Arvadını boğamaqda şübhəli bilinən kişi saxlanılıb .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        İsrail və HAMAS danışıqları nəticəsiz yekunlaşdı .....                        İranda sel: 5 mindən çox sakin zərər çəkib .....                        “Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi .....                        Rezidenturaya qəbul imtahanı keçirildi .....                        Ululardan, Babadağdan soraq aldım Hissələr .....                        12 minə yaxın şəxs imtahan verdi .....                       
24-04-2024, 22:16
“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi


“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi

Bu gün Azərbaycan Kubokunda finala çıxan ikinci komandanın adına aydınlıq gəlib.
"Qarabağ" ilk oyunda 4:0 hesabı ilə qalib gəldiyi "Neftçi"ni Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 16-cı dəqiqədə Olavio Juninyo açıb. Qonaqların heyətində 61-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub. Ruslan Mirzov 63-cü dəqiqədə fərqi azaldıb. Juninyo 69-cu dəqiqədə dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 78-ci dəqiqədə Nəriman Axundzadə müəyyənləşdirib.
Yarımfinalın ilk görüşündə "Zirə" səfərdə "Qəbələ"yə iki cavabsız topla qalib gələrək finala yüksəlib. Bu komandalar arasında ilk oyunda da "qartallar" 2:1 hesabı ilə qələbə qazanmışdı.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu iyunun 2-də “Liv Bona Dea Arena”da olacaq.
24-04-2024, 21:31
Qazi anasına görə intihar etdi


Qazi anasına görə intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.
Hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib.
Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizamlı əməkdaş kimi xarkterizə olunur. Ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəl öz raportu əsasında Daxili İşlər Orqanlarından xaric edilib.
Araşdırma aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
24-04-2024, 20:20
İraq Prezidenti COP29-a dəvət edildi


İraq Prezidenti COP29-a dəvət edildi

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.
Bu barədə səfir "X" səhifəsində məlumat paylaşıb.
İraq Prezidenti dəvət məktubunu məmnuniyyətlə qəbul edib və COP-29 kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
24-04-2024, 20:16
Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək


Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək

Çingiz Aytmatovun Bakıdakı abidəsi bizim birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində çıxışı zamanı deyib.
"Həm də demək istərdim, əminəm ki, bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir və əlbəttə, hamımızın təəssüfləndiyimiz yeganə məqam onun dünyasını çox tez dəyişməsidir. Bu, çox gözlənilməz oldu, artıq qeyd etdiyim kimi, mən onunla Bakıda onun vəfatından bir qədər əvvəl, demək olar ki, bir neçə ay əvvəl görüşmüşəm və o, həmişə olduğu kimi, enerji ilə dolu idi və yaxşı görünürdü, öz planlarından danışırdı. 2008-ci il idi, amma mən bu görüşü dünən kimi xatırlayıram", - dövlət başçısı bildirib.
24-04-2024, 20:03
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi


Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
Yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Qəbələ”ni 2 cavabsız qolla məğlub edən “Zirə” həlledici matça vəsiqə əldə edib.
Qarşılaşmada hər iki qol ikinci hissədə vurulub. 58-ci dəqiqədə Vladislav Kulaç, 84-cü dəqiqədə isə Rafael Utziq meydan sahiblərinin qapısına yol tapıblar.
Bakıdakı ilk görüşdə 2:1 hesablı qələbə qazanan paytaxt təmsilçisi iki matçın nəticəsinə (4:1) əsasən adını finala yazdırıb.
Yarımfinalın digər cavab oyununda “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu iyunun 2-də “Liv Bona Dea Arena”da olacaq.
24-04-2024, 19:27
Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO


Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib.
Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


24-04-2024, 19:11
Japarovun şərəfinə ziyafət verilir


Japarovun şərəfinə ziyafət verilir

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
24-04-2024, 18:45
Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO


Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

24-04-2024, 17:38
Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı


Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyevin bu gün yaşadığı evdə intihar etdiyi – özünü güllələdiyi barədə xəbər yayılıb. 73 yaşlı N.Quliyev tibb elmləri doktoru və professor, Əməkdar elm xadimi, Elmi-Tədqiqat Pediatriya İnstitutunun sabiq direktoru, idi.
O, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri Kafedrasında çalışırdı.
Baş Prokurorluğun Mətbuat xidmətiinin yaydığı məlumata görə, N.Quliyevin yaşadığı evdə intihar etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatırma maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin baş vermə şəraiti, səbəbi araşdırılır.
Bəs ailəli və 3 övlad atası olan peşəkar həkimin intiharına nə səbəb ola bilər?
Tanınmış hüquqşünas-kriminalist İlqar Altay bu hadisəyə münasibət bildirib.
“İlkin məlumata görə, yaşadığı evdə odlu silahla özünü vurub. Kimsə tərəfindən vurulması, çox az ehtimaldır. Hər halda, istintaq araşdırması olaya aydınlıq gətirər.
Qaldı ki, intihara, depressiyanı, düşgünlüyü səbəb kimi əsas götürmək uyğun deyil, çünki mərhum indiyədək imkanlı vəzifələrdə işləyib.
İntihara vadar etmə də inandırıcı gəlməz, belə bir tanınmış, vəzifəli şəxs çətin ki vadar edilsin.
Qalır ailə münaqişəsi, güclü emosional stress... Bu hal indiki dövr kasıb-varlı olsun, çox ailələrdə yaşanır.
Hər halda, ilk anda hansısa tərəfə yönəldilməsi elə də asan olmayan müəmmalı ölümdür. Yəqin ki, belə, üzdə olan tanınmış şəxslər barədə həqiqətlərin gizlədilməsi mümkün olmaz”, - İlqar Altay qeyd edib.
Yayılan məlumata görə, Nəsib Quliyev intihar etməzdən əvvəl məktub yazıb. Keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini qeyd edib. Sözügedən məktub istintaq orqanı tərəfindən götürülüb.
24-04-2024, 17:30
Türk nazirdən Zəngəzur Dəhliziylə bağlı açıqlama


Türk nazirdən Zəngəzur Dəhliziylə bağlı açıqlama

"Türkiyənin yeni İpək Yolu olacaq İnkişaf Yolu Layihəsi və Zəngəzur Dəhlizi çərçivəsində planlaşdırılan quru və dəmir yolları üçün işlərimizə başladıq".
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
O, Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizi ilə Türkiyə ilə Orta Asiya arasında yeni bir əlaqə qurulacağını vurğulayıb.
“Göründüyü kimi, Türkiyənin beynəlxalq daşımalarına üstünlük veririk", - nazir əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!