Kanaldan tapılan meyitin kimliyi məlum oldu .....                        COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib .....                        İlham Əliyev Rusiyaya getdi - FOTO .....                        Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı kitabı işıq üzü görüb. .....                        İranın İsraillə birbaşa qarşıdurma planları .....                        İsraildə terror - 1 ölü, 9 yaralı .....                        Mayis Bərxudarov vəzifəsindən azad edildi .....                        Qəzzada ölənlərin sayı 42 min nəfərə çatır .....                        Dövlət qulluğu imtahanı keçirilib .....                       
Tarix : 14-04-2024, 18:38
İran ən sərt şəkildə cavabını alacaq - İsraildən açıqlama


İran ən sərt şəkildə cavabını alacaq - İsraildən açıqlama

Gecə saatlarından başlayaraq İran İsrailə yüzlərlə pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə hücum edib.
Hücum İsrailin İranın Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən konsulluq binasına hücumuna cavab olaraq həyata keçirilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisindəki hərbi obyektləri hədəfə aldığını və hücumun uğurlu olduğunu iddia edib.
KİV-in məlumatına görə, İsrail ordusu PUA-ların çoxunu Suriya və İordaniya ərazilərində vurub.
Məlumata əsasən, İran 185 pilotsuz təyyarə və 36 qanadlı raket buraxıb. Hücumların əksəriyyəti İrandan, kiçik bir hissəsi isə İraq və Yəməndən həyata keçirilib.
Daha sonra isə İran geri addım ataraq, BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.
Məktubda qeyd edilib ki, İran İsrailin Dəməşqdəki diplomatik məkanlarına silahlı hücumu və 7 yüksək səviyyəli müşavirinin həlak olmasından sonra aprelin 13-də İsrailin hərbi obyektlərinə hücum əməliyyatı həyata keçirib.
Həmçinin bildirilib ki, İran BMT-nin məsuliyyətli üzvü olaraq beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqdir, bölgədə gərginliyi və qarşıdurmanı artırmağa çalışmır.
İsrailli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis olan Mixail Finkel bildirib ki, İranın hücumu tam dəf edilib:
“Bəşər tarixində ən böyük dron hücumu bu gün həyata keçirilib. İranın atdığı raket və dronlarının isə 99%-i vurulub. Buna görə də hərbiçilərimizə, ABŞ və İngiltərə ordularına xüsusi təşəkkür edirəm. İran gecə boyu dinc müqəddəs torpaqları hədəf almışdı. Evimin qarşısında səmada partlayışlar oldu. İsraildə bir nəfər də ölməyib. Heç bir evə ziyan dəyməyib, heç bir hərbi bazaya zərər dəyməyib. Bu, İsrailin İran qarışısında gücüdür. İsrail İranın bu hücumunun öhdəsindən gəldi. İran öz niyyətini yenə dünyaya göstərdi. Amma təbii ki, İsrail bu hücum qarşısında cavabsız qalmayacaq. İran ən sərt şəkildə cavabını almış olacaq. Gərginliyin səbəbkarı isə İsrail olmayacaq”.
Xatırladaq ki, İsrail aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə aviazərbələr endirib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.
Tehran zərbə endirilən obyektin konsulluq binası olduğunu açıqlayıb. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Həmçinin qeyd olunub ki, vurulan bina SEPAH-ın Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!