Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                        Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı .....                        İran yığması Dünya Çempionatında iştirak etməyəcək .....                        İspaniya səfirini geri çağırdı - İsraildən .....                       
Tarix : 8-10-2025, 17:05
Sahibə Qafarova Xorvatiya parlamentinin sədri ilə görüşüb


Sahibə Qafarova Xorvatiya parlamentinin sədri ilə görüşüb

Oktyabrın 8-də ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi parlament nümayəndə heyəti Milli Məclisə gəlib.
Qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Qordan Yandrokoviç burada Xatirə kitabını imzalayıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç arasında geniş tərkibdə görüş olub.
Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin son 11 ildə parlament rəhbəri səviyyəsində ilk səfər olmaqla yanaşı, ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Görüşdə ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasından ötən 30 il ərzində münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əlaqələrimizin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu qeyd edilib.
Milli Məclisin sədri beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında qarşılıqlı dəstək və həmrəylikdən məmnunluğunu bildirərək, COP29 çərçivəsində Xorvatiyanın ölkəmizin təşəbbüslərinə verdiyi fəal dəstəyin və Baş nazir Andrey Plenkoviçin bu mühüm tədbirdə iştirakının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin qorunmasındakı mühüm rolundan söhbət açılıb. Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, iki ölkənin parlament komitələri arasındakı münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova qonağa həmçinin Ermənistanla sülh müqaviləsinin paraflanması barədə məlumat verib.
Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb.
O, 2023-cü ildə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinin qürurverici olduğunu və tezliklə Ermənistanla sülh müqaviləsinin imzalanmasının bütün regionun inkişafına mühüm töhfə olacağını qeyd edib.
Parlament sədri ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmindən danışıb, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin ediilməsində rolunu vurğulayıb.







Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!