Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
5-07-2022, 15:47
"Ana sport" futbol klubu yeni uğur qazanıb

Təbrizin qadınlardan ibarət "Ana sport" futbol klubu yeni uğur qazanıb

İran çempionatının ikinci liqasında yarışan Təbrizin qadınlardan ibarət "Ana sport" klubu ardıcıl iki qələbə qazanaraq, bu yarışın ikinci mərhələsinə adlayıb.
Yeni sezonda ölkənin ikinci qadın futbolçuları liqasında 12 komanda hər biri 4 komandadan ibarət 3 qrupda mübarizə aparırlar.
İyulun 4-də Təbriz təmsilçisi "Ana sport" Qum şəhərinin "Polimeri İraniyan" komandası ilə keçirdiyi görüşdə 5-0 hesabı ilə, iyulun 5-də isə Əlbor əyalətinin "Setareqan" komanası ilə qarşılaşmada 4-3 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
Süheyla Kəyaninin baş məşqçisi olduğu "Ana sport" komandasının üzvləri iki qələbədən 6 bal toplayaraq növbəti mərhənin ilk yerində qərarlaşıblar.

22-06-2022, 21:50
SEPAH-a bağlı media təbrizli millət vəkilini hədəfə alıb


SEPAH-a bağlı media təbrizli millət vəkilini hədəfə alıb

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Cavan” xəbər saytı Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyanı gənclərin problemləri ilə bağlı çıxışına görə hədəfə alıb. Sayt millət vəkilini qeyri-peşəkarlıqda və başqa cərəyanlara qulluq etməkdə günahlandırıb, nüvə danışıqlarından tutmuş uşaq bezinə qədər bütün məsələlərə münasibət bildirməyini tənqid edib.
Qeyd edək ki, Təbriz, Üskü və Tufarqanın İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan iyunun 19-da isfahanlı millət vəkilinin demoqrafik problemlə bağlı çıxışına münasibət bildirib:
"Deyirlər ki, ölkədə kişilərlə qadınların sayı bərabərdir və qızlar xarici vətəndaşlarla evləndirilməlidir. Belə olduğu təqdirdə bəs kişilər üçün nə təklif edirlər"-deyə, Pezeşkiyan bildirib. Təbrizin millət vəkili gənclərin evlənməməsi ilə bağlı fikirlərin yanlış olduğunu, bunun əsas səbəbinin deyilmədiyini söyləyib.
"Gənclərin evlənməməsi problem deyil. Əsas məsələ işsizlik, yoxsulluq və gələcəyə inamsızlıqdır"-deyə, Məsud Pezeşkiyan bu səbəblər ucbatından ölkədə boşanmaların sayının artdığını deyib.
Xatırladaq ki, İran parlamentinin üzvü və Gənclik Planı Komissiyasının sədri Əmirhüseyn Bankipurfərd iranlı qızların dünya şiələri ilə evləndirilməsini təklif edib.
O, hesab edir ki, bu, dünyada şiə birliyinin möhkəmləndirilməsi və İranda subaylıq probleminin həllinə yardım edəcək.
Deputatın iranlı subay qızların və 30-dan çox yaşı olan boşanmış qadınların ölkə xaricində şiə və müsəlman həyat yoldaşı tapmaları ilə bağlı çıxışı sosial mediada ən çox müzakirə olunan mövzuya çevrilib. O, deyib ki, siyahıyaalmanın nəticələrinə əsasən, 2016-cı ilə qədər İranda 30 yaşlarında təxminən 1,5 milyon qız və 30-50 yaş arasında 700 min boşanmış qadın var.
Timur
22-06-2022, 19:55
Quzeyli şairimiz Güneyli qardaşımızı təbrik edir

Quzeyli şairimiz Güneyli qardaşımızı təbrik edir
Bu gün-22 iyun Güney Azərbaycanımızın Əhər şəhərində yaşayan istedadlı şair Həmid Gəncənin doğum günüdür. O, həm də sazımızın, sözümüzün yorulmaz təbliğatçısıdır, müəllimdir.
Təkcə şeirləri ilə deyil, səmimiyyəti, yurda bağlılığı, gözəl insani keyfiyyətləri ilə də qəlblərə yol tapır. Dostluqda da çox etibarlıdır, təmənnasızdır. Qüzey Azərbaycanımızdan da çoxlu dostları var. Bünövrəsi böyük şairimiz Eldar İsmayıl Böyüktürklə qoyulan bu dostluq əlaqələri xüsusi ehtiramla davam edir. Buradakı dostları adından Həmid Gəncəni ad günü münasibətilə bir daha təbrik edir, şəxsi həyatında və yaradıcılığında uğurlar arzulayıram!

Sevgi və sayğılarla: Arif Məmmədli
21-06-2022, 22:21
Sulduzlu milli fəal məhkəməyə çağırılıb

Sulduzlu milli fəal məhkəməyə çağırılıb

İran Məhkəmə Sisteminin elektron sistemi vasitəsilə göndərilən bildirişdə milli fəal Höccət İsmətzadədən 29 iyun saat 12:00-da Sulduz şəhərinin İkinci Cəza Məhkəməsinin 101-ci bölməsində olması istənilib. Məhkəmə bildirişində fəalın “xəbərləri təhrif etmək, yalan məlumatlar, foto və görüntülər yaymaqla məqsədli şəkildə ictimai asayişi pozmaq”da ittiham olunduğu qeyd olunub.
Bir müddət bundan öncə Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərindən olan milli-mədəni fəal Höccət İsmətzadənin özünün iştirakı olmadan barəsində 2 il 6 ay həbs və 50 şallaq zərbəsi cəzası qərarı çıxarılıb.
Qeyd edək ki, Höccət İsmətzadə 2021-ci il sentyabrn 4-də “xəbərləri təhrif etmək, yalan məlumatlar, foto və görüntülər yaymaqla məqsədli şəkildə ictimai asayişi pozmaq”da ittiham olunaraq İran təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Ancaq sentyabrın 5-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Fəalın saxlanılması səbəbi Sulduzun Saxsıtəpə kəndində yerli türklərlə etnik kürd azınlığı arasında baş verən qarşıdurma ilə bağlı məlumat yayması olub.
Cavidan
20-06-2022, 03:59
"TƏBRİZİN BAŞ MOLLASI NƏ İSTƏYİR?"

Vidadi Mustafa


"TƏBRİZİN BAŞ MOLLASI NƏ İSTƏYİR?"

Bir neçə gün əvvəl bir qrup Təbriz mollası birgə bəyanat imzalayaraq, Azərbaycan Respublikasında İslam dininin, onun şiə məzhəbinin və ən əsası İran rejiminin əlaltıları olan ekstremist və radikal islamistlərin müdafiəsinə qalxmışdılar. 36 nəfərlik siyahıda Təbrizin baş mollası, yəni Rəhbərin Şərqi Azərbaycanda nümayəndəsi və Təbriz cümə imamı Al Haşımın adı yox idi. Fikirləşdik ki, bu etiraz bəyanatı aşağı səviyyəli dairələrin mövqeyini əks etdirir. Görünür, Al Haşıma həmin bəyanatı imzalamadığı üçün xəbərdarlıq edilib. Odur ki, “səhvini düzəltmək” üçün bu gün, CÜMƏ günü xutbəsində, 18 iyun 2022-ci il tarixində (cümə imamlarının həftəlik icmal və gələn həftə üçün göstərişlərin verilməsi ilə bağlı uzun-uzadı xütbə etdikləri gün) Azərbaycan hökumətindən İslam dininin bu ölkədə qorunması ilə bağlı tələb irəli sürübdür.
Çox qəribədir ki, rejimin İranda və Cənui Azərbaycanda nümayəndələri və əlaltıları öz statusu və səlahiyyətlərinə baxmadan, bir başa Azərbaycan HÖKUMƏTİNDƏN …..tələb edirlər.
Yenidən mollaların Azərbaycan Respublikasının daxili işlərinə qarışmağa cəhd göstərməsi və həmin işə mərkəzin göstərişi ilə Təbriz mollalarının başlamasının səbəbi hələ ki, məlum deyil. Amma bir qədər əvvəl Təbrizin Şiə dünyasının paytaxtı adlandırıldığını nəzərə alsaq, həmin şəhərin Azərbaycan Respublikasına qarşı ideoloji mübarizənin mərkəzi kimi seçildiyini deyə bilərik. Təbriz mollaları onlara göstərilən etimadı doğrultmağa və onların çiyinlərinə yüklənən missiyanı yerinə yetirməyə hazır olduqlarını nümayiş etdirirlər.

Dini amil ideoloji mübarizə üçün çox əlverişli bəhanədir. İran özünü İslam dininin və bu dinin müqəddəslərinin, müqəddəs dəyərlərinin qoruyucusu hesab edir və bundan lazım gəldikdə bəhanə kimi tez-tez istifadə edir. Ən maraqlısı odur ki, İran İslam dinini müsəlman ölkəsi olan Azərbaycanda müsəlmanlardan qorumaq iddiasındadır. Halbu ki, qeyri-müsəlman ölkələrində İslam dini və onun müqəddəs şəxsiyyətləri və dəyərləri açıq şəkildə təhqir olunanda, siyasi mülahizələr səbəbindən ağzına su alıb susur. Ən axırıncı nümunə Hindistanda hakim partiyanın bir neçə üzvünün (rəsmi şəxsin) dünyanın gözü qarşısında İslam dini və Məhəmməd peyğəmbəri təhqir etməsi hadisəsi idi. İranda həmin hadisəyə qarşı heç bir rəsmi bəyanat verilmədi, şəhərlərdə etiraz aksiyaları keçirilmədi. Yəni Hindistanın xətri xoş ollsun deyə, Məhəmməd peyğəmbərin belə müdafiəsinə əhalini küçələrə çıxarmadı.
İndi nə oldu ki, İran Təbriz mollalarını guya Azərbaycanda dini müqəddəslərin lazımınca qorunmadığna etiraz etməyə vadar edir. Əslində isə İran Təbriz mollalarının dili ilə Azərbaycanın milli maraqlarına zərbə vuran, Əsas qanununa əməl etməyən, xarici ölkənin maraqlarına xidmət edən ekstremist, radikal islamistləri və onların başçılarından biri olan öz sadiq nökərini müdafiə edir. İran nəyin müqəddəs, nəyinsə sıradan bir dəyər, daha doğrusu, anti-dəyər olduğunu qəsdən qarışdırır.
Bununla belə, İranın Təbriz mollarının dili ilə Azərbaycandan nə istədiyi hələ ki, tam aydın deyil. Amma tezliklə hər şey ortaya çıxacaq.
19-06-2022, 17:53

Güneyli məhbusun anası ictimaiyyətə müraciət edib
Güneyli məhbusun anası ictimaiyyətə müraciət edib

Urmulu məhbusun anası Fəridə Məhəmmədi oğlunun həyatının təhlükədə olduğunu bildirir. Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərindən olan işçi hərəkatının fəalı Valeh Zamaninin anası Fəridə Məhəmmədi ictimaiyyətə və insan haqları təşkilatlarına müraciət edərək oğlunun həyatının təhlükədə olduğunu deyib və onun azad olunmasına yardım etmələrini istəyib. O, yaydığı müraciətdə oğlunun kəskin qaraciyər xəstəliyi və hepatitdən əziyyət çəkdiyini, ciddi müalicə və dərmanlardan istifadəyə ehtiyacı olduğunu bildirib.
Fəridə Məhəmmədi Valeh Zamaninin bundan bir müddət öncə cərrahi əməliyyat olunduğu üçün davamlı dərman qəbul etməli və həkim nəzarətində saxlanılmalı olduğunu qeyd edib.
Valeh Zamani 15 iyun tarixində ailəsi ilə qısa müddətli telefon danışıı zamanı mayın 30-da İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığını, üç gün dindirildikdən sonra Tehranın Evin zindanının 240-cı bölməsinə köçürüldüyünü bildirib.
19-06-2022, 17:47
İranın qırıcısı qəzaya uğrayıb

İranın qırıcısı qəzaya uğrayıb

İsfahanda İranın qırıcı təyyərəsi qəzaya uğrayıb. Bu barədə İran ordusunun İsfahan əyalətindəki bölməsinin ictimai əlaqələr şöbəsinin müdiri Rəsul Mötəmidi məlumat verib. Onun sözlərinə görə, hadisə iyunun 18-də, yerli vaxtla səhər saat 10:30-da baş verib. Qəzaya uğrayan F-14 tipli qırıcı təyyarədir.
Rəsul Mötəmidi missiya zamanı döyüş təyyarəsinin mühərrikində texniki nasazlıq yarandığını, pilot və ikinci pilotun paraşütlə yerə endiyini deyib.
Mötəmidi paraşütlə yerə enən pilotların yaralandığını və müalicə üçün xəstəxanaya yerləşdirildiyini bildirib.
Qeyd edək ki, bundan öncə mayın 24-də İsfahanın Ənarək bölgəsində İran Hava Qüvvələrinə məxsus daha bir F-7 tipli qırıcı qəzaya uğrayıb və onun pilotları mayor Qasım Zamani və leytenant Məhəmmədcavad Bayin ölüb.
Cavidan
7-06-2022, 21:33
Əkrəm Rəhimlinin anım tədbiri keçirilib.

Əkrəm Rəhimlinin anım tədbiri keçirilib.

Mişov kültür dərnəyi və "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə doktor Əkrəm Rəhimlinin anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı görkəmli alimin ömür yolundan və elmi fəaliyyətindən danışıb.

Daha sonra çıxış edən Mişov kültür dərnəyinin rəhbəri şair-publisist Aqşin Ağkəmərli bildirib ki, Əkrəm Rəhimli istər elmi araşdırmalarında qazandığı uğurlar, istər şəxsiyyət kimi öz fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət olub.
Tədbirdə mərhumun həyat yoldaşı Fatma Rəhimli, dostları, yaxınları və QHT nümayəndələri çıxış edərək Əkrəm Rəhimlini əsl ziyalı, vətənpərvər alim kimi dəyərləndirərək onun cənubi Azərbaycanla bağlı elmə verdiyi töhfələrdən geniş söz açıblar.

Tədbirdə Əkrəm Rəhimli haqqında video rolik təqdim olunub və aşıq Ramil Qarayevin çıxışında saz havası dinlənilib.
Sonda mərhumun həyat yoldaşı Fatma Rəhimli tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək mərhum araşdırmaçı-alimə verilən bu dəyər-qiymətə görə öz minnətdarlığını bildirib.
19-05-2022, 06:38
Azərbaycan-İran münasibətlərində Şuşa

Azərbaycan-İran münasibətlərində Şuşa


2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Noyabr ayının 8-i isə hər bir azərbaycanlının qəlbində sevinc, qürur hissi yaşatmaqla onların yaddaşına silinməz tarix olaraq yazıldı. Vətən müharibəsinin 43-cü günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciəti zamanı Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini verdi və Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi oldu.
Bu gün ən vacib əlamətdar günlər, ən önəmli tarixlər məhz Şuşada qeyd edilir. Prezident İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır”.
Əslində “Şuşa İli” elan olunması barədə Prezidentimizin bu Sərəncamını onun 2021-ci ilin may ayının 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi barədə imzaladığı Sərəncamın məntiqi davamı kimi dəyərləndirə bilərik.
22 aprel 2022-ci il tarixində dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V qurultayı eyni zamanda Zəfər Qurultayı adlandırıldı. Tədbirdə Prezident İlham Əliyevin söylədiyi nitqində verdiyi mesajlar dünya mətbuatının diqqət mərkəzində dayandı. Qurultayda Azərbaycan diasporu qarşısında yeni vəzifələr qoyuldu, xaricdəki azərbaycanlılarının növbəti beş ildə fəaliyyəti üçün Yol xəritəsi müəyyənləşdirildi, Azərbaycan Prezidenti tərəfindən Ermənistana və onun himayədarlarına mühüm mesajlar verildi. Prezident İlham Əliyevin “Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq” kimi fikirləri bır sıra dairələrin, xüsusilə də 35-40 milyon nəfərə yaxın soydaşımızın yaşadığı qonşu İranda fars şovinizmi ideyasının yayılıb möhkəmlənməsinə, şahdan miras qalan azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinin davamçıları və təbliğatçıları olan qrupların, eləcə də hakimiyyətdə təmsil olunan anti-azərbaycan yönümlü siyasət yürüdən dövlət məmurlarının diqqətini xüsusi olaraq çəkdi, hətta onların ciddi narahatçılığına belə səbəb oldu.
Qafqaz məsələləri üzrə iranlı ekspert Salar Seyfəddini Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək qurultayını İrana qarşı müharibə elanı və təxribat adlandırdı. O, özünün şəxsi Twitter hesabında yazıb ki, bu tədbirin Qarabağda “Dünya Azəriləri Konqresi” adı altında keçirilməsi İrana açıq mesajdır, İran millətinə qarşı müharibə elanı və sərhəd divarında təxribat deməkdir. İranın Ana yasasına görə, Xarici İşlər Nazirliyinin vəzifəsi ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir. Əks halda ordu müdaxilə etməlidir” (https://konkret.az/susa-qurultayi-irana-qarsi-texribat-ve-muharibe-elanidir-ordu-mudaxile-etmelidir-iranli-ekspertden-kritik-aciqlama-fotofakt/). Salar Seyfəddinin Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək qurultayını İrana qarşı açıq təhdid və təxribat adlandırması sözsüz ki, birmənalı qarşılanmadı. Azərbaycanın öz torpağında qurultay keçirməsindən rəsmi Tehranın hansı səbəblərdən narahat olduğu isə anlaşılan deyil və böyük sual altındadır. Beynəlxalq münasibətlər üzrə azərbaycanlı ekspert Əziz Əlibəylinin sözlərinə görə, İranın Şuşada keçirilən “Zəfər” Qurultayından ciddi bir narahatçılığı olmamalıdır. Belə ki, Azərbaycan heç vaxt İranın ərazi bütövlüyünə qəsd edəcək addım atmayıb və bu yöndə açıqlama verməyib. Ən azından İran Bloklara Qoşulmama Hərəkatının üzvü və rəhbəri olan Azərbaycana buna görə təşəkkür etməli və onun bu mövqeyini qiymətləndirməlidır. Və nəhayət Şuşa Azərbaycanın əbədi və əzəli torpağıdır. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının özünü yenidən tanıması, torpaqlarına qayıtması və azad olması istiqamətində ciddi bir başlanğıcdır. Bu da İranı bizə qarşı qıcıqlandıran amillərdəndir. “Sepah” və digər bu kimi mərkəzlərə bağlı qüvvələr tərəfindən nümayiş etdirilən narahatlıq və nigarançılıq İran rəsmilərinin düşüncələrində Azərbaycana qarşı böyük qısqanclıq hissinin olduğunu göstərir. Onların qorxusu da məhz Qarabağdakı müharibənin qələbə ilə nəticələnməsi, bütün dünya azərbaycanlılarını bir yumruq kimi birləşdirməsi, eyni zamanda vahid qalib azərbaycanlı simasını bərpa etməsi ilə bağlıdır. Ekspert Ə.Əlibəylinin sözlərinə görə, Azərbaycanın öz gücünü müharibədə deyil, sülhü yaymaq üçün istifadə etməsi İranı ciddi şəkildə narahat edir. İşğaldan azad edilən ərazilərdə anti-İran fəaliyyətinin baş verəcəyi ehtimalı üzərində öz ağıllarına uyğun proqnozlar verməyə başlayırlar (https://konkret.az/azerbaycanin-susada-qurultay-kecirmesi-irani-niye-narahat-edir-ilginc-aciqlama/).
Prezident İlham Əliyevin 2022-ci il aprelin 29-da ADA Universitetindəki “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçıları ilə görüşü zamanı Tehrandakı Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin baş elmi işçisi, doktor Vəli Kaleci Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı zamanı tədbirdə çıxış edən bəzi iranlı azərbaycanlılar tərəfindən bütöv Azərbaycanı formalaşdırmaq, Araz çayının iki hissəsini birləşdirmək kimi ideyaların səsləndirilməsinə, həmin sözlərin İranın şimal-qərb hissəsində, Azərbaycan bölgələrində separatizmə, İranın ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı çıxışlara səbəb olmasına işarə etmişdir. V.Kaleci Azərbaycan Respublikası Prezidentinin tam açıq və aydın, amma çox qətiyyətli cavabı ilə qarşılaşmışdır. Prezident həmin cavabında demişdir: “Hər iki ölkənin ərazi bütövlüyü ilə bağlı bizim hökumətimizin və İran hökumətinin mövqeyi yaxşı məlumdur və sual doğurmur. Dəfələrlə biz və bizim iranlı həmkarlarımız bunu ictimai şəkildə bəyan etmişik. Azərbaycan azad ölkədir və hər kəs – bizim vətəndaşlar və əcnəbi vətəndaşlar istədiyini söyləyə bilər. Əlbəttə, bunun bizim qanunvericiliklə ziddiyyət təşkil etməməsi şərti ilə. Şuşa açıq şəhərdir, oraya minlərlə insan gəlir və iradəsini ifadə edir. Azərbaycan tərəfindən təşkil edilmiş tədbirdə hər hansı şəxsin iştirakı belə bir reaksiyaya səbəb olmamalıdır. İstər Azərbaycan, istərsə də İran rəsmilərinin bəyanatlarında mənim dediklərim yer alır. Ərazi bütövlüyü qırmızı xətdir. Bizim ərazi bütövlüyümüz hər zaman Ermənistan tərəfindən şübhə altına alınırdı. Hesab edirəm ki, biz diqqətimizi bura yönəltməli və Azərbaycana heç bir aidiyyəti olmayan ifadələrə əhəmiyyət verməməliyik”.
2021-ci ilin noyabr ayında Tehran meriyası müvafiq qərarla şəhərdəki bir sıra küçələrə Azərbaycanın şəhər adlarının təhrif edilmiş formasını verib. Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın “IRIB” xəbər agentliyinə müsahibəsində bu ölkədə küçələrdən birinə “Şuşi” adının verilməsinə münasibət bildirərkən söyləyib və vurğulayıb ki, “bu cür yanlışlıqlara yol verilməsi mənfi presedent yarada bilər. Gərək bunlara diqqət edib həssas məsələlərdə bir-birilərimizin fikirlərini nəzərə alaq”. Mövzu ilə bağlı “Şərq.az”a açıqlama verən Güney Azərbaycan Demokratik Türk Birliyinin rəhbəri Əjdər Tağızadə isə bildirib ki, Azərbaycan müstəqil olandan sonra bir çox ölkələr onun suverenliyini qəbul etdiyi halda, İran son zamanlara qədər rəsmi yazışmalarda “Azərbaycan Cümhuriyyəti” ifadəsini işlətmirdi. Bu adın qondarma olduğunu və türklərdən oğurlandığını deyirdi. Onlar Azərbaycan adlı bir dövlətin olmasına həmişə qarşı olublar. Qorxuları Güney Azərbaycandakı 40 milyon türklə bağlıdır (https://sherg.az/siyaset/188848).

Azərbaycan Respublikasındakı kütləvi informasiya vasitələrində bu təhriflərlə bağlı yetərincə əsaslı və elmi cavablar ortaya qoyulub. “Şuşa” sözünü “Şuşi” kimi təqdim edən iranlı yazarlara onların öz tarixi mənbələri ilə cavab verilib və İranda mühüm tarix kitablarından biri hesab edilən, Həsən Pirniya, Seyid Məhəmməd Bessam və Abbas İqbal Aştiyaninin həmmüəllifliyi ilə yazılan “İranın kamil tarixi” kitabının “Qacarlar sülaləsi” adlanan 17-ci fəslində Şuşa adına dəfələrlə rast gəlindiyi qeyd edilib (http://pia.az/amp/?id=451936).
İranı narahat edən məsələlər sırasında 15 iyun 2021-ci il tarixli Şuşa bəyannaməsi də var. Şuşa Bəyannaməsinin imzalanması dost ölkələri sevindirdiyi halda, ölkəmizin güclənməsini gözü götürməyən, ermənilərə havadarlıq edən dövlətləri məyus etdi, onlar üçün çox ciddi narahatlıq yaratdı. Şuşa Bəyannaməsi Qarabağ məsələsinin başa çatdığını, münaqişənin tamamilə həll olunduğunu qətiləşdirildi (https://www.fhn.gov.az/newspaper/?az/news/view/9550).
Şuşa bəyanatı” ilə təsdiqləndi ki, torpaqlarımıza hücum olarsa, Türkiyə bizi qeyd-şərtsiz dəstəkləyəcək. Müəyyən ziddiyətlərin olmasına baxmayaraq, ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətləri qarşılıqlı əlaqələndirmək məqsədilə “Altılıq platforması” çərçivəsində Rusiya və İran da əməkdaşlığa dəvət olundular (https://sherg.az/musahibe/165891). Nəticədə, Şuşa bəyanatı kiminsə, o cümlədən Rusiyanın, İranın və ya Ermənistanın əleyhinə deyil, regionda sülhün və sabitliyin təmin edilməsi naminə qarşılıqlı əməkdaşlıq məsələlərini təsbit edən etibarlı və əsaslı bir sənəddir.
Azərbaycan-İran münasibətlərində Şuşa qalasının çox mühüm əhəmiyyət kəsb etməsini dəyərləndirmək üçün burada qısa bir tarixi arayış təqdim etmək yerinə düşərdi.
Şuşa İran şahları tərəfindən dəfələrlə mühasirəyə alınmışdır. Belə ki, Şuşa qalası İran şahları üşün strateji əhəmiyyətə malik olmuşdur. Ağa Məhəmməd şah Qacarın da başı bu qalada kəsildi. Amma 28 il yarım erməni işğalı altında olan Şuşaya İran nədənsə lazım olan qədər diqqət yetirmədi, onun tarixi, mədəni, dini və strateji mövqeyi onlar üçün bir əhəmiyyət kəsb etmədi, yalnız şəhərdəki bir məscidi fars məscidi deyə təmir etməklə kifayətləndilər. Halbuki, bu qalaya bir farsın ayağı belə dəyməmişdi.
Səfəvilər dövlətinə məxsus olan böyük ərazilərin demək olar ki, hər qarışını öz qılıncının gücünə geri qaytarmış Nadir Əfşar 1736-cı ildə yaranmış tarixi fürsətdən istifadə edərək şahlıq taxtına əyləşir və köhnə bəylərbəylikləri ləğv edərək Azərbaycan adı altında vahid inzibati ərazi yaradaraq, qardaşı İbrahimi də oraya hakim təyin edir (Mehman Süleymanov. Nadir şah. Qum, İran, “Neqar əndişe”, 2009, s.293-294). Təəssüf ki, 1747-ci il mayın 9-da saray çevrilişi nəticəsində Nadir şah öldürüldükdən sonra onun qurduğu dövlət tamamı ilə dağılır, Azərbaycan da feodal xanlıqlar arasında parçalanır.
Əsası Pənah Əli xan tərəfindən qoyulmuş Qarabağ xanlığı XVIII əsrin ikinci yarısında xeyli qüvvətlənmişdi. Pənah Əli Qarabağda köçəri həyat keçirən cavanşirlər tayfasına məxsus olan Sarıcalı kəndindən idi. ... Nadir şahın ölümündən sonra Pənah Əli tez bir zamanda Qarabağda öz hakimiyyətini qura bilmişdi. Qarabağ xanlığının möhkəmləndirilməsi uğrunda mübarizədə Pənah Əli xan cavanşirlər, otuzikilər və s. tayfaların köməyindən geniş istifadə edirdi. Bu tayfaların xeyli hissəsi hələ Nadir şah tərəfindən Xorasana köçürülmüş, lakin XVIII əsrin 50-ci illərinin əvvəllərində vətənə qayıtmışdı (Azərbaycan tarixi. 1-ci cild (ən qədim zamanlardan Azərbaycanın Rusiyaya ilhaqına qədər), Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1961, s.359).
Qarabağ xanlığını İran və ona düşmən olan yerli feodalların basqınlarından müdafiə etmək üçün Pənah Əli 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını tikdirdi və bütün ailəsini, Qarabağ əyanlarını qalaya köçürdü. Ətraf kəndlərin əhalisi, habelə Təbriz və Ərdəbildən gələn çoxlu sənətkarlar da burada yerləşdirildi (Azərbaycan tarixi. 1-ci cild (ən qədim zamanlardan Azərbaycanın Rusiyaya ilhaqına qədər), Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1961, s.360). Pənah Əli xan gələcəkdə də öz düşmənlərinə qarşı dura bilmək üçün 1751-1752-ci illərdə Ağdam yaxınlığında Şahbulaqda ikinci bir qala tikdirdi. Bununla belə, Məhəmməd Həsən Qacarın Mazandaran və Azərbaycanın cənub vilayətlərini zəbt etməsi xəbərini alan Pənah Əli xan onunla toqquşmanın labüd olduğunu hiss edərək, alınmaz bir qala tuikdirməyi qərara aldı. Bu qalanın tikilməsi hər şeydən əvvəl İran tərəfdən əmələ gələn hücum təhlükəsi ilə əlaqədar idi. 1750-ci ildə vaxtilə monqollar tərəfindən dağıdılmış Şuşakənddən bir qədər aralı yerdə hündür yalçın qayalı bir dağ üstündə qalanın inşasına başlandı. Qarabağ tarixçisi Mir Mehdi Xəzani Pənahabadın tezliklə o dövrün böyük bir şəhərinə çevrildiyini göstərir. Şahbulaq qalasında yaşayan bütün rəiyyət, əyanların, məmurların və bir para kəndxudaların ailələri buraya köçürüldü (Azərbaycan tarixi. 1-ci cild (ən qədim zamanlardan Azərbaycanın Rusiyaya ilhaqına qədər), Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1961, s.361). Şuşa Azərbaycanın təkcə siyasi, iqtisadi və mədəniyyət mərkəzlərindən birinə deyil, həm də onun azadlıq və istiqlaliyyət rəmzinə çevrildi (Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər), “Azərbaycan” nəşriyyatı, Bakı, 1996, s.523).
Məhəmməd Həsən xan Qacarın qoşunu 1752-ci ildə Qarabağa basqın etdi, Şuşadan bir bir qədər aralı yerdə düşərgə saldı və bir aya qədər orada qaldı. Lakin bu qədər çoxlu qoşun ilə qalaya hətta yaxınlaşa bilmədi. Məhəmməd Həsən xan İranda Kərim xan Zəndin ona qarşı çıxması haqqında xəbər alıb, tələsik Şuşadan çəkildi.
1756-cı ildə Şuşa üzərinə urmiyalı Fərəli xan Əfşar hücum etdi. Lakin o da öz məqsədinə nail ola bilmədi.
XVIII əsrin 50-ci illərinin sonlarında Kərim xan Zənd Qarabağ xanlığını hədələməyə başladı. O, hiylə yolu ilə (“Şiraz qonaqlığı”na dəvət etməklə) Pənah Əli xanı öz yanına çağırdı və ömrünün sonuna kimi onu əsir saxladı. Lakin Kərim xan Qarabağı tabe edə bilmədi. Pənah Əli xan öləndəön sonra onun oğlu İbrahim Xəlil xan (1759 – 1806) Qarabağ hakimi oldu.
Qacarlar Quzey Azərbaycanı tabe etmək üçün geniş təbliğat işi aparır, sülh yolu ilə xanları tabe etməyə çalışırdı. 1795-ci ilin iyunun axırlarında Şuşa Ağa Məhəmməd şah Qacarın qoşunları tərəfindən mühasirəyə alındı. Qalaya edilən hər bir hücum dəf olunurdu. Şuşa qalasını 33 gün mühasirədə saxladıqdan sonra məqsədinə nail ola bilməyən Qacar 1795-ci ilin avqustunda Şuşadan Gürcüstana yola düşdü. 1796-cı ilin avqustunda Şuşa qalasını yenidən ələ keçirmək üçün Qacar tərəfindən hərbi dəstə göndərilmiş, lakin İbrahim xan tərəfindən dəf edilmişdi. Fransız tədqiqatçısı Jan Küre İbrahim xanın Qacara möhkəm müqavimət göstərdiyini, lakin onun nəticəsiz qaldığına əmin olduqdan sonra Şuşanı tərk edərək Cara getdiyini göstərir. Bunu eşidən Qacar Şuşaya gəlir, İbrahim xanın böyük oğlu Məhəmməd Həsən ağanın evində yerləşir. Belə bir fikir var ki, o, İbrahim xanın qardaşı oğlu Məhəmməd bəyi Qarabağa, Sərdar Əliqulu xanı Şirvana hakim təyin edir. Aga Məhəmməd xanı müdafiə edən Quba və digər xanlıqlar üstünlüyü ələ alır. Gəncəli Cavad xan və bakılı Hüseynqulu xan Şuşada həbs edilirlər. İbrahim xanın vəziri Vaqif də zindana salınır. Belə bir şəraitdə Ağa Məhəmməd şaha sui-qəsd edilir (Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər), “Azərbaycan” nəşriyyatı, Bakı, 1996, s.555). Ağa Məhəmməd şahın qətli əslində siyasi səciyyə daşıyırdı. Sui-qəsdin həyata keçirilməsində Batmanqılıc ayaması almış Məhəmməd bəy mühüm rola malik olmuşdur. Ağa Məhəmməd şah öldürüldükdən sonra Məhəmməd bəy Şuşada hakimiyyəti İbrahim xana vermək əvəzinə, xanlığın idarəsini öz əlinə almağa, hakimiyyətini möhkəmləndirmək üçün İbrahim xanın yaxın adamlarını öldürməyə başlayır. Vaqif də belə məsuliyyətsiz hökmün qurbanı olur. O, oğlu ilə birlikdə öldürülür. Az bir müddətdən sonra İbrahim xan Şuşaya qayıtmağa və hakimiyyəti ələ almağa nail olur (Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər), “Azərbaycan” nəşriyyatı, Bakı, 1996, s.556).
1805-ci il mayın 14-də İbrahim Xəlil xan Gəncənin yaxınlığındakı Kürəkçay sahilində Rusiya ilə müqavilə imzalayaraq ondan asılılığı qəbul edir. Sazişin şərtlərinə görə, Şuşa qalasında və xanlığın ərazisində olan digər mühüm strateji yerlərdə rus qoşunları yerləşdirilməli idi (Azərbaycan tarixi. 2-ci cild, 3-cü bölmə (Azərbaycanın Rusiyaya birləşdirilməsi. Azərbaycanda kapitalist münasibətlərinin meydana çıxması və inkişafı), Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1964, s.7).
Orta Şərqdə möhkəmlənməyə və ingilisləri oradan sıxışdırmağa çalışan Fransa imperatoru Napoleon 1805-ci ildə öz emissarları Jober və Romyeni İrana göndərməklə Rusiya ilə başlanmış müharibədə şaha öz köməyini təklif edir və Rusiyaya birləşdirilmiş Zaqafqaziya vilayətlərinin tutulmasında ona yardım edəcəyinə söz verir. O dövrün bir sənədində deyildiyi kimi, Napoleon nümayəndələrinin əsas məqsədi Fətəli şahı Zaqafqaziyaya yeni basqına təhrik etməkdən ibarət idi. Artıq 1805-ci il iyunun 1-ci yarısında Abbas Mirzə ordusunun ön hissələri Arazı keçərək, rus qarnizonu və Qarabağ xanı dəstələrinin yerləşdiyi Şuşaya doğru hərəkət edirlər. Şuşanın sayca az olan qarnizonuna kömək məqsədi ilə Gəncədən polkovnik Karyaginin komandanlığı altında iki topla silahlanmış 500 nəfərlik dəstə göndərilir. Şuşa qalası hasarları yanındakı döyüşlərdə müvəffəqiyyətsizliyə uğrayan və Karyaginin dəstəsinə qalib gələ bilməyən Abbas Mirzə [10 min nəfərdəbn ibarət] öz qoşunları ilə Gəncəyə tərəf hərəkət edir (Azərbaycan tarixi. 2-ci cild, 3-cü bölmə (Azərbaycanın Rusiyaya birləşdirilməsi. Azərbaycanda kapitalist münasibətlərinin meydana çıxması və inkişafı), Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1964, s.9).
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində də Şuşa Qarabağın mərkəzi şəhəri olmaqla öz mövqeyi ilə yenə də düşmənlərimizin maraq dairəsinin mərkəzində dayandı. 1918-ci ilin dekabrında Cəbrayıl qəzasında başlayan və 1919-cu ilin əvvəllərində genişlənməkdə olan erməni hücumları daha dağıdıcı xarakter almağa başladı. Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil aldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi (https://web.archive.org/web/20170706202536/http://karabakhinfo.com/12439).
Bu zaman İran da yeni yaranmış müstəqil və suveren Azərbaycan Xalq Cümhuriyyətinə qarşı öz mövqeyini ortaya qoydu; Şərqdə ilk olaraq yaradılmış gənc və suveren demokratik dövlətə “Azərbaycan” adının verilməsinə qarşı ultimatum verdi, onun müstəqilliyini tanımaqda uzun müddət tərəddüd etdi. Paris Sülh Konfransı Ali Şurasının Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanınması haqqında 1920-ci il 11 yanvar tarixində qərar qəbul etməsinə baxmayaraq, İran hökuməti onun müstəqilliyini 1920-ci ilin 20 martında de-yure olaraq qəbul etməsi barədə müqavilə imzaladı. Lakin 1920-ci ilin 28 aprel tarixində XI qızıl ordunun Bakını işğal etməsi ilə İranla Azərbaycan arasında imzalanmış bu müqavilə ratifikasiya edilmədən arxivə göndərildi (ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər), Bakı, “Şərq-Qərb”, 1017, s.14-15). İran hökuməti yeni yaranmış Sovet Rusiyası ilə də paralel olaraq siyasi danışıqlar aparırdı, ona Qafqazda yaranmış yeni müstəqil respublikaların heç birini tanımayacağı barədə vədlər verirdi. İran XİN-in Rusiya şöbəsinin 19 dekabr 1919-cu il tarixli raportunda sovet səfiri ilə keçirilən görüşün məhz bu məzmunda olduğu qeyd edilir və Tehranın yeni yaranmış Qafqaz respublikalarına münasibətdə mövqeyinin xarakteri açıqlanırdı (ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər), Bakı, “Şərq-Qərb”, 1017, s.23). İranın Azərbaycan Xalq Cümhuriyyətinin ayrı-ayrı ərazilərinə iddia etməsi, onun sərhədlərini və ərazi bütövlüyünü tanımaqdan boyun qaçırmasının məntiqi əslində bəlli idi. Belə ki, 1826-1828-ci il Rusiya-İran müharibəsinin nəticəsində bağlanmış Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq həmin əraziləri Rusiyanın mülkü kimi tanıyan Tehran hökumətinin Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini şübhə altına alması müsəlman qardaşlığına, qonşuluq prinsiplərinə uyğun gəlməyən bir davranış tərzi idi və belə bir davranış, belə bir münasibət Azərbaycan ərazilərinin qəsbində maraqlı olan Ermənistanın təcavüzkar mövqeyindən heç nə ilə fərqlənmirdi. İran diplomatları nə zamansa Azərbaycanın mütləq şəkildə İrana birləşəcəyinə ümid edir, Türkmənçay müqaviləsini “biabırçı” bir sənəd adlandırmaqla tarixi ədalətsizliyin bir gün bərpa olunacağına inandıqlarını bəyan edirdilər.
İran şovinistlərinin sözügedən mövqeləri bu gün də təbliğ edilməkdədir. Bu günkü şəraitdə onlar arzularına çatmayacaqlarını yəqin bilsələr də, şimalda iqtisadi, mədəni və hərbi cəhətdən inkişaf etməkdə olan, beynəlxalq aləmdə tanınan gücə çevrilən qonşusu Azərbaycan Respublikasının İranda, xüsusilə də onun şimal-qərb əyalətlərində kompakt şəkildə yaşayan azərbaycanlılara təsirindən, hətta gələcəkdə İrandan ayrıla biləcəklərindən qorxurlar. Ona görə də “separatizm”, “ərazi bütövlüyünün pozulması təhlükəsi” kimi əsassız təhlükələri əldə əsas tutaraq müstəqil Azərbaycan Respublikasına qarşı təbliğatdan, hədyanalıqdan, hədə-qorxudan əl çəkmirlər.
İslam rejimi müstəqil və suveren Azərbaycan Respublikasının yaranmasından sonra milli birlik ideologiyasına çevrilən azərbaycançılıq ideyasının güclənməsindən, özü üçün onun fəsadlarından ehtiyatlanaraq onun qarşısını almağa və bu işdə rus-erməni amilindən məharətlə istifadə etməyə başladı (Talıblı Sübhan. İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi: 1991-2005-ci illər: tarix elm. üzrə fəlsəfə dok. ... dis. avtoreferatı: 07.00.03 / S. Ə. Talıblı; elmi rəh. Ş. Ə. Tağıyeva; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı-2010.- 23 s.). İran rəhbərliyi azərbaycançılığa indinin özündə belə iki ölkə ölkənin münasibətlərində gərginlik yaradan amil kimi baxır. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində İranın ermənipərəst mövqeyi də həmin təsirlərin nəticəsi kimi qiymətləndirilə bilər.
8 may 1992-ci ildə Şuşa şəhəri erməni vandalları tərəfindən işğal edilərək amansız şəkildə dağıdıqdan sonra onun işğalında İranın da əli olduğu barədə bir sıra mətbuat orqanlarında və kütləvi informasiya vasitələrində xəbərlər yayılmışdı. Amma Azərbaycan Respublikası rəhbərliyi İranla qonşuluq, dinc yanaşı yaşamaq və bir-birinin ərazi bütövlüyünü tanımaq və qarşılıqlı hörmət prinsiplərini əldə əsas tutaraq bu cür fikir və mövqelərin rəvac tapmasına yol vermədi. 13 may 2017-ci il tarixində İranda nəşr olunan ermənilərə məxsus "Alik" qəzeti və eyni adlı saytda gedən yazılarda Şuşanın işğalı ilə bağlı o zaman Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovun 12 may 1992-ci il tarixində AzTV kanalındakı çıxışını yaymaqla Bakı hakimiyyətinin 25 illik anti-İran təbliğatının əsassız olduğunu sübut etməyə çalışmışdır. Bəs əsil həqiqət necə olmuşdur? Bunun üçün həmin çıxışın mətnindəki müvafiq məqamlara diqqəti çəkmək yerinə düşərdi: "...Bildiyiniz kimi [1992-ci ilin] mart ayının əvvəllərindən başlayaraq, İran İslam Respublikasının vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında və Dağlıq Qarabağda yaranmış münaqişəni danışıq yolu ilə, siyasi yolla həll etmək üçün görüşlər keçirilirdi və mükalimələr aparılırdı. Bu danışıqların yekunu olaraq, may ayının 6–da İran İslam Respublikasının prezidenti ağayi Rəfsəncaninin rəsmi dəvəti ilə Azərbaycanın nümayəndə heyəti İranda Ermənistan nümayəndə heyəti ilə üçtərəfli görüşdə iştirak etmək üçün Tehrana yola düşdü. Tehrana səfərimiz üç günə planlaşdırılmışdı . Ancaq biz respublikada yaranmış vəziyyətlə əlaqədar Iran İslam Respublikasının rəhbərliyi qarşısında məsələ qoyduq ki, bu görüş bir gündə qurtarmalıdır. Ayın 6–da İranda, Tehran şəhərində İran İslam Respublikasının rəhbərliyi ilə görüşdük. Axşam isə Ermənistanın nümayəndə heyəti İrana gəldi. Ermənistan nümayəndə heyəti ilə bizim görüşlərimiz ayın 7–nə səhər saat 9–a təyin olundu. Ayın 7–də saat 9 tamamda İran İslam Respublikası prezidentinin iqamətgahında hər üç tərəfin iştirakı ilə danışıqlar başlandı. Bu danışıqlar çox kəskin, çox gərgin, çox mübahisəli oldu. Ona görə də danışıqları həmin gün qurtara bilmədik, çünki müəyyən bir qərara gəlib, müəyyən bir sənəd imzalamaq mümkün olmadı. Ancaq İran İslam Respublikasının prezidenti ağayi Rəfsəncaninin çox böyük səyi və inadkarlığı nəticəsində görüşlər pozulmadı. Görüşlərin yenidən davam etdirilməsi qərara alındı. Nəhayət, ayın 7–də bütün günü və ayın 7–dən 8–nə keçən gecə hər iki nümayəndə heyəti İran İslam Respublikası rəhbərliyinin bilavasitə iştirakı ilə danışıqları davam etdirdi. Danışıqlar nəticəsində bizi qane edən bir sənəd hazırlandı və bu sənədə əsasən, Azərbaycan Respublikasının çox təkidlə tələb etdiyi bəzi məsələlər həll olundu və ona görə o məsələlər bu sənədə daxil oldu və belə bir sənəd imzalandı. Bu sənəddə bizi qane edən və çox təkidlə tələb etdiyimiz əsas məsələ ondan ibarət idi ki, Ermənistanla Azərbaycan arasında bütün sərhədlər boyu, o cümlədən Dağlıq Qarabağda, bütün münaqişə zonalarında atəş dayandırılsın və atəşin dayandırılmasına İran İslam Respublikasının müşahidəçiləri, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi tərəfindən göndərilmiş müşahidəçilər nəzarət etsinlər. Sənəd imzalandıqdan sonra biz təcili olaraq Tehrana, təyyarə limanına yola düşdük və Bakıya gəlməli olduq. Tehranda təyyarəyə minərkən bizə məlumat verdilər ki, Ermənistanın hərbi qüvvələri Laçın rayonu tərəfdən Azərbaycan ərazisinə hücuma keçib, Şuşa ətrafında ağır döyüşlər gedir və çox gərgin vəziyyət yaranıb. Biz elə təyyarə limanında İranın prezidenti Rəfsəncaniyə bu xəbəri çatdırdıq və qəti surətdə öz etirazımızı bildirib tələb etdik ki, təcili olaraq Rəfsəncani Ter–Petrosyanla əlaqə saxlasın və bu məsələnin həll olunmasını tələb etsin..."
Təəssüflər olsun ki, İran bir neçə saat öncə imzalanan sənədin şərtlərinə uyğun öhdəsinə götürdüyü məsuliyyəti yerinə yetirə bilmir.
Y.Məmmədov may ayının 9-da gecə saat 4 iradələrində şox böyük narahatlıq, təşviş hissi ilə İran Respublikasının prezidenti Rəfsəncaniyə, Türkiyənin Baş naziri Süleyman Dəmirələ, Rusiya hərbi naziri Qraçova və başqalartına zəng vurub yaranmış vəziyyətlə onları tanış edir və onlardan tələb edir, xahiş edir ki, təcili tədbirlər görsünlər və bu müharibə dayandırılsın. Xüsusi olaraq vurğulayır ki, "Şuşanın ermənilər tərəfindən zəbt olunması Azərbaycan xalqı üçün çox böyük zərbə olar və bu regionda onsuz da gərgin olan vəziyyəti elə bir dəhşətli vəziyyətə gətirib çıxarar ki, onun qarşısını heç bir qüvvə ilə almaq mümükün olmaz" . Bəli, belə bir vəziyyət 30 ilə yaxın davam etdi. Müsəlman İranı isə xristian Ermənistanı ilə bütün səviyyələrdə qarşılıqlı əməkdaşlıq əlaqələrini daha yüksək səviyyələrdə qurmaqla davam etdirdi.
Azərbaycan Respublikasının 44 günlük II Qarabağ savaşında və zəfərlə başa çatan Vətən müharibəsindən sonra belə İran Ermənistanla münasibətlərində mövqeyini dəyişmədi, əksinə Azərbaycan tərəfinə iddialarından da əl çəkmədi. "İRNA" xəbər agentliyinin 30 sentyabr 2020-ci il tarixində (Vətən müharibəsinin başlanmasından 3 gün sonra) Şərqi Azərbaycanın “Avtomobil yolları və yükdaşıma idarəsi”nin Baş direktoru Orucəli Əlizadənin verdiyi məlumata istinadən təqdim etdiyi xəbərə görə, İranla Ermənistan arasındakı Nurdüz sərhəd məntəqəsindən keçən İran və xarici yük maşınların miqdarı II Qarabağ savaşının başlanmasından keçən 23 gün ərzində 77,8%, idxal və ixracın həcmi isə 78,4% artmışdı. Eyni dövr ərzində Nurdüz sərhəddindən girib çıxan tranzit malların miqdarı 31,2 min ton təşkil etmişdir. Belə ki, 68% artım olmuşdur (Bax:https://butov.az/xeber/siyaset/15725-nurduzdn-ermnistana-danan-yuklrin-statistikas-ndn-xbr-verir.html?fbclid=IwAR0AyGQLHN2l-siVexylLiNdb9j6uGSYVcPjeaRv1gQ5E0EuHLgnveXl8YQ). Tranzit mallar sırasına İranın şimalında Ənzəli limanı vasitəsilə Rusiyadan, cənubunda Bəndər-Abbas limanı vasitəsilə Fransadan gətirilən mallar daxil idi və onların da böyük bir hissəsini hərbi texnika və döyüş sursatları təşkil edirdi. Bu mallar Azərbaycanla Ermənistan arasında müharibənin başlanması ərəfəsində və onun gedişi zamanı Qarabağa erməni işğalçılarına ötürülmüşdur. Bu İran İslam Respublikasının təkzibedilməz mövqeyidir.
Bununla belə, Azərbaycan xalqının Vətənin azadlığı uğrunda apardığı ədalətli müharibədə onun iradəsi, doğma diyarına sevgisi, Ali Baş komandana inamı qalib gəldi. Azərbaycan mədəniyyətinə dühalar, tariхi şəхsiyyətlər, incəsənət хadimləri bəхş еtmiş Şuşanın 8 noyabr 2020-ci il tarixində düşməndən azad edilməsi qələbə müjdəsi oldu. Bu qələbə Azərbaycan xalqının qürurunu bərpa etdi, başını ucaltdı.
Bu şəhəri özünün adına çıхmağa çalışanların arzusları ürəklərində qaldı. Düşmənlərimiz Şuşanı müvəqqəti işğal еtsələr də, кənd-кəsəкlərinə yalançı adlar qоysalar da, оnu hеç vaхt özününкüləşdirə bilmədilər.
Bütün hallarda Azərbaycan və İran arasında əbədi maraqları şərtləndirən bir çox amillər – din, dil, mədəniyyət və xüsusilə qismətimizə düşmüş əbədi qonşuluq ilişgiləri vardır ki, bunlar əsrlər boyu davam etmiş və bu gündən sonra da edəcəkdir.
11 mart 2022-ci il tarixində Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında imzalanmış Anlaşma Memorandumu (https://sonxeber.az/251306/azerbaycanla-iran-arasinda-tarixi-anlasma-memorandumu-imzalanib) iki ölkə arasındakı münasibətlər tarixində çox böyük bir irəliləyişdir və eyni zamanda da Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi, tarixi əhəmiyyətə malik hadisədir.
Zənnimcə, Azərbaycan və İran arasındakı münasibətləri daha müsbət və qarşılıqlı maraqlar müstəvisində daha faydalı şəkildə qurmaq, qorumaq və inkişaf etdirmək lazımdır. Regionda sülh və əmin-amanlığın qorunması naminə buna hər iki tərəf çalışmalıdır.
Səməd Bayramzadə,
18 may 2022
2-05-2022, 08:16
“İslam Respublikası, sənin ölümün yetişib”

“İslam Respublikası, sənin ölümün yetişib”

(Aban hadisələri iştirakçısı)

Bu gün social şəbəkələrdə 2019-cu ilin noyabr ayında (bu tarixi hadisə xalqın yaddaşında “qanlı Aban” və ya “xalqın Abanı” kimi həkk olunmuşdur) İranda benzinin pərakəndə satış kvotasının bərpası və qiymətinin ikiqat bahalaşması ilə bütün ölkə üzrə baş vermiş kütləvi etiraz hərəkatı və xalq çıxışları barədə çox ciddi audio və video materiallar (podkastlar) yerləşdirilir və xüsusi olaraq vurğulanır ki, “Aban davam edir”. Həmin materiallarda İran İslam Respublikası hakimiyyətinə qəti məzmunlu xəbərdarlıq mesajı da verilir: “İslam Respublikası, sənin ölümün yetişib”.
Aşağıdakı yazı ilə tanış olmamışdan öncə dəyərli oxucuların diqqətinə “Qanlı Aban” (və ya “Qanlı Noyabr”) hadisələri barədə qısa bir arayışı təqdim etmək yerinə düşərdi. Aban hadisələri 2019-cu il noyabrın 15-də başlayan və bütün İranda hökumət əleyhinə yönəlmiş etiraz aksiyalarından ibarət bir xalq hərəkatı idi. Bu hərəkat ölkənin 29 əyalətini, 104 şəhərini və 719 yaşayış məntəqəsini əhatə etmişdir. Əsasən şəhərlərdə cəmləşən fəhlə sinfi və yoxsul təbəqələr tərəfindən benzinin bahalaşmasına qarşı başlayan və öncə dinc xarakter daşıyan etirazlar, sonradan İran İslam Respublikası və onun din xadimlərini hədəf seçdi. Belə ki, etirazçıların hədəfləri sırasında iqtisadi və sosial sabitlik, korrupsioner dövlət məmurlarının təqibi tələbləri ilə yanaşı Seyid Əli Xameneinin vəzifədən çıxarılması və İslam Respublikası rejiminin devrilməsi kimi şüarlar da dayanırdı.
Aşağıdakı yazıda o da xüsusi vurğulanır ki, Aban xalqın hərəkatıdır, o, 2017-ci il dekabrın 28-də Məşhəddə və Xorasan əyalətinin böyük şəhərlərində hökumət əleyhinə başlayan və 2018-ci ilin yanvar ayının əvvəllərinə kimi davam edən etiraz aksiyalarının davamıdır, bu gün də davam etməkdədir və son hədəfə kimi də davam edəcəkdir.
Qeyd edilməlidir ki, 2019-cu ildə baş vermiş Aban (Noyabr) hadisələrindən öncə, 2017-ci ilin dekabr və 2018-ci ilin yanvar aylarında hökumət əleyhinə baş vermiş etiraz aksiyalarında “Bahalığa Yox” şüharları səsləndirilməklə xalq Həsən Ruhani hökumətinin siyasətinə qarşı nümayişlərdə iştiraka çağrılmış və başlanğıcda bu aksiyalar iqtisadi tələblərlə İran hökumətindəki mövcud korrupsiyaya və işsizliyin yüksək olmasına qarşı olmuşdur. Lakin sonradan bu aksiyaların ümumi əhatə dairəsi iqtisadi problemlərdən kənara çıxaraq İran siyasi sisteminə, xüsusən də Vilayət-i Fəqih və onun hazırkı sədri Əli Xameneiyə qarşı genişlənməyə başladı. Etirazçılar arasında İslam Respublikasına “nifrət” bu hərəkatı səciyyələndirən əsas xüsusiyyətlərdən biri idi. Belə ki, etirazçıların dağıdıcı hərəkətləri və şüarları “nifrət”in dərəcəsindən xəbər verirdi. “Aydın tələbin olmaması”, “periferiyadan mərkəzə doğru hərəkətin başlanması” bu etirazların digər xüsusiyyətlərindən idi. Bu etirazların digər mühüm xüsusiyyəti həm də ondan ibarət idi ki, 1999 və 2009-cu illərdəki hərəkatlardan fərqli olaraq, onun arxasında islahatçılar dayanmamışdılar. Etirazın miqyası, ölkə üzrə xaotik bir şəkildə səpələnməsi və hökumət əleyhinə olan xarakteri də 2017-ci il hərəkatını səciyyələndirən xüsusiyyətlərdən idi. Eyni zamanda da bu hərəkat 1978-ci il inqilabının əksinə olaraq, dini ideyalardan tamamilə uzaq idi.
Bu nümayişlər rəhbərlik strukturundan məhrum olduğuna, etirazçılarla hökumət arasında vasitəçilik edə biləcək balanslaşdırıcı bir qüvvənin olmadığına görə, əyalətin və eləcə də ölkənin böyük şəhərlərində küçələrə çıxmış etirazçılar hansı konkret şüarlar verəcəklərinə və nə qədər uzağa gedəcəklərinə qərar verə bilməmişdilər.
Bütün bunlara baxmayaraq 2017-ci il etirazları 2019-cu ilin Aban (Noyabr) hadisələrinin təşkili və hədəfə çatması, üçün əsas şüarların seçilməsində, xalq hərəkatının güclü və zəif tərəflərinin müəyyən edilib aradan qaldırılmasımnda, onun yenidən daha möhkəm və milli əsaslarda təşkilində əsaslı rol oynamışdır.
Səməd bayramzadə,
27.04.2022
Aban hadisələri iştirakçıları yoldadırlar: "Abane Mərdom" podkastının başlanğıcı
Birinci epizod: "Abane Mərdom" (Aban hadisələri iştirakçıları mənasında işlənmişdir) podkastı.

Divarda yazılmışdır: “Aban davam edir”
Xüsusi dosye:
“Aban mərdom” podcastı (səs və ya video kimi media formatında materialların hazırlanma və İnternetdə yayılma prosesi) Aban üsyanının sadə və rötuşlu rəvayətləri silsiləsindəndir; bu podkastda atışma və güllə səsləri var, amma o dərəcədə yox ki, insanların sözlərini, işlərinin və hərəkətlərinin səsini eşitməyək. Bu yüksələn səs qiyam edən xalqın səsidir, bu səslər insanların irəli getdikləri, geri çəkildikləri, “nə edək?” dedikləri anlardakı səsləridir. Onlar qəzəblidirlər, yandırırlar, yolları bağlayırlarr, söyürlər, yaralıları geri götürürlər, evlərə sığınırlar, həbslər yaşayırlar, gülləbaran edilirlər, polislər üçün problemlər yaradırlar, dağıdılmış binalara həmlələr edirlər, həbsxanalara düşürlər…

“Aban qiyamı davam edir”
Bu podcast toplusunda tabular qırılır, pərdələr çıxarılır; Aban ayından əvvəl eşitmədiyimiz və ya eşitmək istəmədiyimiz ya da eşitmək arzusunda olduğumuz şeyləri eşidirik.
“Aban mərdom” podkasti etirazçılar və qiyamın şahidləri ilə müsahibələrdən yaranıb. O, sadə və qol-budaqsızdır; məqsədə yetişmək üçün çağırış edən, irəliləyən, təşkilatlanan, güclü və zəif tərəfləri olan bir üsyan barədə hazırlanmış sənədli filmdir.

“Cəmaran dini hövzəsinin evi Aban qəzəbində yanacaq!”
Bu podkast vaxtınızı doldurmaq və sizi əyləndirmək üçün yaradılmayıb! Biz istəmirik ki, Aban xalqın “matəm” yaddaşına çevrilsin, Aban insan haqları problem kimi xatirələrdə qalsın. Biz inanırıq ki, 1396-cı ilin dey hadisələri İran İslam Respublikası tarixində və məzlum xalqın yeni tarixi yolun davamında başladığı ən mühüm qiyamdır; ona görə də Aban (noyabr) hadisələri bizim üçün xalq mübarizəsinin mühüm hissəsidir və həmin hadisələr araşdırılmalıdır; onun güclü və zəif tərəfləri gələcək mübarizə yolunun davamı üçün işıq saçan çıraq kimi qəbul edilməlidir. Bu səs heç bir fayda və ya məqsəd baxımından təftiş edilməmişdir, çünki ölkənin müxtəlif yerlərindəki insanlar öz təşəbbüslərində və irəliləyişlərində, bir-birlərinin gücünü və zəifliklərini necə ifadə etmək barədə məlumatlandırılmalıdırlar.

Aban davam edir…
“Aban davam edir…”
Üsyanın dadı necədir, cənab?
“İnqilab xalqın bayramıdır!”
(Ərdəbil)



“Çörək, iş, azadlıq!”

Diktatora ölüm!”

“İslam Respublikası, ölümün yetişib!”
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!