"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
Tarix : 25-11-2023, 19:38
GÜNEY AZƏRBAYCANDA KÜTLƏVİ TUTUQLAMALARLA BAĞLI ABBAS LİSANİNİN MİLLƏTƏ MÜRACİƏTİ


GÜNEY AZƏRBAYCANDA KÜTLƏVİ TUTUQLAMALARLA BAĞLI ABBAS LİSANİNİN MİLLƏTƏ MÜRACİƏTİ

Tanrı adıyla

Böyük Azərbaycan Türk Milləti və milli fəallar!
Bildiyiniz kimi, farsların irqçi sistemi 44 il əvvəl Qərb dövlətlərinin maraqlarına uyğun olaraq monarxiya donunu çıxarıb İslam Respublikası paltarını geyindi.
Əgər Pəhləvi dövründə fars şovinizminin əlindəki aləti yalnız qılınc idisə, indi İslam Respublikası adı altında bütün sahələrdə həm qılıncla, həm də teokratiya ilə əgəmənliyini sürdürür . Buna görə də İran adlanan coğrafiyada istər siyasi, istər ictimai, istərsə də milli hərəkatlar başda olmaqla bütün qurtuluşçu hərəkatlar din adı altında qılınc gücü ilə hər cür təzyiq və repressiyaya məruz qalmışdır.
”Güney Azərbaycan Milli Hərəkatı” xalq arasında genişləndikcə təsir dairəsi də anbaan dərinləşir. Bu isə, fars yönlü mərkəzçi hökumətin amansız milli-insani hüquqlara qarşı basqı etməsinə və söndürmə səylərinə yol açır.
Bütün ardı-arası kəsilməz həbslərə, işkəncələrə, şəxsiyyət terroru və qətllərə baxmayaraq, milli fəallar möhkəm iradə ilə fars şovinizminin neçə başlı oyunlarına aldanmadan öz güclü mübarizəsini sürdürürlər.
Güney Azərbaycanda azadlıq döyüşçüləri gündən-günə çoxalır. Özəlliklə azərbaycan gəncləri misli görünməmiş mədəni yöntəmlə fars faşizminə qarşı mübarizə etməkdədir. O gənclər sarsılmaz ümidləri və tükənməz milli iradələrilə Azərbaycan Milli Hərəkatını uca saxlayırlar. Ancaq, fars şovinizmi bu gerçəkliyi basdırmaq üçün durmadan çalışır. Məhz bu üzdən son zamanlar Azərbaycan milli fəallararına qarşı təzyiqləri və qanunsuz həbsləri artırmaqla onların insani haqlarını pozmaq üçün əlindən gələni əsirgəməmişdir.
Sözsüz ki, belə durumlarda baxışından, siyasi görüşündən asılı olmayaraq bütün tutuqlu məhbuslardan hər cürə himayə etmək Azərbaycan Türk Millətinin və onun milli fəallarının milli və insani borcu sayılır. Mən əminəm ki, hər zaman olduğu kimi əziz millətimiz milli fəallarını yalnız buraxmayacaq.
Düşüncəmə görə, tutuqlu milli fəalların hörmətli ailələri istərlərsə, Təbrizdə bir araya gələrək “Məhbuslara azadlıq, yoxsa bizləri də tutuqlayın!” şüarı ilə toplanmanı məqsədəuyğun görüb də istədikləri vaxt və yerdə Təbriz şəhərində bir araya gəlib səsimizi dünyaya eşitdirək.
Mən öz tərəfimdən milli dəyərləri nəzərə alaraq, bu etiraz aksiyasında iştirak etməyi milli borcum hesab edirəm. Təki tutuqlananların ailələri bunu istəsin, yetər!
Bu gün virtual fəaliyyətin gərəkli olduğu hər kəsə bəlli və aydın olsa da, yetərli və kifayət deyildir. Çünki, hakim sistem öz legitimliyini daxildə Allaha və silahlarına, xaricdə isə Qərb dövlətlərinə bağlamaqla heç bir səsə və mesaja qulaq asmaq istəmir.
Əgər doğrudan, iradəmiz məhbəsdəki milli fəallara dəstək olmaqdırsa, meydanlara axın etməliyik. “Azadlıq-Ədalət-Milli Hökumət” şüarilə millət fədaisi kimi, gerçək meydanlarda güc göstərmək məhbusların azadlığı və Azərbaycanın azad olması üçün təkcə hesab edilməlidir. Yoxsa, səssiz və susqun qalmaqla nə tutuqlular azad olar, nə Azərbaycan!
Bu gün siyasi, iqtisadi, ictimai nədənlərdən ötrü Urmu gölünün faciədən qurtuluşu üçün geniş etirazlara qarşı sərgilənən əngəllər etgili olsa belə, zindanlarda işgəncə altında olan milli aktivistlərin azad olunması üçün milli fəalların meydanlara axması kəsinliklə uğurlu sonuclara yol açacaqdır.
Abbas Lisani

Təbrizin mərkəzi zindanı önündə tutuqluların valideynləri və yaxınları


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!