Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 19-08-2025, 15:39
Zəngəzur dəhlizi bəhanədir!

Duman Radmehr,
Azərbaycan Demokratiya və İnkişaf
Assosiasiyasının (Ocaq) sədri, İsveç


Zəngəzur dəhlizi bəhanədir!

Panfarsizmin əsas hədəfi bizik – İran türkləri!


Demək olar ki, son illərdə İranda baş verən hər bir hadisədə istər jurnalist, istər təhlilçi, istərsə də dövlət və ya güc strukturları rəsmiləri olsun, bütün vasitələrlə ittiham barmağını Azərbaycan Respublikasına tərəf yönəldir, təhdidlər səsləndirir və hərbi təlimlər keçirirlər. Onların fikrincə, Urmu gölünün qurumasına etirazlar da Azərbaycan dövlətinin işidir, nüvə alimlərinin qətlə yetirilməsi də Bakının əlindən çıxıb. İsrailin İrana hücumu Azərbaycan yolu ilə həyata keçirilib. Az qala, zəlzələlər və su-elektrik kəsintilərini də Azərbaycanın üstünə yıxsınlar. İndi isə, Ermənistan öz ərazisində “Trump/Zəngəzur dəhlizi”nin inşasına icazə verdiyi halda, heç kimin Ermənistanla işi yoxdur, hədəfdə yenə də Azərbaycan dayanır. Daha qəribəsi isə odur ki, həm ölkə daxilində, həm də xaricdə, həm hakimiyyət tərəfdarları, həm də müxaliflər bu mövqedə eyni cəbhədədirlər.
Başqa bir misal! Bir neçə gün əvvəl, özünü radikallara qarşı “mötədil” qanadın mətbuat orqanı kimi təqdim edən ”Entexab” (Seçki) qəzeti “ABŞ, Ermənistan və Bakının Zəngəzur dəhlizi barədə razılaşması” başlığı ilə xəbər dərc etmiş, amma yenə də “Azərbaycan” adını senzuraya məruz qoymuşdur.
Azərbaycanla düşmənçilik mərkəzçi media və siyasi dairələrdə adətən bu kimi əlamətlərlə özünü göstərir. Onlar “Azərbaycan Respublikası” ifadəsini işlətməkdən qaçır, bunun əvəzində “Bakı” sözünü seçirlər. Eyni halda, Arazın cənubunda isə açıq və ya dolayı şəkildə “Azərbaycan” adının silinməsini və yer adlarının farslaşdırılmasını müdafiə edirlər.
Bəlkə düşünürsünüz ki, panfarsistlər Azərbaycanın İranın tarixi bir hissəsi olduğunu, “Gülistan” və “Türkmənçay” müqavilələri ilə ayrıldığını iddia etdikləri üçün belə edirlər və bununla da Azərbaycan Respublikasının mövcudluğunu şübhə altına alırlar. Amma maraqlıdır ki, bu iddia eyni müqavilələrlə Qacar dövlətindən ayrılmış indiki Ermənistana tətbiq olunmur! Eyni yanaşma 1971-ci ildə Pəhləvi dövründə İrandan ayrılmış Bəhreyn üçün də keçərli deyil. Niyə fəqət Azərbsycan?!
Əslində, panfarsizmin əsas məqsədi İranda fars kimliyinin hegemonluğunu və ona aid mədəni, iqtisadi, siyasi imtiyazları qorumaqdır. Bu baxımdan, türklərin assimilyasiyaya və müstəmləkəçiliyə qarşı özünüdərki və müqaviməti onların maraqları üçün ən böyük təhlükə sayılır. Azərbaycan Respublikası və habelə Türkiyəyə qarşı düşmənçiliyin səbəbini də burada axtarmaq lazımdır. Azərbaycan adının silinməsi, Qarabağın Ermənistan tərəfindən işğalına dəstək, PKK ilə əməkdaşlıq, SEPAH-ın ”Qüds” qüvvələrinin Azərbaycanda silahlı dini qruplar yaratması cəhdi və bu dövlətlərə qarşı təbliğat – bütün bunlar bu iki türk dövlətinin İran türklərinə ilham verməsinin qarşısını almaq üçündür.
Aydındır ki, Azərbaycan Respublikasının müstəqilliyi və Türkiyə kanallarının peyk vasitəsilə əlçatan olması, İran türklərinin oyanışı, milli qürur və özünəinamının bərpasında mühüm rol oynayıb. İranda hərtərəfli ayrı-seçkiliyə və təhqirə məruz qalan türk kimliyi bu iki ölkənin (Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası) mövqeyindən ilham alaraq dəyişmiş; təslimçilik yerini müqavimətə vermiş, Güney Azərbaycan milli hərəkatı xalqdan daha böyük dəstək görməyə başlamışdır. Bu iki dövlətin uğurları fars-mərkəzçi İran rejiminin türkləri bacarıqsız, cahil və mədəniyyətsiz göstərmək siyasətini xeyli dərəcədə zərərsizləşdirib. Qarabağın azadlığı isə bu təsirin zirvəsi olub.
Bütü deyilənlərlə yanaşı, Azərbaycan Respublikası bu illər ərzində azərbaycanlıların mədəni irsinin qorunmasında mühüm rol oynayıb. Panfarsizmin məhv etməyə və ya mənimsəməyə çalışdığı bütün ortaq tarixi dəyərlər və yaddaş elementləri Azərbaycan Respublikası tərəfindən beynəlxalq miqyasda qeydiyyata alınır və tanıdılır. Buna görə də panfarsizm və onun yeni versiyası – ”İranşəhri ideologiyası” – Azərbaycan dövlətini zəiflətməyi və inkişafına mane olmağı əsas prioritetlərindən sayır. Elə bu düşüncədir ki, panfarsist “ekspert” Ehsan Movəhhediyan ermənilərlə birgə azərbaycanlılara qarşı döyüşmək üçün silah işlətməyi bacarmağı arzulayır.
Panfarsizmin yazılmamış qaydalarından biri ondan ibarətdir ki, İran türkləri (azərbaycanlılar) öz vətənpərvərliklərini sübut etmək üçün Azərbaycan Respublikasına qarşı düşmənçilik göstərmələridir. Bu qonşu barədə hər hansı müsbət fikir söyləmək və yaxud yaxşı qonşuluq münasibətlərini vurğulamaq panfarsistlər üçün bağışlanmaz günahdır. Ona görə də İrandakı bəzi Azərbaycan türkləri pantürkçülük və separatçılıq ittihamından yaxa qurtarmaq üçün bu şərti qəbul edir və əlaqəli-əlaqəsiz şəkildə Azərbaycan Respublikasına ”hücum” edirlər. Halbuki, İranda türk/Azərbaycan məsələsi olmasaydı, Ermənistan kimi Azərbaycan Respublikası da İranın dostu və müttəfiqi olardı. Azərbaycan Respublikasının bu məsələdə mövqeyi çox önəmlidir.
Hər bir dövlət kimi, Azərbaycan Respublikası və Türkiyənin də azadlıq, rifah və ədalət baxımından çatışmazlıqları ola bilər. Ancaq diqqət edilməli məqam odur ki, farsdilli media bu dövlətlərin uğurlarını qeyd etmədən, çatışmazlıqlarını şişirdərək məqsədyönlü şəkildə təqdim edir. Bu təbliğatın məqsədi farsdilli xalqı bu düşmənçilikdə səfərbər etməkdən daha çox İran türklərinin/azərbaycanlılarının bu ölkələrə olan müsbət baxışını, onların ilham qaynağını zədələmək və böhran anlarında onlardan ümid gözləməsini sarsıtmaqdır. Çünki ümidsiz xalqda dirəniş olmaz. Başqa sözlə, panfarsizm istər İslam Respublikası şəklində, istərsə də başqa bir rejim forması ilə İranda türklərə qarşı mövcud müstəmləkəçi siyasəti qorumağa çalışır.
İranda hakimiyyət və müxalifətin, sol və sağ dairələrin Zəngəzur dəhlizi də daxil olmaqla müxtəlif bəhanələrlə Azərbaycan Respublikasına qarşı birləşməsi, məhz bu ölkədəki Azərbaycan türklərinin müqavimətindəki mənəvi roluna görədir. Iranda türk/Azərbaycan məsələsi gerçəklik olaraq ortada ikən, bu düşmənçilik də dəvam edəcəkdir.
12 avqust 2025


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!