Prezident Ursula fon der Lyayeni təbrik etdi .....                        Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi .....                        Nigar harda olsa Azərbaycan üçün yaşayacaq .....                        Prezident seçkilərinin I turunun nəticələri ləğv edildi .....                        Ərdoğandan şok açıqlama: "İdlib, Hama, Hums və hədəf təbii ki, Dəməşqdir!” .....                        Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər yaralandı .....                        Bakıda Qərbi Azərbaycan parkı yaradılır .....                        Bakıda bu küçəsindəki avtobus zolağı ilə bağlı YENİLİK .....                        Baydenin Qafqaz üzrə baş müşaviri Bakıya gəldi .....                       
21-02-2022, 12:33
Təbrizdə hərbi təyyarə qəzaya uğradı
Təbrizdə hərbi təyyarə qəzaya uğradı

İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində hərbi təyyarə qəzaya uğrayıb.
Hadisə zamanı pilot və köməkçi pilotdan başqa mülki vətəndaşın da həyatını itirdiyi bildirilir.
Qəzanın başvermə səbəbləri araşdırılır.
13-02-2022, 16:38
“Mehdinin mövqeyi”

“Mehdinin mövqeyi” filminin üstünlüyü başqa bir şeydədir!
Müharibənin mühüm bir hissəsini “türklər” idarə edirdi.


11.02.2022. “ANAJ” saytının qeydlərindən.
“Mehdinin mövqeyi” filmi ilə bağlı daha bir yaxşı hal odur ki, türklərin və Azərbaycan övladlarının müharibədə nə qədər təsirli olduğu aydın olur. “Aşura” Sepahının əhəmiyyətini görmək olar. Hər yer türklərlə doludur!

Kino tənqidçisi Əli Əlibəyli yazır: “Bu film Hicazifərin rejissor kimi ilk işidir. O, “Atabay” filminin ssenaristidir. Həmin filmin rejissoru Niki Kərimidir. Türkcə (azərbaycanca – V.M.K.) çəkilmiş bu film İranda ən baxımlı, ən çox gəlir gətirən filmlərdən biridir. “Mehdinin mövqeyi” filminin ssenarisi o qədər də güclü deyil. Rejissurası da ortababdır. Bir-iki yaxşı plandan başqa, onun göz oxşayan mənzərə və kadrları yoxdur, kinofilmdən daha çox telefilm təsiri bağışlayır. Lakin onun tamaşaçını maraqlandıran və məmnun edən müəyyən xüsusiyyətləri var. “Mehdinin mövqeyi” filminin üstünlüyü başqa bir şeydədir!
Biz ölkəmizdə müqəddəs müdafiə ilə bağlı çəkilmiş yüzlərlə filmə baxmışıq, amma adətən onların doxsan faizi ya şüar, ya da intelektual olur. Adətən, bu filmlərdə buldozer kimi iraqlı öldürən qəhrəman görürük! Yaxud dialoqlar vasitəsilə dindən, inancdan dəm vururlar. Bu filmdə belə şeylər yoxdur. Film Mehdi Bakeri kimi az danışır.
Son illərdə müharibə əleyhinə və bütün müharibəni qaralayan intellektual filmlərə də rast gəlirik. Amma həmin film müharibə əleyhinə deyil, nə də müharibəyə qara yaxmır. Film cəsarətlidir. Bir çox məsələləri deməyə cürət edib. M.Bakeriyə dəyər verməməyə çalışması göstərilir. O, beş dəfə Təbriz sepahına gedib, qayıdıb! Amma buna dəyər verməyiblər. Yaxud məsələn, Mehdi Bakeri iclasda öz qüvvələrinin tezliklə meydanı tərk edib geri qayıtdığına işarə edir. Yəni İran ordusunda fərarilikdən şikayət edir! Bakeri və digər cəsur türk igidləri müharibə zamanı özlərini tənha hiss edirdilər.
Bu tənhalıq həm Həmid Bakerinin, həm də onun qardaşı Mehdi Bakerinin şəhadətində özünü göstərir. Hər ikisi tək qalır. Filmin bir yerində Mehdi Bakeri deyir: “Həmid indi sağ olsaydı, mən tək qalmazdım!”
“Mehdinin mövqeyi” filmi ilə bağlı daha bir yaxşı hal odur ki, türklərin və Azərbaycan övladlarının müharibədə nə qədər təsirli olduğu aydın olur. “Aşura” Sepahının (azərbaycanlılardan təşkil olunmuş Sepah hərbi hissəsi) əhəmiyyətini görmək olar.
Hər yer türklərlə doludur! Ərdəbilli, Təbrizli, Əhərli və Urmiyalı!
Biz adətən müharibə filmlərində türkləri görməmişik! Əgər görmüşüksə də ya kompot və ya konserv paylayan ya da ayaqqabı mazlayan, heç bir rütbəsi olmayan (sıravi) türk əsgərini görmüşük. Amma indi aydın olur ki, türklər müharibənin ən mühüm hissəsində təsirli və vacib rol oynayıblar. Müharibənin mühüm bir hissəsini türklər idarə ediblər. Bu, son 30 ildə filmlərdə, seriallarda görmədiyimiz acı həqiqətdir. Bu ölkə öz varlığına görə türkdillilərə borcludur. Bunu müharibə kinosunda demək lazımdır.
Bundan başqa, filmdə Azərbaycandan olan elementlər də var. Türklərin həddindən artıq çay içməyi adi haldır. Biz filmdə də görürük ki, müharibənin ağır şəraitində çay içmək prioritetdir! Və ya filmdə Xosrovun “Traktor” futbol klubunun oyunu haqqında reportajı yerinə düşən epizoddur. Filmdə Mehdi və Həmidin şəhadəti zamanı türkcə dialoqlar və türkcə laylalar (ağılar), həmçinin iki yerdə verilən türkcə mərsiyələr çox təsirlidir.
Filmə baxmağı unutmayın. Orada 1980- ci illərin ab-havasını da görə bilərsiniz.
Mənbə: http://www.anaj.ir/?p=27795\11.02.2022\22

Farscadan sərbəst və ixtisarla tərcümə: V.Mustafa Kamal
4-02-2022, 12:17
Siyasi məhbus Əlirza Fərşinin məzuniyyət müddəti uzadılıb

Yanvarın 9-da Tehranın “Fəşafuyə” zindanından tibbi məzuniyyətə buraxılan ana dili fəalı, siyasi məhbus Əlirza Fərşinin tibbi məzuniyyət müddəti həkim arayışı əsasında uzadılıb. Bu barədə siyasi məhbus Əlirza Fərşi fevralın 2-də özünün sosial media hesabında yazıb. O, əməliyyatdan sonra müalicə prosesinin davam etdirilməsi üçün məzuniyyət müddətinin daha bir həftə uzadılması barədə qərarın Baharistan şəhərinin Ümumi və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 2-ci bölməsinin hakimi Vəliullah Heydərnejad tərəfindən verildiyini bildirib.
Milli fəal yanvarın 27-də elektron qandalla Tehranın “Bina” xəstəxanasına yerləşdirilib və gözündən əməliyyat (Kornea transplantasiyası) edilib. Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.
4-02-2022, 12:15
Ərdəbil İranda yoxsul əyalətlər sırasındadır


İran Statistika Mərkəzinin son hesablamalarına görə, Ərdəbil İranda yoxsul əyalətlər sırasındadır. Məlumatda Ərdəbil əyalətinində yoxsulluq səviyyəsinin ölkə üzrə ortalama göstəricidən yüksək olduğu bildirirlir. Rəsmi statistikada ölkədə ailələrin 22,8%-nin mütləq yoxsulluq həddində olduğu göstərilib. Hesabata əsasən mütləq yoxsulluq səviyyəsinə görə, Sistan və Bəlucistan əyaləti hələ də ən pis vəziyyətdədir və orta hesabla bu əyalətdəki ailələrin 51,4%-i mütləq yoxsulluqdan əziyyət çəkir.
Statistika Mərkəzinin məlumatına görə, yoxsulluqdan ən az əziyyət çəkən əyalət 11.1% yoxsulluq göstəricisi ilə İranın mərkəzində yerləşən fars dilli Yəzd əyalətidir. Ərdəbil əyaləti geniş potensialına, kənd təsərrüfatına, yeraltı və yerüstü sərvətlərinə baxmayaraq yoxsulluq sıralamasında ölkə üzrə 12-ci yerdə qərar tutub.
4-02-2022, 12:13
İran hakimiyyətindən şovinist addım


Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin başçısı Qasım Nazimi Azərbaycan türkcəsində çəkilən “Qolçaq” filminin “Fəcr” film festivalına buraxılmamasına etiraz edib.

O, məsələ ilə bağlı film festivalının mərkəzi qərargahına, festival katibliyinə etiraz məktubu yazdığını və bunun səbəbini soruşduğunu qeyd edib:
“Tərəfimizdən məsələ izlənilir. Onlar bizə bildiriblər ki, filmin məzmunu dialoqlardan ibarətdir və dil türkcə olduğu üçün münsiflər heyəti onu anlamaqda çətinlik çəkir. Bu üzdən festivala buraxılmamasına qərar veriblər”.
Qeyd edək ki, Güney Azərbaycanın türkcə “Qolçaq” filmi hər il İranda keçirilən Beynəlxalq Fəcr Film Festivalına buraxılmayıb. Münsiflər heyətinin üzvləri bunu filmin türkcə olduğu ilə əlaqələndirirlər.
“Qolçaq” filminin rejissoru bundan öncə türk dilində çəkdiyi “Ev” filmi ilə Güney azərbaycanlıların rəğbətini qazanan tanınmış rejissor Əsgər Yusifinejaddır.
Bu, ilk hərəkət deyil və bundan öncə 2019-cu ildə türk dilində olan “Atabay” filmi də bir sıra şovinist dairələrin qəzəbi ilıə qarşılanmışdı.
Fars dilli jurnalist Əmir Fərzullahi “Atabay” filminin təqdimat mərasimində dediyi sözlər qəzəblə qarşılanıb.
“İranın rəsmi dövlət dili fars dilidir. Kimsənin haqqı yoxdur bu ölkədə türk dilində film çəksin”-deyə, şovinist yazar bildirib.
Filmin ssenari müəllifi və oyunçusu Hadi Hicazəfər fars jurnalistə sərt cavab verib:
“Sənin düşüncələrin faşizmə dayanır. Kimsənin türk dilini təhqir etmək haqqı yoxdur. Ölkə konstitusiyasına görə, türk dili məktəblərdə tədris olunmalıdır”.
4-02-2022, 12:03
Zəncanda su qıtlığı



Güney Azərbaycanın Zəncan şəhərinin icra başçısı Pərviz Xaliqi şəhər və ətraf kəndlərin əhalisinin qış aylarında da su qıtlığından əziyyət çəkdiyini bildirib.
O, ətraf kəndlərdə əkin yerlərinin suvarılması üçün davamlı problem yaşandığını və bunun həlli üçün tədbir görülmədiyi təqdirdə yaxın gələcəkdə daha ciddi böhranın baş verəcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Zəncan əyalətində su və kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulan layihələr vəsait çatışmazlığı ucbatından yarımçıq qalıb. Əyalətdə su və kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulan layihələri tamamlamaq üçün 2500 milyard tüməndən çox vəsaitin lazım olduğu bildirilir.
Əlirza Cüz Qasimi Zəncan şəhərinin içməli su təminatı üçün nəzərdə tutulan layihələrin də yarımçıq qaldığını, 500 milyard 300 milyon tümən vəsait tələb olunduğunu deyib.
1-02-2022, 10:24
London məhkəməsi deputatın 10 milyonunu geri qaytardı

Xəbər verildiyi kimi, London məhkəməsi mülki iş üzrə Pərvanə Feyziyevaya, Orxan Cavanşirə və Elman Cavanşirə məxsus bank hesablarında olan 15 milyon funt sterlinqi dondurmuşdu.

AZƏRTAC xəbər verir ki, London məhkəməsi həmyerlilərimizin xeyrinə qərar çıxarıb.

Ötən ilin noyabr ayında iki həftə davam edən araşdırmaların nəticəsini məhkəmə hakimi elan edib.

Hakim Con Zaninin qənaətinə görə hesablarda olan vəsaitin 10 milyondan bir qədər çoxunun qanuni fəaliyyət nəticəsində qazanıldığı və qanuni şəkildə Böyük Britaniyaya köçürüldüyü London məhkəməsində heç bir şübhə doğurmur. Hakim proses zamanı təqdim olunmuş sübutları araşdıraraq qərara gəlib ki, həmin vəsaitlər qanuni yolla qazanılıb. Ona görə də hakim Con Zani həmin vəsaitlərin öz sahiblərinə qaytarılması üçün bank hesablarının dərhal açılması barədə qərar qəbul edib.

Qalan 5 milyon vəsaitin köçürülmə mexanizmində məhkəməyə tam aydın olmayan məqamlar olduğunu bildirən hakim izah edib ki, bu məqamlar bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Bankı ətrafında baş vermiş qalmaqalla bağlıdır. Böyük miqdarda pul vəsaitlərinin itkisi ilə üzləşmiş Beynəlxalq Bankın fəaliyyətində şəffaflığın olmaması həmin bank vasitəsilə köçürülmüş bütün vəsaitlərin sual altına düşməsinə səbəb olub. Hakim belə qənaətə gəlib ki, pulların köçürülməsi ilə məşğul olan bankların daxili nəzarət sistemlərində mövcud olan boşluqlar şübhə doğurur, lakin köçürmə prosesində baş vermiş mənfi halların Pərvanə Feyziyeva, Orxan Cavanşir və Elman Cavanşirlə bilavasitə bağlılığı yoxdur.

Cavabdehlərin sözçüsü Coş Kemeron Britaniya mətbuatına açıqlamasında bildirib ki, müdafiə tərəfində qalan vəsaitlərin də qanuni fəaliyyət nəticəsində qazanıldığını və köçürmə əməliyyatlarının qanuniliyini təsdiq edən təkzibolunmaz sənədlər var, amma məhkəmə araşdırmaları zamanı həmin sənədlərin təqdim olunması tələb olunmadığından onlardan indiyədək istifadə olunmayıb.

Vəkil Çarlz Bott da öz açıqlamasında hələ də araşdırmaya ehtiyacı olan köçürmə əməliyyatlarının doğruluğunu sübut etmək üçün növbəti mərhələdə daha yüksək instansiyalı məhkəmədə davam etdiriləcəyini bildirib və nəticədə bütün vəsaitlərin tam şəkildə öz sahiblərinə qaytarılacağına əminliyini ifadə edib.

Beləliklə, 10 milyon funt sterlinq sahibinə qaytarılıb.

Qeyd edək ki, adıçəkilən şəxslərdən Pərvanə Feyziyave Milli Məclisin deputatı Cavanşir Feyziyevin arvadı, Orxan Cavanşir isə oğludur. Elman Cavanşirə gəlincə, o, Cavanşir Feyziyevin qardaşı oğludur.

Bütöv.az
1-02-2022, 10:17
Deputat İqbal Məmmədovun 10 milyon vergi borcu var

Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 10 milyon manata yaxın vergi borcu var.

Bütöv.az xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında öz əksini tapıb. Belə ki, şirkətin 1600019501 nömrəli VÖİN-i üzrə sorğu verən zaman “Kaspi Yıldız”ın 9 666 469.63 AZN borcu olduğu üzə çıxır.
Əldə etdiyimiz digər məlumata görə, şirkətin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı digər təsisçi Məmmədov İqbal Nəriman oğluna verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.
Maraqlı məqam ondan ibarətdir ki, Lerikin deputatı bir müddət əvvəl mətbuata açıqlamasında “Kaspi Yıldız”la bağlı danışarkən şirkətin onun adına olması barədə iddiaları təkzib etmişdi:
“Mən deputat olana qədər “Kaspi Yıldız” öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam deyə biznesimi yad adama bağışlayası deyildim ki...”
Xatırladaq ki, İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində də vergi yoxlamalarına görə qalmaqal yaşanmışdı. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü. (Qafqazinfo.az)
29-01-2022, 19:08
Doktor Sadiq Xərazinin Təbriz xatirələri:


Bu yazını fars dilində bu gün səhər ABŞ-dan əslən Marağalı olan məşhur qəlb cərrahı dr.Şapur Ənsari vətənpərvər alimimiz Səməd Bayramzadəyə göndərmişdir. O da onu Azerbaycan Türkcəsinə çevirib redaksiyamıza göndərib. Saytımızın oxucularının da diqqətini çəkər deyə təqdim edirik:
İranda islahatçılara yaxınlığı ilə tanınan məşhur diplomat və İranlıların Səsi Partiyasının şura rəhbəri doktor Sadiq Xərazinin Təbriz şəhəri haqqında xatirələri:
"Cənab Seyid Məhəmməd Hatəminin prezidentliyi dövründə mən (Sadiq Xərazi) və cənab Hatəmi Davos Sammitinə getmişdik. Bilirsiniz ki, Davos Sammiti dünyanın ən mühüm iqtisadi sammitidir və bu sammitdə dünya dövlətlərinin yüksək siyasi və iqtisadi xadimləri iştirak edirlər.
Bizi bu görüşün kənarında nahara dəvət etdilər. Mənim oturduğum masada İspaniyanın Baş naziri və Microsoft-un prezidenti Bill Qeyts də daxil olmaqla, tanınmış siyasi, iqtisadi və elm xadimləri vardılar. Bill Qeyts və mən yanaşı oturmuşduq. Söhbət zamanı Bill Qeyts məndən soruşdu ki, hansı ölkədənəm.
Mən də cavab verdim ki, İrandanam.
O, mənim hansı şəhərdən olduğumu da soruşdu və mən də cavab verdim.
Bill Qeyts dedi: İranın bir şəhərdən başqa heç bir şəhərini tanımıram!
Soruşdum: O hansı şəhərdir?
Cavab verdi: Təbriz!

Bill Qeyts dedi: Mən Təbrizi yaxşı tanıyıram!
Mən çox təəccübləndim və ondan soruşdum: Necə, niyə Təbriz??
O da sualıma sualla cavab verdi: Görəsən, bu kiçik şəhər necədir?
Məni daha çox maraq bürüdü və yenə soruşdum: Niyə məhz Təbriz?
"Mən çox təəccüblənirəm", deyə Bill Qeyts sözünə davam etdi: Hazırda Microsoft şirkətində işləyən on yeddi, on səkkiz ən yaxşı dünya riyaziyyatçısı var ki, onların hamısı Təbrizdəndirlər! Bütün bu elm dahilərini yetişdirən bu şəhər görəsən, necə bir yerdir??!!
Bill Qeytsin bu maraqlı sözləri məni çox təəccübləndirdi!
Bəli, Təbriz torpağı dünya şöhrətli tarixçilər, alimlər və dahilər yetirib.
O gün gördüm ki, Bill Qeyts Təbriz qapısından İranı, hətta Yaxın Şərqi də tanıyır!
Mən də sizə təklif edirəm ki, bu qürurlu diyar üçün bir Təbrizşünaslıq mərkəzi yaradasınız və Təbriz ensiklopediyasını İslam dünyasına və İran sivilizasiyasına hədiyyə edəsiniz".
29-01-2022, 16:23
Təbrizdə “Koroğlu” tamaşasının afişası asılıb.


Təbrizdə Yaqub Sadiq Camalinin quruluşunda “Koroğlu” tamaşasının afişası asılıb.

"Təbriz-e Bidar" (Oyaq Təbriz) saytının məlumatına görə, "Koroğlu" tamaşasının yazıçısı və rejissoru Yaqub Sadiq Camali media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında deyib: "Bu tamaşa 2000-ci ildə Təbrizdə tanınmış sənətkarların iştirakı ilə səhnəyə qoyuldu və tamaşaçılar tərəfindən böyük maraq və o dərəcədə rəğbətlə qarşılandı ki, səhnədə 58 dəfə ifa edildi".
Bu tamaşanın Naxçıvan Muxtar Respublikasında və Türkiyədə səhnəyə qoyulmasına toxunan Sadiq Camali bildirdi ki, həmin ildə Koroğlu tamaşası Təbrizi ölkənin teatr sahəsində ən populyar şəhərinə çevirdi.
"Koroğlu" tamaşasının müəllifi müsahibəsində əlavə olaraq dedi: “İllər keçəndən sonra biz hiss etdik ki, tamaşanın yenidən nümayişi üçün məkan hazırdır və onu səhnəyə çıxara bilərik”.
O, daha sonra qeyd etdi: "Təbrizdə teatr tamaşaları üçün böyük ixtisaslaşdırılmış zal yoxdur.
İranda teatr iki ilə yaxın idi ki, bağlanmışdı. Teatr və musiqi nümayiş edilən salonlarında bütün sağlamlıq protokollarına əməl olunur, çünki bütün yaxınlarımızın sağlamlığı bizim əsas prioritetimizdir".
"Koroğlu" tamaşasının aktyorlarından Camal Saqinejad bunu belə izah edib: "Korona olmasaydı, məncə, bu tamaşa 3-4 ay səhnədə olacaqdı. Ümid edirik ki, media yenə bizə kömək edəcək ki, insanlar yenə də əsəri yaxşı qarşılasınlar”.
"Koroğlu" tamaşasının xoreoqrafı Pedram Nazer Ədl deyib: “Bu tamaşada biz Azərbaycan xalqına Azərbaycanın tarixini və mədəniyyətini göstərəcəyik. Gözəl milli musiqi, rəqs və məharətli aktyor hərəkətlərindən istifadə etməklə səhnəyə yaxşı bir tamaşa gətirəcəyik".
Rejissorun müşaviri Səidə Hamed sözünə belə davam edib: “Bir çox problemlərə baxmayaraq, biz komanda olaraq 120 tamaşa səhnələşdirə bildik və ümid edirik ki, bu tamaşa ilə mədəniyyətimizi gənc nəslə ötürə biləcəyik”.
Tamaşanın bəstəkarı Qulamrza Mirzəzadə bildirmişdir: Musiqinin hərəkət və rəqsləri tamaşa ilə uzlaşdırılaraq əvvəlki tamaşaya nisbətən yenilənmiş və Koroğlunun musiqisini ifa edərkən biz də tardan, qara neydən, qarmondan bəhrələnmişik".
Tamaşanın digər aktyorlarından Solmaz Haşimi sonda dedi: “Bir neçə ildən sonra professorların və dostların köməyi ilə bu möhtəşəm əsəri səhnəyə çıxara bildik”.

“Koroğlu” tamaşası yanvar ayının 27-dən fevralın 19-a kimi Təbrizin "29 Bəhmən" Mədəniyyət-Bədii Kompleksində səhnəyə qoyulacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!