, İran yenidən hücuma məruz qalsa, bu dəfə daha sərt cavab verəcək.
14-04-2024, 19:19
Türkiyə XİN təsdiqlədi: ABŞ və İran hücumdan əvvəl əlaqə qurub


Türkiyə XİN təsdiqlədi: ABŞ və İran hücumdan əvvəl əlaqə qurub

İran İsrailə hücumundan əvvəl Türkiyə vasitəsilə ABŞ-la əlaqə saxlayıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
“Hadisədən əvvəl biz İran və ABŞ rəsmiləri ilə əlaqə saxladıq və onları mülayim olmağa çağırdıq. Dövlətimiz vasitəsilə tərəflər qarşılıqlı gözləntilər və mesajlar çatdırıb, reaksiyaların proporsionallığını təmin etmək üçün lazımi təşəbbüslər həyata keçirilib”, – rəsmi məlumatda deyilir.
Qeyd olunub ki, Türkiyə təhlükəsizliyinə təsir edə biləcək bu hadisəni yaxından izləyir və ölkə başçısı mütəmadi olaraq məlumatlandırılır.
Bəyanatda Türkiyənin İsrailin Qəzzada apardığı müharibənin genişlənmə riski daşıdığına dair xəbərdarlıqları da xatırladılıb.
14-04-2024, 19:10
Bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq? - RƏSMİ


Bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq? - RƏSMİ

Xəbər verdiyimiz kimi, bu gün əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub.
İmtahanlarda 34 445 nəfərin iştirakı nəzərdə tutulurdu.
Bəs bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq?
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, aprelin 15-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
Məlumatda qeyd olunur ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
14-04-2024, 19:10
Bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq? - RƏSMİ


Bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq? - RƏSMİ

Xəbər verdiyimiz kimi, bu gün əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub.
İmtahanlarda 34 445 nəfərin iştirakı nəzərdə tutulurdu.
Bəs bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq?
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, aprelin 15-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
Məlumatda qeyd olunur ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
14-04-2024, 19:00
Boksçumuz qitə birincisi oldu


Boksçumuz qitə birincisi oldu

Azərbaycan boksçusum Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna sahib olub.
48 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu uğura Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında keçirilən qitə birinciliyində imza atıb.
O, finalda ukraynalı Oleksandr Zveryevlə döyüşüb. Hər 3 raundu xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə Azərbaycan himnini səsləndirib.
Qeyd edək ki, final mərhələsinin axşam sessiyasında 54 kq çəki dərəcəsində Ömər Aslanlı Ukraynanı təmsil edən digər boksçu Maksim Çekinlə üz-üzə gələcək.
14-04-2024, 18:38
İran ən sərt şəkildə cavabını alacaq - İsraildən açıqlama


İran ən sərt şəkildə cavabını alacaq - İsraildən açıqlama

Gecə saatlarından başlayaraq İran İsrailə yüzlərlə pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə hücum edib.
Hücum İsrailin İranın Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən konsulluq binasına hücumuna cavab olaraq həyata keçirilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisindəki hərbi obyektləri hədəfə aldığını və hücumun uğurlu olduğunu iddia edib.
KİV-in məlumatına görə, İsrail ordusu PUA-ların çoxunu Suriya və İordaniya ərazilərində vurub.
Məlumata əsasən, İran 185 pilotsuz təyyarə və 36 qanadlı raket buraxıb. Hücumların əksəriyyəti İrandan, kiçik bir hissəsi isə İraq və Yəməndən həyata keçirilib.
Daha sonra isə İran geri addım ataraq, BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.
Məktubda qeyd edilib ki, İran İsrailin Dəməşqdəki diplomatik məkanlarına silahlı hücumu və 7 yüksək səviyyəli müşavirinin həlak olmasından sonra aprelin 13-də İsrailin hərbi obyektlərinə hücum əməliyyatı həyata keçirib.
Həmçinin bildirilib ki, İran BMT-nin məsuliyyətli üzvü olaraq beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqdir, bölgədə gərginliyi və qarşıdurmanı artırmağa çalışmır.
İsrailli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis olan Mixail Finkel bildirib ki, İranın hücumu tam dəf edilib:
“Bəşər tarixində ən böyük dron hücumu bu gün həyata keçirilib. İranın atdığı raket və dronlarının isə 99%-i vurulub. Buna görə də hərbiçilərimizə, ABŞ və İngiltərə ordularına xüsusi təşəkkür edirəm. İran gecə boyu dinc müqəddəs torpaqları hədəf almışdı. Evimin qarşısında səmada partlayışlar oldu. İsraildə bir nəfər də ölməyib. Heç bir evə ziyan dəyməyib, heç bir hərbi bazaya zərər dəyməyib. Bu, İsrailin İran qarışısında gücüdür. İsrail İranın bu hücumunun öhdəsindən gəldi. İran öz niyyətini yenə dünyaya göstərdi. Amma təbii ki, İsrail bu hücum qarşısında cavabsız qalmayacaq. İran ən sərt şəkildə cavabını almış olacaq. Gərginliyin səbəbkarı isə İsrail olmayacaq”.
Xatırladaq ki, İsrail aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə aviazərbələr endirib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.
Tehran zərbə endirilən obyektin konsulluq binası olduğunu açıqlayıb. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Həmçinin qeyd olunub ki, vurulan bina SEPAH-ın Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!