Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 21-04-2024, 15:22
DÜNYA BƏRABƏRİ DOST İTİRMİŞİK...


DÜNYA BƏRABƏRİ DOST İTİRMİŞİK...

“Möcüzə barmaqlar” sahibi Əli Haqşünasın anım gecəsi keçirildi.

DOST İTİRMİŞİK

Qoy dünya eşitsin, qoy bilsin aləm,
Dünya bərabəri dost itirmişik.
Dillər kilidlənib, yas tutub qələm,
Dünya bərabəri dost itirmişik.

Söhbəti xoş idi, sözü xoş idi,
Bir mələk simaydı, üzü xoş idi.
Halaldan-halaldı, özü xoş idi,
Dünya bərabəri dost itirmişik.

Gözlərə işıqdı, qəlblərə nurdu,
Neçə ürəklərdə taxtı-tac qurdu.
Dünyanı sevgiylə, eşqlə qucurdu,
Dünya bərabəri dost itirmişik.

Təbrizdən başlanan yolu variydi,
Şuşaya uzanan qolu variydi.
Dosta səxavətli əli (Əli) variydi,
Dünya bərabəri dost itirmişik.

Ruhu başdan-başa nəğmə seliydi,
İnsan aşiqlydi, yurda vəliydi.
Mələk xislətliydi, tutidiliydi,
Dünya bərabəri dost itirmişik.

Yaşayan bəstədi, ucalan səsdi,
Cənnətə üz tutan bir müqəddəsdi.
Heyf, ayrılmağa yaman tələsdi,
Dünya bərabəri dost itirmişik...
Dünya bərabəri dost itirmişik...


Əli bəy Haqşünası (1961-2024) soydaşlarımız otaylı-butaylı Azərbaycanımızın milli-mənəvi dəyərlər xəzinəsinin ən fədakar və təmənnasız cəfakeşlərindən biri kimi tanıyıb-sevməkdədirlər. Əfsuslar olsun ki, biz bu böyük sənətkarı, dəyərli şəxsiyyəti, vətənsevər türk oğlunu vaxtsız itirdik.
Təsadüfi deyil ki, Əli bəyin xatirəsinə həsr olunmuş anım gecələri təkcə doğulub boya-başa çatdığı Təbrizimizdə, illərdən bəridir yaşayıb-fəaliyyət göstərdiyi ABŞ-ın Hyuston şəhərində təşkil olunmaqla yekunlaşmadı. Yaxın günlərdə Əli bəyin canı qədər sevdiyi doğma Bakımızda yüksək səviyyədə keçirilən anım mərasimi bu böyük sənətkar-şəxsiyyətin xatirəsinə düzənlənmiş olduqca səmimi bir gecə kimi yaddaşlara əbədi yazıldı. Gecəyə Əli bəyin sənət, ailə və pərəstişkar dostları, sənətsevərlər toplaşmışdılar.

Xatirə gecəsi xalqımızın dəyərli sənətkarı, virtuoz qarmon ifaçısı, sənətsevərlərin sevimlisi Ənvər Sadıqovun “Renever” adlı möhtəşəm yaradıcılıq studiyasında baş tutdu. Ənvər bəyin komandası gecənin yüksək səviyyədə alınması üçün bütün gücünü səfərbər etmişdi.
“Zər qədrini zərgər bilər” deyən atalarımızın bu hikmətli kəlamı nahaqdan işlətmədiklərini biz o axşam bütün varlığımızla duyduq. Ənvər bəyin, eləcə də gecənin təşkilində xüsusi fədakarlıq göstərən Təbriz əsilli sənət fədaisi Cavad bəy Həssasın, məclisin aparıcısı-sənətşünaslıq doktoru, dəyərli tədqiqatçımız Əhsən bəy Rəhmanlının peşəkarlıqla ərsəyə gətirdikləri gecədə unudulmaz qarmon ifaçısı Əli Haqşünasın ömür və yaradıcılıq yolu tamaşaçıların gözləri qarşısında birər-birər sərgiləndi. Sənətkarımızın özündən sonra qalan yadigar səs yazıları, möhtəşəm ifalarından ibarət video-çarxlar, foto-slaydların nümayişi, Əhsən müəllimin sənətkarlığına və şəxsiyyətinə yüksək dəyər verdiyi unudulmaz sənət dostunun ömür yoluna güzgü tutan açıqlamaları ilə müşayiət olunurdu.
Gecənin musiqi ərmağanı Əli bəyin sənət dostlarından gəldi. Əməkdar artist Zakir Əliyev, kamança ifaçısı Hüseyn Nağıyev, tarzən Rəşad İbrahimov, pianoçu Sevinc Kərimova, ustad Aşıq Cahangir, qarmon ifaçıları-Şəmsi Ağamalıyev, İlqar Kərimov, Nemət Hüseynov və Natiq Mirzəyevin klassik və xalq musiqimizin ən gözəl örnəklərini ifa etmələri gecəni unudulmaz etdi. Şair, tədqiqatçı-alim Qiymət Məhərrəmlinin çıxışı və unudulmaz sənətkarın xatirəsinə həsr etdiyi “Dünya bərabəri dost itirmişik” şeiri mərasim iştirakçılarını dərindən təsirləndirdi.
Xatirələr dilə gəldi. Əli bəyin dostları Cavad Həssas və Kazıminin qürur və səmimiyyət dolu çıxışları bu böyük Vətən, Millət fədaisinin, unudulmaz sənətkarın qısa, lakin olduqca dolğun və şərəfli həyatından səhifələrin “oxunmasına” imkan yaratdı. Gecədə mərhum sənətkarın sədaqətli ömür-gün dostu Rübab xanımın mərasim iştirakçılarına ünvanladığı səs yazısı da nümayiş etdirildi.
Sonra söz mərasimə evsahiblyi edərək, sənətə və sənətkara yüksək ehtiramını təcəssüm etdirən Ənvər bəyə verildi. Ə.Sadıqov həyatda cəmi bir dəfə görüşsələr də, bu bircə görüşdə insanlığına, vətənpərvərliyinə və sənətkarlığına vurulduğu Əli bəy Haqşünas kimi əvəzolunmaz Vətən övladının ən yüksək ehtirama layiq olduğunu vurğuladı. Vətənimizdə, eləcə də Vətəndən uzaqda yaşayan hər bir soydaşımızı Azərbaycanımızın adını ucalara qaldıra biləcək səviyyədə - Əli bəy Haqşünas kimi ləyaqətlə, Vətənimizin, millətimizin adına layiq şərəflə yaşamağın vicdan, qürur və şərəf borcu olduğunu vurğuladı.
İllərin sınağından çıxmış dostluqlarının mənəvi yaşantılarını dilə gətirən Əhsən Rəhmanlı, Azərbaycanımızın ifaçılıq sənətində özünəməxsus yeri və rolu olan bütün sənətkar dostlara Əli Haqşünasın anım mərasimindəki iştiraklarına və göstərdikləri məharətli ifalara görə minnətdarlığını bildirdi. Dünyaya səs salmış qarmon sənətini yaşadanlarla bağlı apardığı tədqiqatlardan, bugünədək yazdığı araşdırma kitablarından və gələcək planlardan danışdı. Əli Haqşünasın qarmon ifaçılığı sənətinin musiqi tariximizdə daim yaşayacağına inamını ifadə etdi.
Mərasim xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.

Qiymət MƏHƏRRƏMLİ,
Filologiya üzrə fəlsəfə doktoru, şair.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!