Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                        Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                       
Tarix : 10-04-2024, 09:34
Misiroğlu haqqa yürüdü...


Misiroğlu haqqa yürüdü...

Vəliyəddin Misiroğlu İsmayılov Dünyadan köçdü.
Vəliyəddin müəllimin üzündə elə bir nur, gözlərində elə bir işıq, baxışında elə bir doğmalıq, ruhunda elə bir cazibə, dilində elə bir şirinlik, könlündə elə bir ilahi mərhəmət var idi ki, onu tanıyıb da ona bağlanmamaq mümkünsüz idi.
Onu yaxından tanıyanlar yaxşı bilir ki, Vəliyəddin Misiroğlu namus adlı məhək daşını ömrüboyu çiyinlərində şərəflə daşıyıb. Çiyinləri altındakı köksündə isə özü ilə bərabər bir ürəkdolusu Ana sevgisi, Vətən sevgisi, ailə, övlad sevgisi, şeir-sənət, saz-söz sevgisi gəzdirib və heç vaxt onların heç birini urvatdan salmayıb. Onun şəxsiyyətinə, xarakterinə heç bir rəng, boya, bəzək- düzək vurmaq lazım deyil.
Bu itki çox ağır itkidir. Azərbaycan ədəbiyyatı, Azərbaycan folkloru, Azərbaycan dilçiliyi, ən əsası da dost qədri bilənlər üçün lap ağır itkidir. Onun dili o qədər zəngin, sinəsi o qədər dolu idi ki, “Azərbaycan dilinin izahlı lüğət”ləri, Azərbaycan sözlük lüğəti onun yanında çox yoxsul, miskin görünürdü.
Mən Vəliyəddin müəllimə açıqca və dönə-dönə deyirdim: O xəzinəni özünlə aparma, onu yaz, kitab şəklində bu millətin gələcək nəsillərinə əmanət elə. Gülüb keçirdi.
Amma getdi, o xəzinəni də özü ilə apardı.
Ailəmiz adından, “Bütöv Azərbaycan” qəzetinin kollektivi adından Vəliyəddin müəllimin ailəsinə, dostlarına, doğmalarına başsağlığı verirəm. Övladları Vüqara, İlqara, Sevinc xanıma, Aytən xanıma səbr diləyirəm.
Vəliyəddin İsmayılov ruhuna ehtiramla: Tamxil ZİYƏDDİNOĞLU


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!