TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
8-06-2026, 14:44
Güneyli fəalın şərti azadlıq tələbi qəbul edilmədi


Güneyli fəalın şərti azadlıq

tələbi qəbul edilmədi


Fatimə Atəşi Xiyavinin şərti azadlığa buraxılması tələbi rədd edildi; azərbaycanlı fəal Evin həbsxanasında qalacaq.
Şəhid Müqəddəsi İcra Hökmləri Şöbəsinin 1-ci bölməsi Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Fatimə Atəşi Xiyavinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti rədd edib. O, həbs cəzasının yarıdan çoxunu çəkməsinə baxmayaraq, qərara əsasən cəzasını Evin həbsxanasında çəkməyə davam edəcək. Fatimə Atəşi Xiyavi 2025-ci il fevralın 23-də Evin Prokurorluğunun Hökm İcra Şöbəsinə müraciət etdikdən sonra həbs edilərək cəzasının icrası üçün Evin həbsxanasına köçürülüb. O, daha əvvəl İran məhkəmə sistemi tərəfindən “rejim əleyhinə təbliğat” və virtual məkanda fəaliyyəti ilə bağlı irəli sürülən ittihamlar əsasında həbs cəzasına məhkum edilmişdi.
Verilən hökmə əsasən, xanım Atəşi birinci instansiyada Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində hakim "Əbülqasim Sələvati”nin sədrliyi ilə “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma” ittihamı üzrə beş il həbs cəzasına məhkum edilib. Bu hökmün üç ili beş il müddətinə şərti olaraq dayandırılıb.
O, həmçinin “rejim əleyhinə təbliğat fəaliyyəti” ittihamı ilə bir il müddətinə təzir həbs cəzası alıb.

5-06-2026, 11:36
Qəzvinli fəal qız həbs edilib


Qəzvinli fəal qız

həbs edilib


Qəzvindən olan azərbaycanlı fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib

Yanvar etirazları zamanı saxlanılanlardan biri olan qəzvinli fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib.
Bu barədə onun həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, Qəzvin İnqilab Məhkəməsinin 2-ci şöbəsi, hakim Davud Təşkərinin sədrliyi ilə çıxardığı qərarda Suri Babayi Çəqinini 3 il həbsə məhkum edib.
Məlumata əsasən, Çəqini “rəhbəri təhqir etmək” və “sistem əleyhinə təbliğat aparmaq” ittihamları ilə təqsirli bilinib. Həbs cəzası ilə yanaşı, onun mobil telefonu və SİM kartının müsadirə edilməsinə, həmçinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulmasına qərar verilib.
Suri Babayi Çəqini qadın hüquqları və vətəndaş fəalıdır. O, Qəzvin şəhərində yaşayır və məcburi hicab siyasətinin tənqidçilərindən biri kimi tanınır. Üç uşaq anası olan fəal məcburi hicaba qarşı kampaniyalarda fəal iştirak edib.
2-06-2026, 12:36
Təbrizdə tələbə hərəkatı fəalı həbs edilib

Təbrizdə tələbə hərəkatı

fəalı həbs edilib


İran İslam Respublikası Təhlükısizlik məmurları Təbrizdə yaşayan tələbə hərəkatı fəalı, Əllame Təbatəbai Universitetinin Həmkarlar İttifaqı Şurasının keçmiş katibi Əmir Hüseyn Səadəti həbs ediblər.
Bu bardə insan haqları təşkilatları məlumat yayıb.
İyunun 1-də həbs edilən fəalın evində axtarış aparılıb və ona məxsus şəxsi əşyalar müsadirə olunub. Əmir Hüseyn Səadətin ittihamı və hara aparıldığı barədə açıqlama verilməyib.
31-05-2026, 09:57
Güneyli futbolçunun məzarı hədəf alındı


Güneyli futbolçunun

məzarı hədəf alındı


Etirazlarda öldürülən Güneyli futbolçunun məzarı hədəf alındı.
Mübin Qənbərinin ailəsinə qarşı yeni təzyiq dalğası.
Gunaz.tv-nin məlumatına görə, İran hakimiyyətinin etirazçılara və etirazlarda həlak olanların ailələrinə qarşı təzyiqləri davam edir. Bu dəfə Xoy şəhərində yanvar etirazları zamanı öldürülən Güney azərbaycanlı futbolçu Mübin Qənbərinin məzar daşı dağıdılıb. Mübin Qənbəri Xoy şəhərindən olan 20 yaşlı azərbaycanlı futbolçu idi və “Peykan” klubunun gənclər komandasında çıxış edirdi. O, 2026-cı il yanvarın 8-də Tehranda baş verən etiraz aksiyaları zamanı İran İslam Respublikası qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib. Məlumata görə, gənc futbolçunun cənazəsi ailəsinə Tehran yaxınlığındakı Kəhrizəkdən təhvil verilib.
Mübin Qənbərinin məzar daşının dağıdılması İran hakimiyyətinin etirazlarda həyatını itirənlərin ailələrinə qarşı davam edən təzyiq siyasətinin yeni nümunəsi kimi qiymətləndirilir.

28-05-2026, 17:41
Ağıllı deputatdan maraqlı fikir

Ağıllı deputatdan

maraqlı fikir


İranlı deputat internetin yenidən açılmasının qanunsuz olduğunu deyib. İran parlamentinin mədəniyyət komitəsinin sözçüsü bildirib ki, internetə çıxışın yenidən bərpası qanuna ziddir. Əhməd Rəstineh İslam Respublikası real internetdən ayrılmış daxili şəbəkə olan Milli İnformasiya Şəbəkəsini tamamlamaq üçün bütün imkanlarından istifadə etməlidir. Deputat əlavə edib ki, internetə “nəzarətsiz çıxış”, xüsusilə yeniyetmələr baxımından ölkəyə ciddi zərər vura bilər. O həmçinin bildirib ki, Prezident Məsud Pezeşkian tərəfindən internetə çıxışı bərpa etmək üçün yaradılmış qurumun səlahiyyəti yoxdur, çünki onun funksiyaları Ali Kiberməkan Şurasının səlahiyyətləri ilə üst-üstə düşür.
28-05-2026, 17:30
Fərşi 8 aylıq həbsdən sonra azad edilib


Fərşi 8 aylıq həbsdən sonra azad edilib

Azərbaycanlı türk fəal Əlirza Fərşi 8 aylıq həbs cəzasının müddəti başa çatdıqdan sonra Mərənd həbsxanasından azad edilib.
Azərbaycan Milli Hərəkatının fəalı Əlirza Fərşi bununla bağlı özünün sosial media hesabında paylaşım edib.
Xatırladaq ki, Əlirza Fərşi 20 avqust 2025-ci ildə Mərənd ədliyyəsinə müraciət etdikdən sonra polis qüvvələri tərəfindən 8 aylıq həbs cəzasını çəkmək üçün Mərənd Mərkəzi Həbsxanasına köçürülmüşdü.
1978-ci il təvəllüdlü Əlirza Fərşi Tehranın Şərif və Texnologiya universitetlərinin proqramlaşdırma ixtisası məzunudur. O, Culfa Beynəlxalq Universitetindən uzaqlaşdırılmış müəllim, “Hər Türk Kəndinə Bir Türk Kitabxanası” kampaniyasının qurucusu, Milli Elitlər Fondunun üzvü və İran-İraq müharibəsində həlak olmuş komandirin oğludur.
Əlirza Fərşi Azərbaycanda tanınmış mülki fəallardan biridir və Güney Azərbaycan türklərinin hüquqları uğrunda fəaliyyəti səbəbilə dəfələrlə saxlanılıb və həbs olunub.
25-05-2026, 15:32
Ərdəbil hava limanında   uçuşlar bərpa edilir


Ərdəbil hava limanında

uçuşlar bərpa edilir


Təhlükəsizlik qiymətləndirmələrindən sonra, sərnişinlərin əvvəlki kimi hava nəqliyyatından istifadə edə bilməsi üçün əyalət mərkəzi hava limanından uçuşların təşkili üçün zəmin yaradılacaq.
Bunu Ərdəbil Hava Limanlarının baş direktoru Davud Rəzinəjad deyib.
Onun sözlərinə görə, uçuş və təyinat hava limanları ilə aviaşirkətlər arasında lazımi koordinasiyadan sonra Ərdəbil hava limanından uçuşlar yaxın günlərdə bərpa olunacaq.
Qeyd edək ki, 28 fevral İran-Amerika və İsrail müharibəsi başlayandan sonra Ərdəbil hava limanının da fəaliyyəti dayandırılıb.
20-05-2026, 07:04
Zəncanlıların da əmlakı müsadirə edildi


Zəncanlıların da

əmlakı müsadirə edildi


Güney Azərbaycanda yeni təzyiq dalğası; onlarla insanın əmlakı donduruldu.
Gunaz TV-nin məlumatına görə, Zəncan vilayətinin məhkəmə rəsmiləri Güney Azərbaycanın türk şəhərlərindən biri olan Zəncanda 52 nəfərin əmlakının müsadirə edildiyini açıqlayıb. Bu addım İranın mübahisəli “casusluq və sionist rejimlə əməkdaşlığa görə cəzaların sərtləşdirilməsi” qanununa əsasən həyata keçirilib.
Zəncan vilayətinin məhkəmə rəisi Əli Fərəci-Bərhəq bildirib ki, qərar məhkəmə göstərişi ilə icra olunub və müsadirə edilən əmlaklara rial və xarici valyuta hesabları, qızıl, daşınar və daşınmaz əmlak daxildir.
Məhkəmə qurumunun yaydığı məlumata görə, bu halların 33-ü Zəncanda, 15-i Əbhərdə, 3-ü Xürrəmdərədə, bir hal isə Xudabəndə və Tehranda qeydə alınıb.
Rəsmilər həmçinin bu işlə bağlı 7 nəfərin saxlanıldığını, bəzi şəxslərin isə İran xaricində olduğunu bildiriblər.
Bu addım İran məhkəmə sisteminin istinad etdiyi qanunun hüquqşünaslar tərəfindən ciddi tənqid olunduğu bir vaxtda atılıb.


17-05-2026, 10:49
Azad internet 8 milyon tümənə çatdı

Azad internet 8

milyon tümənə çatdı


İranda internetə qoyulan məhdudiyyətlərin davam etdiyi bir şəraitdə “pro internet” və ya internetə daha geniş çıxış imkanı verən xüsusi sim-kartların qiyməti milyonlarla tümənə yüksəlib və adi vətəndaşlar üçün əlçatmaz hala gəlib.
Gunaz TV-nin məlumatına görə, əvvəlcə bizneslər və müəyyən xüsusi qruplar üçün nəzərdə tutulan “pro internet” xidməti indi qeyri-rəsmi bazarda 8 milyon tümənə, bəzi hallarda isə daha yüksək qiymətə satılır.
Məlumatlara əsasən, bu xidmətin rəsmi qiyməti daha aşağı olsa da, internet məhdudiyyətləri və artan tələbat səbəbindən qara bazar formalaşıb və internetə daha sərbəst çıxış kommersiya malına çevrilib.
“Pro internet” istifadəçilərə beynəlxalq internetə daha yaxşı çıxış imkanı verir. Lakin bu imkan adi vətəndaşlar üçün ya ümumiyyətlə əlçatan deyil, ya da yalnız yüksək məbləğ ödəməklə əldə edilə bilir.
Qiymət artımı İran vətəndaşlarının internetin sürətinin aşağı salınması, filtrləmə və geniş onlayn məhdudiyyətlərlə bağlı şikayətlərinin artdığı bir dövrdə baş verir. Tənqidçilər bildirirlər ki, bu vəziyyət ölkədə rəqəmsal ayrı-seçkiliyi və internetə çıxışda sosial bərabərsizliyi daha da dərinləşdirir.

17-05-2026, 10:24
Qərbi Azərbaycanda 129 nəfərin   əmlakını müsadirə edilib


Qərbi Azərbaycanda 129 nəfərin

əmlakı müsadirə edilib


İran məhkəmə sistemi iqtisadi təzyiqin yeni mərhələsinə start verib. Gunaz TV-nin məlumatına görə, Qərbi Azərbaycan ostanının məhkəmə sisteminin rəhbəri bu ostanda yaşayan 129 nəfərin əmlakının təhlükəsizlik ittihamları ilə müsadirə edilməsi barədə göstəriş verildiyini açıqlayıb.
Qərbi Azərbaycan məhkəmə sisteminin rəhbəri Nasir Ətəbati şənbə günü, 26 ordibeheşt (16 may) bildirib ki, bu qərar məhkəmə orqanlarının “anti-təhlükəsizlik fəaliyyətləri” və “düşmən ölkələrlə əməkdaşlıq” adlandırdığı ittihamlar çərçivəsində verilib. O, bu şəxslərin kimliyi barədə heç bir məlumat vermədən onları “düşmən amilləri” və “xainlər” adlandırıb, bu cür işlərdə məhkəmə təqibi və əmlakın müsadirəsinin davam edəcəyini vurğulayıb. Bu addım İranın müxtəlif bölgələrində son aylarda vətəndaşların əmlaklarının müsadirəsi və ya üzərinə həbs qoyulması ilə bağlı xəbərlərin artdığı bir vaxta təsadüf edir. Bu addımlar adətən təhlükəsizlik ittihamları, xarici media ilə əlaqə və ya xarici qurumlarla əməkdaşlıq iddiaları ilə əsaslandırılır.
Tənqidçilər bu prosesi hökumət tənqidçilərinə və müxaliflərə qarşı iqtisadi təzyiq vasitəsi kimi qiymətləndirir. Onların fikrincə, məhkəmə şəffaflığı olmadan, işlərin detalları açıqlanmadan və təhlükəsizlik dosyeləri adı altında vətəndaş əmlakının müsadirəsi ciddi insan haqları narahatlığı yaradır.
İndiyədək İran məhkəmə orqanları 129 nəfərin kimliyi, müsadirə olunan əmlakın növü və ya bu işlərin hüquqi prosesi barədə əlavə məlumat yaymayıblar.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!