“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
21-01-2024, 08:27
Ərdəbildə ekoloji problem


Ərdəbildə ekoloji problem

Ərdəbil şəhərindən keçən Qarasu çayı çirkab suları və sənaye tullantıları ilə çirkləndirilir. Bu barədə məlumat yayan yerli ekofəallar çayın çirklənməsi nəticəsində şəhər və ətraf bölgələrdə müxtəlif xəstəliklərin yayıldığını bildiriblər. Bununla yanaşı, ətraf bölgələrdəki 100 kəndin əkin sahələrinin suvarılmasında istifadə olunan suyun kənd təsərrüfatına ziyan vurduğu qeyd edilib.
Ərdəbil şəhərinin 14 kilometrliyində yerləşən Nücədə kəndinin sakinləri bildirirlər ki, bundan öncə əlaqədar qurumlara dəfələrlə məktub yazıb, sənaye şəhərciyinin rəhbərliyinə müraciət etsələr də, heç bir müsbət nəticə ala bilməyiblır.
“Sənaye şəhərciyinin çirkli və kanalizasiya sularının Qarasu çayına axıdılması çayda olan balıqların və digər canlıların məhv olmasına, bölgənin ekosisteminin dəyişməsinə və ətrafdakı əkin sahələrinin yararsız hala düşməsinə səbəb olub”,- kəndlilər sosial mediadakı paylaşımlarda yazıblar.
Qeyd edək ki, Savalan ətəklərindən qaynaqlanan və Ərdəbil şəhərinin içindən keçərək 210 kilometr uzunluğundakı Qarasu çayı ilə birləşən Balıqlıçay Ərdəbilin təbii simvollarından biri sayılır.
21-01-2024, 08:10
Siyasi məhbus təkadamlıqda


Siyasi məhbus təkadamlıqda

Urmu şəhərinin həbsxanasında saxlanılan və yanvarın 15-dən aclıq aksiyası keçirən siyasi məhbus Hamid Qaraoğlani tək adamlıq kameraya salınıb. Bu barədə onun bacısı Haniyə Qaraoğlani məlumat verib. Siyasi məhbusun aclıq aksiyası keçirdiyi və bunun ictimailəşdirildiyi üçün cəzalandırıldığı ehtimal olunur. O, bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq xəstəxanada müalicəsinə icazə verilməməsinə etiraz edir.
Qeyd edək ki, 27 iyun 2020-cı ildə saxlanılan güneyli siyasi məhbus xarici ölkələrə casusluq ittihamına görə 13 il 3 ay azadlıqdan məhrum edilib.
Qaraoğlani, ona qarşı sürülən ittihamların əsassız olduğunu və ondan işgəncə altında məcburi etiraf alındığını bildirib.
25-11-2023, 19:38
GÜNEY AZƏRBAYCANDA KÜTLƏVİ TUTUQLAMALARLA BAĞLI ABBAS LİSANİNİN MİLLƏTƏ MÜRACİƏTİ


GÜNEY AZƏRBAYCANDA KÜTLƏVİ TUTUQLAMALARLA BAĞLI ABBAS LİSANİNİN MİLLƏTƏ MÜRACİƏTİ

Tanrı adıyla

Böyük Azərbaycan Türk Milləti və milli fəallar!
Bildiyiniz kimi, farsların irqçi sistemi 44 il əvvəl Qərb dövlətlərinin maraqlarına uyğun olaraq monarxiya donunu çıxarıb İslam Respublikası paltarını geyindi.
Əgər Pəhləvi dövründə fars şovinizminin əlindəki aləti yalnız qılınc idisə, indi İslam Respublikası adı altında bütün sahələrdə həm qılıncla, həm də teokratiya ilə əgəmənliyini sürdürür . Buna görə də İran adlanan coğrafiyada istər siyasi, istər ictimai, istərsə də milli hərəkatlar başda olmaqla bütün qurtuluşçu hərəkatlar din adı altında qılınc gücü ilə hər cür təzyiq və repressiyaya məruz qalmışdır.
”Güney Azərbaycan Milli Hərəkatı” xalq arasında genişləndikcə təsir dairəsi də anbaan dərinləşir. Bu isə, fars yönlü mərkəzçi hökumətin amansız milli-insani hüquqlara qarşı basqı etməsinə və söndürmə səylərinə yol açır.
Bütün ardı-arası kəsilməz həbslərə, işkəncələrə, şəxsiyyət terroru və qətllərə baxmayaraq, milli fəallar möhkəm iradə ilə fars şovinizminin neçə başlı oyunlarına aldanmadan öz güclü mübarizəsini sürdürürlər.
Güney Azərbaycanda azadlıq döyüşçüləri gündən-günə çoxalır. Özəlliklə azərbaycan gəncləri misli görünməmiş mədəni yöntəmlə fars faşizminə qarşı mübarizə etməkdədir. O gənclər sarsılmaz ümidləri və tükənməz milli iradələrilə Azərbaycan Milli Hərəkatını uca saxlayırlar. Ancaq, fars şovinizmi bu gerçəkliyi basdırmaq üçün durmadan çalışır. Məhz bu üzdən son zamanlar Azərbaycan milli fəallararına qarşı təzyiqləri və qanunsuz həbsləri artırmaqla onların insani haqlarını pozmaq üçün əlindən gələni əsirgəməmişdir.
Sözsüz ki, belə durumlarda baxışından, siyasi görüşündən asılı olmayaraq bütün tutuqlu məhbuslardan hər cürə himayə etmək Azərbaycan Türk Millətinin və onun milli fəallarının milli və insani borcu sayılır. Mən əminəm ki, hər zaman olduğu kimi əziz millətimiz milli fəallarını yalnız buraxmayacaq.
Düşüncəmə görə, tutuqlu milli fəalların hörmətli ailələri istərlərsə, Təbrizdə bir araya gələrək “Məhbuslara azadlıq, yoxsa bizləri də tutuqlayın!” şüarı ilə toplanmanı məqsədəuyğun görüb də istədikləri vaxt və yerdə Təbriz şəhərində bir araya gəlib səsimizi dünyaya eşitdirək.
Mən öz tərəfimdən milli dəyərləri nəzərə alaraq, bu etiraz aksiyasında iştirak etməyi milli borcum hesab edirəm. Təki tutuqlananların ailələri bunu istəsin, yetər!
Bu gün virtual fəaliyyətin gərəkli olduğu hər kəsə bəlli və aydın olsa da, yetərli və kifayət deyildir. Çünki, hakim sistem öz legitimliyini daxildə Allaha və silahlarına, xaricdə isə Qərb dövlətlərinə bağlamaqla heç bir səsə və mesaja qulaq asmaq istəmir.
Əgər doğrudan, iradəmiz məhbəsdəki milli fəallara dəstək olmaqdırsa, meydanlara axın etməliyik. “Azadlıq-Ədalət-Milli Hökumət” şüarilə millət fədaisi kimi, gerçək meydanlarda güc göstərmək məhbusların azadlığı və Azərbaycanın azad olması üçün təkcə hesab edilməlidir. Yoxsa, səssiz və susqun qalmaqla nə tutuqlular azad olar, nə Azərbaycan!
Bu gün siyasi, iqtisadi, ictimai nədənlərdən ötrü Urmu gölünün faciədən qurtuluşu üçün geniş etirazlara qarşı sərgilənən əngəllər etgili olsa belə, zindanlarda işgəncə altında olan milli aktivistlərin azad olunması üçün milli fəalların meydanlara axması kəsinliklə uğurlu sonuclara yol açacaqdır.
Abbas Lisani

Təbrizin mərkəzi zindanı önündə tutuqluların valideynləri və yaxınları
22-07-2023, 09:18
Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq

Ekoloji fəal və tədqiqatçı:
Proqnozlara görə, Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq
İranda ekoloji məsələlər üzrə tədqiqatçı Maşallah Rəzmi bildirib ki, proqnozlara görə, Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq.
Mənbə: https://www.aa.com.tr/fa/2949203 ایران/فعال-و-پژوهشگر-محیط-زیست-طبق-پیش-بینی-ها-دریاچه-ارومیه-تا-آخر-تابستان-کاملا-خشک-می-شود/
İstanbul/Anadolu xəbər agentliyi

İranda etnik və ekoloji məsələlər üzrə tədqiqatçı Maşallah Rəzmi Anadolu xəbər agentliyinə müsahibəsində Urmiya gölünün kritik vəziyyətinə toxunaraq bildirib ki, proqnozlara görə bu göl son nəfəsini verəcək və bu yayın sonuna qədər tamamilə quruyacaq.
O, Urmiya gölündə təbii halda 33 milyard kubmetr suyun olduğunu və dünyada ikinci duzlu su gölü hesab edildiyini bildirərək demişdir ki, bu göl hazırda tamamilə quruyur və içindəki su təxminən bir milyard kubmetrə qədər azalmışdır.
Onun sözlərinə görə, Urmiya gölünün bərpasına nəzarət edən Şərif Texnologiya Universitetinin dərc etdiyi son araşdırmaya əsasən, Urmiya gölü son 60 ildə ən aşağı səviyyədədir və təcili tədbirlər görülməsə, bu yayın sonuna qədər tamamilə quruması gözlənilir.
M.Rəzmi Urmiya gölünün qurumasının əsas səbəbi kimi Urmiya gölünə axan çaylar üzərində 40 böyük bəndin tikilməsini göstərib və qeyd edib ki, bu bəndlər 20 il əvvəl gölə gedən 22 çayın üzərində tikilib və beləliklə də suyun gölə daxil olmasının qarşısı alınıb. Həm də əhalini ərzaq məhsulu ilə təmin etmək bəhanəsi ilə gölün su hövzəsində əkin sahəsini ikiqat artırıblar və gölün ətrafında minlərlə dərin su quysu qazıblar.
Ətraf mühit məsələlərinin tədqiqatçısı M.Rəzmi ötən illərdə insanların etirazı ilə bağlı bəzi bəndlərin tikintisinin dayandırıldığını bildirib və eyni zamanda əlavə edərək deyib: Amma indi Urmiya gölü tamamilə quruduğundan, İranın energetika naziri “Nazlı Çay” və “Bərandüz Çay” üzərində yeni bəndlərin tikintisinə icazə verib.
O, 2016-cı ildə ictimai rəyin təzyiqi ilə İran hakimiyyətinin Şərif Texnologiya Universitetinin nəzarəti altında “Urmiya Gölünün Bərpası Qərargahı” yaratdığını bildirərək dedi: “Bu gölün on il ərzində əvvəlki ekoloji səviyyəsinə çatması və bərpası nəzərdə tutulurdu. Lakin əməli addımlar atmaq əvəzinə bərpa qərargahı yüzlərlə konfrans və komitələr təşkil etdi. Qərargahın yaradılmasından 7 il sonra göl indi son nəfəsini verir. Əslində bütün bu reklam və təbliğatlara baxmayaraq, göldə heç bir canlanma baş verməyib və kiçik Zab çayının suyu da gölə çatmayıb. Gölün bərpasına ayrılan böyük büdcələr də yeyilib”.

Urmiya gölünün tamamilə quruması ilə göl ətrafında 15 milyon insanın həyatının ciddi təhlükə altına düşəcəyini vurğulayan Rəzmi əlavə etmişdir: “Küləklər və duz fırtınaları 500 km radiusda bütün bölgədə həyat imkanlarını məhv edəcək və ölkənin ətraf mühitin mühafizəsi təşkilatının keçmiş rəsmisinin sözlərinə görə, yaxın gələcəkdə 3 milyonluq Təbriz şəhərində yaşayış mümkün olmayacaq.”
Göldən yayılan duzların hazırkı vəziyyəti ilə bağlı ekoloji tədqiqatçı deyib:
“Bu barədə çox araşdırma aparılmayıb, lakin duzlar indi kristal şəklində ətraf ərazilərə yayılıb və zamanla toz halına gətiriləcək. Bundan sonra tufanlar, tornadolar o duzları asanlıqla Tehrana və Kərəcə yayacaq və dediyim kimi, indiki tendensiyanın davam etməsi ilə İranın paytaxtında sağ qalmaq çox çətin olacaq. Hazırda Urmiya gölünün ətrafındakı 40 kənd bu məsələyə görə boşaldılıb və orada artıq əkinçilik etmək imkanı yoxdur. Bu proses xüsusilə kristal duzların toz halına salınması ilə getdikcə daha böyük radiusa çatacaq və ehtimal ki, beş-on il davam edəcək, ətraf mühit və həmin radiusdakı ərazilərin sakinləri üçün çox təhlükəli vəziyyət yaranacaq.”
O, Urmiya gölünün bərpası ilə bağlı təcili həll yolları haqqında təklifləırini də verib:
“Bu regional ekoloji fəlakətin qarşısını almaq üçün İran hakimiyyəti, beynəlxalq qurumlar, o cümlədən BMT-nin Ətraf Mühit Departamenti ən qısa zamanda ciddi və təcili tədbirlər görməlidir. Bəndlərin arxasındakı su dərhal buraxılmalı və bütün çaylardan gölə su təmin edilməlidir. Həmçinin yeni bəndlərin, eləcə də Nazlı çay və Barandüz çay bəndlərinin tikintisinin davam etdirilməsinin qarşısı alınmalıdır”.
13-07-2023, 18:13
Güneyli fəala 16 illik həbs cəzası kəsildi


Güneyli fəala 16 illik həbs cəzası kəsildi

Tehrandakı “Evin” həbsxanasında məhbus olan azərbaycanlı fəal Mahmud Ocaqlı Tehran İnqilab Məhkəməsi tərəfindən 16 il həbsə və əlavə cəzalara məhkum edilib. Bu barədə “Azad İran” teleqram kanalı İranda İnsan Haqları Təşkilatına (HRANA) istinadən məlumat yayıb.
Bildirilib ki, Mahmud Ocaqlı İslam Cinayət Məcəlləsinə görə, “İslam Respublikası əleyhinə təbliğat aparmaq”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə Azərbaycanın Milli Hərəkat Qrupuna üzv olmaq” və “insanları döyüşə və bir-birini öldürməyə təhrik etmək” ittihamları ilə ümumilikdə 16 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, daha əvvəl molla rejiminə etiraz etdikləri üçün milli-mədəni fəal Ramin Əliniyaya, aktivist Əli Rzayiyə, idmançı Səhənd Nurməhəmmədzadəyə və başqalarına həbs cəzaları verilib.
26-05-2023, 07:26
Cənubi Azərbaycanda 14 yazarımızın kitabı çap olundu


Cənubi Azərbaycanda 14 yazarımızın kitabı çap olundu-FOTOLAR

Xəbər verdiyimiz kimi İranda yaşayan azərbaycanlı naşir, tərcüməçi Əli Aslani Azərbaycan şairlərinin şeirlərini ərəb əlifbasına köçürərək çap edir. Əli Aslani 2002-ci ildə Urmu şəhərində doğulub. Uşaq yaşlarından ədəbiyyata marağı olub.
Tərcüməçi Azərbaycanda yaşayan 40 nəfər şair və yazıçının əsərlərini İranda çap etmək və tanıtdırmaq niyyətində olduğunu bildirib. İndiyə kimi 12 şairin şeirlər toplusunu İranda çap etdirib.
Qırx rəqəminin isə onun üçün müqəddəs rəqəm olduğunu deyib. Çünki Cənubi Azərbaycanda qırx milyon azərbaycanlı yaşadığı üçün o, bu cür simvolik rəqəm seçib.
Əli Aslani indiyə kimi Xalq şairi Nəriman Həsənzadənin “Təbriz”, Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq”, Nigar Rəfibəylinin “Bir gün səni görməyəndə”, Əli Tudənin “Mən nə gətirdim”, Afaq Məsudun “Sərçələr”, Əhməd Cavadın “Sevgi candan ayrılmaz, Abbas Səhhətin seçilmiş şeirləri, Səddam Laçının “Xəncər kirpikli qız”, Fərqanə Səfərlinin “Mənim ümidlərim”, Nigar Arifin “Xatirələr otağı”, Ülviyyə Qəhrəmanın “Bir qadın şeir yazır”, Nuranə Rafaelqızının “Mənə bir az nağıl danış”, Zaur Ustacın “Yulğun çiçəyi”, “Leyla Mətinin “Ömrə sığmayan arzular”, kitablarını çap edib.












22-05-2023, 21:48
ADF MK-NIN   BƏYANATI


ADF MK-NIN BƏYANATI
(22.05.2023)
Əziz Həmvətənlər!
Demokratik və hüquqi dövlət olan Amerika Birləşmiş Ştatlarında Əhməd Obalı və oglunun xain hücuma məruz qalması bir daha göstərir ki, xalqın mövcud istibdad rejimindən azad olması bir şərt olaraq qarşımızda vəzifədir. Bu hadisə göstərir ki, “Ölməkdə olan faşıst Molla rejimi son nəfəsini alır”.
Həyatını xalqının azadlıgına, milli demokratik gələcəyinə, dilinin və mədəniyyətinin təbliginə həsr etmiş bir fədakar şəxsin terrora məruz qalması rejimin qorxularından xəbər verir.
İranın irticaçı rejimi Azərbaycan xalqının istiqlalına qarşı birlik yaratmaqdadır və Panfarsist, Paniranist “zibilləri“ eyni məqsədə xidmət edirlər. Azərbaycan xalqının istiqlala dogru yol alması, ugurla keçirilən “birlik mitinqləri” çoxlarının yuxusunu qaçırdıb, “bazarını baglayıb”, onları dərdə salıb.
Azərbaycan Demokrat Firqəsi 78 illik fəaliyyətində bu kimi xain hücumlara dəfələrlə məruz qalmış, pəhləvi rejimində oldugu kimi molla rejiminin də çürük mahiyyətinə yaxşı bələddir.
Güney Azərbaycan milli-azadlıq hərəkatının igid övladları “Azadlıq, Ədalət və Milli Hökumət” şuarı altında nə qədər sıx birləşəcəksə düşmən bir o qədər quduracaq və hücumlar edəcək. Xalqımız buna hazır olmalıdır. Ölkə daxilində oldugu kimi, mühacirət dairələrində də rejimin nökərləri çoxdur və onların ifşa olunması işi də qarşımızda bir vəzifədir.
Bu gün bütün demokratik və milli hərəkat mənsubları “Azadlıq, Ədalət və Milli Hökumət” şuarından kənara çıxan, xalqın minlərlə qurbanlar verməsi müqabilində formalaşdırdıgı “milli ideyanı” təftiş etmək, təxrib etmək bir mənalı olaraq azadlıq hərəkatına xəyanət etmək deməkdir.

ADF MK-nın Siyasi Heyəti
24-04-2023, 15:30
Güney Azərbaycanda valideynlər məktəbin önündə keşik çəkir


Güney Azərbaycanda valideynlər məktəbin önündə keşik çəkir

Güney Azərbaycanın Zəngan şəhərində valideynlər övladlarını kimyəvi terrordan qorumaq üçün məktəbin önündə keşik çəkirlər. Bu barədə “Azad İran” teleqram kanalı məlumat paylaşıb. Qeyd edək ki, son günlər İranda qızların oxuduqları məktəblərdə müəmmalı kimyəvi hücumlar olub, zəhərlənmələr baş verib.
25-03-2023, 10:26
Güneylilər böyük aksiyaya çıxır


Güneylilər bu gün böyük aksiyaya çıxır


Brüsseldə Lüksemburq meydanında bir-iki saat öncədən yığışaraq, saat 14:00-dan yürüşə başlayacaq, bayrağımızın altında “Azadlıq, Ədalət, Milli Hökumət” şüarlarımızı səsləndirəcəyik.

Bu sözləri “Azadlıq və Ədalət” yürüşünün logistika komitəsinin rəhbəri Mahmud Bilgin deyib.
O, bu gün – 25 martda Belçikada baş tutacaq yürüşün proqramını açıqlayıb:
“Aksiyada əsas şüarımızla yanaşı, “Qadın, kişi əl-ələ, zülmün başın əzməyə”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan oyaqdır, varlığına dayaqdır”, “Azərbaycan öz yolunu tapıbdır, səltənəti-vilayəti atıbdır” kimi şüarlar ilə hərəkət edəcəyik. Fars rejiminin təxribatını önləmək üçün müəyyən təhlükəsizlik işləri görülüb. Şuman meydanında bir çadırımız olacaq. Səhnədə sözçülər, yürüş komitəsinin başçıları və qonaqlar çıxış edəcək. Rus zülmünə məruz qalan ukraynalılardan da dəvət olunan insanlar var. Onları da dinləməyə imkan yaradılıb. Ərəb, türkmən, qaşqay, bəluclara da bu imkan tanınıb. Sonra Güllü Muradova milli bütövlük himnimizi səsləndirəcək, “Azərbaycan sənsən mənim” mahnısı ifa olunacaq. Bu, Güney Azərbaycanda önəmli məsələdir və bu mahnı oxunananda hamımız ayağa qalxarıq. Odur ki, bu mahnını proqramımızın bir parçası etmişik”.
Komitə rəhbərinin sözlərinə görə, tədbirin sonunda qətnamə qəbul olunacaq:
“Qətnamədə İran-fars molla rejiminin Azərbaycan türkləri və qeyri-fars millətlərinə qarşı assimilyasiya siyasəti yürütməsi ilə əlaqədar olaraq, bütün etniklərin İranda bərabər haqqa sahib olması tələb ediləcək. Qadınlara qarşı zülmə, qızlarımızın zəhərlənməsinə görə fars molla rejiminin boykot olunmasını dünya ictimaiyyətindən istəyəcəyik. SEPAH-ın terror qüvvəsi kimi tanınmasını da tələb edəcəyik. İran-fars rejiminin Azərbaycan Respublikasına qarşı bu qədər hədə-qorxu gəlməsi və silahlı hərbi əməliyyat keçirmək təxribatlarına qarşı Azərbaycanımızın yanında olduğumuzu elan edəcəyik. Prezidentimizə Güney Azərbaycanın haqlarını müdafiə etdiyinə görə təşəkkürümüzü bildirəcəyik. Yekunda qətnaməmizdə İranda yaşayan qeyri-fars millətlərin və 40 milyon Güney Azərbaycan türkünün haqqının əzilməsi yer alacaq”.
15-03-2023, 14:08
Azərbaycanlı müəllimə fəal Tehranda həbs olundu


Azərbaycanlı müəllimə fəal Tehranda həbs olundu

Əslən Güney Azərbaycanın Muğan bölgəsindən olan ictimai fəal, müəllim Zeynəb Həmrəng Seyidbəyli Tehranda İranın təhlükəsizlik qüvvələrinin məmurları tərəfindən həbs edilib. Bu barədə onun yaxınları məlumat veriblər. Zeynəb Həmrəng Seyidbəylinin saxlanıldığı yer, həbsinin səbəbləri barədə məlumat əldə etmək mümkün olmayıb. Bildirilib ki, o, müəllimlərin hüquqlarını müdafiə edən təşkilatın fəal üzvlərindən biridir. Zeynəb Həmrəng Seyidbəyli təhsil işçilərinin hüquqlarının qorunması tələbilə etiraz aksiyalarında iştirak etdiyi üçün əvvəllər də polis və təhlükəsizlik qurumları tərəfindən saxlanılıb. Qeyd olunub ki, Güney azərbaycanlı ictimai fəal müəllim 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinə səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi. O, “ölkənin təhlükəsizliyinə qarşı aksiyalar təşkil etməkdə” ittiham olunaraq 5 il, “hökumətə qarşı təbliğat aparmaq” ittihamı ilə isə 1 il həbs cəzasına məhkum olunmuşdu. Zeynəb Həmrəng Seyidbəyli 2022-ci il oktyabrın sonlarında şərti azadlığa buraxılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!