Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
22-05-2024, 22:15
ADNSU-da əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir keçirilib - FOTO


ADNSU-da əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir
keçirilib - FOTO


Azərbaycan Dövlət Neft Sənaye Universitetində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Azərbaycanda təhsil alan əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası" layihəsi çərçivəsində tədbir keçirilib.
Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Unuversitetin əcnəbi tələbələrlə iş üzrə dekan müavini Tofiq Muradxanov, miqrasiya qanunvericiliyində baş verən son yeniliklər barədə əcnəbi tələbələrin mütəmadi maarifləndirilməsinin əhəmiyyəti barədə məlumat verib.
Layihə rəhbəri,Miqrasiya Əməkdaşlıq Platformasının Təhsil üzrə işçi qrupunun rəhbəri, "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin sədri Vidadi Fətullayev qeyd etdi ki,44 günlük Vətən müharibəsindəki Şanlı Zəfərimizdən sonra,ölkəmizdə iqtisadi stabillik və yükşəlişin,həmçinin təhsil sahəsində aparılan ardıcıl islahatların nəticəsi olaraq əcnəbi tələbələrin ölkəmizin universitetlərinə marağı ildən-ilə artmaqdadır.Əcnəbi tələbələrin qeydiyyatı zamanı DMX elektron resurslarından istifadə istiqamətində maarifləndirmə işlərinin, əcnəbi tələbələrin və onlarla işləyən universitet əməkdaşlarının miqrasiya qaydaları üzrə biliklərinin artırılması və sənədləşmə işlərinin aparılma bacarıqlarının inkişaf etdirilməsində böyük rolu vardır.Azərbaycanda yaşayan bütün xarici ölkə vətəndaşlarının hüquq və azadlıqlarının tam şəkildə qorunduğunu vurğulayan layihə rəhbəri,əcnəbilərin cəmiyyətimizə inteqrasiyası sahəsində Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi və digər dövlət və ictimai qurumların koordinasiyalı şəkildə həyata keçirdikləri tədbirlər barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb.
Azərbaycanda təhsil alan əcnəbilər arasında keçirilən bu kimi maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi tələbələrlə bağlı mövcud miqrasiya qaydaları və bu kateqoriyadan olan əcnəbilərin yol verdikləri hüquqpozmalar barədə danışıb.
Daha sonra, DMX Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin Miqrasiya proseslərinin təhlili idarəsinin rəis müavini Sunay Quliyev, əcnəbi tələbələrlə bağlı elektron resurslardan istifadə qaydalarını əhatə edən təqdimatla çıxış edib.
Tədbir zamanı,əcnəbi tələbələrin və əməkdaşların sualları DMX Miqrasiya Proseslərinin tənzimlənməsi baş idarəsinin baş inspektoru Ruslan Ağayev tərəfindən ətraflı cavablandırılıb, miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəalarına dair izahatlar verilib.
İştirakçılara maarifləndirici buklet və kitabçaların paylandığı tədbirin sonunda çıxış edən,ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Rafiq Camalov və başqa çıxışçılar,əcnəbi tələbələrlə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər və görüşün keçirilməsinə dəstək olan bütün tərəfdaşlara dərin təşəkkürlərini bildiriblər.









Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı" ictimai birliyinin sədri
22-05-2024, 17:48
Azərbaycandakı işsizlərin rəsmi sayı açıqlandı


Azərbaycandakı işsizlərin rəsmi sayı açıqlandı

2024-cü il aprel ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin ümumi sayı açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il aprel ayının 1-nə Azərbaycan Respublikasında 209 783 işsiz şəxs rəsmi qeydiyyata alınıb.
Onlardan işsizlikdən sığorta ödənişi alanların sayı 3 046 nəfər təşkil edib.
Rəsmi məlumatda Bakı şəhərində qeydiyyata alınmış işsiz şəxslərin sayının 39 289 nəfər olduğu göstərilib.
Naxçıvan Muxtar Respublikasında bu rəqəm 5 087 nəfərdir.
22-05-2024, 17:42
Paşinyan kilsəni "təsir agenti" adlandırdı - 2-3 aya həll edəcəyik


Paşinyan kilsəni "təsir agenti" adlandırdı - 2-3 aya həll edəcəyik

Ermənistan baş naziri Nikol Paşinyan müxalifətin mitinqləri fonunda kilsənin təsir agenti olduğunu deyib.
Paşinyan bu problemi həll edəcəyini bəyan edib.
“Erməni xalqı din xadimləri Qeysəriyyəyə (erkən orta əsrlərdə erməni katolikoslarının xeyir-dua aldıqları Bizans şəhəri - TASS-ın qeydi) gedib məsh olunduqda və Ermənistana gələndə belə bir təcrübə yaşadılar.
Onlar təsir agenti oldular, deyəsən, indiyə qədər onlar üçün heç nə dəyişməyib, amma 2-3 ay ərzində bu məsələni həll edəcəyik”, - Ermənistan baş naziri vurğulayıb.
22-05-2024, 17:39
Nazir “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşdü - FOTO


Nazir “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşdü - FOTO

Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev bibliometrik və elmmetrik tədqiqatlar üzrə dünyanın ən nüfuzlu şirkətlərindən biri hesab edilən “Clarivate Analytics”in rəhbərliyi ilə görüşüb.
Şirkətin akademiya və hökumətlərlə iş üzrə prezidenti Bar Veinsteinin rəhbərlik etdiyi heyətlə görüşdə tərəflər son illərdə Azərbaycanın elmmetrik göstəricilərini müzakirə ediblər.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 2023-cü ildən bütün elm və ali təhsil müəssisələrinin “Clarivate Analytics” şirkətinin “Web of Science” elmmetrik bazasına girişi təmin olunub.

22-05-2024, 17:30
Paşinyan delimitasiyadan danışdı, xəritə göstərdi


Paşinyan delimitasiyadan danışdı, xəritə göstərdi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimtasiyası prosesindən danışıb.
O, proseslə bağlı yeni məlumatı bölüşüb.
Belə ki, Paşinyanın sözlərinə görə, problemin 60 faizi həll olunub:
"Bu gün delimitasiya prosesi ilə biz Ermənistan dövlətçiliyinin yaradılması problemini 60% həll etmişik".
O, Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası üçün istifadə olunan SSRİ Baş Qərargahının 1976-cı ilə aid xəritəsini də göstərib. Paşinyan bildirib ki, 1976-cı ilə aid olan xəritə vaxtilə SSRİ-nin Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənib. O, həmçinin Tavuş istiqamətində delimitasiya zamanı ölkəsinin ərazi itkiləri ilə üzləşməsi barədə iddialarla razılaşmayıb.
"Mən bunu uğur adlandırardım. Çünki Ermənistan tarixində ilk dəfə olaraq sərhədlərini danışıqlar yolu ilə müəyyən edir və bununla suverenlik, dövlətçilik və gələcək inkişafın təməlini qoyur”, - Paşinyan deyib.
22-05-2024, 17:17
İsrail əsgəri məsciddə "Qurani-Kərim"i yandırdı


İsrail əsgəri məsciddə "Qurani-Kərim"i yandırdı

İsrail əsgəri Qəzzadakı məscidlərdən birində "Qurani-Kərim" kitabını yandırıb.
Bu barədə xarici KİV məlumat yayıb.
Hərbçi bu barədə özü sosoal şəhəkə hesabında paylaşım edib.
"Bu, Cafaati briqadasına bağlı 435-ci Rotim batalyonunda olan İsrail əsgəri ilə bağlıdır. Hadisə Rəfah şəhərinin şərqində baş verib", - məlumatda deyilir.
22-05-2024, 17:10
Əli Əsədov İranın müvəqqəti Prezidenti ilə görüşdü - FOTO


Əli Əsədov İranın müvəqqəti Prezidenti ilə görüşdü - FOTO

Mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti, Prezidentin vəzifəsini icra edən Məhəmməd Moxberlə görüşərək ona Azərbaycan Respublikasının Prezidenti, hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verdi.
Bildirilib ki, böyük dövlət xadimi, görkəmli siyasətçi Seyid İbrahim Rəisi bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmətə həsr edib.
Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxildir.




22-05-2024, 17:06
Milli Məclisdən Lüksemburqa etiraz bəyanatı


Milli Məclisdən Lüksemburqa etiraz bəyanatı

Lüksemburqun Deputatlar Palatasının sədri Klod Visler Ermənistana səfəri çərçivəsində mayın 22-də parlamentdə çıxışı zamanı Azərbaycanın ünvanına bir sıra ittihamlar səsləndirib.
Azərbaycan Respublikasının Milli Məclisi Klod Vislerin fikirlərinə münasibət bildirib.
Qeyd olunub ki, Milli Məclis bu qərəzli və absurd fikirləri kəskin şəkildə qınayır və qətiyyətlə etiraz edir.
Görünən odur ki, öz qanunvericiliyində fransız dilini əsas dil kimi müəyyən etmiş lüksemburqlu təmsilçilər Cənubi Qafqaz regionuna yanaşmalarında “fransız üslubu”nu davam etdirməkdə həddən artıq həvəsli görünürlər. Belə ki, onlar regionda baş verən prosesləri sərbəst şəkildə təhrif etməkdən, hətta Azərbaycana qarşı hansısa tələblər irəli sürməkdən çəkinmirlər.
Mövcud reallıqları isə təhrif etmək mümkün deyil. Lüksemburqun Deputatlar Palatasının sədrinə bir sıra faktları xatırladaq: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və Lüksemburqdan dörd dəfə böyük olan əraziləri 30 il ərzində Ermənistanın işğalı altında qalıb. İşğal dövründə 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Səkkiz şəhər və yüzlərlə kənd, saysız-hesabsız tarixi, dini və mədəni abidələr darmadağın edilib və Yer üzündən silinib.
Təəssüf ki, özlərini humanitar dəyərlərin və fundamental hüquqların qarantı kimi qələmə verən Lüksemburq parlamenti özünə xas olan davranış tərzini seçib və bütün bu faciəvi hadisələrə - obyektiv reallıqlara münasibətdə biganə qalmağa üstünlük verib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad edib, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına təmin edib. Bu gün Lüksemburqdan dörd dəfə böyük olan ərazilər böyük səylər hesabına bərpa olunur və yenidən qurulur. Məcburi köçkünlər öz doğma torpaqlarına qayıdır.
Otuz illik işğalın ağır nəticələrinə, törədilmiş dəhşətlərə baxmayaraq, Azərbaycan bu gün həm də regiona uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesinin təşəbbüskarıdır. Hazırda Azərbaycan-Ermənistan ikitərəfli sülh danışıqlarının müsbət şəkildə davam etdiyi bir məqamda xarici emissarların bu cür çıxışlarının isə regionda sülh və sabitlik naminə atılmış addım olmadığı hər kəsə məlumdur. Bu müdaxilə cəhdlərinin sülh prosesində uğurlu nəticələrin əldə olunmasını əngəlləməyə çalışdığı şübhə doğurmur. Lüksemburq parlamentinə və onun sədrinə öz “dəstəyini” başqa istiqamətlərə yönəltməyi şiddətlə tövsiyə edirik.
Ermənistan tərəfinə isə xatırlatmaq istərdik ki, regiondan kənar üçüncü tərəflərin regionda baş verən proseslərə dair birtərəfli yanaşmalarının, uydurma və yalanlarının alqışlanması və dəstəklənməsi nə sülh prosesinə, nə də etimad quruculuğuna yönəlmiş addımlara fayda gətirmir.
22-05-2024, 16:58
Şuşada ilk seysmik stansiya fəaliyyətə başlayır


Şuşada ilk seysmik stansiya fəaliyyətə başlayır

Qarabağda ilk seysmik stansiya bu ilin sentyabrında Şuşada fəaliyyətə başlayacaq.
Bunu Azərbaycan Milli elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) tərəfindən Şuşada artıq 100 metrlik quyu qazılıb.
22-05-2024, 16:50
8 Noyabr prospekti yenidən bağlanır


8 Noyabr prospekti yenidən bağlanır

Sabah saat 08:00-dan mayın 29-u saat 22:00-a qədər Bakının 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinə qədər olan hissəsində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, alternativ olaraq sürücülər təmir müddətində sözügedən əraziyə paralel olan dənizkənarı avtomobil yolundan istifadə edə bilərlər.
"Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!