Vaşinqtondan Əliyev-Paşinyan görüşünə reaksiya .....                        ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü .....                        Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər .....                        “Qarabağ” Cica ilə yollarını ayırdı .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı .....                        Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış .....                        Sahibə Qafarova Tuzlaya getdi .....                        Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi .....                        Ukraynadan 30 uşaq Azərbaycana gətirildi .....                       
4-04-2025, 18:53
Arzu Rzayevə vəzifə verildi


Arzu Rzayevə vəzifə verildi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrına yeni direktor müavini təyin olunub.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Məlumata görə, mədəniyyət naziri Adil Kərimli bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, Arzu Asif oğlu Rzayev sözügedən vəzifəyə təyin olunub.
4-04-2025, 17:59
Nazir Əliqismət Lalayevi işdən çıxardı, yerinə onu təyin etdi - FOTO


Nazir Əliqismət Lalayevi işdən çıxardı, yerinə onu təyin etdi - FOTO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib.
Mədəniyyət naziri Adil Kərimli bu barədə əmr imzalayıb.
Nazirin digər əmri ilə Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı Akademik Musiqili Teatrına yeni direktor təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub.

4-04-2025, 17:22
Nazirdən iki yeni təyinat


Nazirdən iki yeni təyinat

Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrına 2 direktor müavini təyin olunub.
Mədəniyyət Nazirliyindən bildirilib ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı 2 əmr imzalayıb.
Müvafiq əmrə əsasən, Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Adıgözəl oğlu Qasımov vəzifəsindən azad olunub. O, digər əmrlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib.
Adil Kərimlinin başqa əmri ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Hüseyn Akif oğlu Hüseynov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin olunub.
4-04-2025, 16:57
Dövlət Mahnı Teatrına yeni direktor təyin olundu


Dövlət Mahnı Teatrına yeni direktor təyin olundu

Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Ülviyyə Firudin qızı Bəbirova sözügedən vəzifəyə təyin olunub.
2-04-2025, 16:42
Boykotçuları dəstəklədiyi üçün serialdan uzaqlaşdırıldı


Boykotçuları dəstəklədiyi üçün serialdan uzaqlaşdırıldı

Türkiyəli aktrisa Aybüke Pusat TRT-də yayımlanan “Teşkilat” serialının heyətindən çıxarılıb.
Bu barədə kanalın özü məlumat yayıb.
Bildirilib ki, aktrisanın serialdan uzaqlaşdırılmasına səbəb onun boykot çağırışları ilə bağlı paylaşım etməsidir.
"Bir siyasi qrupun öz siyasi məqsədləri üçün irəli sürdüyü boykot çağırışında vəsilə olmaq TRT-nin prinsiplərinə, ictimai yayım anlayışına və peşəkarlığına açıq şəkildə ziddir. Bu kontekstdə TRT 1-də yayımlanan “Teşkilat” serialında rol alan aktrisanın paylaşımları TRT-nin institusional prinsipləri ilə tamamilə uyğun gəlmir. Sözügedən şəxs “Teşkilat” serialının izləyicilərini məyus edən paylaşımlara görə serialdan uzaqlaşdırılıb", - açıqlamada bildirilir.
Qeyd edək ki, Aybüke “Teşkilat” serialında “Neslihan” obrazını canlandırırdı.
2-04-2025, 14:59
Füzulidəki Qayıb ocağına kimlər zərər vurub?


Füzulidəki Qayıb ocağına kimlər zərər vurub?

İşğaldan azad edilmiş Füzuli rayonunun Qacar kəndində yerləşən Qayıb ocağı tarixi və dini abidəsinə zərər vurulması ciddi narahatlıq yaradıb.
Bunu yazıçı Tağı Türk deyib. Onun sözlərinə görə, əsrlər boyu kənd sakinləri tərəfindən qorunub saxlanılan bu tikili hətta 30 illik işğal dövründə belə dağıdılmayıb:
“İnanclı insanlar üçün böyük əhəmiyyət kəsb edən bu dini məkana son dövrlərdə zərər vurulması böyük bir təəssüf doğurur. Qayıb ocağı yalnız dini abidə deyil, həm də xalqımızın mədəni irsini və tarixini əks etdirən bir məkandır, onu qorumalı və gələcək nəsillərə ötürməliyik”.
Tağı Türk bildirib ki, hər bir şəxs və qurumlar tarixi abidələrin qorunması istiqamətində öz məsuliyyətini dərk etməli, bu cür əməllərin qarşısını almağa çalışmalıdır:
“Bu hadisə, həm də cəmiyyətin dini və tarixi abidələrə qarşı daha böyük həssaslıqla yanaşmasının vacibliyini bir daha göstərir. Qayıb ocağının və digər abidələrin qorunması məqsədilə müvafiq qurumlar tərəfindən daha ətraflı və ardıcıl tədbirlər görülməlidir ki, belə təxribatların qarşısı alınsın və mədəni irsimiz gələcək nəsillərə sağlam şəkildə çatdırılsın”.
31-03-2025, 14:58
Məni torpağa basdırmayın! - Volkan Konakın vəsiyyəti


Məni torpağa basdırmayın! - Volkan Konakın vəsiyyəti

Ötən gün Şimali Kiprdə vəfat edən məşhur türkiyəli müğənni Volkan Konakın vəsiyyəti gündəm olub.
Bu barədə sosial mediada paylaşım edilib.
Bir müddət əvvəl konserti zamanı danışan Volkan Konak torpağa basdırılmaq istəmədiyini bildirib
"Sevənlərimə vəsiyyətimdir, mən öləndə torpağa basdırmasınlar. Yandırsınlar bütün bədənimi. Və bir qutuya qoyub Qara dənizimin üzərinə bir helikopterlə səpsinlər bütün külümü. Xüsusilə də Trabzonumun üzərinə", - Konak deyib.
Xatırladaq ki, müğənni Volkan Konak Şimali Kipr Türk Cümhuriyyətində verdiyi konsert zamanı vəziyyəti pisləşib və huşunu itirərək yıxılıb. İnfarkt keçirən sənətçi xəstəxanaya yerləşdirilib, lakin bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
22-03-2025, 19:12
Filiz Akın vidasız dəfn edilib


Filiz Akın vidasız dəfn edilib

Türkiyənin məşhur aktrisası Filiz Akın vida mərasimi keçirilmədən dəfn olunub.
Bu barədə aktrisanın ikinci həyat yoldaş Sönmez Köksal məlumat yayıb.
Onun sözlərinə görə, Filiz Akın martın 21-də dünyasını dəyişib.
Köksal vida mərasiminin keçirilməməsinin sənətçinin istəyi olduğunu deyib.
22-03-2025, 17:03
Türk kinosunun əfsanəsi öldü


Türk kinosunun əfsanəsi öldü

Türk kinosunun əfsanəvi adlarından olan Filiz Akın 82 yaşında dünyasını dəyişib.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Əfsanəvi aktrisa bir müddət idi ki, səhhətində problem yaşayırdı.
Səhiyyə Nazirliyinin twitter səhifəsində verilən açıqlamada "Türk kinosunun nadir adlarından olan Filiz Akın müalicə olunduğu xəstəxanada həyatını itirdi. Kino tariximizdə unudulmaz iz qoyan Filiz Akına Allah rəhmət eləsin, ailəsinə, sənət sevənlərinə başsağlığı veririk", - deyə bildirilib.
Filiz Akın 1 sentyabr 2024-cü il tarixindən pnevmoniya və bəzi digər infeksiyalardan müalicə alırdı.
Ulduz aktrisa əvvəllər də xərçəngdən müalicə almışdı.
Sol qulağının üstündəki xərçəng toxuması və səs tellərindəki problemlərdən sonra çoxsaylı əməliyyatlar keçirən Akın 2002-ci ildə diaqnozu qoyulan xərçəng, burun və ağız arxası xərçənginə qalib gələ bilmişdi.
O, kino aktrisaları Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə yanaşı, türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli addan biri hesab olunur.
19-03-2025, 09:49
YURDUMUZA BAHAR GƏLİR


Zəkiyyə Musaqızı


YURDUMUZA BAHAR GƏLİR

Yurdumuza bahar gəlir İlahi,
Bu füsunkar bol nemətə min şükür.
Yerin-göyün tək Sahibi Pənahı,
Lütf etdiyin bu sərvətə min şükür.

Böyük-kiçik çillələrə əlvida,
Çətin anda Xızır çatır imdada,
Boz ay yetir abu-atəş, xak-bada,
Dörd ünsürə, Ol hikmətə min şükür.

Günəş doğar, şəfəq saçar gülümsər,
Ay dolanar sübhü açar gülümsər,
El-obalar xoş hal olar gülümsər,
Səmimiyyət, şərafətə min şükür.

Qar əriyər sular coşar çağlayar,
Ruh paklaşar, qanlar coşar çağlayar,
Sevənlər də əhdi peyman bağlayar,
Təmiz eşqə məhəbbətə min şükür.

Xoş diləklə səmənilər boy atar,
Süfrələrə, xonçalara rəng qatar,
Yurd-yuvalar tonqal qalar, od çatar,
Sevgi dolu hərarətə min şükür.

Qaranquşlar müjdə verər yaz gəlir,
Bənövşələr xəzəl altdan dirçəlir,
Durnalar da qatarlaşıb düz gəlir,
Qovuşduran kəramətə min şükür.

Dünya aləm sanki nağıl möcüzə,
Hər yan sehir gül qönçələr tər-təzə,
Budaqlardan çiçək yağır üz-gözə,
Quşlar ötər zildə-bəstə min şükür.

Könülləri bihuş edər xoş ətir,
Arılar da çiçəklərdən bal çəkir,
Gözəllərin əllərində gül çətir,
Bu zəriflik lətafətə min şükür.

Bulud axar, şimşək çaxar, göy gurlar,
Yer üzünə bar bərəkət nur damlar,
Qara şuma toxum düşər nübarlar,
Ruzi verən mərhəmətə min şükür.

Bu elə bir gözəllik ki, tükənməz,
Bu elə bir sevgidir ki, yenilməz,
Söyləməklə bitən deyil əl qərəz,
Bu möhtəşəm təbiətə min şükür.

Yaradandan ümmətə bir hədiyyə,
Novruz payı keçmişlərdən indiyə,
Ulu adət ənənədir Zəkiyyə,
Bu mübarək həqiqətə min şükür.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!