Faşizm üzərində qələbənin 79-cu ilidir .....                        Putin Paşinyanla görüşdə nələri müzakirə etdi? .....                        Keşlə bazarı sökülür? - AÇIQLAMA .....                        Torpağın səsinə hay verdik .....                        Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu .....                        Köməksiz qalan iki azyaşlı belə xilas edildi - VİDEO .....                        Şəhid anası: “Oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO .....                        Sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan .....                        Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı .....                       
Tarix : 25-07-2014, 17:01

 

 

Bilik Fondunun Himayəçilik Şurasının ilk toplantısı keçirildi  

İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının ilk toplantısı keçirildi. Toplantı iştirakçılarını salamlayan Himayəçilik Şurasının sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Bilik Fondu kimi önəmli bir qurumun yaradılması ilə bağlı prezident İlham Əliyevin fərmanını alqışladığını bildirdi. Akademik Akif Əlizadə əhalinin ən müxtəlif sahələrdə maarifləndirilməsində, azərbaycançılıq məfkurəsinin, eləcə də milli-mənəvi və dini dəyərlərin təbliğində, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin geniş kütlələrə çatdırılmasında Bilik Fondunun görəcəyi işlərin vacibliyindən danışdı. Şura sədri onu da bildirdi ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq aləmə inteqrasiyası ilə əlaqədar təhlillərin aparılması, sosial-iqtisadi proseslərin mahiyyətinin ictimaiyyətə çatdırılması da Bilik Fondunun əsas vəzifələri sırasındadır. 

Fondun Himayəçilik Şurasının üzvü millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Şura üzvlərinə göstərilən etimada görə prezident İlham Əliyevə təşəkkür etdi. Kamal Abdullayev Fondun fəaliyyət istiqamətləri barədə hərtərəfli məlumat verərək bildirdi ki, əhalinin daha çox maarifləndirilməsi və savadlandırılması məqsədilə yaradılan Bilik Fondu ölkədə ideoloji istiqamətdə fəaliyyət göstərən qurumların məntiqi halqasıdır. Fond gənclərin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək olacaq, xüsusilə Azərbaycan gənclərinin onlar üçün yaradılan şəraitdən faydalanmasına təkan verəcəkdir. 

Sonra Bilik Fondunun İcraçı direktoru Oktay Səmədovun hesabatı dinlənildi. O, görülən işlər və Fondun iş planı haqqında ətraflı məlumat verdi. Şura üzvləri hesabatı hərtərəfli müzakirə edərək yüksək qiymətləndirdilər və Fondun fəaliyyət istiqamətləri ilə bağlı müəyyən tövsiyələr verdilər. 

Xatırladaq ki, ölkə əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılıb. Fondun nizamnaməsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının sədri və Oktay Əlipaşa oğlu Səmədov Prezidentin digər Sərəncamı ilə Bilik Fondunun İcraçı direktoru təyin edilib. 

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Fondun İcraçı direktorunun da daxil olduğu 9 nəfərdən ibarət Himayəçilik Şurasının digər 7 üzvü də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyul 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunub. Sərəncama əsasən, Abdullayev Kamal Mehdi oğlu, Ələkbərov Urxan Kazım oğlu, Əmiraslanov Əhliman Tapdıq oğlu, Həsənli Sabir Hüseyn oğlu, Nemətov Azərpaşa Zəfər oğlu, Qafarova Sahibə Əli qızı, Qurbanlı Mübariz Qəhrəman oğlu 4 il müddətində Bilik Fondunun Himayəçilik Şurasının üzvü kimi fəaliyyət göstərəcəklər. 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət edən, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılayan, azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ edən, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdıran

qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Nəzərdə tutulan maarifləndirmə işini həyata keçirimək üçün Bilik Fondu ölkə daxilində “Bilik evləri”, filiallar, ölkə xaricində nümayəndəliklər yaradacaq və müxtəlif layihələr həyata keçirəcəkdir. 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat Xidməti



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!