Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 30-08-2025, 12:10
İNSAN TARİXİ YARADIR, TARİX İNSANI YAŞADIR

Polkovnik İmran Hüseynəliyev- 75


İNSAN TARİXİ YARADIR, TARİX İNSANI YAŞADIR

O, heç zaman uğur dalınca qaçmadı, uğur şan -şöhrət ozü onu tapdı. Elə insan var ki, onun ömru tarixin canlı salnaməsinə cevriləcək keçmişin unudulmaz anlarını xatırladır. Qəlbini məşəl edib zülmət gecələrdən günəşli səhərlərə yol açır. Gur işıqlı mayak kimi, həyat karvanlarına bələdcilik edir.
Öz müdrikliyi, parlaq zəkası geniş dünyagörüşü, ağıllı nəsihətləriylə nəsillərə təmənnasız pay verir. Onun hər bir sözü insanlara ömrünü mənalı və dəyərli yaşamasını öyrədir. Bu dediklərimiz həyatını yanar şam edən, özündə olan yüksək keyfiyyətləri insanlara ərmağan etməkdən zövq alan şəxsiyyətlərlə bağlı olanda daha gözəl səslənir. Öz əxlaqi keyfiyyətləri, fədakar əməyi, bacarığı ilə insanların rəğbətini qazanmaq da bir insan ömrüdür.
Hərə bir cür yaşıyır bu ömrü. Kimi yaşamaq naminə, kimisə yaşatmaq naminə. Bütün ömrünü hərəkətdə, fəailiyyətdə keçirən, gələcək nəsillərin yoluna bir mayak olaraq işııq saçan, gənc nəslin təlim, tərbiyəsində böyük əməyi olan, yuxusuz zaman keçirib hüquq mühafizə orqanlarında asayişi bərba edən İmran Heydərəli oğlu 1950-ci il avqustun 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndində dünyaya gəlib. Dəmirçi kənd orta məktəbini bitirdikdən sonra Əlibayramlı rayonunda Nəqiliyyat kontorunda fəhlə kimi işə başlayıb. Bir müddətdən sonra Bədən Tərbiyəsi İnstitutuna daxil olub.
Ali təhsilə yiyələndikdən sonra on ilə yaxın Şərur rayonunun kəndlərində orta məktəblərdə müəllim işləyib. Vətənin gələcəyi ücün sağlam ruhlu gənclərin yetişməsində böyük zəhmət sərf edib. Bu yolda tez bir zamanda bir çox uğurlara imza atıb. İmran müəllimin bu qabiliyyəti və bacarığını, idmandakı nailiyyərlərini dəyərləndirən Daxili İşlər Nazirliyi sərəncamla İmran müəllimi Culfa Rayon Polis Şöbəsinə sahə müvəkkili təyin edib.
Təyinata uyğun olaraq burada da tez bir zamanda böyük uğurlara doğru addımlayıb, daşıdığı vəzifəni və öz adını yüksəklərə qaldırıb. Bu zirvə onu özünün doğulduğu və göz bəbəyi kimi sevdiyi Şərur rayonuna Polis şöbəsində Məhsul vəzifə kürsüsünə otuzdurdu. Çalışmağa başladığı illərdə Sədərək kəndinə
Mənfur qonşularımız olan, vaxtı ilə yerimizdən pay verilən xain ermənilər tərəfindən güllələr atılır və hücümlar edilirdi. İmran müəllim Şərurda Polis şöbəsində işləsə də, könüllülər dəstəsinə qoşularaq Sədərək döyüşlərində, içindəki böyük Vətən sevgisinin atəşi ilə, ermənilərə qarşı amansız mübarizə aparmış və ən ağır döyüşlərdə iştirak etmişdir. Sədərək kəndinə rayon adı verildikdən sonra İmran Hüseynəliyevin vətənpərvətliyi, bacarığı və iş qabiliyyəti nəzərə alınaraq, Sədərək Rayon Polis Şöbəsinə baş sahə müvəkkili təyin edildi.
Daha sonra Sədərək döyüşlərində göstərdiyi igidliyə görə sərəncamla Sədərək Rayon Polis Şöbənə rəis müavini təyin olundu. Kəngərli rayonu yarandıqdan sonra Daxili İşlər Nazirliyinin sərəncamı ilə İmran müəllim yeni yaradılan polis şöbəsinə rəis təyin olmuşdur. Bu ərəfələrdə Tovuz rayonunda ağla gəlməyən cinayət hadisələri günü gündən artır, məsuliyyətsizlik, özbaşınalıq baş alıb gedirdi. O biri rayonlarda öz zəhməti sayəsində işinin öhdəsindən layiqincə gələrək hörmət qazanmış İmran müəllim bu dəfə Tovuz rayonuna Polis şöbəsinə rəisi göndərildi. Ona göstərilən bu ehtimadı İmran müəllim yenidən doğrultdu.
Onun rəhbərliyi sayəsində bütün bu özbaşınalığın və törədilən cinayət hadisələrinin qarşısı alındı. Aparılan profilaktiki tədbirlər, söhbətlər öz nəticəsini verdi. Asan olmasa da tez bir zamanda sakitlik bərpa olundu. Tovuz rayonunda asayişi bərpa etdikdən sonra. Onu Lənkərandakı qeyri -stabil vəziyyətlə əlaqədar olaraq, Lənkaran Rayon Polis Şöbəsinin rəisi təyin olundu.
Lənkəranda da bir neçə il işlədikdən sonra Göyçay Rayon Polis Şöbəsinə rəis təyin oıunub və təqaüdə çıxana kimi burada öz vəzifəsini başa vurub.
Dahi şəxsiyyətlərdən biri olan Albert Eynşteynin uğur qazanmasında irəli sürdüyü
on prinsipdən birində demişdi:
“Mənim xüsusi qabilyətim yoxdur, yalnız ehtiraslı bur maraq adamıyam və həmişə maraqlarımın açdığı cığırda irəli gedirəm. Bilirəm ki, bu cığırda mütləq qarşıma nə isə çıxacaq. Siz də həyatda maraqlarnızın arxasınca getsəniz müvəffəqiyyət qazanarsınız”. İmran Hüseynəliyev də bu cığırla getdi. O, heç zaman uğur dalınca qaçmadı. Uğur, şan -şöhrət özü onu tapdı. Lakin, özünü heç bir zaman başqalarından üstün tutmadı. Əksinə öz sadəliyi və səmimiyyəti ilə gələcək nəsillərə nümunə oldu.
İmran müəllim 2008 -ci ildə taqaüdə çıxdı. Lakin taqaüddə olsa da onu rayon mərkəzi seçki komissiyasına sədr seçdilər. Onun illərlə çəkdiyi əməyi Dövlət tərəfindən qiymətləndirilmişdir. Azərbaycan Respubilkası Prezidentinin 2014 -cü il 924 saylı sərəncamına əsasən onun vətənə əvəzsis xidməti sayəsində Polkovnik rütbəsinə qədər yüksələn İmran Hüseynəliyev “Tərəqqi medalı “ilə təltif olunmuşdur.
Daxili İşlər Nazirliyinin əmri ilə 100 illik yubiley medalı, çox sayda təşəkkürnamələr və diplomlarla da zəhməti dəyərləndirilmişdir. İmran müəllimlə söhbət etdikcə, onun təqauddə olmasına baxmayaraq ruhunun nə qədər güclü olduğu, insana yeni ruh verdiyi hiss olunur.
Onunla söhbət etdikcə onun qəlbini duymaqda çətinlik çəkmirsən. Saatlarla söhbətindən doymaq olmur. Ona görə ki, elmin çoxşaxəli sahələrindən geniş və mənalı söhbətlər edir. Onun hər bir sözü müdrük, kəlamı və səmimiyyəti ətrafdakıları valeh edir. Çox səmimi, mehriban baxışlı, gülərüz bu insan elə incə vurğularla elə sahələrə toxunur ki, insan valeh olur. İmran müəllimin dəyərli sözlərindən, şirin söhbətlərindən doya bilmirsən. Onunla birlikdə olduğun vaxtın necə tez ötdüyünü belə hiss etmirsən…
Vətınmiz Azərbaycanın hörmətli və ləyaqətli oğulları sırasında yer alan hörmətli Polkovnikə bu işıqlı yolunda sağlam can və uzun ömür diləyirik. Bir daha 75 illk yubileyi münasibəti ilə ürəkdən təbrik edirik. Ömür yolunuz bundan sonra daha mənalı olsun, cəbab Polkovnik!

Əli Qarayev
Türk Ağsaqqaları Birliyi İdarə Heyyətinin üzvü
Türk Ağsaqqaları qəzetinin redaktoru,
AJB -üzvü “Qızıl Qələm” media mükafatçısı



YUBİLEYİN MÜBARƏK!

Bakıda doğmadır sənin ad-sanın,
Şanlı tarixi var bu xoş ünvanın,
Yetmiş beş pillədir bu nərdivanın,
Yubileyin mübarək, İmran müəllim!

Sevdin Vətənini sevdin elini,
İmdad istəyənə uzuatdın əlin.
Dostum ,verməz kimsə sənin yerini,
Yubileyin mübarək, İmran müəllim!

Gözü aydın olsun doğmlarının,
Tovuz,lənkaranda ad qoydun, yaşa.
Laləzər xanımla yüzü vur başa.
Yubileyin mübarək, İmran müəllim!
20 .08.2025


Paylaş



Bölmə: Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!