Baş Prokurorluğun rəhbərliyi Zəfər parkında - FOTO .....                        Əli Nağıyev və Orxan Sultanov Zəfər parkında .....                        Gəncədə Prezidentin əlindən tutan qız kimdir? .....                        Millimiz MDB Oyunlarına qələbə ilə başladı .....                        Prezident və birinci xanım Trampın ailəsi ilə bir arada - FOTO .....                        DTX-dən 27 Sentyabr paylaşımı - VİDEO .....                        İlham Əliyev Gəncə şəhər stadionunun açılışını etdi - FOTO .....                        İlham Əliyev 27 Sentyabrla əlaqədar paylaşım etdi .....                        Qələbəyə aparan yolun başlanğıcı - 27 Sentyabr .....                       
Tarix : Bu gün, 18:48
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib


Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib

Xalqımızın şanlı qələbəsi ilə başa çatan və 30 illik vətən həsrətinə döyüş meydanında son qoyulan 44 günlük Vətən Müharibəsinin ilk günü – 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iradəsi və uzaqgörənliyi, yenilməz ordumuzun döyüş əzmi, əsgər və zabitlərimizin şücaəti, xalq-iqtidar birliyi sayəsində Azərbaycan ilahi ədaləti bərpa etdi, düşmən tapdağında olan torpaqlarımız azad edildi, respublikamızın suverenliyi və ərazi bütövlüyü tam bərqərar oldu.

Əsgərlərimizin qəhrəmanlıqları, müjdə dolu xəbərləri ilə tariximizə həkk olunan bu şanlı 44 gündə işğalçıları sərhədlərimizdən qovmağı bacararaq gücümüzü və haqq səsimizi bütün dünyaya göstərə bildik. Xalqımız qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirərək şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini daim uca tutur.

Bu gün Abşeron rayonunda da Vətən müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimiz dərin ehtiramla anılıb. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
İştirakçılar əvvəlcə Xırdalan şəhərində şəhidlərinin xatirəsinə ucaldılan Xatirə Kompleksini ziyarət edib, qarşısına gül dəstələri qoyaraq əziz xatirələrini ehtiramla yad ediblər.

“Anım Günü”nə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Daha sonra Vətən Müharibəsindəki şanlı qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətinə həsr olunan və Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, ordumuzun şücaəti ilə xalqımızın qələbə qazandığını bildirib. Bununla da Azərbaycanımızın ərazi bütövlüyünün və süverenliyimizin tam bərqərar olunuğunu, Qarabağa yenidən həyatın qayıtdığını söyləyən RİH başçısı hazırda işğaldan azad olunan ərazilərdə soydaşlarımızın azad və firavan yaşadığını bildirib.

Sonra Milli Məclisin deputatları Nigar Məmmədova və Rizvan Nəbiyev çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsini bundan sonra daima fəxr və iftixar hissi ilə xatırlayacaq. Bu şanlı tarixin hər zaman böyük fərəh və iftixar hissi ilə öyrəniləcəyini vurğulayan çıxışçılar bildirib ki, Vətən Müharibəsində qazanılan qələbə ilə Azərbaycan öz adını qalib ölkələr sırasına yazdırıb.

Daha sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova və Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək şanlı qələbəmizdən, Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi şücaətdən söz açıblar. Onlar qazanılan qələbəyə, o cümlədən ölkəmizdə şəhid ailələrinə, ümumilikdə müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra “Anım Günü” ilə əlaqədar şəhidlərin əziz xatirəsinə Xırdalan şəhərindəki Heydər Əliyev Parkında, o cümlədən rayonun digər kənd və qəsəbələrində ağacəkmə aksiyaları keçirilib.

Onu da qeyd edək ki, “27 sentyabr - Anım Günü” ilə əlaqədar Abşeron rayonunun kənd və qəsəbələrində yerləşən bütün şəhidlər xiyabanlarında və xatirə komplekslərində abadlıq işləri görülüb, şəhidlərimimiz ziyarət edilərək xatirələri yad edilib.













Paylaş



Bölmə: Şəhidlər / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!