"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
20-05-2026, 07:04
Zəncanlıların da əmlakı müsadirə edildi


Zəncanlıların da

əmlakı müsadirə edildi


Güney Azərbaycanda yeni təzyiq dalğası; onlarla insanın əmlakı donduruldu.
Gunaz TV-nin məlumatına görə, Zəncan vilayətinin məhkəmə rəsmiləri Güney Azərbaycanın türk şəhərlərindən biri olan Zəncanda 52 nəfərin əmlakının müsadirə edildiyini açıqlayıb. Bu addım İranın mübahisəli “casusluq və sionist rejimlə əməkdaşlığa görə cəzaların sərtləşdirilməsi” qanununa əsasən həyata keçirilib.
Zəncan vilayətinin məhkəmə rəisi Əli Fərəci-Bərhəq bildirib ki, qərar məhkəmə göstərişi ilə icra olunub və müsadirə edilən əmlaklara rial və xarici valyuta hesabları, qızıl, daşınar və daşınmaz əmlak daxildir.
Məhkəmə qurumunun yaydığı məlumata görə, bu halların 33-ü Zəncanda, 15-i Əbhərdə, 3-ü Xürrəmdərədə, bir hal isə Xudabəndə və Tehranda qeydə alınıb.
Rəsmilər həmçinin bu işlə bağlı 7 nəfərin saxlanıldığını, bəzi şəxslərin isə İran xaricində olduğunu bildiriblər.
Bu addım İran məhkəmə sisteminin istinad etdiyi qanunun hüquqşünaslar tərəfindən ciddi tənqid olunduğu bir vaxtda atılıb.


17-05-2026, 10:49
Azad internet 8 milyon tümənə çatdı

Azad internet 8

milyon tümənə çatdı


İranda internetə qoyulan məhdudiyyətlərin davam etdiyi bir şəraitdə “pro internet” və ya internetə daha geniş çıxış imkanı verən xüsusi sim-kartların qiyməti milyonlarla tümənə yüksəlib və adi vətəndaşlar üçün əlçatmaz hala gəlib.
Gunaz TV-nin məlumatına görə, əvvəlcə bizneslər və müəyyən xüsusi qruplar üçün nəzərdə tutulan “pro internet” xidməti indi qeyri-rəsmi bazarda 8 milyon tümənə, bəzi hallarda isə daha yüksək qiymətə satılır.
Məlumatlara əsasən, bu xidmətin rəsmi qiyməti daha aşağı olsa da, internet məhdudiyyətləri və artan tələbat səbəbindən qara bazar formalaşıb və internetə daha sərbəst çıxış kommersiya malına çevrilib.
“Pro internet” istifadəçilərə beynəlxalq internetə daha yaxşı çıxış imkanı verir. Lakin bu imkan adi vətəndaşlar üçün ya ümumiyyətlə əlçatan deyil, ya da yalnız yüksək məbləğ ödəməklə əldə edilə bilir.
Qiymət artımı İran vətəndaşlarının internetin sürətinin aşağı salınması, filtrləmə və geniş onlayn məhdudiyyətlərlə bağlı şikayətlərinin artdığı bir dövrdə baş verir. Tənqidçilər bildirirlər ki, bu vəziyyət ölkədə rəqəmsal ayrı-seçkiliyi və internetə çıxışda sosial bərabərsizliyi daha da dərinləşdirir.

17-05-2026, 10:24
Qərbi Azərbaycanda 129 nəfərin   əmlakını müsadirə edilib


Qərbi Azərbaycanda 129 nəfərin

əmlakı müsadirə edilib


İran məhkəmə sistemi iqtisadi təzyiqin yeni mərhələsinə start verib. Gunaz TV-nin məlumatına görə, Qərbi Azərbaycan ostanının məhkəmə sisteminin rəhbəri bu ostanda yaşayan 129 nəfərin əmlakının təhlükəsizlik ittihamları ilə müsadirə edilməsi barədə göstəriş verildiyini açıqlayıb.
Qərbi Azərbaycan məhkəmə sisteminin rəhbəri Nasir Ətəbati şənbə günü, 26 ordibeheşt (16 may) bildirib ki, bu qərar məhkəmə orqanlarının “anti-təhlükəsizlik fəaliyyətləri” və “düşmən ölkələrlə əməkdaşlıq” adlandırdığı ittihamlar çərçivəsində verilib. O, bu şəxslərin kimliyi barədə heç bir məlumat vermədən onları “düşmən amilləri” və “xainlər” adlandırıb, bu cür işlərdə məhkəmə təqibi və əmlakın müsadirəsinin davam edəcəyini vurğulayıb. Bu addım İranın müxtəlif bölgələrində son aylarda vətəndaşların əmlaklarının müsadirəsi və ya üzərinə həbs qoyulması ilə bağlı xəbərlərin artdığı bir vaxta təsadüf edir. Bu addımlar adətən təhlükəsizlik ittihamları, xarici media ilə əlaqə və ya xarici qurumlarla əməkdaşlıq iddiaları ilə əsaslandırılır.
Tənqidçilər bu prosesi hökumət tənqidçilərinə və müxaliflərə qarşı iqtisadi təzyiq vasitəsi kimi qiymətləndirir. Onların fikrincə, məhkəmə şəffaflığı olmadan, işlərin detalları açıqlanmadan və təhlükəsizlik dosyeləri adı altında vətəndaş əmlakının müsadirəsi ciddi insan haqları narahatlığı yaradır.
İndiyədək İran məhkəmə orqanları 129 nəfərin kimliyi, müsadirə olunan əmlakın növü və ya bu işlərin hüquqi prosesi barədə əlavə məlumat yaymayıblar.

16-05-2026, 18:59
Azərbaycanlı fəala 6 ay həbs

Azərbaycanlı fəala

6 ay həbs


Azərbaycanlı fəal Həbib Mehriyə 6 ay həbs cəzası verilib

Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən azərbaycanlı türk fəal Həbib Mehri “rejim əleyhinə təbliğat” ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib. Azərbaycanlı fəal Təbrizdə evinə təhlükəsizlik qüvvələrinin basqınından sonra saxlanılıb. Məlumata görə, təhlükəsizlik əməkdaşları evdə aparılan axtarış zamanı onun mobil telefonunu da müsadirə ediblər. Bir müddət müvəqqəti saxlanıldıqdan sonra isə o, iş üzrə məhkəmə araşdırması davam etdiyi müddətdə girov qarşılığında azadlığa buraxılıb. Həbib Mehri əvvəl də ictimai fəaliyyətlərinə görə, o cümlədən Urmiya gölünün vəziyyəti barədə məlumatlandırma aparması və Azərbaycanın “Traktor” klubunun oyunları ilə bağlı fəaliyyətləri səbəbilə saxlanılıb və məhkum edilib.
16-05-2026, 18:47
Vahid Əbhəri məhkəməyə çağırılıb


Vahid Əbhəri

məhkəməyə çağırılıb


Azərbaycanlı fəal Vahid Əbhəri məhkəməyə çağırılıb

Təbrizdən olan azərbaycanlı fəal Vahid Əbhəri sosial mediada türk dilində paylaşdığı bir postda məhkəməyə çağırıldığını bildirib.
Vahid Əbhəri yazıb: “Mənə göndərilən bildirişə əsasən, əvvəlki işimə yeni bir ittiham əlavə edilib və şənbə günü səhər saatlarında ittihamın izahı üçün 3-cü prokurorluq şöbəsinə getməliyəm.”
Fəal çağırışla bağlı mümkün ehtimalı qeyd edib: “girovun ağırlaşdırılması və ya saxlanılaraq həbsxanaya göndərilmə.”
Qeyd edək ki, bu azərbaycanlı fəal bundan əvvəl də ictimai fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif ittihamlarla məhkəmələr qarşısına çıxarılıb.

9-05-2026, 09:33
Məlikanlı ictimai fəal təhlükədədir


Məlikanlı ictimai

fəal təhlükədədir


Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərinin Təbii Sərvətlər İdarəsinin əməkdaşı olan Əkbər Əziminin həbsinin üstündən 1 ay keçməsinə baxmayaraq onun barəsəində məlumat əldə etmək mümkün olmur. Bu barədə insan haqları təşkilatları məhbusun ailəsinə istinadla məlumat yayıb.
Məlumata görə, Əziminin harada saxlanıldığı və nədə ittiham olunduğu barədə ailəsinə məlumat verilmir.
"Bu müddət ərzində onun yaxınlarının müraciətlərinə baxmayaraq, dövlət qurumları məhbusun talei, sağlamlıq vəziyyəti barədə açıqlama verməkdən imtina edib, onunla görüş və telefon danışığına icazə verməyiblər",- məlumatda qeyd olunub.
Hüquq müdafiəçiləri bildiriblər ki, buna görə də, Əkbər Əziminin ailəsi onun işgəncə edildiyini, həyatının təhlükədə olduğunu düşünürlər.
Qeyd edək ki, Əkbər Əzimi ölkədə mövcud iqtisadi böhran və məişət problemləri barədə tənqidi çıxışlarına görə aprelin 4-də həbs edilib.
9-05-2026, 08:32
Dustaq rəssamın "Azadlıq" əsəri


Dustaq rəssamın

"Azadlıq" əsəri


Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı sənətçi Mürtəza Pərvin həbsxananın 7-ci bölməsində “Azadlıq” adlı əsər təqdim edib. Təsviri incəsənət sahəsində fəaliyyət göstərən və siyasi məhbus olan sənətçi, həbs olunmazdan əvvəl də bir sıra sərgilər təşkil etmişdi. Bu dəfə isə o, məhdud şəraitdə və digər məhbusların iştirakı ilə təxminən 1x1 metr ölçüdə parça üzərində xəttatlıq üslubunda bir əsər yaradıb.
Əsərdə “Ah azadlıq, nə qədər təminatsızsan!” ifadəsi yer alıb.
Bu əsər bölmədə olanlar tərəfindən alqışla qarşılanıb. Mürtəza Pərvin çıxışının sonunda bu əsəri İrandakı mübariz qadınlara həsr etdiyini bildirib və xüsusilə hüquqşünas və insan haqları fəalı Nəsrin Sotudənin adını çəkib.
9-05-2026, 08:06
Urmu gölündə su səviyyəsi 1,40 santimetr artıb


Urmu gölündə su səviyyəsi

1,40 santimetr artıb


Qərbi Azərbaycan Ətraf Mühit Baş İdarəsinin rəhbəri bildirib ki, Urmu gölündə su səviyyəsi 1,40 santimetr artıb. Qərbi Azərbaycan Ətraf Mühit Baş İdarəsinin direktoru Hüccət Cəbbarinin sözlərinə görə, yağıntılar nəticəsində Urmiya gölünün vəziyyəti əvvəlki illərlə müqayisədə yaxşılaşıb.
O, bildirib: “Su səviyyəsində 1,40 santimetr artım qeydə alınıb, bəzi ərazilərdə isə göl yatağının dərinliyi 2–2,5 metrə çatıb.”
Cəbbarinin sözlərinə görə, Urmiya gölündə suyun həcmi 3,5 milyard kubmetrdir və bu göstərici son illərlə müqayisədə 6–7 dəfə artım deməkdir.
Cəbbarinin açıqlamasına görə, yay aylarında istilər səbəbilə hər il gölün dərinliyindən 70–80 santimetr su buxarlanır. Lakin bu il suyun 50 faizi buxarlansa belə, gölün tam quruması gözlənilmir. Bununla belə, bir neçə mütəxəssis bu nikbin qiymətləndirməyə ehtiyatla yanaşıb.
Mütəxəssislər bildiriblər ki, görünən yaxşılaşma ictimaiyyəti aldatmamalıdır və struktur islahatları aparılmasa, vəziyyət yenidən sürətlə pisləşə bilər. Onlar suyun idarə olunması, qanunsuz və həddindən artıq yeraltı su çıxarılmasının qarşısının alınması, ekoloji su payının təmin edilməsi, əkinçilik modelinin dəyişdirilməsi və vahid monitorinq sisteminin yaradılmasını əsas prioritetlər kimi göstəriblər.
9-05-2026, 07:47
Həmədanlıların əmlakı müsadirə olundu


Həmədanlıların əmlakı

müsadirə olundu


Müharibə ilə bağlı daha 40 həmədanlıya qarşı cinayət işi açılıb və onların əmlaklarının müsadirəsi barədə qərar verilib. Bu barədə İran məhkəmə hakimiyyətinin "Mizan" saytı məlumat yayıb:
Onlar "düşmənlə əməkdaşlıq", "düşmən şəbəkələrlə əlaqə" və "milli maraqlara zidd fəaliyyətlər"də günahlandırılıblar. Kimliyi açıqlanmayan şəxslərin bütün daşınan və daşınmaz əmlakı, bank hesabları və aktivləri müəyyən edilərək müsadirə edilib və onlara hər hansı maliyyə köçürmələrinə qadağa qoyulub.
Xatırladaq ki, ötən ay eyni ittihamlara görə 61 həmədanlının əmlakı müsadirə olunub.
8-05-2026, 11:22
Təbiət abidəsi yenidən canlandı

Təbiət abidəsi

yenidən canlandı


Təbriz yaxınlığında yerləşən və Şərqi Azərbaycan əyalətinin təbiət abidələrindən biri sayılan Qurugöldə su miqdarı artıb. Bu barədə Bostanabad rayonunun (Ocan) Ətraf Mühitin Mühafizəsi İdarəsinin direktoru Şahrox Sadiqpur bildirib. Onun sözlərinə görə, cari yağıntı mövsümündə göldə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 27 santimetr qalxıb və bu, təbiət abidəsinin yenidən canlanması barədə ümidləri artırıb. Ekoloqlar, hökumətin bərpa işləri aparmamasına baxmayaraq, gölün canlanmasının əsas səbəbinin son həftələr intensiv yağan yağışlarla bağlı olduğunu bildiriblər.
Qeyd edək ki, Təbrizin 40 kilometr cənub şərqində yerləşən və 16 kvadrat kilometr sahəsi olan Qurugöl İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir. 200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!