"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
3-05-2026, 08:41
Çempion edam edildi

Çempion edam edildi

İranda etirazlar zamanı həbs olunan 21 yaşlı karate çempionu Sasan Azadvar Conaqani İsfahandakı Dəstgerd həbsxanasında edam edilib.
İran məhkəmə sistemi tərəfindən yayılan məlumatda Azadvar “Allaha düşmənçilik” və “düşmənlə effektiv əməkdaşlıq” ittihamları ilə məhkum olunub.
Onun etirazlar zamanı təhlükəsizlik qüvvələrini daşıyan nəqliyyat vasitəsinə daş və kərpic atdığı, şüşələrini sındırdığı və təhlükəsizlik işçilərinə hücum etdiyi iddia edilib. Həmçinin Azadvarın nəqliyyat vasitəsini yandırmaq üçün benzin hazırlamağa çalışdığı, lakin uğursuz olduğu bildirilib. İranda Ali Məhkəmə hökmü təsdiqləyib və edam cəzası icra edilib.
“Hengaw” insan haqları təşkilatı bildirib ki, Azadvar işgəncəyə məruz qalıb və vəkillərinin müdafiəsi zamanı qarşı tərəfdə etibarlı sübut olmayıb. Vəkillər platforması isə ittihamların İran qanunvericiliyindəki “Allaha düşmənçilik” maddəsinə uyğun olmadığını vurğulayıb.
29-04-2026, 14:53
Urmuda 1500 işçi işsiz qaldı

Urmuda 1500 işçi

işsiz qaldı


“Kar və Kargar” qəzeti yazıb ki, Urmuda yerləşən “Maral Sənaye” müəssisəsi fəaliyyətini dayandırdıqdan sonra təxminən 1500 müqaviləli işçi qeyri-müəyyən vəziyyətdə qalıb. Məlumata görə, Urmu yolunun 10-cu kilometrliyində yerləşən və özəl sektor tərəfindən idarə olunan, treyler, ox və ehtiyat hissələrinin istehsalı üzrə ən böyük istehsal zənciri hesab edilən bu müəssisə fəaliyyətini dayandırıb.
Hesabatda bildirilir ki, işdən azad olunma barədə bildiriş alan bəzi köhnə işçilər üç ay müddətinə işsizlik müavinəti almaq üçün əmək idarəsinə yönləndirilib. Digər tərəfdən, əsasən sürücü olan bir sıra yeni işçilər isə birbaşa işdən çıxarılıb.
Son bir ayda bu sənaye müəssisəsində xammalın (dəmir və polad lövhələr) təminatında yaranan problemlər işəgötürəni müvəqqəti bağlanma və işçi ixtisarına məcbur edib. Eyni zamanda, işçilərin əlavə iş saatları və istifadə olunmamış məzuniyyət haqları da daxil olmaqla bəzi ödənişləri gecikdirilib.
İşçilər bildirirlər: “Bundan əvvəl şirkətin vəziyyəti çox yaxşı idi və maaşlar demək olar ki, vaxtında ödənilirdi, lakin son bir-iki ayda yaranan xammal və maliyyə çatışmazlığı bu müəssisənin fəaliyyətinin dayanmasına və işçilərin işsiz qalmasına səbəb olub.”
Onların sözlərinə görə, “Maral Sənaye”nin hazırkı rəhbərliyi problemlərin həlli üçün addımlar atır və müəssisənin yenidən fəaliyyətə başlaması üçün dövlətin dəstək kreditlərini almağa çalışır.
İşçilər əlavə ediblər ki, məsul şəxslərin problemlərdən xəbərdar olmasına və dəfələrlə müraciət edilməsinə baxmayaraq, Urmu şəhərində heç bir rəsmi qurum bu məsələyə ciddi yanaşmır və bir aydan artıq vaxt keçməsinə baxmayaraq, istehsalın bərpası üçün heç bir addım atılmayıb.
Bu hadisələr ABŞ və İsrailin İranla müharibəsindən sonra iqtisadi böhranın dərinləşməsi fonunda baş verir. Son aylarda ölkədə işsizlik artıb, bir çox istehsal müəssisəsi xammal çatışmazlığı, enerji problemləri və maliyyə çətinlikləri ilə üzləşib. Bu vəziyyət əmək bazarına əlavə təzyiq yaradır və müxtəlif sahələrdə ixtisarların davam edəcəyi ilə bağlı narahatlıqları artırır.

29-04-2026, 14:44
Qəzvində xəstəxana tikintisi yarımçıq qalıb

Qəzvində xəstəxana

tikintisi yarımçıq qalıb


Qəzvin şəhərində 700 çarpayılıq xəstəxananın inşası layihəsi yarımçıq qalıb.
Bu barədə əyalət valiliyi məlumat yayıb.
Təməli 2017-ci ildə qoyulan xəstəxananın inşa işlərinin yalnız 37 faizi yerinə yetirilib.
Bunun vəsait çatışmazlığı ilə bağlı olduğu bildirilib.
25-04-2026, 13:54
Silahlar aşkar edilərək götürülüb

Silahlar aşkar edilərək götürülüb

Silah və sursat qaçaqmalçılığı ilə mübarizə aparmaq və sərhəd zolağında nəzarət tədbirlərini gücləndirmək üçün əyalət sərhədinin əlçatmaz yüksəkliklərində yerləşən sərhədçilər 28 ədəd tapança silahı aşkar edib və götürüblər.
Bunu Qərbi Azərbaycan əyalətinin Sərhəd Mühafizəsinin komandanı Məhəmməd Əhmədi deyib.
O, silahlarla yanaşı 55 ədəd mərmi darağı və 978 ədəd döyüş gülləsinin də götürüldüyünü bildirib.
Əhmədi, silah qaçaqmalçılarının qonşu ölkəyə (İraq-G.Tv) qaçdıqlarını və onların müəyyən edilərək saxlanılmaları üçün iş aparıldığını söyləyib.
25-04-2026, 13:49
41 nəfərə ağır cəza verildi


41 nəfərə ağır cəza verildi

Həmədan əyalətində müharibə ilə əlaqədar həbs edilən 41 barəsində ağır cəza hökmləri verilib.
Bu barədə Həmədan əyalətinin ictimai və inqilab prokuroru Abbas Nəcəfi bildirib.
Saxlanılanları "muzdlu" və "düşmən ünsür"ləri adlandıran prokuror onların bir neçəsi barədə edam qərarı çıxarldığını bildirib:
"41 düşmən muzdlusuna qarşı cinayət işi açılıb və onlara əmlak müsadirəsi, həbs və edam cəzası da daxil olmaqla ağır cəzalar verilib".
Onun iddiasına görə, bu şəxslərin bir qismi xarici ölkələrdə yaşayır və casusluq xidmətlərinə qulluq etmək üçün rejimə qarşı təbliğat aparırıblar.
Nəcəfi, həmin şəxslərin aktivlərinin müəyyən edilərək müsadirə edildiyini bildirib.
21-04-2026, 22:09
Əhməd Obalının yazısını təqdim edirik:


Əhməd Obalı “The Jerusalem Post” üçün

Əhməd Obalının

yazısını təqdim edirik:


Güney azərbaycanlı müxalif jurnalist kimi, İranın Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Əli Laricani kimi bir zalımın olmadığı bir dünyada yaşadığım üçün böyük sevinc hissi keçirirəm. O, İran rejiminin siyasətinin böyük hissəsinin əsas memarlarından biri və Azərbaycan xalqına qarşı uzun illər davam edən təzyiq siyasətinin aparıcı simalarından biri idi.
İran çoxmillətli bir ölkədir; farslar, azərbaycanlı türklər, kürdlər, bəluclar, əhvaz ərəbləri, lorlar və türkmənlərdən ibarətdir və bu qrupların heç biri əhalinin 50 faizini təşkil etmir. Güney azərbaycanlılar əhalinin ən azı üçdə birini təşkil edir və məhz bu səbəbdən Laricaninin aradan götürülməsi bu qədər mühüm hesab olunur.
Düzdür, keçmiş ali rəhbər Əli Xamənei və keçmiş SEPAH komandanı Qasım Süleymani də azərbaycanlılara qarşı düşmən münasibətləri ilə tanınırdılar. Süleymani Ermənistan–Azərbaycan münaqişəsi dövründə Azərbaycana qarşı çox fəal idi. O, dəfələrlə İranı Ermənistana daha çox silah göndərməyə və onları açıq şəkildə dəstəkləməyə çağırmış, azərbaycanlıların “qeyri-irani xalq” olduğunu iddia etmişdi. Süleymani, həmçinin azərbaycanlı mənşəli SEPAH üzvlərinin dəfələrlə yoxlanılmasını və Güney Azərbaycan və onun xalqına simpatiyaları olduğu təqdirdə, yüksək vəzifələrdən uzaqlaşdırılmasını tələb edirdi. Ancaq İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricani azərbaycanlılara qarşı xüsusi və fərqli bir nifrət bəsləyirdi.
Diskriminasiya siyasətinin institusionallaşdırılması
Laricani İran siyasi elitasında azərbaycanlıları aşağılayan televiziya və radio proqramlarının – uşaq verilişləri, filmlər, seriallar və hətta xəbər buraxılışlarının-hazırlanmasını tövsiyə edən və həyata keçirən ilk yüksək vəzifəli şəxslərdən biri idi. O, İran İslam Respublikası Yayım Qurumunun rəhbəri olduğu dövrdə 1995-ci ildə keçirilmiş məşhur sorğunun əsas təşkilatçısı olmuşdu; bu sorğu sonradan azərbaycanlı kimliyinə və etnik mənsubiyyətinə qarşı hücumların gücləndirilməsi üçün bəhanəyə çevrildi.
Professor Brenda Şaffer “Iran is More Than Persia” adlı kitabında yazır ki, 8 may 1995-ci ildə İranın “Əhrar” qəzeti IRIB-in (İran Radio və Televizyası) İrandakı “türk” vətəndaşlara – yəni azərbaycanlılara – münasibətlə bağlı sorğu keçirdiyini bildirmişdi. Sorğuda belə suallar yer almışdı:
“Bir türklə evlənmək istərdinizmi? Qızınızın bir türklə evlənməsinə razı olardınızmı? Dini mərasimlərdə (məsələn, Aşura) türklərlə birlikdə iştirak edərdinizmi? Ev alsanız, türklə qonşu olmağa razı olardınızmı? Türk çoxluğunun yaşadığı məhəllə və ya şəhərdə yaşamaq istərdinizmi? Türklə dost olmaq istərdinizmi? Türklərin evinə qonaq getmək istərdinizmi?”
Şafferə görə, “nəticələr fars cəmiyyətində bu qrupa qarşı son dərəcə mənfi münasibətin olduğunu göstərdi; respondentlərin əksəriyyəti İran azərbaycanlıları ilə ünsiyyətdən qaçmaq istədiklərini bildirdilər. Bu sorğu 9 may 1995-ci ildən başlayaraq azərbaycanlıların etiraz dalğasına səbəb oldu.”
Etirazlara universitet tələbələri rəhbərlik edirdi. Onlar fars cəmiyyətində son yüz ildə davam edən aryançı irqçi siyasətə və IRIB-in belə bölücü sorğunu keçirmə motivlərinə qarşı çıxırdılar. Etirazlar Tehran Universitetində başladı. Azərbaycanlı tələbələr ümid edirdilər ki, fars tələbələr də onlara qoşulacaq, ancaq bu baş vermədi. Nəticədə azərbaycanlı tələbələr öz təşkilatlarını - Azərbaycan Akademik Cəmiyyətini yaratdılar.
Şaffer yazır: “O vaxta qədər etnik əsasda ayrıca tələbə birlikləri yox idi.” Etirazlar daha sonra Təbriz və azərbaycanlıların digər sıx yaşadığı şəhərlərə yayıldı. Təbriz Universitetində minlərlə tələbə 9 may aksiyalarında iştirak etdi. Azərbaycanlı tələbələr eyni zamanda prezident aparatına, parlamentə, cümə namazı imamlarına və Şərqi Azərbaycan, Zəncan və Ərdəbil vilayətlərinin rəhbərlərinə məktublar göndərərək bu sorğunu pislədilər və Təbriz Universitetində Azərbaycan dilində təhsil hüququ tələb etdilər.
Mahmud Əhmədinejad dövründə isə “Iran” qəzetində məşhur təhqiramiz karikatura yayımlandı. Bu qəzet və IRNA xəbər agentliyi 2006-cı ilin yazında daha bir genişmiqyaslı azərbaycanlı etirazlarını alovlandıran dövlət qurumları oldular.
Milyonlarla azərbaycanlı küçələrə çıxdı. Bəzi şəhərlərdə etirazlar o qədər genişləndi ki, insanlar qısa müddət ərzində bəzi məhəllələrə nəzarəti ələ keçirdilər, ancaq sonradan etirazlar rejim tərəfindən sərt şəkildə yatırıldı. Minlərlə insan həbs olundu, rəsmi məlumatlara görə ən azı 12 nəfər öldürüldü, qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm daha yüksək idi.
Əli Xamənei özü televiziya vasitəsilə üzr istəməyə məcbur oldu. Həmin karikaturada azərbaycanlılar “bitməz hamamböcəkləri” kimi təsvir edilir, Azərbaycan dili isə “hamamböcəyi dili” adlandırılırdı və azərbaycanlıların “nəcis ilə qidalandığı” iddia edilirdi.
2006-cı il etirazları birbaşa Laricaninin daha əvvəl yaratdığı anti-azərbaycanlı siyasətin nəticəsi idi. Daha sonra bir televiziya proqramında azərbaycanlıların guya diş fırçasından istifadə etməyi bilmədiyi iddia edilərək azərbaycanlı bir uşağa tualet fırçası göstərilib “azərbaycanlılar dişlərini belə fırçalayır” deyilmişdi. Rejim bu cür təhqirlərin təkrarlanmayacağını vəd etsə də, Laricaninin yaratdığı sistem səbəbindən bunun davam edəcəyi aydın idi.
Laricani azərbaycanlı məsələsində o qədər sərt mövqedə idi ki, hətta rejim tərəfdarı olan azərbaycanlılara belə etibar etmirdi. O, Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edildikdən sonra prezident Məsud Pezeşkianı kənara çəkərək idarəetməni faktiki olaraq özü həyata keçirirdi.
Bütün bu səbəblərə görə, Laricaninin aradan götürülməsi məni sevindirir. O, yalnız Qərbə və İsrailə qarşı sərt xətt tərəfdarı deyildi, eyni zamanda Güney Azərbaycan xalqının ən böyük düşmənlərindən biri idi.
Ümid edirəm və dua edirəm ki, onsuz bölgənin və dünyanın gələcəyi daha parlaq olacaq.


21-04-2026, 21:38
Urmudan şad xəbər

Urmudan şad xəbər

Urmiya gölündə mövcud olan su miqdarı 2 milyard 890 milyon kubmetrə çatıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur. Bu barədə Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin sədri Məcid Rəstqari məlumat yayıb. Bildirilib ki, son həftələr su hövzəsi ərazisində kifayət qədər yağıntı, gölə axan çaylarda suyun çoxalması və bəndlərdən suyun buraxılması Urmiya gölünün vəziyyətinin yaxşılaşmasında əsas amillər olub. Göldə canlanmanın güclü mövsümi yağışlarla da əlaqəli olduğunu deyən Rəstqari bunu gölün bərpası deyil, bərpa prosesinin başlaması adlandırıb.

17-04-2026, 21:03
SEPAH iki gənci öldürüb

SEPAH iki gənci öldürüb

Son həftələrdə İranda nəzarət məntəqələrində “Bəsic” və SEPAH qüvvələri tərəfindən azı iki gəncin öldürüldüyü bildirilir.
Mənbələrin bildirdiyinə görə, qurbanlardan biri İsfahan vilayətinin Şahinşəhr şəhərindən olan Morteza Mədədidir. O, martın 8-də “Bəsic” nəzarət məntəqəsində açılan atəş nəticəsində sinəsindən vurularaq həyatını itirib.
Məlumata əsasən, ailəsi hadisə ilə bağlı hüquqi addımlar atmağa çalışdıqdan sonra təzyiq və təhdidlərlə üzləşib.
Ayrı bir hadisədə isə Mazandaran vilayətinin şimalında yerləşən Ramsər şəhərində yaşanıb. Bir gənc nəzarət məntəqəsində saxlanıldıqdan və yoxlama zamanı etiraz etdikdən sonra həyatını itirib. Yerli məlumatlara görə, o, “Bəsic” qüvvələri tərəfindən elektroşok cihazı ilə hücuma məruz qalıb və hadisə yerində ürək dayanmasından ölüb.
Mənbələr əlavə edib ki, bu şəxsin ailəsinə də hadisəni ictimailəşdirməmək üçün təzyiq göstərilib.
16-04-2026, 15:10


Daha 13 azərbaycanlının

əmlakı müsadirə olundu


Müharibə ilə bağlı daha 13 həmədanlıya qarşı cinayət işi açılıb və onların əmlaklarının müsadirəsi barədə qərar verilib.
Bu barədə Həmədan Prokurorluğu məlumat yayıb. Onlar "düşməənlə əməkdaşlıq" və "milli maraqlara zidd fəaliyyətlər"də günahlandırılıblar.
Cəzalandırılan azərbaycanlıların kimliyi barədə açıqlama verilməyib.
Qeyd edək ki, ötən həftə isə eyni ittihamlara görə 25 həmədanlının əmlakı müsadirə olunmuşdu.
P.S. Azərbaycanlıları müflisləşdirmək Fars rejiminin köhnə taktikasıdır. Adamları həbs edir. Mülk qarşılığında azadlığa buraxıb, olan-qalanın əlindən alır, qısa müddətdən sonra yenidən həbs edirlər.
13-04-2026, 22:14
Cənubda repressiyalar güclənib


Cənubda repressiyalar güclənib

Şərqi Azərbaycan vilayətinin mərkəzinin ümumi və inqilab prokuroru “son hadisələr” fonunda bu vilayətdə təhlükəsizlik məsələləri ilə bağlı 60-dan çox cinayət işinin açıldığını və bunlardan 10-nun “casusluq”la bağlı olduğunu bildirib.
Hüseyn Məhəmmədzadənin sözlərinə görə, bu işlərdən bəzilərində müəyyən edilmiş maksimum cəza casusluğa görə cəzaların sərtləşdirilməsi haqqında qanuna uyğun olaraq “müharibə (moharibə)” həddinə qədərdir.
O, əlavə təfərrüat vermədən qeyd edib: “Onlardan bir qismi artıq ittiham aktının verilməsi mərhələsindən keçib və vilayət məhkəmələrində yekun qərar çıxarıldıqdan və Ali Məhkəmədə təsdiqləndikdən sonra müvafiq hökmlər ən qısa zamanda icra olunacaq.”
Bu açıqlamalar saxlanılan şəxslərin kimliyi, onların nə vaxt və harada həbs edildiyi, həmçinin bu işlər üzrə məhkəmə iclasları barədə heç bir məlumatın açıqlanmadığı bir vaxtda səsləndirilib.
Hərbi gərginlik və müharibə şəraitində İranın məhkəmə sistemi görünməmiş şəkildə edam hökmlərinin verilməsini və icrasını sürətləndirib. Bu addımlar, çox vaxt məcburi etiraflara və qrup məhkəmələrinə əsaslanaraq, xarici münaqişələrlə paralel şəkildə daxili repressiya vasitəsi kimi istifadə olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!