Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 30-04-2024, 23:49
“Şərq və müasir dünya xalqlarının ənənəvi dəyərləri”


Tacikistanda “Şərq və müasir dünya xalqlarının ənənəvi dəyərləri” mövzusunda forum keçirilib

Bu günlərdə Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərindəki Rusiya-Tacikistan (Slavyan) Universitetində (RTDU) “Şərq və Müasir Dünya Xalqlarının Ənənəvi Dəyərləri” mövzusunda iki günlük Beynəlxalq Mədəni və Sivilizasiya Forumu keçirilmişdir. Tədbirdə BDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu Allahverdiyeva da iştirak etmişdir.

Əməkdaşımız Arzu xanımla görüşüb ondan forum barədə təəssüratlarını danışmasını xahiş etmişdir. A.Allahverdiyeva demişdir:
-Tədbir Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti, Rusiya-Tacikistan (Slavyan) Universiteti, Tacikistan Respublikası Milli Elmlər Akademiyası və İstanbul Rumeli Universiteti yanında Balkan Ölkələrinin Tətbiqi Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunmuşdu.
Forumun açılış mərasimində RTDU-nun rektoru, professor Məşrab Fayzullo, Rusiyanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Semyon Qriqoryev, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin professoru, Tacikistan Elmlər Akademiyasının həqiqi əcnəbi üzvü, Azərbaycan xalqının böyük dostu Ramazan Abdulatipov, Tacikistan Respublikası Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi üzrə İdarəsinin rəhbəri Əhməd Saidmurodzoda, Tacikistanın Ali Müftisi Səidmukarram Abdulkodirzoda, Türkiyənin Namik Kamal Universitetinin tarix kafedrasının professoru Halit Eren, Tacikistan Milli Elmlər Akademiyasının prezidenti Kobiljon Xuşvaxtzoda, bir sıra xarici dövlətlərin diplomatik idarələrinin, Rusiya, Tacikistan, Özbəkistan, Türkiyə, Azərbaycan və Misirin elmi təşkilatlarının nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçılarını salamlama nitqi zamanı cəmiyyətdə sabitlik və harmoniya üçün əsas olan ənənəvi dəyərlərin qorunub saxlanmasının vacibliyi dəfələrlə vurğulandı, bu xüsusda Şərq ölkələri, o cümlədən Tacikistan Respublikası nümunə kimi göstərildi. Çıxış edənlər bu dəyərlərin sürətli texnoloji və sosial-mədəni inkişaf şəraitində üzləşdiyi problemlər, ənənələrin qorunub saxlanılması və davamlılığının təşviqi yolları, mədəniyyətlərarası dialoq və əməkdaşlığın təşviqi təşəbbüsləri barədə danışdılar. Həmçinin bəşəriyyətin mədəni sərvətinin qorunub saxlanmasına və artırılmasına töhfə verən təhsil və digər müvafiq aspektlərdən də bəhs olundu.
Plenar iclasda əsasən aşağıdakı mövzularda məruzələr dinlənildi: “Rusiya və Şərq: xalqların ənənəvi dəyərləri sivilizasiyanın inkişafı və qarşılıqlı fəaliyyəti üçün bələdçi kimi”, “Şərq xalqlarının ənənəvi dəyərləri və müxtəlif mədəniyyətlərin birgəyaşayışı, sivilizasiyalar”, “Rusiya və Tacikistan xalqlarının ənənəvi mənəvi-əxlaqi dəyərləri uzunmüddətli tərəfdaşlığın möhkəm əsası kimi”, “Rus Pravoslav Kilsəsinin Rusiyada və xaricdə dinlərarası və millətlərarası sülhün möhkəmləndirilməsi istiqamətində fəaliyyəti” və s.
“Rusiyada, Tacikistanda və Türkiyədə xalqların ənənəvi mədəniyyətinə və dəyərlərinə xüsusi diqqət yetirilir. Çox böyük iş görülüb və bu iş davam etdirilməlidir, bizim forum bu missiyanı davam etdirir. Mən Tacikistanın hörmətli prezidentinə, bütün tacik dostlarımıza, RTSU-ya minnətdaram ki, bu istiqamətdə birlikdə işləyirik”, - deyə Rusiya hökuməti yanında Maliyyə Universitetinin professoru, Dağıstanın keçmiş rəhbəri, Rusiya prezidentinin İslam Əməkdaşlıq Təşkilatındakı keçmiş daimi nümayəndəsi Ramazan Abdulatipov çıxışı zamanı bildirib.
Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin isə çıxışında vurğuladı:
“Biz əminik ki, bu forum Şərq sivilizasiyalarının mədəniyyətlərarası dialoqunun genişləndirilməsinin yeni formalarının axtarışına öz töhfəsini verəcək”.
Forum iştirakçıları müzakirə panelləri formatında Şərq xalqlarının ənənəvi dəyərləri və onların müasir dünya ilə əlaqələri mövzusunu davam etdirdilər. Müasir cəmiyyətdə hansı dəyərlərin aktual qalması, hansının dəyişdirilə və ya itirilməsi ilə bağlı müzakirələr aparıldı. Ənənələrin müasirliyin çağırışlarına cavab verə biləcəyi ailə, din, təhsil, incəsənət və həyatın bir çox digər aspektləri də müzakirə olundu.
Çıxışlar zamanı dəfələrlə vurğulandı ki, ənənəvi dəyərlərin qorunub saxlanılması və ötürülməsi mədəni irsin mühafizəsində və cəmiyyətin ahəngdar inkişafının təmin edilməsində mühüm rol oynayır.
Plenar iclasın sonunda Tarix və Beynəlxalq Münasibətlər fakültəsində görkəmli diplomat Yevgeni Primakovun irsini davam etdirmək və müasir dünyada diplomatiyanın inkişafını təşviq etmək üçün nəzərdə tutulmuş Yevgeni Maksimoviç Primakov adına Rusiya Diplomatiyası Mərkəzinin açılışı oldu. Mərkəzin vəzifələrinə dünya siyasətinin təhlili, diplomatik xidmət üçün kadrların hazırlanması, qarşılıqlı anlaşma və hörmət əsasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinə köməklik kimi fəaliyyət istiqamətləri daxildir.
Forum zamanı Sverdlovsk vilayəti Müsəlmanları Ruhani İdarəsi (Mərkəzi Müftilik) təşkilatının Rəyasət Heyətinin Qərarı əsasında Rusiya Xalqları Assambleyası Ümumrusiya təşkilatının sədri Ramazan Abdulatipov əməksevərliyə, dinlərarası və millətlərarası tolerantlığın möhkəmləndirilməsinə, əsl mənəvi dəyərlərin bərqərar olmasına mühüm töhfəsinə görə “Bürünc Aypara” medalı ilə təltif edildi.
Bundan əlavə, Tacikistan Milli Elmlər Akademiyası, RTSU, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti və İstanbul Rumeli Universitetində Balkan Ölkələrinin Tətbiqi Araşdırmalar Mərkəzi arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı.
Forumun sonunda iştirakçıların müzakirə etdiyi əsas tezisləri və qlobal problemləri əks etdirən bəyannamə qəbul edildi. Foruma yekun vurularkən iştirakçılar belə tədbirlərin keçirilməsinin faydalı və zəruriliyinə əminliklərini dönə-dönə ifadə etdlər.
Yeri gəlmişkən söyləyim ki, tədbir üçün hazırladığım “Mədəniyyətlə tərəqqi: Şərq qadınlarının Azərbaycanda müasir həyata təsiri” mövzusunda çıxışım forumun materialları ilə birlikdə toplanılaraq klitab halında nəşr olunacaq.
Onu da bildirmək istərdim ki, ikigünlük tədbir müddətində çoxlu dostlar qazandıq, Düşənbənin gəzməli-görməli yerlərinə səyahətə çıxdıq, xatirə şəkilləri çəkdirdik. Bir sözlə, qardaş Tacikistandan Vətənə xoş və zəngin təəssüratlara döndüm.
Söhbəti yazdı:
Sevda ƏLİBƏYLİ,
"Söz" jurnalının baş redaktoru










Paylaş



Bölmə: Turan / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!