ŞƏRƏFLİ ÖMRÜN AKKORDLARI .....                        Trampdan Nobel mükafatı ilə bağlı açıqlama .....                        Ələtdəki hava limanına yeni rəhbər təyin edildi .....                        “HƏMAS dağıdılmasa, Netanyahu hökumətini devirəcəyik” .....                        Qəzzada müharibə başa çatdı: döyüşlər dayandırıldı .....                        Əminəm ki, Rusiya-Ukrayna müharibəsi də bitəcək .....                        Qəzzaya yardım aparan gəmidə azərbaycanlılar da var imiş - RƏSMİ .....                        MDB nazirləri Düşənbədə görüşdülər .....                        Qardaşı tərəfindən bıçaqlanan gənc xəstəxanada öldü .....                       
Dünən, 17:54
Azərbaycanda bu Nazirlikdə yoxlamalar BAŞLADI - RƏSMİ


Azərbaycanda bu Nazirlikdə yoxlamalar BAŞLADI - RƏSMİ

Hesablama Palatasının Mədəniyyət Nazirliyində yoxlamalara başladığı bildirilir.
Bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən aparılan yoxlama qanunvericilikdə nəzərdə tutulmuş planlı audit tədbiridir. Bu tədbir Palatanın 2025-ci il İş planına əsasən həyata keçirilir və məqsədi dövlət vəsaitlərinin xərclənməsinin qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsidir.
"Mədəniyyət Nazirliyi Hesablama Palatası ilə tam əməkdaşlıq şəraitində fəaliyyət göstərir, tələb olunan bütün sənədlər və məlumatlar təqdim olunur. Audit prosesi bitdikdən sonra nəticələr qanunvericiliyə uyğun şəkildə ictimaiyyətə açıqlanacaq", - qurumdan verilən cavabda bildirilib.
Dünən, 16:17
Azərbaycan mədəniyyətinə ağır itki - Nazirlik məlumat yaydı


Azərbaycan mədəniyyətinə ağır itki - Nazirlik məlumat yaydı

Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı oktyabrın 9-da, ömrünün 89-cu ilində vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. 1961-ci ildə M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. O, məktəbli yaşlarından səhnə sənətinə böyük maraq göstərib. 1958–1964-cü illərdə Gənc Tamaşaçılar Teatrında, 1974-cü ilədək Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. “Anacan” (Y.Əzimzadə), “Son məktub” (R.İsmayılov), “Söz yarası” (Q.Rəsulov), “Ana tarla” (Ç.Aytmatov), “Şeytanın şagirdi” (B.Şou) və s. tamaşalarda maraqlı obrazlar yaradıb.
1974-cü ildə “Azərbaycanfilm” kinostudiyasında işə başlayan Əminə Yusifqızı “Şərikli çörək”, “Sən niyə susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. filmlərdə, eləcə də televiziya tamaşalarında çəkilib. Çoxsaylı filmlərin dublyajında uğurla iştirak edib, kino qəhrəmanlarını öz məlahətli səsi ilə tamaşaçılara sevdirib.
Əminə Yusifqızı klassik və çağdaş Azərbaycan poeziyasının yorulmaz təbliğatçısı kimi də sənət tariximizdə silinməz iz qoyub. Uzun illər çalışdığı Azərbaycan Dövlət Televiziya və Radiosunun efirində görkəmli şairlərimizin yaradıcılıq nümunələri onun qiraətində tamaşaçı və dinləyicilərin qəlbinə yol tapıb.
Mədəniyyətimizin inkişafında xidmətləri yüksək qiymətləndirilən aktrisa 1982-ci ildə “Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına, 2016-cı ildə isə “Şöhrət” ordeninə layiq görülüb.
4-10-2025, 23:17
Yadigar Muradovun vəziyyəti ağırlaşdı


Yadigar Muradovun vəziyyəti ağırlaşdı

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirilib.
Onun hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı və vəziyyətinin ağır olduğu qeyd edilib.
Xatırladaq ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir.
30-09-2025, 17:51
Cabir İmanov son mənzilə yola salındı


Cabir İmanov son mənzilə yola salındı

Əməkdar artist Cabir İmanov bu gün doğmalarının, sənət dostlarının və sənətsevərlərin müşayiəti ilə son mənzilə yola salınıb.
Əməkdar artistlə vida mərasimi əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində keçirilib. Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimini Xalq artisti Murad Dadaşov açaraq, bu ağrılı anların nə qədər çətin və sarsıdıcı olduğundan bəhs edib. O, Cabir İmanovun Azərbaycan mədəniyyətində oynadığı roldan, onun dəyərli insani və sənətkar keyfiyyətlərindən söz açıb.
Mərhumun qardaşı Tahir İmanov da çıxış edərək qardaş itkisi ilə barışmağın nə qədər çətin olduğunu dilə gətirib:
“Hər kəs atadan, anadan yetim qalar deyirlər, amma mən qardaşdan yetim qaldım”,- deyə o söyləyib.
Həyatı boyu səhnədə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanan Cabir İmanovun vəfatı mədəniyyət ictimaiyyəti üçün ağır itki olub. Mərasimdə Mənsum İbrahimov, Elməddin Cəfərov, Fatma Mahmudova, Dilarə Əliyeva, Nicat Rəhimov və digər sənət adamları iştirak ediblər. Onlar Cabir İmanovun sənətə verdiyi töhfələrdən, yüksək mənəvi dəyərlərindən və səhnə arxasındakı sadə, səmimi münasibətindən danışıblar.
Səssiz hüzn içində keçən vida anları onun sənətdə buraxdığı dərin izləri bir daha xatırladıb.
Vida mərasimi başa çatdıqdan sonra Cabir İmanovun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.
29-09-2025, 16:30
Nazirlik Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verdi


Nazirlik Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verdi

Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Tanınmış aktyor, Əməkdar artist Cabir İmanov sentyabrın 29-da, 49 yaşında vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
“Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay kubokunun sahibi, 2000-ci ildə isə KVN “Əsrin çempionu” adına layiq görülüb. 2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyoru idi.
Bir sıra filmlərdə maraqlı obrazlar canlandıran Cabir İmanovun sənəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2015-ci ildə “Əməkdar artist” fəxri adı, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Əməkdar artist Cabir İmanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”,-məlumatda bildirilib.
29-09-2025, 15:45
Hər üç dost eyni səbəbdən HƏYATINI İTİRİB


Hər üç dost eyni səbəbdən HƏYATINI İTİRİB

Bəzən həyatın ən ağır ironiyası odur ki, insanları illərlə güldürən, onlara ümid və sevinc bəxş edən gülüş ustalarının öz ömrü çox qısa və kədərli olur. Azərbaycan tamaşaçısının yaddaşına dərin iz buraxmış Anar Məmmədxanov, Elçin Həmidov və Cabir İmanov da təəssüf ki, bu cür insanlardan olub.
Erkən ölümü ilə bir vaxtlar güldürdükləri insanları sonda kədərləndirən gülüş ustalarımızın üçü də ürək çatışmazlığından vəfat edib.
Anar Məmmədxanov 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə isə XX əsr çempionu olub. O, 23 aprel 2011-ci ildə kəskin ürək qan-damar çatışmazlığı ürəyin işemik xəstəliyi səbəbi ilə 40 yaşında vəfat edib.
Azərbaycanın əməkdar artisti Elçin Həmidov Parni iz Baku, Planet Parni iz Baku KVN klublarında və Məhəllə film seriyasında canlandırdığı Məzi personajı ilə populyarlıq qazanıb. Sənətçi 2011-ci ilin 4 martında ürək tutmasından ölüb. Həmin vaxt teatrda “Hərənin öz ulduzu” tamaşasının orkestrlə məşqi idi. Sənətçinin işə gəlmədiyini görən dostları narahat olub onun evinə gedirlər. İçəridən heç bir cavabın gəlmədiyini görən dostları, bir müddət sonra Fövqaladə Hallar Nazirliyinin işçilərinin köməyilə evə girərkən, onun ölü halda olduğunu görürlər. Sənətçi 5 mart 2011-ci ildə Xırdalan qəbiristanlığında dəfn edilib. Elçin Həmidov vəfat edərkən 53 yaşında olub.
Cabir İmanov isə 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. O, "Məhəllə" filmində ("Eliş"), "Ağanatiq", "Tam məxfi", "Məşədi İbad-94", "Ölülər XXI əsr" kimi filmlərdə rol alıb.
Cabir İmanov bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib. Baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb. Məlum olub ki, Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər. C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
26-09-2025, 20:33
5 gün pulsuz türk filmlərinə baxa bilərsiniz - FOTO


5 gün pulsuz türk filmlərinə baxa bilərsiniz - FOTO

Bakıda 8-ci Türkiyə-Azərbaycan türk film günlərinin açılış mərasimi keçirilib.
Tədbir sentyabrın 26-da Nizami Kino Mərkəzində qala gecəsi ilə açıq elan edilib.
Builki film günlərinin fəxri qonağı Türkiyənin tanınmış kinoaktrisası, “Yeşilçam”ın ulduzu və Türkiyənin Mədəniyyət və İncəsənət Siyasəti Şurasının üzvü Hülya Koçyiğit olub. Aktrisa ilk dəfə Azərbaycana gəlib və qala mərasimində tamaşaçılarla görüşüb. Açılışda Hülya Koçyiğitin baş rolda oynadığı məşhur “Gəlin” filmi nümayiş olunub.
Qala gecəyə “Savaşçı” serialının baş rol ifaçısı Berk Oktay, “Aşk Bağları” filminin aktyorları Anıl Altan və Duyğu Mercan, eləcə də tanınmış musiqiçi Arslanbek Sultanbekov qatılıb. Həmçinin “Rafadan Tayfa”nın prodüseri İsmayıl Fidan, “Şımarık” filminin prodüseri Karina Mia Satlıkova və “Aşk Bağları” filminin prodüseri Qalip Güner də Bakıda kinosevərlərlə görüşüblər.
Film günləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi, eləcə də Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi, Yerli Düşüncə Cəmiyyətinin təşkilatçılığı ilə reallaşdırılıb.
Layihənin əsas məqsədi iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsidir.
Qeyd edək ki, filmlərin nümayişi ödənişsiz təşkil olunacaq və tamaşaçılar 5 gün ərzində türk kinematoqrafiyasının seçilmiş nümunələrini izləmək imkanı əldə edəcəklər.




25-09-2025, 07:47
"Şanlı Zəfərin 5 ili"


"Şanlı Zəfərin 5 ili"

Sentyabrın 23-də Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində "Şanlı Zəfərin 5 ili" mövzusunda dəyirmi masa təşkil olunub.
Öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, Dövlət Himni səslənib və şanlı qələbəmizə həsr olunmuş video-çarx göstərilib.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi ilə birgə keçirilən tədbirdə yazıçı, jurnalist və alimlər Təvəkkül Məmmədov, Asif Talıboğlu, Çingiz Salmanov, Aslan Allahverdiyev, Hacı Nərimanoğlunun çıxışlarında 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edildiyini vurğulayaraq, bu tarixi qələbənin qazanılmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, hərbi sərkərdəliyi ilə Ordumuzun, şəhid və qazilərimizin misilsiz şücaətindən danışıblar, öz kitablarını kitabxanaya hədiyyə veriblər.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qubadlı Rayon Komitəsinin sədri Yaqub Vəliyev və Mərkəzi kitabxananın direktoru vəzifəsinin icraçısı Qərənfil Hüseynova yaradıcı ziyalılarla əlaqələrin daha da yaxşılaşdırılmasının əhəmiyyətini, son vaxtlar belə görüşlərin ardıcıl xarakter aldığını qeyd edərək görüş iştirakçılarına razılıqlarını bildiriblər.
24-09-2025, 17:36
Türkiyənin məşhur sənətçiləri Bakıda toplaşacaq


Türkiyənin məşhur sənətçiləri Bakıda toplaşacaq

26-30 sentyabr 2025-ci il tarixlərində Bakıda “Türkiyə-Azərbaycan Türk Film Günləri” təşkil olunacaq.
Tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi, Kino Baş İdarəsi, Azərbaycan Respublikası Kino Agentliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Yerli Düşüncə Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Film günlərinin fəxr qonağı məşhur türkiyəli aktrisa Hülya Koçyiğit olacaq. Tədbir çərçivəsində tamaşaçılar bir sıra sevilən türk filmlərini izləmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, proqramda aşağıdakı filmlər yer alır:

“Gəlin” – 26 sentyabr, 19:00
“Narginli sona” – 27 sentyabr, 19:00
“Rafadan Tayfa” – 28 sentyabr, 12:00
“Şımarık” – 28 sentyabr, 19:00
“Aşk Bağları” – 29 sentyabr, 19:00
“Akıldan Kalbe” – 30 sentyabr, 19:00

Film günlərinə türkiyəli tanınmış aktyorlar Berk Oktay, Anıl Altan və Duygu Meriçan da qatılacaq.
Qeyd edək ki, layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TİKA və Türkiyə İşadamları və Sənayeçilər İctimai Birliyinin dəstəyi ilə reallaşır.

22-09-2025, 07:13
“Ulu Xudafərin” qəzeti işıq üzü görüb


“Ulu Xudafərin” qəzeti işıq üzü görüb

Şakir Albalıyev 2002-ci ildən “Xudafərin” qəzetinin baş redaktor müavini, 2009-cu ilin yanvarından isə baş redaktor kimi fəaliyyət göstərib. Qeyd edək ki, “Xudafərin” qəzeti 1932-ci ildən Cəbrayıl RİH-nin orqanı kimi “Lenin bayrağı”, 1960-cı illərdən 1990-cı illərə kimi isə “Kolxozçu” adları ilə nəşr olunub.
Müəyyən səbəblərə görə “Xudafərin” qəzeti fəaliyyətini dayandırdığından, qəzetin baş redaktorunun təşəbbüsü ilə “Ulu Xudafərin” qəzeti işıq üzü görüb. Cəbrayıl rayonunun ictimai-siyasi, ədəbi-mədəni həyatından bəhs edən yazılarla oxucuların görüşünə gələn “Ulu Xudafərin” qəzetinin qədəmləri uğurlu olsun!

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!