ŞƏRƏFLİ ÖMRÜN AKKORDLARI .....                        Trampdan Nobel mükafatı ilə bağlı açıqlama .....                        Ələtdəki hava limanına yeni rəhbər təyin edildi .....                        “HƏMAS dağıdılmasa, Netanyahu hökumətini devirəcəyik” .....                        Qəzzada müharibə başa çatdı: döyüşlər dayandırıldı .....                        Əminəm ki, Rusiya-Ukrayna müharibəsi də bitəcək .....                        Qəzzaya yardım aparan gəmidə azərbaycanlılar da var imiş - RƏSMİ .....                        MDB nazirləri Düşənbədə görüşdülər .....                        Qardaşı tərəfindən bıçaqlanan gənc xəstəxanada öldü .....                       
20-09-2025, 19:55
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN 80-Cİ İLDÖNÜMÜ

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN 80-Cİ İLDÖNÜMÜ

1945-1946-cı illər İran Azərbaycanında Milli İstiqlal uğrunda mübarizənin ən qanlı, həm də şərəfli dövrü olmuşdur. İstibdad rejiminin əsarətindən qurtarmaq uğrunda başlayan bu mübarizənin alovu ara-sıra səngimiş kimi görünsə də, heç vaxt sönməyib və qələbəyə qədər davam edəcəkdir. Bu mübarizənin başlanması Azərbaycan Demokrat Firqəsinin yaradılması hicri 12 Şəhrivər 1324-cü il, miladi tarixlə 3 sentyabr 1945-ci ildə ADF-nin tarixə “12 ŞƏHRİVƏR MÜRACİƏTNAMƏSİ” adı ilə həkk olunaraq 05.09.1945-ci il tarixində bəyan edildi. Bu tarixi bəyanatı Qüzeyli-Güneyli Azərbaycan ictimaiyyətinin, xüsusilə gənc və orta yaşlı nəslinə təqdim edirik.
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN
“12 ŞƏHRİVƏR MÜRACİƏTNAMƏSİ”

Məlumdur ki, dünya ölkələrində yaşayanlar çoxlu tarixi prosess və səbəblərə görə vahid cəmiyyət halında deyillər. Hər bir ölkənin sərhəddi daxilində yaşayan qəbilə, tayfa və millətlər dil, irqi, adət-ənənələri və s. cəhətdən bir çox xüsusiyyətlərə malikdirdər. Əgər hər bir ölkənin quruluşunda və idarəçilik sistemində bu xüsusiyyətlər nəzərə alınmasa, orada həqiqi demokratiya və milli hökumət mövcud ola bilməz. Dünyanın böyük və mütərəqqi ölkələrinin milli hökumətlərinin nailiyyətlərini sorğulayanda görürük ki, bunların hamısı həmin millətlərin özəl xüsusiyyətlərinin nəzərə alınmasına əsaslanır. Amerika Birləşmiş Ştatları, Birləşmiş Sovet Cümhuriyyətləri, həmçinin İsveçrənin dövlət quruluşları bizim bu fikrimizi mövcud fakt olaraq təsdiq edir. Bu klassik demokratik ölkələrdə milli hüquqları və federasiya üsulunu qorumaqla bütün millətlərinin fərdlərinin ölkənin müqəddəratını həll etmək və dövlət işlərində iştirak etməsinə müvəffəq olmuşlar Məhəlli hüquqlar və federasiya üsulunun mərkəzi idarəetməyə zərər vura biləcəyi fikirləri əsassız və çürük iddialardır. Amma, bunun əksinə olaraq təcrübə sübut etmişdir ki, qəbilələr, tayfalar, millətlər və mərkəzdən kənar yaşayan əhalinin nə qədər müstəqil və sərbəst şəkildə dövlət işlərinə müdaxilə və iştirakı təmin edilərsə, onların vətənlə əlaqəsi və vətənə məhəbbəti o nisbətdə artıq və möhkəm ola bilər. Bu düşüncə və əsas ilə Konstitusiya tələb edən hərəkat yaradanlar və İranın Əsas Qanununu (Konstitusiyasını) yazanlar əyalət və vilayət əncümənlərini (yığıncaqlarını) irəli çəkərək çalışmışlar ki, bu vasitə ilə bütün İran xalqını ölkənin müqəddəratını təyin etməkdə iştirakını təmin etsinlər, əyalət və vilayətlərin yerli özünəməxsus ehtiyaclarını onların əhalisi vasitəsilə təmin etməyə çalışsınlar. Əyalət və vilayət yığıncaqlarının qapalı, qeyri-şəffaf keçirilməsi İran millətlərinin ictimai hüquqdan məhrum edilməsi deməkdir. Mütləqiyyət bürokratiyası rejimi və mənasız mərkəzləşmə vasitəsilə İran məmləkəti bir ovuc satqın, oğru və istismarçı ünsürlərin əlində oyancaq olmuş və bu səbəbdən tərəqqi və təkamül karvanıdan həddən artıq dalda qalmışdır. Tamamilə yararsız bürokratik rejimin mövcudluğunun nəticəsidir ki, İranlıların əksər hissəsi ictimai hüquqdan məhrum, qayda-qanuna və milli hökumətə bədbin olub, İranın gələcəyinə şübhə və ümidsizlik gözü ilə baxırlar.
İnkar etmək olmaz ki, bu gün bizim ölkəmizdə milli hökumət və qayda-qanundan əsər qalmamışdır. İran dövləti əməldə iradəsiz və pozucu bir maşın halına düşmüşdür ki, onun başında duranlar xalqı qarət etməkdən başqa bir məqsəd və niyyət təqib etmirlər. Bütün sahələrdə fəsad, bədbəxtliklər və fəlakət hökm sürür. Bütün əcaibliklər bundan yaranmışdır. Dərəbəyliyin qüvvətlənməsi, diktator və diktatorsevənlərin tapılması bu ağılsız və faydasız idarəetmə üsulunun nəticəsidir ki, dörd-beş nəfər çürük siyasi başçılar güc ilə İran camaatına zorla qəbul etdirmişlər.
Əgər İranda yaşayan ellər, millətlər, xalqlar ölkənin istiqlalını qorumaqla bərabər öz yerlərində və öz sərhəddləri hüdudunda azad və muxtariyyətə malik olsaydılar, ölkənin bütün ümumi qanunlarına riayət etməklə bərabər, öz müqəddəratını öz istək və iradələri ilə təyin etməyi bacarsaydılar, əgər onların özlərinin mədəni, iqtisadi və siyasi cəhətdən tərəqqiləri uğrunda öz əlləri ilə münasib olmayan qeyd və şərtsiz çalışmaq haqqı olsaydı İranın vəziyyəti və hala düşməz, saysız qurbanlar hesabına əldə edilmiş qayda, əsas qanun (konstitusiya) təsirsiz qalmazdı. Buna görə bu vəziyyət min illər davam edərsə İran xalqının düşkün, pis vəziyyət və çarəsizlik dəryasından xilas olub, tərəqqi və təkamül yoluna qədəm qoyması, müstəbid, qaniçən və zalım ünsürlərin əlindən xilas olması mümkün deyil. Əgər bu mənhus rejim olduğu kimi qalarsa, siyasi firqələr (partiyalar) və sair demokratik təşkilatlardan hətta kiçik faydalar belə hasil olmayacaqdır. Ayrı bir çarə yoxdur. Xalq içindən və camaatın geniş xalq kütlələrinin ehtiyacına uyğun əyalət və vilayətlərdə yaşayan xalqların xüsusiyyətləri əsasında əsas qanunun təkmilləşdirilməsi və icrası üzrə ciddi işə başlayıb milli hökuməti işlək və yararlı hala gətirmək lazımdır. Məhəlli hüquqlar və federasiya sisteminin bəsit və sadə forması olan əyalət və vilayət iclasları təzə bir fikir deyildir. Təkcə müasir və mütərəqqi ölkələrdə deyil, tarixən böyük ölkələrdə belə, xalqın və millətlərin xüsusiyyətlərini nəzərə alaraq onların əllərini daxili işlərində açıq qoymuşlar. Böyük Dariyuşun ölkədaxili ərazi bölgüsü də ancaq bu təbii ehtiyac üzərində qurulmuşdur. Qədim İranın ərazi bölgüsü bu günkü fedaralizm və muxtariyyət üsulunun ibtidai formasından başqa bir şey deyildir. Hazırda İrandakı mövcud olan şahənşahlıq rejiminin başqa təfsiri, izahı yoxdur. Əgər mərkəzi hakimiyyəti diktatorluq, özbaşınalıq və zorakılıqdan ötrü saxlamaq istəsək, bu başqa məsələdir. Əgər istəsək ki, mərkəzi dövləti demorkatik hökumətdən yüksəkdə durmasını qəbul edək, o vaxt, böyük milli, mədəni xüsusiyyətlərə malik olan əyalət və vilayətlərə öz daxili işlərində azadlıq və muxtariyyət verməliyik ki, bu vasitə ilə onlar mərkəz ilə mənəvi rabitələrini gücləndirə bilsin.

Bir halda ki, biz Azərbaycanın xüsusiyyətlərindən bəhs edirik və deyirik ki, bu geniş torpaqda dörd milyon yarım Azərbaycanlı yaşayır və bu camaatın dili, adət-ənənəlri, vergi cəhətdən İranın başqa əyalətləri ilə böyük fərqi vardır, həm də bu xalqın öz mədəni işlərində və öz torpağının abadlaşdırılmasına müdaxilə və iştirak etsin, bu zaman biz mərkəzi hökumətin əleyhinə deyil, onun güclənməsinə çalışmış oluruq. Bəzi dar düşüncəli adamlar xəyal edirlər ki, qara-gürüh çomaq, zor vasitəsilə bu xalqın dilini, xüsusiyyətlərini, adət-ənənələrini, sərvətini əlindən almaq mümkündür. Onlar bu xam xəyalla insanları, hətta Azərbaycanın uzaq kəndlərində belə, öz ana dilindən başqa bir dil bilməyən kəndliləri belə, fars dilində danışmağa vadar və məcbur etməyə çalışırlar. Bunlar İran xalqını aldatmaq üçün yaratdıqları milli vəhdət sözünü, insanların paltarı və dilini süni surətdə birləşdirməklə reallaşdıra biləcəklərini düşünürlər. Bilmirlər ki, dilin kökü anaların sinəsindən, xalqın adət-ənənələrindən və maddi həyatından yaranır. Nə qədər analar diri və maddi həyat qaynamaqdadır bu xalqın dilini və adət-ənənələrini əvəz etmək mümkün olan işlərdən deyildir. Milli birlik o vaxt yarana bilər ki, xalqın hamısı öz xüsusiyyətlərini və daxili azadlığını saxlamaqla tərəqqi edib, bir-biri ilə bərabər ola bilsin. Azərbaycan xalqı mərkəzin çürük və yaramaz adamlarının siyasəti sayəsində özünün istedad qabliyyət və zəkasına baxmayaraq hər cür azadlıq, ixtiyardan məhrum edilmişdir. Onun oğullarının öz ana dilində təhsil almaq imkanları olmamışdır. Onun ziyalıları xalqın mədəni, tibbi və sair ehtiyaclarını qarşılamaq üçün heç bir haqq və ixtiyara malik deyildir. Onlar öz ana yurdlarında və özlərinin qızıl törədən torpaqlarında yoxsul və çarəsizlik halında yabançılar və əsirlər kimi yoxsul halda yaşamaqdadırlar. Onun şəxsiyyətini, dilini və milliyyətini hər an aşağılanaraq təhqir etməkdədirlər. Rza xanın şum siyasətinin tərəfdarı və mərkəzi dövlətin rəsmi nümayəndəsi, bəlkə də Azərbaycan xalqı düşmənlərinin nümunəsi olan Əbdüllah Mustafinin təhqiramiz sözləri bayquş səsi kimi hazırda da Azərbaycan xalqının qulaqlarında əks-səda verir. Bir müəyyən saydan başqa bütün Azərbaycan xalqı özlərinin adına, şöhrətinə, milliyyətinə sıx bir surətdə bağlıdır. Bunlar həmişə səy etmişlər, Azərbaycanın azadlığı, səadəti və bununla bərabər bütün İranın azadlığı, səadəti uğrunda ciddi çalışmışlar. Biz mətləbin uzanmasını nəzərə alaraq Azərbaycanın parlaq tarixindən bəhs etmək istəmirik. Bu xalqın mənşəyi və cəsur babalarının böyük bir dövlət təşkil edib uzun illər müstəqil siyasi həyat sürdüklərini də irəli çəkməyirik. Səfəvi sultanlarının Azərbaycan oğullarından təşkil etdiyi qızılbaş ordusunun bu günkü İranın təşkilində gördükləri böyük işlər və göstərdikləri böyük qəhrəmanlıqlardan da bəhs etmirik.
Hətta İran və Azərbaycanın məşrutə hərəkatında Səttərxanın bayrağı altında fədakarlıq göstərən Azərbaycan mücahidlərinin fəyaliyyətlərini də ayrı mövqeyə saxlayırıq. Şeyx Məhəmməd Xiyabaninin azadlıq uğrunda başladığı qiyamı və bundan sonra meydana çıxan bütün qiyamlar və azadlıq hərəkatlarını da şərh etməyəcəyik. Biz deyirik: Azərbaycan torpağında dörd milyondan çox bir xalq yaşayır ki, onlar özlərinin milli mənsubiyyətini tanıyır, özlərinə məxsus dilləri və ayrı bir adət-ənənələri vardır. Bu xalq deyir: biz istəyirik ki, İranın istiqlaliyyətini və bütövlüyünü qorumaqla bərabər öz daxili işlərimizi idarə etməkdə muxtar və azad olaq. Öz evimizi öz istəyimizlə və iradəmizlə idarə edək, məhəlli ehtiyaclarımızı öz gücümüzlə təmin edək.
Azərbaycan deyir: Tehran bizim dərdimizə yetişmir və bizim ehtiyaclarımızı aydınlaşdırıb çarə etməkdə acizdir. Bizim mədəniyyətimizin tərəqqisini məhdudlaşdırır. Bizim ana dilimizi təhqir edib başqa vətəndaşlarımız kimi sərbəst yaşamağa yol vermir. Bununla belə biz oradan rabitəmizi kəsmək iddiasında deyilik. Ölkəmizin bütün və ümumi qanunlarına itaət edəcəyik. Ölkə Parlamentində iştirak edərək fəaliyyət göstərəcəyik. Fars dilinin dövlət dili olmaq şərti ilə milli məktəblərimizdə öz dilimiz ilə bərabər tədris edilməsinə imkan verəcəyik. Amma bunların hamısı ilə bərabər özümüz üçün bu haqqı da qəbul edirik ki, gərək öz evimizin ixtiyar sahibi olub, onu öz səliqəmizlə idarə etmək imkanına malik olaq.

Yuxarıda dediyimiz kimi biz təzə bir iş başlamamışıq. İllərdir ki, Azərbaycanın aydınları Azərbaycan və İranın azadlıq və istiqlalının gizli və açıq şəkildə Azərbaycanlıları mədəni muxtariyyət üçün mübarizə etmişlər. İndi demokratik ölkələrin qəhrəman cavanlarının mübarizəsi sayəsində faşizmin əsası yıxılmış və millətlərin başqa millətlər üzərində ağalıq nəzəriyyəsinin boş bir iddia olduğu sübuta yetmiş, bütün dünya millətlərinin sərbəst bir surətdə öz müqəddəratını təyin etmələri qanunlar, müqavilələr vasitəsilə elan olunmuşdur. Bu halda Azərbaycan xalqı və Azərbaycan azadlıqsevərləri çeşidli fərdlər halında mübarizəsini davam etdirə bilməzdi. Ona görə də bu mübarizəyə rəhbərlik etmək üçün möhkəm intizama malik bir firqə (partiya) təşkilatı yaranmalı idi. Azərbaycan Demokrat Fİrqəsi bu ehtiyacdan doğulmuş bir təşkilatdır. O təşkilat bütün demokratik və azadlıqsevər şəxsləri öz sıralarına dəvət etməklə bir ağır çəkili milli bir mərkəz yaradacaqdır. O Azərbaycan xalqını azadlıq hədəfinə doğru getməyə sövq etməklə, həm də İran xalqının tərəqqi və təkamül yolunu açmış olacaqdır. Əlbəttə bu firqənin proqram və əsasnaməsi çox tezliklə konfrans tərəfindən qəbul edilib xalq arasında yayılacaqdır.
Bununla bərabər Təsisçilər Heyəti bu vasitə ilə firqənin əsas fikirlərini bütövlükdə xalqa elan etməklə onları öz sıralarına çağırmağa başlamışdır.
Əziz həmvətənlər! Budur, böyük tarixi mübarizə dövrü başlanır. Azərbaycan Demokrat Firqəsi hansı sinfə və təbəqəyə mənsub olmasından asılı olmayaraq, hamını öz təşkilatına üzv olmağa və müqəddəs milli mübarizə işində iştirak etməyə çağırır.
Bu firqənin qapıları oğrular və xainlərdən başqa bütün Azərbaycan xalqının üzünə açıqdır. Hər kəs bizim şüarlarımızı və məqsədlərimizi qəbul edərsə çox tezliklə özünü firqə təşkilatına üzv yazdırmalı və Azərbaycanın, bütövlükdə İranın azadlıq bayraqdarının sırasına daxil olmalıdır. Bizim şüarlarımız bunlardır:
1. İranın istiqlal və bütövlüyünü saxlamaqla bərabər Azərbaycan xalqına azadlıq və mədəni muxtariyyət verilməlidir ki, öz mədəniyyəti yolunda və Azərbaycanın abadlaşması və tərəqqisi üçün ümumilikdə ölkənin bütün ədalətli qanunlarına əməl etməklə bərabər öz taleyini təyin etsin.
2. Bu məqsədi həyata keçirmək üçün çox tezliklə Əyalət və Vilayət yığıncaqlarını təşkil edib işə başlamaq lazımdır. Bu yığıncaqlar mədəni, tibbi, iqtisadi sahələrdə fəaliyyət göstərməklə bərabər, bu baxımdan əsasən bütün dövlət işçilərinin əməliyyatını təftiş edib, onların işdən kənarlaşdırılaraq, başqaları ilə əvəz edilməsi ilə əlaqədar fikirlərini açıqlasınlar.
3. Azərbaycanın ibtidai məktəblərində dördüncü sinifə qədər dərslər ancaq Azərbaycan dilində aparılmalıdır və dördüncü sinifdən başlayaraq yuxarı siniflərdə dövlət dili olmaq etibarilə fars dili də Azərbaycan dili ilə yanaşı tədris edilməlidir. Azərbaycanın Milli Universitetinin təşkili də Demokrat Firqəsinin əsas məqsədlərindən biridir.
4. Azərbaycan Demokrat Firqəsi sənayenin, fabrikaların genişlənməsinə ciddi çalışacaq və səy göstərəcək ki, mövcud fabrikaları təkmilləşdirməklə bərabər işsizliyi aradan qaldırılması, manufaktura və maşın sənayesini genişləndirmək üçün vasitələr əldə edərək yeni fabrikalar yaratsın.
5. Ticarətin genişlənməsini ADF-si çox zəruri və ciddi məsələlərdən hesab edir. Bu günə qədər ticarət yollarının bağlı qalması çoxlu kəndlilərin, xüsusilə bağ sahiblərinin və kiçik sazibkarların sərvətlərinin əllərindən çıxmasına və onların dilənçi halına düşməsinə səbəb olmuşdur. Bunun qabağını almaq məqsədi ilə Demokrat Firqəsi bazar tapmaq və Azərbaycan əmtəələrinin xarici bazarlara çıxarılması üçün tranzit yolları axtarmaq işinə də ciddi başlamağı, bu vasitə ilə ümummilli sərvətin azalmasının qabağının alınmasını nəzərdə tutmuşdur.
6. Demokrat Firqəsinin əsas məqsədlərindən biri də Azərbaycan şəhərlərinin abadlaşdırılmasıdır. Bu məqsədə çatmaq üçün Firqə, çox tezliklə şəhər əncümənlərinin qanuni təsdiqini tapıb (burada əncümənlərə qanunla bələdiyyə statusu verilərək, bələdiyyələrə çevrilməsi nəzərdə tutulur) şəhər əhalisinə müstəqidl bir surətdə şəhərin abadlığına çalışıb onları səliqəyə salaraq müasir hala gəlməsinə imkan verilsin. Təbriz şəhərinin su ilə təmin edilməsi Azərbaycan Demokrat Firqəsinin çox təcili cari məsələlərindəndir.
7. ADF-nin təsisçiləri gözəl bilirlər ki, ölkənin məhsul istehsal edəni və iqtisadi qüvvəsi kəndlilərin qüvvətli qoludur. Ona görə Firqə kəndlilər arasında yaranan hərəkatı nəzərə almalıdır. Firqə səy edəcəkdir ki, kəndlilərin ehtiyaclarını qarşılamaq üçün əsaslı tədbirlər görülsün. Xüsusilə kəndli ilə sahibkarın arasında müəyyən bir hüdud təyin etmək və bəzi torpaq sahibləri tərəfindən ixtira edilmiş qeyri-qanuni vergilərin qabağını almaq Demokrat Fİrqəsinin təcili vəzifələrindəndir. Firqə səy edəcək ki, məsələ elə bir surətdə həll edilsin ki, həm kəndlilər razı qalsın, həm də torpaq sahibləri özlərinin gələcəyinə inam duyub, rəğbətlə kəndlərinin və öz ölkəsinin abadlığına çalışsınlar. Boş torpaqları, Azərbayanı tərk edib qaçan və Azərbaycan xalqının zəhmətlərinin məhsulunu Tehranda və sair şəhərlərdə istifadə edən torpaq sahiblərinin torpaqları, onların tezliklə Azərbaycana müraciət etməkdikləri halda, Demokrat Firqəsinin əsasnaməsinə müvafiq olaraq kəndlilərin ixtiyarına verilməlidir. Biz Azərbaycandan kənarda özlərinin təmtəraqlı həyatını təmin etməkdən ötəri sərvətini xaricə aparanları Azərbaycanlı hesab etmirik. Əgər onlar Azərbaycana qayıtmaqdan imtina etsələr, biz onlar üçün belə bir haqqı tanımırıq. Bundan əlavə Firqə çalışacaq ki, Azərbaycan kəndlilərinin əksəriyyəti torpaq və əkin alətləri ilə çox asan və sadə bir surətdə təmin edilsin.
8. Demokrat Firqəsinin mühüm vəzifələrindən biri də işsizliklə mübarizə etməkdir. İndidən bu təhlükə çox ciddi bir surətdə özünü göstərməkdədir. Gələcəkdə bu sel (prosses) gündən-günə qüvvətlənəcəkdir. Mərkəzi dövlət və yerli məmurlar tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir. Əgər prosses bu minval ilə davam edərsə, Azərbaycan xalqının əksəriyyəti çətin bir duruma düşməyə məhkumdur. Firqə çalışır ki, bu təhlükənin qabağını almaq üçün ciddi tədbirlər görülsün. Hələlik fabriklərin yaradılması, ticarətin genişləndirilməsi, əkinçi təşkilatlarının təsis edilməsi, dəmir və şosse yollarının çəkilməsi kimi tədbirlər bu təhlükənin qarşısını xeyli almış olar.
9. Seçki qanununda Azərbaycan haqqında böyük zülm edilmişdir. Dəqiq məlumata görə bu ölkədə dörd milyondan yuxarı Azərbaycanlı yaşamaqdadır. Bu ədalətsiz qanuna əsasən Azərbaycana ölkənin Parlamentində 20 vəkil yeri verilmişdir. Bu qətiyyən mütənasib bir bölgü deyildir. Azərbaycan Demokrat Firqəsi səy edəcək ki, Azərbaycanın öz əhalisinin say nisbətinə uyğun vəkil seçmək hüququ olsun. Bu Təqribən Parlament nümayəndələrinin üçdə birini təşkil etmiş olar. ADF-si Parlamentə (məclisə) seçkilərin mütləq azad olması tərəfdarıdır. O dövlət məmurlarının, ölkə daxilində və xaricində yaşayan varlıların əhalini qorxutmaq, aldatmaq yolu ilə seçki prossesinə qarışmalarına ciddi müxalif olacaqdır. Gərək seçki prossesi bütövlükdə İranda eyni vaxtda başlayaraq, eyni vaxtda qurtarsın.
10. ADF dövlət idarələrinə soxulmuş pozğun, əyri və rüşvətxor şəxslərə qarşı ciddi mübarizə edəcək, dövlət məmurları arasında saf, düzgün, obyektiv insanları dəstəkləyəcək. Xüsusilə Firqə çalışacaq ki, onların maaşları, həyat şəraitləri elə təşkil edilsin ki, onlar üçün oğurluq, xəyanət etməyə bəhanə qalmasın. Onlar özlərinə abırlı həyat qura bilsinlər.
11. Demokrat Firqəsi səy göstərəcək ki, Azərbaycanda dolayısı ilə alınan vergilər ciddi surətdə azaldılsın. Yığılan vergilərin yarısından yuxarı hissəsi Azərbaycanın öz ehtiyaclarına sərf edilsin və dolayısı ilə yığılan vergilər ciddi surətdə azalsın.
12. ADF-si bütün demokratik dövlətlər, xüsusilə müttəfiqlərlə dostluq münasibətləri saxlamaq tərəfdarıdır. Bu dostluğu davam etdirmək üçün mərkəzdə və şəhərlərdə İran ilə müttəfiq demokratik dövlətlər arasında dostluğu pozmaq istəyən xain ünsürlərin əllərini ictimai, siyasi və dövlət işlərindən kənarlaşdırmağa çalışacaq. Demokrat Firqəsini yaradılanların əsl məqsədi budur. Biz ümidvarıq ki, hər bir vətənpərvər Azərbaycanlı, Azərbaycanın daxilində və ya xaricdə yaşamasından asılı olmayaraq bu müqəddəs məqsədə çatmaq üçün bizimlə həmfikir və əlbir olacaqdır. Təbii ki, insan əvvəl öz evini sahmana salmasa, məhəllə, şəhər və ya ölkə üçün işləyə bilməz. Biz əvvəl öz evimiz olan Azərbaycandan başlayırıq və inanırıq ki, Azərbaycanın islah və tərəqqisi İranın tərəqqisinə səbəb olacaqdır. Vətənimiz bu vasitə ilə quldurların və mürtəcelərin əsarətindən xilas olacaqdır.
Yaşasın Demokratik Azərbaycan!
Yaşasın Müstəqil və Azad İran!
Yaşasın İran və Azərbaycan azadlığının həqiqi məşəldarı olan Azərbaycan Demokratik Firqəsi!
(imzalar) – 14 şəhrivər (05.09.1945)
Qeyd: İran Azərbaycanında uzun yüzilliklərdən bəri təhsil, yazı işləri, dövlət və hətta fərdi kargüzarlıq sənədləri, ədəbiyyat, mətbuat və s. fars dilində aparıldığından bəyanatın mətnində Azərbaycan dilində pərçim edilmiş çoxsaylı fars sözlərinin işlənməsinə, eləcə də, cümlə quruluşları və söz sonluqlarının Azərbaycan ədəbi dili qaydaları ilə tərs-mütənasib olan fars dili stilində yazıldığından, oxucularımızın bəyanatın mətnini dəqiq başa düşməsini asanlaşdırmaq məqsədilə bəyanatın mətninin məzmun və mahiyyətini olduğu kimi saxlamaqla Azərbaycan ədəbi dilinin qayda və tələblərinə uyğunlaşdırılmışdır.
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri:
Adilə Çernik-Bülənt
İranlı Mühacirlər Cəmiyyəti İctimai Birliyinin sədri:
Firidun Ənuşirəvan oğlu İbrahimi
19-08-2025, 15:39
Zəngəzur dəhlizi bəhanədir!

Duman Radmehr,
Azərbaycan Demokratiya və İnkişaf
Assosiasiyasının (Ocaq) sədri, İsveç


Zəngəzur dəhlizi bəhanədir!

Panfarsizmin əsas hədəfi bizik – İran türkləri!


Demək olar ki, son illərdə İranda baş verən hər bir hadisədə istər jurnalist, istər təhlilçi, istərsə də dövlət və ya güc strukturları rəsmiləri olsun, bütün vasitələrlə ittiham barmağını Azərbaycan Respublikasına tərəf yönəldir, təhdidlər səsləndirir və hərbi təlimlər keçirirlər. Onların fikrincə, Urmu gölünün qurumasına etirazlar da Azərbaycan dövlətinin işidir, nüvə alimlərinin qətlə yetirilməsi də Bakının əlindən çıxıb. İsrailin İrana hücumu Azərbaycan yolu ilə həyata keçirilib. Az qala, zəlzələlər və su-elektrik kəsintilərini də Azərbaycanın üstünə yıxsınlar. İndi isə, Ermənistan öz ərazisində “Trump/Zəngəzur dəhlizi”nin inşasına icazə verdiyi halda, heç kimin Ermənistanla işi yoxdur, hədəfdə yenə də Azərbaycan dayanır. Daha qəribəsi isə odur ki, həm ölkə daxilində, həm də xaricdə, həm hakimiyyət tərəfdarları, həm də müxaliflər bu mövqedə eyni cəbhədədirlər.
Başqa bir misal! Bir neçə gün əvvəl, özünü radikallara qarşı “mötədil” qanadın mətbuat orqanı kimi təqdim edən ”Entexab” (Seçki) qəzeti “ABŞ, Ermənistan və Bakının Zəngəzur dəhlizi barədə razılaşması” başlığı ilə xəbər dərc etmiş, amma yenə də “Azərbaycan” adını senzuraya məruz qoymuşdur.
Azərbaycanla düşmənçilik mərkəzçi media və siyasi dairələrdə adətən bu kimi əlamətlərlə özünü göstərir. Onlar “Azərbaycan Respublikası” ifadəsini işlətməkdən qaçır, bunun əvəzində “Bakı” sözünü seçirlər. Eyni halda, Arazın cənubunda isə açıq və ya dolayı şəkildə “Azərbaycan” adının silinməsini və yer adlarının farslaşdırılmasını müdafiə edirlər.
Bəlkə düşünürsünüz ki, panfarsistlər Azərbaycanın İranın tarixi bir hissəsi olduğunu, “Gülistan” və “Türkmənçay” müqavilələri ilə ayrıldığını iddia etdikləri üçün belə edirlər və bununla da Azərbaycan Respublikasının mövcudluğunu şübhə altına alırlar. Amma maraqlıdır ki, bu iddia eyni müqavilələrlə Qacar dövlətindən ayrılmış indiki Ermənistana tətbiq olunmur! Eyni yanaşma 1971-ci ildə Pəhləvi dövründə İrandan ayrılmış Bəhreyn üçün də keçərli deyil. Niyə fəqət Azərbsycan?!
Əslində, panfarsizmin əsas məqsədi İranda fars kimliyinin hegemonluğunu və ona aid mədəni, iqtisadi, siyasi imtiyazları qorumaqdır. Bu baxımdan, türklərin assimilyasiyaya və müstəmləkəçiliyə qarşı özünüdərki və müqaviməti onların maraqları üçün ən böyük təhlükə sayılır. Azərbaycan Respublikası və habelə Türkiyəyə qarşı düşmənçiliyin səbəbini də burada axtarmaq lazımdır. Azərbaycan adının silinməsi, Qarabağın Ermənistan tərəfindən işğalına dəstək, PKK ilə əməkdaşlıq, SEPAH-ın ”Qüds” qüvvələrinin Azərbaycanda silahlı dini qruplar yaratması cəhdi və bu dövlətlərə qarşı təbliğat – bütün bunlar bu iki türk dövlətinin İran türklərinə ilham verməsinin qarşısını almaq üçündür.
Aydındır ki, Azərbaycan Respublikasının müstəqilliyi və Türkiyə kanallarının peyk vasitəsilə əlçatan olması, İran türklərinin oyanışı, milli qürur və özünəinamının bərpasında mühüm rol oynayıb. İranda hərtərəfli ayrı-seçkiliyə və təhqirə məruz qalan türk kimliyi bu iki ölkənin (Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası) mövqeyindən ilham alaraq dəyişmiş; təslimçilik yerini müqavimətə vermiş, Güney Azərbaycan milli hərəkatı xalqdan daha böyük dəstək görməyə başlamışdır. Bu iki dövlətin uğurları fars-mərkəzçi İran rejiminin türkləri bacarıqsız, cahil və mədəniyyətsiz göstərmək siyasətini xeyli dərəcədə zərərsizləşdirib. Qarabağın azadlığı isə bu təsirin zirvəsi olub.
Bütü deyilənlərlə yanaşı, Azərbaycan Respublikası bu illər ərzində azərbaycanlıların mədəni irsinin qorunmasında mühüm rol oynayıb. Panfarsizmin məhv etməyə və ya mənimsəməyə çalışdığı bütün ortaq tarixi dəyərlər və yaddaş elementləri Azərbaycan Respublikası tərəfindən beynəlxalq miqyasda qeydiyyata alınır və tanıdılır. Buna görə də panfarsizm və onun yeni versiyası – ”İranşəhri ideologiyası” – Azərbaycan dövlətini zəiflətməyi və inkişafına mane olmağı əsas prioritetlərindən sayır. Elə bu düşüncədir ki, panfarsist “ekspert” Ehsan Movəhhediyan ermənilərlə birgə azərbaycanlılara qarşı döyüşmək üçün silah işlətməyi bacarmağı arzulayır.
Panfarsizmin yazılmamış qaydalarından biri ondan ibarətdir ki, İran türkləri (azərbaycanlılar) öz vətənpərvərliklərini sübut etmək üçün Azərbaycan Respublikasına qarşı düşmənçilik göstərmələridir. Bu qonşu barədə hər hansı müsbət fikir söyləmək və yaxud yaxşı qonşuluq münasibətlərini vurğulamaq panfarsistlər üçün bağışlanmaz günahdır. Ona görə də İrandakı bəzi Azərbaycan türkləri pantürkçülük və separatçılıq ittihamından yaxa qurtarmaq üçün bu şərti qəbul edir və əlaqəli-əlaqəsiz şəkildə Azərbaycan Respublikasına ”hücum” edirlər. Halbuki, İranda türk/Azərbaycan məsələsi olmasaydı, Ermənistan kimi Azərbaycan Respublikası da İranın dostu və müttəfiqi olardı. Azərbaycan Respublikasının bu məsələdə mövqeyi çox önəmlidir.
Hər bir dövlət kimi, Azərbaycan Respublikası və Türkiyənin də azadlıq, rifah və ədalət baxımından çatışmazlıqları ola bilər. Ancaq diqqət edilməli məqam odur ki, farsdilli media bu dövlətlərin uğurlarını qeyd etmədən, çatışmazlıqlarını şişirdərək məqsədyönlü şəkildə təqdim edir. Bu təbliğatın məqsədi farsdilli xalqı bu düşmənçilikdə səfərbər etməkdən daha çox İran türklərinin/azərbaycanlılarının bu ölkələrə olan müsbət baxışını, onların ilham qaynağını zədələmək və böhran anlarında onlardan ümid gözləməsini sarsıtmaqdır. Çünki ümidsiz xalqda dirəniş olmaz. Başqa sözlə, panfarsizm istər İslam Respublikası şəklində, istərsə də başqa bir rejim forması ilə İranda türklərə qarşı mövcud müstəmləkəçi siyasəti qorumağa çalışır.
İranda hakimiyyət və müxalifətin, sol və sağ dairələrin Zəngəzur dəhlizi də daxil olmaqla müxtəlif bəhanələrlə Azərbaycan Respublikasına qarşı birləşməsi, məhz bu ölkədəki Azərbaycan türklərinin müqavimətindəki mənəvi roluna görədir. Iranda türk/Azərbaycan məsələsi gerçəklik olaraq ortada ikən, bu düşmənçilik də dəvam edəcəkdir.
12 avqust 2025

5-07-2025, 14:50
Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı


Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı

Bu günlərdə yaşadığımız kritik tarixi məqamda Güney Azərbaycanın siyasi təşkilatları bir bəyanatla Güney Azərbaycan və İranın digər bölgələrindəki türk xalqına müraciət edərək “Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası”nın yaradıldığını bəyan etdilər.
Güney Azərbaycan Təşkilatlarının Güney Azərbaycan Xalqına və İran Coğrafiyasında Yaşayan Digər Türk Toplumlarına Ünvanlanan Bəyanatı
Azərbaycan türk milləti!
Bu gün artıq heç kimə sirr deyil ki, İranın ən böyük milli zümrəsi olan türk milləti uzun illərdir şiddətli zülm və haqsızlıqla üzləşib. Teokratik rejim öz varlığını saxlamaq üçün ölkənin milli sərvətlərini əsassız ideoloji avantüralara xərcləmiş, xalqın canını və malını girov götürmüşdür. Bu hakimiyyətin yeganə məqsədi öz varlığını davam etdirmək olub.
Ötən yarım əsrdə İran İslam Respublikası, xüsusilə Azərbaycana və ölkənin digər xalqlarına zülm, iztirab və fəlakətdən başqa bir şey gətirməmişdir. Bu gün əhalisinin yarıdan çoxunu Azərbaycan türklərinin və digər türk toplumlarının təşkil etdiyi İranda minlərlə insanımız rejimin terror siyasəti nəticəsində fiziki, ruhi və psixoloji təzyiq altında yaşayır, millətimizin təməl hüquqları sistemli şəkildə pozulur.
Ötən iki həftə ərzində İran-İsrail müharibəsi kontekstində bu rejimin İrandakı xalqları necə dəhşətli şəraitdə yaşamağa məcbur etdiyi dünyaya bir daha aydın oldu. Bu müharibədən yaranan fəlakətli vəziyyət İran rejiminin bölgəni necə uçuruma doğru itələdiyini açıq şəkildə göstərir.
Digər tərəfdən, belə həssas və tarixi şəraitdə bəzi radikal kürd qrupları növbəti dəfə Azərbaycan torpaqları ilə bağlı əsassız iddialar irəli sürərək, onları işğal etməyə çağırıblar. Millətlərin birgə mübarizəsi üçün müvafiq imkanın yaradıldığı bir vaxtda bu səylər nə təsadüfi xarakter daşıyır, nə də sadə lokal mübahisə ilə məhdudlaşır; daha doğrusu bu hərəkətlər bilavasitə xalqların birliyinə xələl gətirmək məqsədi ilə həyata keçirilir və İran rejiminin ömrünü uzatmaqdan başqa heç bir nəticə verməyəcək. Təbii ki, terrorçu qrupların bu işğal yönümlü çağırışları qarşısında mərkəzi hakimiyyətin susması xüsusi məna kəsb edir və çox diqqət çəkir. Belə bir vəziyyətdə Azərbaycan xalqının öz müdafiəsini təşkil etməkdən başqa yolu qalmır. Şübhə etmirik ki, Azərbaycan türk milləti özünü müdafiə etmək gücündədir və bütün gücünü səfərbər edərək, terror qruplaşmalarının Azərbaycan torpaqlarını işğal etməsinə imkan verməyəcək.
Əminik ki, bu yolda sülh və sabitlik istəyən qonşu dövlətlər və xalqlar, eləcə də bütün dünyada mütərəqqi qüvvələr bizim yanımızda olacaqlar.
Biz Güney Azərbaycan təşkilatları olaraq bu tarixi və həssas məqamda bəyan edirik ki, torpağımızda öz müqəddəratımızı təyin etmək məqsədi ilə bir araya gəldik və keçmişdə olduğu kimi bu coğrafiyada yaşayan bütün xalqların dinc yanaşı yaşaması və həmrəyliyi prinsipini ön plana çəkdik. Biz bütün insanların hüquqlarını, azadlığını və təhlükəsizliyini irq, dil, din, etiqad və s. görə ayrı-seçkilik etmədən təmin etməyi öhdəmizə götürürük. Bunun əsasında “Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası”nı yaradır və millətimizə bəyan edirik:
* Milli birliyimizi gücləndirək!
* Vətənimizi, torpağımızı, milli kimliyimizi birlikdə qoruyaq!
* Gəlin ayıq olaq və qarşıdakı təhlükələrə hazır olaq!
* Azadlıq, Ədalət, Milli Hökumət!
* Gələcək bizimdir!
27.06.2025
"Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası"
1. GAÖB – Güney Azərbaycan Öyrəncilər Birliyi;
2. Dirəniş – Azərbaycan Milli Müqavimət Təşkilatı;
3. GAMAC – Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi;
4. AZOH – Azərbaycan Öyrənci Hərəkatı;
5. GAİP - Güney Azərbaycan İstiqlal Partiyası;
6. ACP - Güney Azərbaycan Cümhuriyyət Partiyası;
7. GADP - Güney Azərbaycan Demokrat Partiyası;
8. GAQP - Güney Azərbaycan Qurtuluş Partiyası;
9. AMP – Azərbaycan Mərkəz Partiyası;
10. MDŞ - Güney Azərbaycan Milli Dövlətçilik Şurası;
11. ADF – Azərbaycan Demokrat Firqəsi.
https://www.instagram.com/p/DLZd72zoebD/?igsh=NWF1cXZheTR4ZDZx
17-06-2025, 11:24
Azərbaycançılıqda Cənubi Azərbaycan Amili

Asif Ata

Azərbaycançılıqda Cənubi Azərbaycan Amili

Ürəyinizdə Günəş olsun!
1. Cənubi Azərbaycan məsələsi Azərbaycanın ən əsas siyasi məsələsidir.
Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşsə – indiki Dünyaya qarşı dura bilən iri ölkə yaranar.
İndiki siyasi Dünya dahi tanımır – əhali çoxluğu tanıyır, iqtisadi güc tanıyır, silah tanıyır…
Vahid Azərbaycan ölkəsi Dünyəvi Zəbtçiliyə qarşı dayanar, müstəqilliyini qoruya bilər, siyasi Özümlüyünü Təsdiq edər…
Siyasi Dünya Nəsimi tanımır, Füzuli tanımır – o, bizi balaca görmək istəyir, balaca saxlamaq istəyir.
Vahid Azərbaycan «balacalığımızı» aradan qaldırar, dünyada yerimizi bilərik, Dünya da bizim yerimizi bilər…
Vahid Azərbaycan ölkəmizin Qafqaz vadisində əhəmiyyətini artırar – Şimali Azərbaycanın Cənubi Azərbaycan kimi arxası var…, bu, böyük Üstünlükdür – hələlik gerçəkləşməyən.
Nəhayət, Vahid Azərbaycan ölkəmizin iki gücünü — ruhanilik və Döyüşkənlik ənənələrinin – Nəsimiliyin və Səttarxanlığın Birliyi deməkdir.
Bu, Sabahın rəhnidir, onu bərpa etmək gərək.
2. Zənnimizcə, Cənubi Azərbaycanın Üç Ruhani Yağısı var: İslamçılıq, Farsçılıq və Qərbçilik.
İslamçılıq — Qismətçilikdir.
Qismətçilik Döyüşkənliyə ziddir. Dinə görə – Azərbaycanın indiki Fəlakətli halı – Allah işidir. Allah istəsə, səni xilas edər, istəməsə – eləməz. Allah nə elədiyini bilir. Döyüşməyin mənası yoxdur.
Qismətdən artıq yeyə bilməzsən. İkinci tərəfdən, əyər İslamçılıq bir zaman Ərəbçilik idisə, indi o, farsçılıqdır.
İran İslam vasitəsilə Dünyaya sahib olmaq istəyir – kommunizmin yerini tutmaq istəyir.
Bu səbəbdən də islamçılıqla ruhani Döyüş labüddür, bu nə qədər çətin də olsa – başlanmalıdır.
Ruhani Azadlıq – Siyasi Azadlığın Təməlidir.
Farsçılığın ən mürtəce cəhəti Cənubi Azərbaycanlıların Türklüyünü danmaq – onları fars saymaq, farslaşdırmaq – mahiyyətcə millət kimi ləğv etməkdir…
Bu təmayül mənliyini itirən, özgəçi azərbaycanlılar yaradıb – təhlükəli, fəlakətli.
Özümlüyümüzdən keçən, özgələşən azərbaycanlılar yarası yaranıb Azərbaycan sinəsində – onu sağaltmaq gərək.
Bunun üçün Azərbaycanın Etnos Birliyini Dərk etmək gərək. Azərbaycan Midiya dövründə də Türk ölkəsiydi, Albaniya dövründə də Türk ölkəsiydi, bütün başqa dövrlərdə də Türk ölkəsi olub və qalmaqdadır.
İran Midiyası – əfsanədir, udin Albaniyası – əfsanədir…
Üç Azərbaycan ideyası – Məqsədli Yalandır – Azərbaycan Birdir: onun əsas Etnosu – Türkdür.
Farslaşan azərbaycanlı ruhani və ictimai eybəcərlikdir, cəfəngiyyatdır, onun Varlığı yoxdur əslində – o Yoxluqdur – Varlıq görü¬nür…
Bu Yoxluqda milli Vüqarı, özümlüyü, aqibəti yox etmək niyyəti gizlənib…
O niyyətə qarşı – amansız, ardıcıl, qətiyyətli Ruhani Döyüş gərək.
Cənubi Azərbaycan Azadlığı, Vahid Azərbaycan İdeyasına qarşı – İranın parçalanması Təhlükəsini, «Ədalətsizliyini» qoyurlar və bu möhkəm olmayan İdraka və İradəyə təsir edə bilir, onları Fəaliyyətdən salır.
Əslində isə bir xalqın əzilməsi, buxovlanması, əriməsi bahasına yaranan möhtəşəmlik – parçalanmalıdır, bu, ədalətli hadisədir, qaçılmazdır – imperiyaların heç birinin axırı yoxdur; onlar hansı adlarla çağırılsalar da – mahiyyətləri, aqibətləri birdir…
İranda Azərbaycan Dərdi var – Azərbaycanın Dərdinə qalmaq gərək – Vahid Azərbaycan Məqsədi var – bu Məqsədi siyasətçi taktiki səbəblərdən gizlədə bilər – ancaq Ruhaniyyatçı, İnamçı gizlədə bilməz; Cənubi Azərbaycan Şimali Azərbaycanla Birləşməli, Vahid Azərbaycan yaranmalı, natam Azərbaycan Bütövləşməlidir; – bu, milli məqsəddir – Ədalətli, Zəruri… Bu, Zəbtçilik deyil, qəsdçilik deyil, zəbtçiliyə qarşıdır, qəsdçiliyə qarşıdır.
Türkmənçay yırtıcılığının nəticələri aradan qalxmalıdır.
İndi Şimali Azərbaycanın İrana qatılması məqsədi sezilir; Şimali Azərbaycanın İrandan ayrılıb Rusiyaya calanmasından – Şimali Azərbaycanın İrana «qaytarılmasından» danışırlar… ikinci «İran Azərbaycanı» yaradırlar…
Bu həyadan uzaq niyyət – İdrak və İradə əskikliyinə qida vermək istəyinə əsaslanır: Azərbaycan yoxluğu iftirasını yaymağa çalışır, burda yırtıcılıq yönü tam aşkarlanır, bəyan edilir…
Farsçılıqla Döyüş Ardıcıllığı, Aramsızlığı, Qətiyyəti gərəkdir – azərbaycanlılara – hərtərəfli İnam, İdrak, Mənəviyyat, İradə əməli.
Qərbçiliklə İslamçılıq – eyni hadisənin – özgələşmənin iki qütbləridir.
İslam – farslaşdırır, Qərb Avropalaşdırır…
İslam – möminlik adıyla özgələşdirir, Qərb – azadlıq adıyla.
İslam – dini ağalıqdır, qərbçilik – siyasi ağalıq.
Hər ikisi biri-birini yaşadır. Təzadlar birliyi yaranır.
Cənubi azərbaycanlılar müasir Qərb siyasətinin mahiyyətini yaxşı dərk etməlidirlər.
İndi Qərb və xüsusən ABŞ – İrana qarşıdır…
İran Amerikanı özünə düşmən sayır – Amerika İranın zəifləməsini istəyir.
Lakin Amerika və ümumən Qərb – Azərbaycanın güclənməsini, iri, vahid Azərbaycan yaranmasını istəməz, bu, onun ağalıq iddialarına ziddir. Güclü ölkələr üzərində ağalıq etmək çətindir…
Güclü ölkələrin çoxalması – ağalığın azalması deməkdir əslində.
Bu səbəbdən də Qərbi – azadlıq uğrunda mübarizədə müttəfiq saymaq sadəlövhlük olardı.
Qərbin ağalıqdan başqa dərdi-səri yoxdur; azadlıq – ağalıq vasitəsidir, silahıdır; Qərbin İranla döyüşündə Azərbaycan dərdi yox¬dur; Qərb İranda «demokratik hökumət» istəyir – Qərb ağalığına yarayan; Vahid Azərbaycan ideyası ona yaramır.
3. Cənubi Azərbaycanda müstəqil Uluyurd hərəkatı yaranmalıdır. Tarixdən ibrət dərsi götürməliyik.
İran məşrutəsini Səttarxan yaratdı.
İran məşrutəsi də Səttarxanı məhv etdi.
İran Molla inqilabının ən döyüşkən qüvvəsi Azərbaycanlılardı.
İran inqilabı Azərbaycanlıları əsarətdən qurtarmadı, əsarəti şiddətləndirdi.
Ümumiran hərəkatlarına rəğbət bəsləməli, ancaq onlara qatılmamalı, onlarda itməməli, müstəqilliyi qorumalı, yüksəltməli, ərsəyə çatdırmalı…
4. Şimali Azərbaycanın rəsmi siyasəti – açıq qapı yönüdür. Bu siyasət Azərbaycanın qapısını bütün ölkələrin – o cümlədən İranın üzünə açıb. Ancaq Azərbaycan təkcə rəsmi Dairədən ibarət deyil.
Cənubi Azərbaycanla Şimali Azərbaycan Yurdçularının birliyi gərək: İnam Birliyi, İdrak Birliyi, Mənəviyyat Birliyi, İradə Birliyi.
Bu Birlikdə Fəal iştirak etməyi Ocağımızın borcu sayırıq…
5. Siyasi Əməl – Ruhani Əməllə Birləşməlidir.
Xalqı ayağa qaldırmaq – Xalqı Ayaq üstə qoymaqla Birləşməlidir…
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
4 İşıq ayı, 18-ci il. Bakı.
(May, 1996).
3-06-2025, 06:11
Azərbaycan aşiqi - sevgili Nasirimiz!


Azərbaycan aşiqi - sevgili Nasirimiz!

(Kimlər gəldi, kimlər getdi...)

“Azərbaycan Kültür Ocağı İdarə Heyətinin dəyərli üzvü, Almaniyada Azərbaycanın Musiqi sənətinə böyük töhfələr vermiş tanınmış musiqiçi və sənət fədaisi Nasir Təfazzoli 25 may 2025-ci il tarixində, Berlində 68 yaşında vəfat etmişdir.
Nasir Təfazzoli Təbrizdə musiqisevər bir ailədə dünyaya göz açmış, erkən yaşlarından musiqiyə olan həvəsi və istedadı ilə seçilmişdir. Gənc yaşlarında Almaniyaya köçmüş, burada milli musiqimizin qorunması, inkişafı və təbliği uğrunda yorulmadan çalışmışdır. Onun musiqi fəaliyyəti həm Almaniyada, həm də Avropanın bir neçə ölkəsində böyük hörmət və sevgi ilə qarşılanmış, dəfələrlə Azərbaycan musiqisi konsertlərində çıxış edərək, xalqımızın zəngin musiqi irsini geniş auditoriyalara çatdırmışdır.
1988-ci ildə Berlində Azərbaycan Kültür Ocağının qurucularından biri olaraq, ocağın fəaliyyətində fəal iştirak etmiş, diasporada milli-mənəvi dəyərlərin yaşadılması və inkişafı istiqamətində mühüm işlər görmüşdür. Nasir Təfazzoli həmçinin öz təşəbbüsü ilə yaratdığı musiqi qrupu ilə Azərbaycan muğamını, xalq və klassik musiqmizi Almaniyada və digər ölkələrdə böyük sevgi və ustalıqla təmsil etmişdir. Xanəndə kimi səsi ilə insanlara toxunan, dinləyicilərin qəlbinə yol tapan mərhum, milli mədəniyyətimizin əvəzsiz daşıyıcısı olmuşdur. N.Təfazzoli həm də diasporanın nümunəvi nümayəndəsi kimi, Azərbaycan tərəfdən rəsmi şəkildə Bakıya dəvət olunmuş, orada mədəniyyətimizi və musiqimizi təbliğ etməkdə önəmli rol oynamışdır.
Onun musiqi irsi və mədəniyyətimizin təbliğində gördüyü fədakar işlər Azərbaycanın diaspor fəalları və musiqi ictimaiyyəti tərəfindən daim böyük ehtiramla xatırlanacaqdır.
Onun qəfil itkisi həm doğma Vətənimizdə, həm də xarici ölkələrdə Azərbaycan musiqisini sevənlər arasında dərin kədər yaratmışdır. Biz bu ağır itki qarşısında mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik.
Mərhumun xatirəsi Azərbaycan musiqi tarixində və milli mədəniyyətimizin qorunmasında əbədi yaşayacaq, onun sənətinə və insanlığına olan böyük hörmət və minnətdarlığımız daim ürəklərdə yaşanacaqdır.
Azərbaycan Kültür Ocağı.
- Berlin

26.05.2025”

... May ayının 5-də Rəşid Behbudov adına Mahnı Teatrındakı o kövrək, təlatümlü ifasını xatırlayıram. Ondan əvvəl evimizdə Almaniyadan gəlmiş şair-ozan dostlarımız Şahturna xanım-Ozan Şair cütlüyü ilə birlikdə qonaq olduğu anları da gözlərim önünə təkrar-təkrar gətirir, fələyin bu üzüdönüklüyünə daxilimdən gələn etiraz səsimi səssiz hıçqırıqlarımla bildirməkdən başqa çarə tapmıram.
“Günəş” Dostluq Ansamblı ABŞ-da yaradılıb. Bununla belə, yaradıldığı gündən bütün dünyaya səpələnən istedadlı insanların bir qismini öz ətrafında toplaya bilib. Demək olar əksəri Təbriz əsilli, Güney doğumlu istedadlı soydaşlarımızın doğma, isti ocağına çevrilib bu ansambl. Adları bəlli olduğu kimi, ünvanları da “bəllidir” bu könül sahiblərinin. Günəşin məskəni ellər-oymaqlar, dərələr-dağlar, okeanlar-dənizlər, insanların nəğməkar könülləri olduğu kimi, bizim bu “Günəş”in də ünvanı səyyaridir: “Vətən” deyəndə Azərbaycan, “Azərbaycan” deyəndə Vətən adlı bir qibləgaha üz tutub, o işığa doğru uçar, uçarlar. Odur ki, faktiki ünvanları olmasa da, mənəvi və ruhani ünvanları könüllər evidir bizim “Günəş”çilərin.
Hər bazar günü “Günəş” ansamblı üzvlərinin Zoom proqramı ilə üç saatlıq musiqili-elmi-ədəbi toplantıları baş tutur. Hərə bir diyardan olduğu üçün bizdə, Bakıda axşam vaxtına - saat 20-yə düşür görüş vaxtı. Təbrizdə saat 19:30-a, Torontoda (Kanada) gündüz saat 12-yə, San-Fransiskoda (ABŞ) səhər saat 9-a, Hyustonda (ABŞ) saat 11-ə, İstanbulda (Türkiyə) axşam saat 19-a, Berlində (Almaniya) saat 17-yə və s. düşür. Hamı təyin olunan vaxtda ekran başında olur.

Bu dəfə də belə olmalıydı təbii ki... Lakin gözlənildiyinin əksinə olaraq, may ayının 25-i axşam görüşümüzə elə də çox iştirakçı qoşula bilməmişdi. Səbəbi də məlum idi; mərhum sənətkarımız, istedadlı qarmon ifaçımız, “Günəş” ansamblının yaradıcılarından və ən istəkli üzvlərindən olan mərhum Əli bəy Haqşünasın Bakıda keçirilən anım gecəsinə ansamblın demək olar bütün üzvləri gəlmiş, lakin geri qayıdarkən yollarını doğma Təbrizdən salanlar hələ yaşadıqları ölkələrə gedib çata bilməmişdilər.
O gecəki Zoom proqramı zamanı dostlarla onların Bakı-Azərbaycan səfərindən, H.Əliyev Sarayında Aşıq Çingiz Mehdipurun rəhbəri olduğu “Dalğa” qrupunun konsertindən, Əli Haqşünasın xatirəsinə Rəşid Behbudov Sarayında düzənlənən anım mərasimindən danışdıq, digər gəzintilər barədə təəssüratlar dilə gəldi. Bir xeyli söhbət etdik, gah kövrəldik, gah şuxluq elədik, gah nəğməli könüllər, gah da sehrli barmaqların dilləndirdiyi alətlər dilə gəldi. Şeirdən, sözdən də ərməğanımız olmamış deyildi, əlbəttə. Sonunda hər birimizə sağlıq-salamatlıq diləyib, gələn bazar gününə qədər xudahafizləşdik.
Sən demə, bizim Zoom proqramımızın baş tutduğu saatlarda qrupumuzun ən sevimli, ən mötəbər üzvlərindən biri, istedadlı ifaçı, klassik musiqi və xalq mahnılarımızın, muğamlarımızın mahir ifaçısı Nasir bəy Təvəzoli (Nasir Səhənd) haqq dünyasına uçmaqdaymış.
Bu xəbər biz dostlar üçün o qədər gözlənilməz, o qədər ağrılı, o dərəcədə sarsıdıcı oldu ki, heç bilmədik bir-birimizə necə təsəlli verək, necə ovunduraq. Bəd xəbər tez yayılır, deyirlər. Həqiqətən də, az müddət içində Kanadadan, ABŞ-dan, Təbrizdən, Türkiyədən, Almaniyadan tutmuş, neçə-neçə qürbət diyarlardan zəng açıb, başsağlığı verməkdədir dostlarımız. Axı biz çox yaxın, çox istəkliydik Nasir bəylə. Onun “Qaragilə”si, “Qaçaq Nəbi”si, “Kimlər gəldi, kimlər getdi”si, “Mən olmuşam”ı, “Ürək deyir yaşa hələ”si, “Azərbaycan maralı”, “Qarabağ”ı, “Sənə qurban”ı... hər birimizin dilində əzbərə çevrilmişdi. Hələ istəkli dostu Əli Haqşünasın xatirə gecəsində məclisin sonunda tamaşaçıların xahişiylə mərhumun ən çox sevdiyi “Sevgilim, tut əlimdən, gedək üzü küləyə” bəstəsini necə ürəklə, necə kövrək, həzin duyğularla ifa etdi?!...
Bu gün o - dostlarının dili ilə desək, “bizim sevgili Nasirimiz” aramızda yoxdur. Berlinə yola düşərkən, zəng edib mənə dediyi sözlər hələ də qulağımda səslənir: “Qiymət xanım, üzrlü sayın ki, mən gedərkən sizlərə baş çəkə bilmədim. Gülməmməd müəllimə, Vüqara, o biri balalara salam deyin. Gedirəm, amma tezliklə qayıdacağam. Özü də qızımla bərabər!”
Elə qəhərli, elə titrək səslə deyirdi bu kəlmələri ki... Onsuz da Əli Haqşünasın vəfatından sonra göz yaşları eləcə ovcundaydı. Bir himə bənddi ki, gözündən leysan töksün. Getdi. Nə yazıq ki, bir daha dönməyəcəyi bir dünyaya üz tutdu Nasirimiz.
Səni bir daha görə bilməyəcəyimizə, o sevimli nəğmələrini ecazkar səsində bir daha eşitməyəcəyimizə, o nurlu, mehriban, səmimi simana baxıb işıqlı günlərin hələ öndə olduğuna inanmayacağımıza inanmağımız gəlmir, əziz, istəkli Nasirimiz.
Ruhun şad, Məkanın cənnət olsun, Azərbaycan aşiqi sevgili Nasirimiz!

İSTƏKLİ NASİRİMİZƏ VİDA

Əlimdə olsa, ağrı, acılardan yazmaram,
Qubarlı qardaşlardan, bacılardan yazmaram.
Bülbüllər kimi ötən dillərdən yazmalıykən,
Şaqraq şəlalələrdən, sellərdən yazmalıykən,
Necə yazım ki, bülbül qəfəsində boğuldu,
Bu gedişdən dünyaya sonsuz kədər doğuldu.
Qəlblərdəki ümidi didim-didim diddi o,
Yerlərdən asimana yol çəkən qasiddi o.
Şəfəqlər yayılardı baxışından hər yana,
Gülüşünün bir ayrı şövqü düşərdi cana.
“Sevgili canan”ıydı yerin, ərşin, gürşün o,
Sanki qəm uyudurdu içində gülüşün o.
Həyat dolu bir aləm yaradırdı “Sənsiz”i,
Əridib itirirdi nəfəsiylə çən-sisi.
“Ayrılığ”ın nəfəsi kəsilirdi səsində,
“Mehriban olaq” deyə ötürdü bəstəsində.
“Qaragilə”dən ötrü “Qurban adına” dedi,
Hardan hara gəlmişik, “Bir sal yadına” dedi.
Həsrətiydi haçandan Təbrizin havasına,
El gölündən sonalar qoşulub nəvasına,
Gələn günümü “Qurban verərdim” ötənlərə,
Deyib, “Gedək üzü küləyə”, qoşuldu gedənlərə.
Əli aşiqiydi o, Əli yolunu seçdi,
Bir də baxdıq ki, yoxdu, bir də gördük ki, gecdi...


Qiymət Məhərrəmli,
AMEA Nizami adına Ədəbiyyat İnstitutu “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, “Günəş” Dostluq Ansamblının üzvü.
23-04-2025, 20:12
ADF MK-NIN BƏYANATI

ADF MK-NIN BƏYANATI

23.04.2025
Hörmətli Firqə mənsubları və Güney Azərbaycanın milli azadlıq hərəkatının iştirakçıları,
Azərbaycan Demokrat Firqəsinin keçdiyi tarixi yol xalqımızın iftixar və qürur mənbəyidir. Yaxın günlərdə ADF-nin yaradılmasının 80 illiyini xalqın böyük dəstəyi ilə və iftixarla qeyd edəcəyik. Bu günlərdə çap olunmuş “Azərbaycan Demokrat Firqəsinin İstiqlaliyyət bildirişi” adlı kitabın tərtibatçıları anıdıgımız və milli kimliyinə ehtiram etdiyimiz şəxslər olsa da bu işin ziyanlı bir addım və qüsurlu bir əməl oldugunu elan etmək məcburiyyətindəyik.
ADF-nin fəaliyyət göstərdiyi 80 il ərzində çoxlu sayda ABŞ, Almaniya, İngiltərə kimi dövlətlərin, eləcə də Sovet rejimi xüsusi xidmət orqanlarının gizli sənədləri üzə çıxmış, kanspiralogiya nəzəriyyələr, massonluq, xəyanətlər və ağıla gələ bilməyən iddialarla rastlaşmışıq. Hətta İsrail xüsusi
xidmət orqanlarında ADF sədri, Azərbaycan Milli Hökumətinin (1945-1946) Baş naziri Seyid Cəfər Pişəvəri ilə əlaqədar sənədlər sosial şəbəkələrdə yayılsa, biz təəccüb etmərik. Amma bu kimi addımların kimə və nəyə xidmət edə biləcəyini açıqlamaq məcburiyyətindəyik.
ADF rəsmi olaraq elan edir ki, belə arxiv sənədlərinin, bu günə qədər elan olunmuş və bundan da sonra elan ediləcək arxiv sənədləri, gizli məktublar və məxfi yazışmaların heç birinin nə hüquqi, nə də tarixi əsası yoxdur.
Hesab edirik ki, ADF-nin adından bəyan olunmuş bu “bildiriş” müvafiq arxivdən rəsmi şəkildə elan olunmadıqca, sənədin linqvistik, üslub və frazeolojı təhlili edilmədən onun mötəbərliyi qəbul edilə bilməz. Böyük rəhbər S.C.Pişəvərinin və onun silahdaşlarının yazmış oldugu yüzlərlə səhifə mötəbər sənədlər açıq dövriyyəyə daxil edilib. Hər hansı “bildiriş” yazılarkən, ictimaiyyətə təqdim edilərkən onun kimin qələmindən çıxdıgını və nə üçün Türkiyə türkcəsində tərtib olundugunu biz sorğulamırıq, belə ki, bununla gündəm yaratmaq və əsası olmayan müzakirələr açmaq fikrimiz yoxdur.
Güneydə xalqımızın hələ ki, arzu və məramına çatmadıgı bu dövrdə belə araşdırmalar və saxta gündəm yaratmaq səyləri ziyanlıdır və milli maraqlarımıza xidmət etmir.
ADF Güney Azərbaycanın ən böyük ideolojı sınaqlardan çıxmış, şəhid və qurbanları ilə xalqın tarixi yaddaşında, qəlbində yeri olan siyasi partiyadır. Bu partiyanı gözdən salmaq, qaralamaq düşmənlərin çoxdankı arzusudur. ADF-nin “Azadlıq, Ədalət və Milli hökumət” şuarı həyata keçənə qədər “arxiv və gizli sənədlərlə” baş qarışdırmaq, kimin kim oldugu haqqında, kimin nə düşündüyü haqqında yazılar, müzakirələr təxribat məqsədi daşıyır
ADF-nin Siyasi Heyyəti
19-04-2025, 07:05
Təbrizin "Tıraktur" marşı

Təbrizin "Tıraktur" marşı

Azərbaycanın Xalq artisti, bəstəkar Faiq Sücəddinov Təbrizin "Tıraktur" futbol klubu üçün "Zəfər marşı" bəstələyib. Bu barədə danışan Xalq artisti "Tırktur" üçün marş yazılmasını akademik Rafael Hüseynovun təklif etdiyini bildirib. F.Sücəddinovun sözlərinə görə, marş 12 nəfərlik xor tərəfindən ifa olunub:
"Ancaq biz bunu elə formaya salmışıq ki, 60 nəfərlik xorun ifası kimi səslənir. Solo ifa isə Tural Ağasıyevə məxsusdur. Biz bu təşəbbüsü can-başla işlədik, hesab edirik ki, bu marş "Tıraxtur" klubunu daha böyük zəfərlərə aparacaq".
"Tıraxtur" möcüzəsi öz fəlsəfəsi etibarilə yalnız Azərbaycan hadisəsi deyil, dərindən düşünülərsə və daha nəhəng müstəvidə götürülərsə, əks-sədası sonralar hələ daha qabarıq duyulacaq, ənənəyə çevrilməli qüvvətli milli xarakter təzahürüdür".
"Fəlsəfəsi etibarilə vahid rəmz – istiqlalın, daxili azadlığın, müstəqilliyin, öz iradəsinin şəriksiz sahibi olmağın, elin, dilin simgəsi; amma “Tıraxtur” həm də bu anlayışların hər birini təcəssüm etdirən bir-birindən sevimli rəmzlər silsiləsidir".
Zəfər Marşı
Hücuma keç, üstünlüyü al ələ,
Rəqiblərin meydanını dar elə.
Qalibiyyət inamı yay hər kəsə,
Təbrizimlə, Güneyimlə səs-səsə!

Dərsini ver səni zəif bilənin,
Hərdən sənə üstdən baxıb gülənin.
Hamı görsün sən bir yatmış aslansan,
Coşduğunda sən gur selsən, vulkansan!

İrəli qoş, sıranı yar, qol vur, qol,
Milyonlarla qollar qalxsın, fateh ol!
Atdığın top bütün xalqı oyadır,
Sən millətə ruh verənsən, “Tıraxtur”!

Xalqın sənə daim arxa olubdur,
Elə güvən, sən də xalqa arxa dur.
Sən bu xalqın əzmi, eşqi, “Tıraxtur”,
Sən millətin zəfər məşqi “Tıraxtur”!


26-03-2025, 13:25
Etnik problem təhlükəlidir- İranlı nazir

Etnik problem təhlükəlidir- İranlı nazir
İranda etnik və dini faylar təhrik edilməməlidir, onlar tezliklə əriyə və dağıdıcı alova çevrilə bilər. Bunu İranın irşad naziri Seyid Abbas Salehi özünün X hesabında yazıb:
"Birliyi pozan hər bir səs, hərəkat indi daha qorxulu ola bilər, ona görə də, ölkənin indiki durumunda əvvəlkindən də diqqətli olmalıyıq."
İranlı nazir Urmu şəhərində Azərbaycan türklərinin izdihamlı mitinqindən sonra bu paylaşımı edib.
Qeyd edək ki, martın 18-də kürdlər Urmu şəhərində bayram şənliyini siyasi mitinqə çevirib və Qərbi Azərbaycan əyalətinə torpq iddiası irəli sürüblər. Bundan sonra martın 22-də Urmu şəhərində on minlərlə Azərbaycan türkünün iştirak etdiyi izdihamlı mitinq keçirilib, ərazi iddialarına sərt reaksiya verilib.

26-03-2025, 12:04
Urmulular girov müqabilində buraxılıb

Urmulular girov müqabilində buraxılıb

Əmir İbrahimli, Əli Vəlizadə, Suheil Deyri, Milad Muxtari, Hüseyn Əlizadə və Tahir Qeybi, 25 mart 2025-ci il, çərşənbə axşamı günü girov vərəqi verildikdən sonra Urmu Mərkəzi Həbsxanasından azad edilib. Bu fəallara qarşı “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və sövdələşmə” ittihamı irəli sürülüb. Qərbi Azərbaycan vilayətinin polis komandiri Rəhim Cahanbəxş martın 22-də Urmu xalqının antiterror əyləmi ilə bağlı 22 nəfərin həbs olunduğunu təsdiq edərək, onları “separatçılıq” və “nifrət yaymaq”da ittiham edib.
Qeyd edək ki, kürd terror qruplaşmalarının keçirdiyi mitinqlərdə qondarma Kürdüstan bayrağı açılsa da və separatçı şüarlar səsləndirilsə də onlardan heç kəs həbs edilməyib.


23-03-2025, 19:44
Güney Azərbaycanda kürd kartı

Xaqani Cəfərli


Güney Azərbaycanda kürd kartı

İranın fars-molla rejiminin Güney Azərbaycanda kürd kartını gücləndirməsinə qarşı Urmiyada Azərbaycan türkləri ayağa qalxıb. Urmiyada keçirilən aksiyalarda yarım milyon soydaşımız iştirak edib. Aksiya iştirakçıları “Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb!”, “Azərbaycan yurdumuz, Urmiya boz qurdumuz!” və “Azərbaycan oyaqdır, kürdlər bizə qonaqdır” şüarlarını səsləndiriblər. Etiraz aksiyalarından yayılan görüntülər soydaşlarımızın doğma Azərbaycanın hər bir qarışını müdafiə etməkdə qətiyyətli olduqlarını göstərir.
Güney Azərbaycanda belə bir vəziyyətin yarana biləcəyi ilə bağlı aylar öncəsi Youtebe kanallarında, xüsusilə də Pressklub TV-də Kamran Həsənlinin qonağı olarkən dəfələrlə xəbərdarlıq etmişdim. Bu xəbərdarlığım səbəbsiz deyildi. Milli kimliyini və çoğrafi Azərbaycan faktorunu önə çəkən Məsud Pezeşkianın prezident seçkilərində qələbəsinin fars-molla rejiminin sinir mərkəzlərini hərəkətə keçirəcəyini proqnozlaşdırmaq çətin deyildi.
İndi fars-molla rejimi kürdləri təxribatlara sövq etməklə bir zamanlar Moskvanın Quzey Azərbaycanda oynadığı erməni kartının kürd variantını Güney Azərbaycanda oynamağa çalışır. Erməni kartı ilə Quzey Azərbaycanı istiqlaliyyət və demokartiya uğrunda mübarizədən yayındırmağa çalışan Moskvanın senarisinin eynisini fars-molla rejiminin sinir mərkəzləri Güney Azərbaycanda kürdlərin əli ilə oynamağa başlayıb. Suriya və İraqdakı bir sıra kürd millətçiləri də bu prosesdə vaxtilə Zori Balayan(lar)ın oynadığı rolu oynayırlar. İranda Azərbaycanlıların sayını azaltmağa, kürdlərin sayını artırmağa çalışan bu şəxslər ermənilər kimi uydurma tarix də yaratmağa çalışırlar.

Halbuki, dünyada doğma dili ən çox olan 100 dili müəyyənləşdirmək üçün 1996-cı ildə aparılmış və 1999-cu ildə yenilənmiş “Etnoloq: Dünya Dilləri” (Ethnologue: Languages of the World) araşdırması zamanı İranda 24 364 000 nəfərin doğma dilinin Azərbaycan dili (Cənub ləhcəsi) olduğu müəyyən edilib. Həmin araşdırmanın nəticələrinə görə, 1999-cu ildə İranda fars dillilərin sayı Azərbaycan dillilərdən 84 000 nəfər az olaraq, 24 280 000 nəfər təşkil edib. Yəni, İranda Azərbaycan türkləri çoxluq təşkil edirlər.
Həmin araşdırılmanın aparıldığı 1999-cu ildən bəri İranın əhalisi 23.29 milyon nəfər və ya 36 faiz artaraq 2023-cü ildə 87.76 milyon nəfərə çatıb. Soydaşlarımızın da təxminən 36 faiz artdığını qəbul etsək, bu o deməkdir ki, 1999-cu ildə sayı 24 364 000 nəfər olan Azərbaycanlıların sayı 8 771 040 nəfər artaraq, 2023-cü ildə 33 135 040 nəfər olub.
Qeyd edim ki, elmi tədqiqat olan “Etnoloq: Dünya Dilləri” araşdırması zamanı ana dili 7 milyondan çox olan xalqların sayını müəyyən edib. Həmin araşdırmaya görə, kürd dilini ana dili hesab edənlərin 7 milyon olduğu ölkə yalnız Türkiyədir. İran, İraq və Suriyada kürd dilini ana dili hesab edənlərin sayı az olduğu üçün siyahıya daxil edilməyib.
İranla bağlı ən dəqiq məlumatlara malik olan İsrailin dövlət adamları İranda azərbaycanlıların sayının 35 milyonla 45 milyon arasında olduğunu və İran əhalisinin ən azı 40 faizindən çoxunu təşkil etdiyini qeyd edirlər. İndi isə kürd millətçiləri erməni və rusların bir vaxtlar yaydıqları məlumatı təkrarlayaraq İranda Azərbaycan türklərinin cəmi 17 faiz olması ilə bağlı yalanları tirajlayırlar.

İkinci Dünya Müharibəsindən sonra formalaşmış və Azərbaycan xalqının həyati maraqlarına qarşı olan dünya nizamı artıq dağılıb. Yeni dünya nizamının formalaşmağa başladığı bu günlərdə Azərabyacn xalqının bir gözü Güney Azərbaycanda, bir gözü Şimal torpaqlarımızda (Dərbənd) baş verənləri izləməlidir. Ən azı qarşıdakı 75-100 ilin düzənini müəyyən edəcək proseslərin getdiyi bir zamanda bizim ilk vəzifəmiz məhz budur. Əks halda yeni dünya düzəninin formalaşması zamanı xalqımızım həyati maraqlarını təmin etmək mümkün olmayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!